QanunvericilikAzərbaycan Respublikasının Su Məcəlləsi › Maddə 69

Maddə 69. Balıqçılıq su obyektləri istifadəçilərinin hüquqlarının məhdudlaşdırılması Qiymətli növ balıq və digər su bioresurslarının qorunması və

Azərbaycan Respublikasının Su Məcəlləsi · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 20.08.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

artırılması üçün mühüm balıqçılıq su obyektlərində və ya onların ayrı-ayrı hissələrində sudan istifadə edənlərin hüquqları balıqçılıq təsərrüfatının xeyrinə məhdudlaşdırıla bilər. Belə su obyektlərinin siyahısı və sudan istifadənin məhdudlaşdırılması qaydaları müvafiq icra hakimiyyəti orqanları tərəfindən müəyyən edilir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver