Balıqçılıq su obyektlərində aşağıdakı tədbirlərin həyata keçirilməsi qadağan edilir: balıqların kürütökmə yerlərində müvafiq icra hakimiyyəti orqanının razılığı olmadan bənd çəkmək və dağılmış bəndləri bərpa etmək; müvafiq orqanların razılığı ilə sanitariya və hidrotexniki tədbirlərin görüldüyü hallar istisna edilməklə, çaylarda, çay qollarında və kanallarda qalaq yaratmaq və ya onların qabağını kəsmək, göllərdən və limanlardan suyu buraxmaq; ağac emalı zamanı əmələ gələn tullantıları sututarlara axıtmaq və həmin sututarların sahillərində və subasar yerlərində yığmaq; dibdərinlətmə və dibtəmizləmə işləri zamanı qazılmış torpağı balığın kürütökmə yerlərinə və qışladığı çuxurlara yığmaq; Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hallarda.
Qanunvericilik › Azərbaycan Respublikasının Su Məcəlləsi › Maddə 71
Maddə 71. Balıqçılıq su obyektlərinin çirklənməkdən, zibillənməkdən və dayazlaşmaqdan qorunması
Azərbaycan Respublikasının Su Məcəlləsi · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 20.08.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 20.08.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.
Bu maddə sizin işinizə necə tətbiq olunur?
Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.
Sual ver