QanunvericilikAzərbaycan Respublikasının Su Məcəlləsi › Maddə 75

Maddə 75. Xüsusi qorunan su obyektlərinin suyundan istifadə

Azərbaycan Respublikasının Su Məcəlləsi · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 20.08.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Xüsusi qorunan su obyektlərinin suyundan istifadə qaydaları müvafiq qanunvericiliklə müəyyən edilir. Xüsusi qorunan su obyektlərindən balıq və digər su bioresurslarını ovlamaq və toplamaq və həmin su obyektlərinin təbii vəziyyətini dəyişən başqa işlər görmək qadağan edilir. Xüsusi qorunan su obyektlərinə və onları qidalandıran sututarlara tullantı suların axıdılmasına, başqa imkanlar olmadıqda müvafiq icra hakimiyyəti orqanının razılığı ilə bu Məcəllənin 77-79-cu maddələrinin tələblərinə riayət olunmaqla yol verilir. Xüsusi qorunan su obyektlərinin təbii vəziyyətini dəyişdirə biləcək işlər yalnız müvafiq icra hakimiyyəti orqanının razılığı ilə görülə bilər.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver