obyektlərinin əlverişli su rejimini saxlamaq, torpaqların su və külək eroziyasının, sututarların lilləşməsinin, su heyvanlarının məskunlaşma şəraitinin pisləşməsinin qarşısını almaq, lazımsız yerüstü su axımını azaltmaq və digər məqsədlər üçün Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulan qaydada bu obyektlərin ətrafında susaxlayıcı və torpaqqoruyucu meşə zolaqları müəyyən edilir. Suqoruyucu meşə zolaqlarının qorunması üzərində nəzarəti müvafiq icra hakimiyyəti orqanları həyata keçirir və onların su obyektlərinin vəziyyətinə zərərli təsir edən işləri dayandırmaq və ya qadağan etmək hüquqları vardır.
Qanunvericilik › Azərbaycan Respublikasının Su Məcəlləsi › Maddə 86
Maddə 86. Suqoruyucu meşə zolaqlarının müəyyən edilməsi Çayların, göllərin, su anbarlarının, kanalların, kollektorların, yeraltı suların və digər su
Azərbaycan Respublikasının Su Məcəlləsi · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 20.08.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 20.08.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.
Bu maddə sizin işinizə necə tətbiq olunur?
Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.
Sual ver