QanunvericilikAzərbaycan Respublikasının Su Məcəlləsi › Maddə 95

Maddə 95. Suların vəziyyətinə təsir edən müəssisələrin, qurğuların və digər obyektlərin istifadəyə verilməsinin qadağan edilməsi

Azərbaycan Respublikasının Su Məcəlləsi · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 20.08.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Suların vəziyyətinə təsir edən yeni tikilmiş və yenidən qurulan müəssisələrin, qurğuların və digər obyektlərin istismara verilməsi aşağıdakı hallarda qadağan edilir: suların çirklənməsinin və zibillənməsinin, yaxud onların zərərli təsirinin qarşısını alan qurğularla təmin edilmədikdə; torpaqların subasmasının, bataqlaşmasının, şoranlaşmasının və eroziyasının qarşısını almaq məqsədi ilə layihələrdə nəzərdə tutulmuş tədbirlər görülmədikdə; layihələrdə nəzərdə tutulmuş suqəbuledicilər və başqa qurğular hazır olmadıqda; layihələrdə nəzərdə tutulmuş balıqqoruyucu və balıqburaxıcı qurğular tikilmədikdə; ehtiyatları təsdiq edilməmiş yeraltı suları çıxarmaq üçün nəzərdə tutulan sugötürücü; sutənzimedici qurğularla təchiz edilməyən və müvafiq hallarda sanitariya mühafizəsi zonaları müəyyən edilməyən su quyuları; layihələrdə nəzərdə tutulmuş yataq hazırlanma tədbirləri görülənədək dəryaçaların su ilə doldurulması və suların vəziyyətinə təsir edən digər hallarda. IV bölmə Su obyektlərinin istifadəsi və mühafizəsi tədbirlərinin iqtisadi tənzimlənməsi, mübahisələrin həll edilməsi və su qanunvericiliyinin pozulmasına görə məsuliyyət XVI fəsil Su obyektlərinin istifadəsi və mühafizəsi tədbirlərinin iqtisadi tənzimlənməsi

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver