Su obyektlərindən istifadəyə görə aşağıdakı ödəmə növləri müəyyən edilir: su obyektlərindən xüsusi məqsədlər üçün su götürülməsinə və tullantı suların su obyektlərinə axıdılmasına; su obyektlərindən hidroenergetika və nəqliyyat ehtiyacları üçün istifadəyə; su obyektlərindən faydalı qazıntıların hasil edilməsinə və su obyektlərində geoloji kəşfiyyat və qazma işlərinin aparılmasına, habelə sualtı qurğuların tikintisinə və istismarına; su obyektlərindən mütəşəkkil idman, istirahət və turizm məqsədləri üçün istifadəyə; qanunvericilikdə nəzərdə tutulmuş digər məqsədlər üçün istifadəyə. Su obyektlərindən istifadə ilə bağlı ödəmə növləri və qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
Qanunvericilik › Azərbaycan Respublikasının Su Məcəlləsi › Maddə 99
Maddə 99. Su obyektlərindən istifadə ilə bağlı ödəmə növləri və qaydaları
Azərbaycan Respublikasının Su Məcəlləsi · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 20.08.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 20.08.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.
Bu maddə sizin işinizə necə tətbiq olunur?
Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.
Sual ver