1. Nəzərdə tutulmuş xərclər hesabına magistral su xətləri ilə bu Qanunun 12-ci maddəsinin “a” yarımbəndinə uyğun olaraq müəyyən edilən miqdarda və tələb olunan keyfiyyətdə suyun verilməsi mümkün olmadıqda, su təchizatı müəssisəsi yerli orqanların (bələdiyyələrin) müraciətinə əsasən və onların hesabına tərəflər arasında razılaşdırılmış yerlərə, yaxud birbaşa obyektlərə suyun digər üsullarla (sudaşıyan maşınların köməyi ilə və ya su üçün tutumların aparılması) çatdırılmasını təmin edir.
2. Bu maddənin 1-ci bəndinin müddəaları o vaxt tətbiq edilir ki:
a) məişət (təsərrüfat)-içməli ehtiyacları üçün suyun təchizatı keyfiyyətinin aşağı səviyyədə olması və ya suyun qıtlığı insanların sağlamlığını və həyatlarını təhlükə altına alsın. Bu halda yerli orqanlar (bələdiyyələr) bu barədə su təchizatı müəssisələrinə məlumat verir və öz tələblərini irəli sürürlər ki, su təchizatı müəssisəsi bu tələblərin yerinə yetirilməsi imkanlarını müəyyənləşdirə bilsin;
b) su təchizatı müəssisəsi alternativ vasitələrin köməyi ilə bu bəndin “a” yarımbəndində qeyd olunan tələblərin yerinə yetirilməsi üçün maliyyə və texniki ehtiyatlara malik olsun;
c) yerli orqanlar (bələdiyyələr) alternativ su təchizatı dövründəki xərclərin müəyyən müddətdə ödənilməsi və kompensasiyanın müddətləri barədə su təchizatı müəssisəsi ilə müqavilə bağlasın.
3. Əhalinin alternativ su təchizatı ilə əlaqədar, mərkəzləşdirilmiş su təchizatının qiymətindən əlavə xərclər müvafiq büdcə vəsaiti hesabına su təchizatı müəssisəsinə ödənilir.