Qanunvericilik › Su təchizatı və tullantı suları haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 53

Maddə 53. Görülən işlər barədə bildiriş

Su təchizatı və tullantı suları haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

İstehlakçıların mənafelərinə toxunan işlərin görüldüyü hallarda su təchizatı və kanalizasiya müəssisələri onları aşağıdakı müddətlərdə xəbərdar etməlidirlər:

a) adi hallarda - işləri başlamazdan əvvəl 7 gündən gec olmayaraq;

b) fövqəladə vəziyyətdə - işləri başlamazdan əvvəl imkan daxilində tez, bu mümkün olmadıqda işləri başlayandan dərhal sonra.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver