Qanunvericilik › “Su təsərrüfatı balanslarının respublika, su hövzələri və inzibati ərazi vahidləri üzrə tərtib edilməsi Qaydası”nın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 03.05.2019) › Tam mətn

“Su təsərrüfatı balanslarının respublika, su hövzələri və inzibati ərazi vahidləri üzrə tərtib edilməsi Qaydası”nın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 03.05.2019)

“Su təsərrüfatı balanslarının respublika, su hövzələri və inzibati ərazi vahidləri üzrə tərtib edilməsi Qaydası”nın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 03.05.2019) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

“Azərbaycan Respublikasının Su Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2017-ci il 30 iyun tarixli 759-VQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikasının 1997-ci il 26 dekabr tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikası Su Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 13 mart tarixli 685 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 5 sentyabr tarixli 1587 nömrəli Fərmanının 1.1.2-ci yarımbəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Su təsərrüfatı balanslarının respublika, su hövzələri və inzibati ərazi vahidləri üzrə tərtib edilməsi Qaydası” təsdiq edilsin (əlavə olunur).

Azərbaycan Respublikasının Baş naziri Novruz MƏMMƏDOV

Bakı şəhəri, 3 may 2019-cu il

1.1. Bu Qayda Azərbaycan Respublikası Su Məcəlləsinin 21-ci maddəsinin üçüncü hissəsinə və “Azərbaycan Respublikasının Su Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2017-ci il 30 iyun tarixli 759-VQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikasının 1997-ci il 26 dekabr tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikası Su Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 13 mart tarixli 685 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 5 sentyabr tarixli 1587 nömrəli Fərmanının 1.1.2-ci yarımbəndinə əsasən hazırlanmışdır və su təsərrüfatı balanslarının respublika, su hövzələri və inzibati ərazi vahidləri üzrə tərtib edilməsi qaydasını müəyyən edir.

1.2. Su təsərrüfatı balansları müvafiq ərazidə su ehtiyatları ilə suya tələbatın müqayisəli hesabat materiallarından ibarətdir.

1.3. Respublika, su hövzələri və inzibati ərazi vahidləri üzrə su təsərrüfatı balanslarının tərtib edilməsi su obyektlərində su ehtiyatlarının mövcudluğunun və onlardan istifadə dərəcəsinin qiymətləndirilməsi məqsədi daşıyır və su obyektlərinin istifadəsi və mühafizəsi məsələlərində planlaşdırmanın aparılması, suların dövlət uçotunun təkmilləşdirilməsi, sudan ödənişli istifadə və onun təyinatı sxeminin aydınlaşdırılması, su təsərrüfatının idarə olunmasında effektivliyin artırılması, bu sahədə xidmət göstərən subyektlərin maliyyə vəziyyətinin yaxşılaşdırılması və daha çevik tarif (qiymət) tənzimlənməsi üçün istifadə edilir.

1.4. Su təsərrüfatı balansları respublika, su hövzələri və inzibati ərazi vahidləri üzrə tərtib edilir.

2.1. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi su ehtiyatları və ondan istifadə əsasında hər il iyun ayının sonunadək Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin iştirakı ilə respublika üzrə illik su təsərrüfatı balansının layihəsini tərtib edir.

2.2. Respublika üzrə illik su təsərrüfatı balansı son üç ilin faktiki (rejim) məlumatları, cari ilin gözlənilən, növbəti ilin isə rüblük və illik proqnoz göstəriciləri əsasında bu Qaydanın 1 nömrəli əlavəsinə uyğun tərtib edilir.

2.3. Su hövzələri üzrə su təsərrüfatı balansı Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi tərəfindən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin iştirakı ilə hər il may ayının sonunadək bu Qaydanın 2 nömrəli əlavəsinə uyğun tərtib edilir.

2.4. İnzibati ərazi vahidləri üzrə su təsərrüfatı balansı Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi tərəfindən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin iştirakı ilə hər il may ayının sonunadək bu Qaydanın 3 nömrəli əlavəsinə uyğun tərtib edilir.

2.5. Su hövzələri və inzibati ərazi vahidləri üzrə su təsərrüfatı balanslarından respublika üzrə illik su təsərrüfatı balansının tərtib edilməsində istifadə edilir.

2.6. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi su ehtiyatları və ondan istifadə barədə məlumatlar əsasında respublika üzrə illik su təsərrüfatı balansını və ona əlavə olunan su hövzələri və inzibati ərazi vahidləri üzrə su təsərrüfatı balanslarının layihələrini tərtib edərək hər il avqust ayının 15-dək Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim edir.

Hesabat dövrünün əvvəlinə su anbarlarında qalıq

Ölkə üzrə formalaşan su ehtiyatları

yerüstü su ehtiyatları

ölkə ərazisində formalaşan

qonşu ölkələrdən daxil olan

yeraltı su ehtiyatları

Su ehtiyatlarının istifadəsi (energetika istisna olmaqla)

İstifadə edilməyən su

yeraltı su ehtiyatları

digər (əsasən çaylar vasitəsilə Xəzər dənizinə tökülən)

Hesabat dövrünün sonuna su anbarlarında qalıq

Ölkə üzrə formalaşan su ehtiyatları

yerüstü su ehtiyatları

ölkə ərazisində formalaşan (strukturu göstərilməklə)

qonşu ölkələrdən daxil olan (strukturu göstərilməklə)

yeraltı su ehtiyatları

(strukturu göstərilməklə)

Hesabat dövrünün əvvəlinə su anbarlarında qalıq

(strukturu göstərilməklə)

Su anbarlarına daxil olan su

Su anbarlarından çıxan çay axımı

içməli su təchizatı məqsədilə

yerüstü su mənbələrindən

yeraltı su mənbələrindən

drenaj (məcraaltı sular)

xam su təchizatı məqsədilə

yerüstü su mənbələrindən

yeraltı su mənbələrindən

İstifadə məqsədilə verilən su

əhali istehlakçı qrupu

qeyri-əhali istehlakçı qrupu

içki istehsalı məqsədilə sudan xammal kimi istifadə edən istehlakçı qrupu

texnoloji sərfiyyat və daxili tələbat

yanğın söndürülməsi məqsədləri üçün götürülən su

Sudan İstifadəedənlər Birliklərinə

yerüstü su mənbələrindən

nasos stansiyaları vasitəsilə

yeraltı su mənbələrindən

artezian quyularından

subartezian quyularından

kənd təsərrüfatı istehsalçılarına bilavasitə verilən su

yerüstü su mənbələrindən

nasos stansiyaları vasitəsilə

yeraltı su mənbələrindən

artezian quyularından

subartezian quyularından

yerüstü su mənbələrindən

nasos stansiyaları vasitəsilə

yeraltı su mənbələrindən

artezian quyularından

subartezian quyularından

içməli su təchizatı üzrə

mənbələrdən suyun qəbulunda (magistral kəmərlərə qədər)

küçə və məhəllədaxili xətlərdə

xam su təchizatı üzrə

I-III dərəcəli kanallarda

Hesabat dövrünün sonuna su anbarlarında qalıq

(strukturu göstərilməklə)

Yerüstü su mənbələrindən

(energetika istisna olmaqla)

əsas su elektrik stansiyaları (strukturu göstərilməklə)

əsas istilik elektrik stansiyaları (strukturu göstərilməklə)

Yeraltı su mənbələrindən

Yerüstü su ehtiyatları:

ölkə ərazisində formalaşan (strukturu göstərilməklə)

qonşu ölkələrdən daxil olan (strukturu göstərilməklə)

Yeraltı su ehtiyatları

Su anbarlarından buraxılan sular (strukturu göstərilməklə)

Hesabat ilinin əvvəlinə su anbarlarında qalıq (strukturu göstərilməklə)

Yerüstü su ehtiyatlarının istifadəsi:

Yeraltı su ehtiyatlarının istifadəsi:

Su anbarlarının doldurulması

İstifadə edilməyən su:

məcburi su buraxılışları

itkilər və texnoloji sərfiyyat

Hesabat ilinin sonuna su anbarlarında qalıq

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi

İnzibati ərazi vahidinin adı:

Yerüstü su ehtiyatları:

ölkə ərazisində formalaşan (strukturu göstərilməklə)

qonşu ölkələrdən daxil olan (strukturu göstərilməklə)

Yeraltı su ehtiyatları

Su anbarlarından buraxılan sular (strukturu göstərilməklə)

Hesabat ilinin əvvəlinə su anbarlarında qalıq (strukturu göstərilməklə)

Yerüstü su ehtiyatlarının istifadəsi:

Yeraltı su ehtiyatlarının istifadəsi:

Su anbarlarının doldurulması

İstifadə edilməyən su:

məcburi su buraxılışları

itkilər və texnoloji sərfiyyat

Hesabat ilinin sonuna su anbarlarında qalıq

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi

1. 15 sentyabr 2020-ci il tarixli 341 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 17 sentyabr 2020-ci il, № 188, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 9, maddə 1214)

2. 14 mart 2024-cü il tarixli 159 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 18 mart 2024-cü il, “Xalq” qəzeti, 20 mart 2024-cü il, № 62, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, № 3, maddə 336)

3. 9 sentyabr 2025-ci il tarixli 252 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 10 sentyabr 2025-ci il, “Xalq” qəzeti, 11 sentyabr 2025-ci il, № 193, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2025-ci il, № 9, maddə 852)

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver