Qanunvericilik › “Şuşa şəhərinin ərazisində qadağan olunmuş sahibkarlıq fəaliyyəti növlərinin Siyahısı”nın təsdiq edilməsi barədə (Nazirlər Kabinetinin qərarı, 11.08.2022) › Tam mətn

“Şuşa şəhərinin ərazisində qadağan olunmuş sahibkarlıq fəaliyyəti növlərinin Siyahısı”nın təsdiq edilməsi barədə (Nazirlər Kabinetinin qərarı, 11.08.2022)

“Şuşa şəhərinin ərazisində qadağan olunmuş sahibkarlıq fəaliyyəti növlərinin Siyahısı”nın təsdiq edilməsi barədə (Nazirlər Kabinetinin qərarı, 11.08.2022) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

“Azərbaycanın mədəniyyət paytaxtı - Şuşa şəhəri haqqında” Azərbaycan Respublikasının 2021-ci il 31 may tarixli 338-VIQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 22 iyun tarixli 1374 nömrəli Fərmanının 2.1.7-ci yarımbəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1.“Şuşa şəhərinin ərazisində qadağan olunmuş sahibkarlıq fəaliyyəti növlərinin Siyahısı” təsdiq edilsin (əlavə olunur).

2. Bu Qərarda dəyişiklik Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”nin 2.6-1-ci bəndinə uyğun edilə bilər.

Azərbaycan Respublikasının Baş naziri

Bakı şəhəri, 11 avqust 2022-ci il

Bitkiçilik və heyvandarlıq, ovçuluq və bu sahələrdə xidmətlərin göstərilməsi

(01492 - barama qurdunun yetişdirilməsi və barama istehsalı;

01491 - arı balının və arı mumunun istehsalı;

01611- bitkiçilik sahəsində xidmətlərin göstərilməsi istisna olmaqla)

Daş kömür və liqnit hasilatı

Xam neft və təbii qaz hasilatı

Metal filizlərin hasilatı

Mədənçıxarma sənayesinin digər sahələri

(1107 - mineral sular və digər suların butulkalarda istehsalı;

alkoqolsuz içkilərin istehsalı istisna olmaqla)

Tütün məmulatlarının istehsalı

Dərinin aşılanması, rənglənməsi və hazırlanması

Kağız və karton istehsalı

(1721 - büzmələnmiş karton, kağız, karton və kağız taraların istehsalı;

1722 - təsərrüfat-məişət və sanitariya-gigiyena təyinatlı kağız məmulatlarının istehsalı;

1723 - dəftərxana və kağız məmulatlarının istehsalı istisna olmaqla)

Koks və təmizlənmiş neft məhsullarının istehsalı

(20420 - ətriyyat və kosmetika vasitələrinin istehsalı istisna olmaqla)

Rezin və plastmas məmulatların istehsalı

(22193 - müxtəlif növ möhürlərin və ştampların hazırlanması;

plastik qapı-pəncərə istehsalı istisna olmaqla)

Digər qeyri-metal mineral məhsulların istehsalı

(misgərlik fəaliyyəti qalayçılıq fəaliyyəti;

yeməkxana saxsı qablarının, digər təsərrüfat və tualet saxsı ləvazimatlarının istehsalı;

saxsı məmulatların istehsalı istisna olmaqla)

Metallurgiya sənayesi

Elektrik avadanlıqlarının istehsalı

Maşın və avadanlıqların istehsalı

Avtomobil, qoşqu və yarımqoşquların istehsalı

Sair nəqliyyat vasitələrinin istehsalı

Təhlükəsiz tullantıların emalı və ləğv edilməsi

Təhlükəli tullantıların emalı və ləğv edilməsi

Digər tullantıların yığılması və məhv edilməsi

(zibilin və tullantıların yığılması və daşınması;

ictimai yerlərdə zibilin zibil yeşiklərinə yığılması və onların daşınması;

küçələrin, yolların, maşın dayanacaqlarının və s. süpürülməsi və sulanması;

qar və buzdan təmizlənmə istisna olmaqla)

Dağ-mədən işləri, dağ və buruq qazmalarının aparılması

Taxılın, emal olunmamış tütünün, toxumların və heyvanlar üçün yemin topdan satışı

Diri heyvanların topdan satışı

Dəri və gönün topdan satışı

Kənd təsərrüfatı maşınlarının və avadanlıqlarının topdan satışı

Dəzgahların topdan satışı

Dağ-mədən və tikinti, o cümlədən mülki tikinti üçün maşın və avadanlıqların topdan satışı

Yanacağın topdan satışı

Metal və metal filizinin topdan satışı

Meşə materiallarının, tikinti materiallarının və sanitar- texniki avadanlıqların topdan satışı

Gübrə və aqrokimyəvi məhsulların topdan satışı

Tullantıların və qırıntıların topdan satışı

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver