Qanunvericilik › Tarix və mədəniyyət abidələrinin qorunması haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 15

Maddə 15. Dəfinələrdə aşkar edilmiş və ya tapılmış abidələrin müqəddəratı

Tarix və mədəniyyət abidələrinin qorunması haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Dəfinələrdə aşkar edilmiş və ya tapılmış abidələr dövlətə təhvil verilməlidir. Dövlətə təhvil verilmiş abidələrə görə dəfinəni aşkar etmiş və əşyanı tapmış şəxsə Azərbaycan Respublikasının mülki qanunvericiliyində nəzərdə tutulmuş qaydada mükafat verilir.

Təsadüfən aşkar edilmiş abidələrin mülkiyyətçisi və ya istifadəçisi abidə haqqında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) məlumat verməlidir. Təsadüfən aşkar edilmiş abidə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən dövlət qeydiyyatına alınmalı və abidənin elmi sənədləşdirilməsi təmin edilməlidir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver