6.1. Taxılçılığın seleksiyası və toxumçuluğu, taxıl istehsalının artırılması, məhsuldarlığının və minimum keyfiyyətinin yüksəldilməsi dövlət tərəfindən stimullaşdırılır.
6.3. Taxılın və taxıl emalı məhsullarının istehsalı, tədarükü, saxlanması, satışı, habelə taxılçılığın maddi-texniki bazasının möhkəmləndirilməsi sahəsində kooperasiya və birgə fəaliyyət növləri dövlət tərəfindən dəstəklənir və müvafiq stimullaşdırma tədbirlərinin tətbiqi əsasında həvəsləndirilir.
6.4. Müasir texnologiyaları tətbiq edən taxıl istehsalçılarını kreditlə təmin etmək məqsədi ilə dövlət taxıl girovu sistemini təşkil edir. Taxıl girovu Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq həyata keçirilir.
6.5. Taxıl istehsalının stimullaşdırılması məqsədi ilə sahənin təbii fəlakətdən və digər risklərdən sığortalanması dövlət vəsaiti hesabına aparılır. Sığortalanmaya ayrılan vəsaitin həcmi, sığortalanmanın şərtləri, habelə sığortalanan taxıl məhsullarının növləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
6.6. Dövlət kənddə qabaqcıl texnika və texnologiyanın tətbiqini təmin etmək məqsədi ilə lizinq xidmətinin təşkili, texniki və aqrokimyəvi maddələrlə təchizat, habelə kənd təsərrüfatı texnikasının uzunmüddətli kreditə verilməsi sahəsində sahibkarlıq fəaliyyətini stimullaşdırır.
* (6.6-cı maddəyə Azərbaycan Respublikasının 2026-cı il 26 may tarixli 413-VIIQD nömrəli Qanunu ilə edilmiş dəyişiklik 2026-cı il dekabr 25-dən qüvvəyə minir.)
6.7. Taxıl istehsalına dövlət himayəsinin istiqamətləri və formaları, habelə taxıl istehsalının stimullaşdırılmasının və həvəsləndirilməsinin tətbiqi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən qəbul edilmiş normativ hüquqi aktlarla müəyyən olunur.
6.8. Taxıl məhsullarının istehsalında və dövriyyəsində genetik modifikasiya olunmuş bitkilərin, yaxud müasir biotexnoloji və gen mühəndisliyi metodları ilə yaradılmış kənd təsərrüfatı bitki materiallarının istifadəsinə yol verilmir.