"Teatr, konsert, sirk müəssisələrində olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası" (hissə 82) (bundan sonra VTİSK) Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 57-ci və 156-cı maddələrinin 2-ci hissələrinin tələblərinə uyğun olaraq hazırlanmışdır.
VTİSK mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq teatr, konsert, sirk müəssisələrində qulluqçu vəzifələrinin (rəhbərlər, mütəxəssislər, texniki icraçılar) əməyinin ödəniş dərəcəsinin müəyyən edilməsi üçün tətbiq edilir.
VTİSK teatr, konsert, sirk müəssisələrində olan qulluqçu vəzifələrinin tarif-ixtisas xüsusiyyətlərini özündə əks etdirir.
VTİSK-də hər bir vəzifənin ixtisas xüsusiyyətləri 3 bölmədən ibarətdir:
-"Əmək funksiyası" bölməsində bu vəzifəni tutan işçinin görməli olduğu işlərin həcmi və məzmunu;
-"Bilməlidir" bölməsində işçinin qanunvericilik aktlarını və digər normativ - hüquqi sənədləri, eləcə də yerinə yetirilən işin üsul və vasitələrini bilməsi kimi tələblər;
-"Ödəniş dərəcələrinə ixtisas tələbləri" bölməsində işçinin xüsusi hazırlıq səviyyəsi, ixtisas və əmək stajına olan tələblər öz əksini tapmışdır.
VTİSK qulluqçu vəzifələrini tutan işçilərin əsas vəzifələrini, hüquq və məsuliyyətini əks etdirən vəzifə təlimatlarının hazırlanmasında, kadrların seçilməsi və yerləşdirilməsində, ixtisaslarından asılı olaraq onların məşğulluğunun səmərəli təmin edilməsinə nəzarətin həyata keçirilməsində, qulluqçuların attestasiyasının keçirilməsində və əmək müqavilələrinin (kontraktlarının) bağlanılmasında əsas normativ-hüquqi akt olaraq tətbiq edilir.
VTİSK-də rəhbərlərin əməyinin ödəniş dərəcələri həmin müəssisənin qrupundan asılı olaraq müəyyənləşdirilir. Teatr, konsert təşkilatlarının, sirk, musiqi, rəqs və digər bədii kollektivlərin, konsert zallarının rəhbərlərinin (bədii heyət istisna olmaqla) əməyinin ödəniş qrupları aşağıdakı göstəricilər üzrə təyin edilir:
Milli, akademik statusu olan və aparıcı teatrların siyahısına daxil edilən
Respublika teatr sənətinin inkişafında, yerləşdiyi ərazinin mədəni həyatında müstəsna əhəmiyyət kəsb edən, yaradıcılıq sahəsində yüksək nailiyyətləri olan, zəngin rəngarəng repertuara malik olan
-konsert təşkilatları, filarmoniyalar, sirk, musiqi, rəqs və digər bədii kollektivlər, konsert zalları
Milli, akademik statusu olan və aparıcı konsert təşkilatlarının, filarmoniyaların, sirk, musiqi və rəqs kollektivlərinin siyahısına daxil edilən, respublika miqyasında konsert fəaliyyətini tənzimləyən və təşkil edən başlıca dövlət konsert təşkilatları, müstəqil balansa malik olan, 2000 -dən artıq yer tutumu olan konsert zalları, tərkibində 5-dən az olmamaq şərtilə filarmonik kollektivləri birləşdirən dövlət filarmoniyaları
Tərkibində 3-dən az olmamaq şərtilə filarmonik kollektivləri birləşdirən dövlət filarmoniyaları, müstəqil balansa malik olan, 1000-dən 2000-dək yer tutumu olan konsert zalları, respublika miqyasında fəaliyyət göstərən dövlət musiqi, rəqs və digər bədii kollektivlər
Ayrı binada yerləşən, konsert təşkilatlarının tərkibində əlavə səhnədə fəaliyyət göstərən, 500-ə qədər yer tutumu olan konsert zalları, yeni yaradılan filarmoniyalar, sirklər, konsert zalları, musiqi, rəqs və digər bədii kollektivlər
Dövlət teatr, konsert təşkilatlarının, filarmoniyaların, sirk, musiqi, rəqs və digər bədii kollektivlərin, konsert zallarının rəhbərlərinin əməyinin ödəniş qruplarının müəyyənləşdirilməsi onların fəaliyyətinin nəticəsi nəzərə alınmaqla Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən vaxtaşırı həyata keçirilir.
VTİSK-də böyük və aparıcı mütəxəssislər və rəhbərlərin müavinlərinin tarif-ixtisas xüsusiyyətləri öz əksini tapmamışdır. Bu vəzifələr üzrə əmək funksiyası, biliyə və ixtisasa olan tələblər onlara uyğun gələn müvafiq vəzifələr əsasında müəyyən edilir.
"Böyük" vəzifə adı işçi öz vəzifəsindən başqa ona tabe olan icraçıya rəhbərlik etdikdə verilir.
"Aparıcı" vəzifə adı mütəxəssisə o zaman verilir ki, mütəxəssis müəssisənin və ya onun struktur bölməsinin işini müəyyən bir sahədə istiqamətləndirsin və həmin bölmənin işçilərinə metodiki rəhbərlik etsin.
Əmək müqaviləsinin (kontraktının) şərtlərində müəyyən edildikdə və ya işçilərin attestasiya komissiyasının təklifi ilə ixtisas tələblərində müəyyən edilmiş xüsusi hazırlığı və ya əmək stajı olmayan, lakin üzərinə qoyulan vəzifələri keyfiyyətlə yerinə yetirən və lazımi praktiki təcrübəsi olan işçilər attestasiya komissiyasının təklifi ilə müstəsna hallarda xüsusi hazırlığı və əmək stajı olan işçilər kimi hər hansı bir vəzifəyə təyin edilə bilərlər.
Direktor; sərəncamçı direktor
Yaradıcı kollektivin rəhbəri
İstehsalat emalatxanasının müdiri
Kostyum otağının müdiri
Ədəbi dram hissəsinin rəhbəri
Musiqi hissəsinin müdir i
Bədii-quruluş hissəsinin müdiri
Quruluşçu baletmeyster
Bədii rəhbərin (baş rejissorun) truppa üzrə köməkçisi
Vokal sinfi üzrə konsertmeyster; balet sinfi üzrə konsertmeyster
Müşayiətçi -konsertmeyster
Nitq texnikası üzrə repetitor
Rejissor assistenti; dirijor assistenti; xormeyster assistenti; baletmeyster assistenti
Dram artisti (dram, musiqili dram, gənc tamaşaçılar, poeziya, pantomima teatrlarında)
Dram artisti (kukla teatrlarında)
Vokal artisti (solist)
Teatrın yardımçı heyət artisti
Simfonik orkestrin artisti; kamera orkestrinin artisti
Mahnı və rəqs ansamblının artisti, rəqs kollektivinin artisti
Mahnı və rəqs ansamblının xor artisti
Xor kollektivinin artisti
Xalq çalğı alətləri orkestrinin (ansamblının) artisti; estrada -simfonik orkestrinin (ansamblının) artisti
Nəfəs alətləri orkestrinin artisti
Estrada orkestrinin (ansamblının) artisti; mədəni-maarif müəssisəsinin orkestr (ansambl) artisti
Musiqi ansambllar birliyinin artisti; kinoteatrın orkestr (ansambl) artisti
Vokal artisti (opera və kamera)
Balet artisti (solist)
Artist-instrumentalist (solist)
Musiqili komediya və estrada vokal artisti
Danışıq janrı artisti
Kamera-instrumental ansambl artisti
Vokal ansamblı artisti
Estrada-idman, sehrbazlıq və digər orijinal estrada janrı üzrə artist
Vokal-instrumental ansambl artisti
Estrada-instrumental ansambl artisti
Konsert aparan artist
Konsert təşkilatının (filarmoniyanın) yardımçı heyət artisti
Vəhşi heyvan təlimi artisti
Heyvan təlimi artisti
Manej inspektoru (tamaşa aparıcısı)
Bilet nəzarətçisi (böyük bilet nəzarətçisi də daxil edilməklə)
Bilet kassiri (böyük bilet kassiri də daxil edilməklə)
Əmək funksiyası. Bütün kollektivin yaradıcılıq və istehsalat fəaliyyətinə rəhbərlik edir. Repertuarın ideya istiqamətini və bədii keyfiyyətini təmin edir, tamaşaçılarda yüksək estetik zövqün formalaşmasına kömək edir.
Müəssisənin bədii rəhbərliyi ilə birgə yeni və əsaslı bərpa olunan tamaşaların təqvim və perspektiv repertuar planlarını hazırlayır. Baş rejissorla ( bədii rəhbərlə, baş dirijorla, baş baletmeysterlə) razılaşdıraraq yeni və əsaslı bərpa olunan tamaşaların quruluş qruplarını və ifaçıların tərkibini, bədii tərtibatın eskiz və maketlərini təsdiq edir, onların müəyyən olunmuş qaydada buraxılışa hazırlığını və buraxılış vaxtını müəyyən edir.
Bədii şuranın işini, teatr, musiqi, sirk sənətinin təbliğini, müəssisə və təşkilatların kollektivləri ilə yaradıcılıq əlaqələri, Azərbaycan Respublikasının və xarici ölkə teatr kollektivlərinin qabaqcıl təcrübələrinin öyrənilməsini və təcrübə mübadiləsini təşkil edir.
Mədəniyyət Nazirliyi tərəfindən təsdiq edilmiş proqnoz göstəriciləri əsasında istehsalat-maliyyə proqnozlarının işlənib hazırlanmasını, proqnozların yerinə yetirilməsi şərti ilə kollektivin fəaliyyətində yüksək göstəricilərə nail olmağını, biletlərin satışını, tamaşaçıların təşkilini, dövlət büdcəsinin səmərəli istifadəsini, vergilərin vaxtında ödənilməsini, bank qarşısında götürdüyü öhdəliklərin yerinə yetirilməsini təmin edir.
Cari repertuarın stasionarda, qastrol səfərlərində və səyyar tamaşalarda (konsertlərdə) göstərilməsini təşkil edir.
Teatr, konsert, sirk müəssisəsini ixtisaslı kadrlarla təmin etmək məqsədilə onların biliklərindən və iş təcrübəsindən asılı olaraq, onlardan düzgün istifadə edilməsi və yerləşdirilməsi üçün ölçü götürür.
Bədii heyətin yaradıcılıq inkişafı üçün lazımi şərait yaradır, yaradıcı işçilərin və mütəxəssislərin ixtisaslarının artırılmasını təmin edir. Yaradıcı işçilərin müvafiq qaydada ixtisas və ödəniş dərəcələrini müəyyən edir. İdarəetmənin iqtisadi və inzibati üsullarının, müəssisənin yaradıcılıq-istehsalat fəaliyyətinin inkişafında maddi və mənəvi həvəsləndirmələrdən məqsədəuyğun, ahəngdar istifadəsini təmin edir. Ona verilmiş hüquq çərçivəsində teatr, konsert, sirk müəssisəsinin fəaliyyətinin bütün məsələlərini həll edir və öz səlahiyyətinə daxil olan bəzi məsələlərin həllini yaradıcılıq və istehsalat bölmələrinin müvafiq rəhbərlərinə tapşırır.
Bilməlidir: mədəniyyət və incəsənətin iqtisadi və sosial inkişafına yönəldilən, əsas istiqamətlərini müəyyən edən qanunvericiliyi; yuxarı təşkilatların qərar, sərəncam, əmr və göstərişlərini; teatr, konsert, sirk müəssisələrinin yaradıcılıq və təşkilati fəaliyyətləri sahəsindəki nailiyyətlərini və iş təcrübəsini; teatr, konsert, sirk müəssisəsinin inkişaf perspektivlərini; işçilərin əmək şəraiti və ödənişi barədə normativ sənədləri; teatr istehsalının təşkilini, əməyin təşkilini və istehsalatın idarə edilməsini; vətəndaş və əmək qanunvericiliyinin əsaslarını; əməyin mühafizəsi, texniki təhlükəsizlik, istehsalat sanitariyası və yanğından mühafizə norma və qaydalarını.
Ödəniş dərəcələrinə ixtisas tələbləri: ali təhsil və 5 ildən az olmayaraq mədəniyyət müəssisələrində rəhbər vəzifələrdə əmək stajı.
III qrup müəssisənin direktorunun, sərəncamçı direktorunun əmək funksiyalarmı yerinə yetirdikdə;
II qrup müəssisənin direktorunun, sərəncamçı direktorunun əmək funksiyalarmı yerinə yetirdikdə;
I qrup müəssisənin direktorunun, sərəncamçı direktorunun əmək funksiyalarmı yerinə yetirdikdə.
Qeyd: Teatr, konsert, sirk müəssisəsinin bədii rəhbəri, baş rejissoru, baş dirijoru, baş baletmeysteri, baş xormeysteri və baş rəssamı əsas əmək funksiyasından ayrılmamaq şərtilə direktor vəzifəsinə təyin olunduqda, müəssisənin ştat cədvəlinə sərəncamçı direktor vəzifəsi daxil edilir. Bu halda direktorun istehsalatla bağlı əmək funksiyaları sərəncamçı direktor tərəfindən yerinə yetirilir.
Əmək funksiyası. Tamaşaların (proqramların) sayı və tamaşaçılara xidmət göstərilməsi üzrə proqnozları həm stasionarda, həm də səyyar tamaşalarda və qastrollarda yerinə yetirilməsini təşkil edir. Keçirilən tədbir haqqında əhaliyə vaxtında məlumat verilməsini və tamaşaçılara yüksək səviyyədə mədəni xidmət göstərilməsini təmin edir. Təsdiq olunmuş istehsalat-maliyyə proqnozu çərçivəsində reklam işini aparır. Vaxtında biletlərin hazırlanmasını və ştamplanmasını, proqram və bukletlərin buraxılışını, onların tamaşaçılara satışını təşkil edir. Teatr biletlərinin satışı haqqında müvafiq təlimatların dəqiq yerinə yetirilməsini təmin edir. Biletlərin satışının gedişinə operativ nəzarət edir və onların yayımı üçün təsirli tədbirlər görür. Tamaşaçılara xidmət edilməsi işinə rəhbərlik edir, binanın xarici görünüşünün və reklamın nümunəvi saxlanılmasını, otaqların və binaya bitişən sahənin təmizliyini təmin edir. Bilet kassasının, tamaşaçıların və teatr işçilərinin qarderobunun, bilet nəzarətçilərinin, təsərrüfat müdirinin, xadimələrin işinə nəzarət edir. Tamaşaçılara və teatr, konsert, sirk müəssisələrinin işçilərinə komfortlu şərait yaradılması üçün texniki xidmət sahəsinin işinə nəzarət edir. Səyyar tamaşaların (proqramların) təşkilini təmin edir və keçirilməsi üçün müqavilələri hazırlayıb rəhbərliyə təqdim edir. Təsdiq olunmuş proqnozlara müvafiq, qastrolların keçirilməsi üçün hazırlıq işi aparır, qastrollarda tamaşaların keçirilməsi üçün meydançaların hazırlanmasını, kollektivin mehmanxanada yerləşdirilməsini təşkil edir. Tamaşalarda (proqramlarda) növbətçilik edir. Tabeçiliyində olan təsərrüfat xidməti işçilərinin seçilməsi, hazırlığı və ixtisaslarını artırmaları üzrə, onlar tərəfindən əməyin mühafizəsi, texniki təhlükəsizlik, istehsalat sanitariyası və yanğından mühafizə qaydalarının gözlənilməsi işinin təşkil edilməsinə nəzarət edir.
Bilməlidir: teatr, konsert, sirk müəssisəsinin iş qaydalarını, istismarı üzrə əmrləri, təlimatları və başqa normativ sənədləri; əməyin təşkilini və istehsalatın idarə edilməsini; bilet təsərrüfatının aparılması, reklamların yayılması qaydalarını; Azərbaycan Respublikasının teatr, konsert müəssisələrinin repertuarını, həmin teatr, konsert müəssisəsində istismar edilən əsərləri; əmək qanunvericiliyinin, mühasibat uçotunun, nəşriyyatın əsaslarını; əməyin mühafizəsi, texniki təhlükəsizlik, istehsalat sanitariyası, yanğından mühafizə norma və qaydalarını.
Ödəniş dərəcələrinə ixtisas tələbləri: ali təhsil, əmək stajına tələb qoyulmadan və ya orta ixtisas təhsili və 3 ildən az olmayaraq teatr, konsert, sirk müəssisələrində inzibatçı vəzifəsində əmək stajı.
III qrup müəssisədə baş inzibatçının əmək funksiyasını yerinə yetirdikdə;
II qrup müəssisədə baş inzibatçının əmək funksiyasını yerinə yetirdikdə;
I qrup müəssisədə baş inzibatçının əmək funksiyasını yerinə yetirdikdə.
Əmək funksiyası. Filarmoniyanın tərkibində fəaliyyət göstərən kollektivin yaradıcılıq və istehsalat fəaliyyətini təşkil edir. Yaradıcı kollektivə təsdiq edilmiş əsas və köməkçi proqnoz göstəricilərin yerinə yetirilməsini, biletlərin satışını, tamaşaçıların təşkilini təmin edir. Cari repertuarın stasionarda, qastrol səfərlərində və səyyar konsertlərdə göstərilməsini təmin edir. Kollektivi ixtisaslı kadrlarla təmin etmək məqsədilə onların biliklərindən və iş təcrübəsindən asılı olaraq, düzgün istifadə edilməsi və yerləşdirilməsi üçün ölçü götürür.
Bilməlidir: mədəniyyət və incəsənətin iqtisadi və sosial inkişafına yönəldilən əsas istiqamətlərini müəyyən edən qanunvericiliyi; yuxarı təşkilatların qərar, sərəncam, əmr və göstərişlərini; konsert müəssisələrinin yaradıcılıq və təşkilati fəaliyyətləri sahəsindəki nailiyyətlərini və iş təcrübəsini; kollektivin inkişaf perspektivlərini; işçilərin əmək şəraiti və ödənişi barədə normativ sənədləri; əməyin mühafizəsi, texniki təhlükəsizlik, istehsalat sanitariyası və yanğından mühafizə norma və qaydaları.
Ödəniş dərəcələrinə ixtisas tələbləri: ali təhsil və 5 ildən az olmayaraq mədəniyyət müəssisəsində rəhbər vəzifəsində əmək stajı.
III qrup müəssisənin yaradıcı kollektivinin rəhbərinin əmək funksiyasını yerinə yetirdikdə;
II qrup müəssisənin yaradıcı kollektivinin rəhbərinin əmək funksiyasını yerinə yetirdikdə;
I qrup müəssisənin yaradıcı kollektivinin rəhbərinin əmək funksiyasını yerinə yetirdikdə.
Əmək funksiyası. Tamaşaların (proqramların) maddi tərtibatının hazırlanması üzrə istehsalat emalatxanasının işinə rəhbərlik edir. Tərtibatın hazırlanması, eləcə də cari repertuarda olan tamaşaların (proqramların) dekorlarının artırılması və cari təmiri üzrə bədii-quruluş hissəsinin tapşırıqlarının vaxtında və keyfiyyətli yerinə yetirilməsini təmin edir. İş vaxtının qeydiyyatının təşkil edir, emalatxana işçiləri tərəfindən daxili əmək intizamının, əməyin mühafizəsi, texniki təhlükəsizlik, yanğından mühafizə və istehsalat qaydalarına riayət edilməsinə nəzarət edir. Əmək şəraitinin yaxşılaşdırılması, avadanlıqların təkmilləşdirilməsi, teatr texnikası və texnologiyasının ən yeni nailiyyətlərinin tətbiqi üzrə işi təşkil edir. İşçilərin istehsalat təlimini və ixtisaslarının artırılması üzrə iş aparır. Vəsaitlərin və materialların, elektrik enerjisinin, alətlərin qənaəti üzrə tədbirlərin keçirilməsini təmin edir.
Bilməlidir: tərtibat əşyalarının və hissələrinin hazırlanması texnologiyasını; teatr-tamaşa müəssisəsinin istehsalat-yaradıcılıq prosesinin təşkilini; istifadə edilən avadanlıqların texniki istismar qaydalarını; Azərbaycan Respublikasında və xarici ölkələrdə teatr istehsalı sahəsindəki qabaqcıl təcrübəni; mühasibat uçotu və maliyyə, vergi və digər hesabatların əsaslarını; iqtisadiyyatı, əməyin təşkilini və istehsalatın idarə edilməsini; material üçün smetanın və sifarişlərin tərtibinin qaydalarını, əməyin mühafizəsi, texniki təhlükəsizlik, istehsalat sanitariyası və yanğından mühafizə norma və qaydalarını.
Ödəniş dərəcələrinə ixtisas tələbləri: orta ixtisas təhsili və 3 ildən az olmayaraq teatr-tamaşa müəssisəsində ixtisası üzrə əmək stajı.
III qrup müəssisədə istehsalat emalatxanasının müdiri vəzifəsini yerinə yetirdikdə;
II qrup müəssisədə istehsalat emalatxanasının müdiri vəzifəsini yerinə yetirdikdə;
I qrup müəssisədə istehsalat emalatxanasının müdiri vəzifəsini yerinə yetirdikdə.
Əmək funksiyası. Yeni tikilən və alman kostyumları, baş örtüklərini, ayaqqabıları müvafiq qaydada qəbul edir, tamaşalar ( proqramlar) üçün verir və tamaşalardan (proqramlardan) sonra qəbul edir. Kostyum otağının sahəsindən səmərəli istifadə etmək üçün geyimləri düzgün yerləşdirir. Lazım olan geyimin təcili tapılmasını təşkil edir. Kostyum otağında yerləşdirilmiş geyimlərin saxlanılmasını, mühafizə rejiminə əməl edilməsini, əməliyyatların hesabının aparılmasını təmin edir və müəyyən olunmuş hesabatı tərtib edir. Kostyumlar, baş örtükləri, ayaqqabılar üçün maddi məsuliyyət daşıyır, onların qeydiyyatını aparır və köhnəlmiş kostyumların, baş örtüklərinin və ayaqqabıların müvafiq qaydada silinməsində iştirak edir. Qastrol və səyyar tamaşalar həyata keçirildikdə geyimlərin hazırlanmasına, daşınmasına, yüklənməsinə və boşaldılmasına rəhbərlik edir. Kostyum otağında yanğına qarşı ləvazimatın olmasına və onun sazlığına nəzarət edir. Maddi sərvətlərin əşya-hesablama işlərinin aparılmasında iştirak edir.
Bilməlidir: kostyum otağının qarderob fondunu; kostyumların verilməsi və qəbulu hesabatlarının aparılması üçün təlimat və əsasnamələri; hesablama texnikasının istismar qaydasını; əməyin təşkilinin əsaslarını, daxili əmək intizamı qaydalarını; əməyin mühafizəsi, texniki təhlükəsizlik, istehsalat sanitariyası və yanğından mühafizə norma və qaydalarını.
Ödəniş dərəcələrinə ixtisas tələbləri: orta ixtisas təhsili və 3 ildən az olmayaraq kostyumçu vəzifəsində əmək stajı.
III qrup müəssisədə kostyum otağının müdirinin əmək funksiyasını yerinə yetirdikdə;
II qrup müəssisədə kostyum otağının müdirinin əmək funksiyasını yerinə yetirdikdə;
I qrup müəssisədə kostyum otağının müdirinin əmək funksiyasını yerinə yetirdikdə.
Əmək funksiyası. Bütün yaradıcılıq fəaliyyətinin təşkilatçısıdır. Müəssisənin yaradıcılıq işinin nəticələrinə görə məsuliyyət daşıyır. Bütün dövlət və ictimai təşkilatlarda və idarələrdə kollektivin mənafeyini təmsil edir. Kollektivin yaradıcılıq fəaliyyəti ilə bağlı bütün məsələləri həll etmək hüququna malikdir, kollektivin yaradıcılıq proqramını və bədii iş prinsiplərini müəyyən edir. Bədii rəhbər perspektiv repertuarı, premyeraları, təqvim planlarını, quruluşçu heyətin tərkibini, aylıq repertuar və qastrol üçün iş planını təsdiq edir. Yeni və cari repertuarın tamaşalarında truppanın səmərəli və bərabər məşğulluğunu təmin edir.
Yaradıcı kadrların düzgün seçilməsi, yerləşdirilməsi və istifadə olunmasını təmin edir, onların peşəkarlıq tədris sisteminin formasını və qaydasını təyin edir. Yaradıcı heyətin professional ustalığının artırılmasına səy göstərir. Bədii və aktyor heyətin yaradıcılığını və əmək intizamına riayət etməsini təmin edir.
Bilməlidir: mədəniyyət və incəsənət sahəsində qanunvericiliyi; yuxarı təşkilatların qərar, sərəncam və başqa rəhbər materiallarını; dünya və milli teatrın tarixini, nəzəriyyə və təcrübəsini, səhnə sənətinin əsaslarını; klassik və müasir ədəbiyyatı; dramaturgiyanı, əməyin və idarəetmənin təşkilinin əsaslarını; mülki və əmək qanunvericiliyini.
Ödəniş dərəcələrinə ixtisas tələbləri: ali humanitar təhsil və 5 ildən az olmayaraq yaradıcı işlərdə əmək stajı.
Musiqili Komediya, Dram, Musiqili Dram, Gənc Tamaşaçılar, Poeziya, Pantomima teatrlarında, konsert təşkilatlarında, bədii kollektivlərdə;
Opera və Balet teatrlarında, Akademik teatrlarda.
Əmək funksiyası. Teatr, musiqi, rəqs kollektivlərinin, konsert təşkilatlarının bədii və aktyor heyətinə yeni tamaşaların (proqramların) hazırlanmasına və əvvəllər hazırlanmış tamaşaların (proqramların) əsaslı bərpasına yaradıcılıq baxımından rəhbərlik edir. Stasionarda, səyyar və qastrol səfərlərində tamaşaların və konsert proqramların yüksək ideya-bədii səviyyəsini təmin edir, tamaşaların (proqramların) yaradılması ilə əlaqədar iş kompleksinə nəzarət edir. Cari repertuarda olan tamaşaların (proqramların) göstərilməsinin təqvim planına baxır və teatr, konsert müəssisəsi direktoruna təsdiqə təqdim edir. Əsas tamaşaların quruluşunu həyata keçirir. Yeni səhnə əsərləri yaradılması üçün müəlliflərlə iş aparır. Kollektivin iş prinsiplərini müəyyən edir, perspektiv repertuar planlarını, tamaşaların (proqramların) yaranmasının plan-qrafikini işləyib hazırlayır. Quruluş qruplarının və ifaçıların tərkibini tərtib edir. Yuxarı təşkilatların qərarlarını ardıcıl olaraq həyata keçirir. İş prosesində yaradıcı ittifaqlarla daima əlaqə saxlayır. Bədii şuranın işində iştirak edir. Yaradıcı kadrların düzgün seçilməsini, yerləşdirilməsi və istifadə edilməsini təmin edir, yaradıcı heyətlə tərbiyəvi iş aparır, onun peşə təhsili sistemini, forma və qaydalarını müəyyən edir. Yaradıcı işçilərin peşə ustalığının təkmilləşməsi üzrə tədbirlər təşkil edir və onlarda bilavasitə iştirak edir. Bədii və artist heyətinin yaradıcılığına və əmək intizamına riayət etməsinə nəzarət edir, onların tarifləşdirməsi, həvəsləndirilməsi və inzibati cəza verilməsi haqqında təkliflər irəli sürür.
Bilməlidir: mədəniyyət və incəsənət sahəsində qanunvericiliyi; yuxarı təşkilatların əmrlərini, sərəncamlarını və başqa rəhbər materialları; mühüm ictimai-siyasi hadisələri; Azərbaycan Respublikasının və xarici ölkələrin təsərrüfatında, elmi və mədəni həyatında olan nailiyyətləri; yaradıcılıq prosesinin metodologiyasını; rejissorluq nəzəriyyəsini və təcrübəsini; aktyor ustalığını, səhnə və musiqi tərtibatının, vokal və xor sənətinin əsaslarını, Azərbaycan Respublikasının və xarici ölkə teatrlarının (konsert təşkilatlarının) iş təcrübəsini; klassik və müasir dramaturgiyanı; musiqili səhnə əsərlərinin partitura və klaviri ilə işi; iqtisadiyyatın əsaslarını; əməyin təşkili və idarə edilməsini; müəllif və əmək hüquqlarının əsaslarını; əməyin mühafizəsi, texniki təhlükəsizlik və yanğından mühafizə norma və qaydalarını.
Ödəniş dərəcələrinə ixtisas tələbləri: ali ixtisas təhsili və 3 ildən az olmayaraq teatrda, bədii kollektivdə və konsert təşkilatlarında ixtisası üzrə əmək stajı.
Konsert təşkilatlarında, bədii kollektivlərdə və digər teatrlarda;
Musiqili Komediya, Dram, Musiqili Dram, Gənc Tamaşaçılar, Kukla, Poeziya, Pantomima teatrlarında, sirkdə;
Musiqili Komediya, Dram, Musiqili Dram, Gənc Tamaşaçılar, Poeziya, Pantomima teatrlarında, konsert təşkilatlarında, bədii kollektivlərdə;
Opera və Balet teatrlarında.
Əmək funksiyası. Əvvəllər yaradılmış musiqili tamaşaların (proqramların) bərpasını və yeni musiqili tamaşaların (proqramların) hazırlanmasını, buraxılışını təşkil edir və bu işə rəhbərlik edir. Stasionarda, səyyar və qastrol səfərlərində tamaşaların və konsert proqramlarının yüksək bədii səviyyəsini təmin edir, tamaşaların (proqramların) yaradılması ilə əlaqədar iş kompleksinə nəzarət edir. Orkestrə dirijorluq edir. Yeni səhnə əsərləri yaradılması üçün bəstəkarlarla iş aparır. Perspektiv repertuar planlarını, tamaşaların (proqramların) yaradılmasının qrafiklərini işləyib hazırlayır, quruluş qruplarının və ifaçıların tərkibini tərtib edir. Yaradıcı ittifaqlarla daima əlaqə saxlayır, bədii şuranın işində iştirak edir. Yaradıcı kadrların düzgün seçilməsini, yerləşdirilməsi və istifadəsini təmin edir. İfaçılarla, opera və balet dirijorları ilə işləyir, onlara lazımi yaradıcılıq köməyi göstərir. Tərbiyəvi iş aparır, yaradıcı işçilərin peşə təhsilinin sistemini, forma və qaydalarını müəyyən edir. Cari repertuarda olan tamaşaların (proqramların) göstərilməsinin təqvim planına baxır və teatr-tamaşa müəssisəsinin direktoruna təsdiqə təqdim edir. Bədii, artist heyətinin yaradıcılığına və əmək intizamına riayət etməsinə nəzarət edir, onların əməyinin tarifləşdirməsi, həvəsləndirilməsi və inzibati cəza verilməsi haqqında təklif irəli sürür.
Musiqi-teatr sənətinin nailiyyətlərinin təbliği və onlarla yeni iş formalarının tətbiqi üzrə iş aparır.
Bilməlidir: mədəniyyət və incəsənət sahəsində qanunvericiliyi; yuxarı təşkilatların əmrlərini və başqa rəhbər materialları; mühüm ictimai-siyasi hadisələri; Azərbaycan Respublikasının və xarici ölkələrin təsərrüfatında, elmi və mədəni həyatında olan nailiyyətləri; yaradıcılıq prosesinin metodologiyasını; dirijorluq nəzəriyyəsini; səhnə tərtibatının, rejissorluğun, vokal sənətinin və aktyor ustalığının əsaslarını; Azərbaycan Respublikasının və xarici ölkə teatrlarının, konsert təşkilatlarının iş təcrübəsini; klassik və müasir repertuarı; vokal pedaqogikasını; iqtisadiyyatın əsaslarını; əməyin təşkili və idarə edilməsini; müəllif və əmək hüquqlarının əsaslarını; əməyin mühafizəsi, texniki təhlükəsizlik və yanğından mühafizə norma və qaydalarını.
Ödəniş dərəcələrinə ixtisas tələbləri: ali ixtisas təhsili və 3 ildən az olmayaraq musiqili teatr, konsert təşkilatı, musiqi və rəqs kollektivlərində ixtisası üzrə əmək stajı.
digər teatr və bədii kollektivlərdə;
Musiqili Komediya, Musiqili Dram teatrlarında, sirkdə;
Opera və Balet teatrlarında, filarmoniyaların nəzdində fəaliyyət göstərən musiqi, rəqs, bədii kollektivlərdə.
Əmək funksiyası. Əvvəllər yaradılmış balet tamaşalarının (proqramlarının) bərpasını və yeni balet tamaşalarının hazırlanmasını, buraxılışını təşkil edir və bu işə başçılıq edir. Stasionarda, səyyar və qastrol səfərlərində tamaşaların və konsert proqramlarının yüksək bədii səviyyəsini təmin edir, tamaşaların (proqramların) yaradılması ilə əlaqədar iş kompleksinə nəzarət edir. Operalarda, operettalarda (proqramlarda) məsuliyyətli balet səhnələrinin quruluşlarını həyata keçirir. Yeni səhnə əsərlərinin yaradılması üçün bəstəkarlarla və dramaturqlarla iş aparır. Balet truppalarının (rəqs kollektivlərinin) bədii iş prinsiplərini müəyyən edir, perspektiv repertuar proqnozlarını, tamaşaların (proqramların) yaradılmasının plan-qrafiklərini işləyib hazırlayır, quruluş qruplarının və ifaçıların tərkibini müəyyən edir. Yaradıcı ittifaqlarla daima əlaqə saxlayır. Bədii şuranın işində iştirak edir. Yaradıcı kadrların düzgün seçilməsini, yerləşdirilməsini və istifadəsini təmin edir. Balet truppasında tərbiyəvi iş aparır, peşə təhsili sisteminin formasını və qaydalarını müəyyən edir, onların yaradıcılıq imkanlarının artımına kömək edir, əmək şəraitinin yaxşılaşdırılması üçün ölçü götürür. Yaradıcılıq ustalığının artırılması üzrə tədbirlər təşkil edir və bilavasitə onlarda iştirak edir. Cari repertuarda olan tamaşaların (proqramların) göstərilməsinin təqvim planlarına baxır və teatr, konsert müəssisəsi direktoruna təsdiq etmək üçün təqdim edir. Bədii, artist heyətinin yaradıcılıq və əmək intizamına riayət etməsinə nəzarət edir, onların əməyinin tarifləşdirməsi, həvəsləndirilməsi və inzibati cəza verilməsi haqqında təklif irəli sürür. Zəhmətkeşlər arasında musiqi, teatr sənətinin nailiyyətlərinin təbliği işində iştirak edir.
Bilməlidir: mədəniyyət və incəsənət sahəsində qanunvericiliyi; yuxarı təşkilatların əmrlərini, sərəncamlarını və başqa rəhbər materialları; mühüm ictimai-siyasi hadisələri; Azərbaycan Respublikasının və xarici ölkələrin təsərrüfatında, elmi və mədəni həyatında olan nailiyyətlərini; yaradıcılıq prosesinin metodologiyasını; musiqili dramaturgiyanın əsaslarını; musiqili səhnə əsərlərinin partitura və klaviri ilə işi; rejissorluq və aktyor ustalığının nəzəriyyəsini və onların xoreoqrafiya sənətində təbliğini; Azərbaycan Respublikasının və xarici ölkə baletinin təcrübəsini; klassik və müasir balet repertuarını; əməyin təşkilini və idarə edilməsini; müəllif və əmək hüquqlarının əsaslarını; əməyin mühafizəsi, texniki təhlükəsizlik və yanğından mühafizə norma və qaydalarını.
Ödəniş dərəcələrinə ixtisas tələbləri: ali ixtisas təhsili və 3 ildən az olmayaraq musiqili teatrlarda, rəqs kollektivlərində baletmeyster vəzifəsində əmək stajı və ya orta ixtisas təhsili və 5 ildən az olmayaraq musiqili teatrlarda, rəqs kollektivlərində baletmeyster vəzifəsində əmək stajı və ya 10 ildən az olmayaraq musiqili teatrlarda, rəqs kollektivlərində balet artisti vəzifəsində əmək stajı.
digər teatr və bədii kollektivlərdə;
Musiqili Komediya teatrlarında, filarmoniyaların nəzdində fəaliyyət göstərən musiqi və rəqs kollektivlərində, sirkdə;
Opera və Balet teatrlarında.
Əmək funksiyası. Xor kollektivinə rəhbərlik edir. Xora dirijorluq edir. Onun yaradıcılıq fəaliyyətinin yüksək ideya-bədii səviyyəsini stasionarda, səyyar və qastrol səfərlərində təmin edir. Əvvəllər yaradılmış tamaşaların (proqramların) bərpası, yeni tamaşaların (proqramların) hazırlanması və buraxılışı üzrə işdə iştirak edir. Yeni səhnə əsərlərinin yaradılmasında bəstəkar və dramaturqlarla iş aparır. Öz sahəsində yaradıcı kadrların düzgün seçilməsini, yerləşdirilməsini və səmərəli istifadəsini təmin edir. Xormeysterlərin işinə nəzarət edir, onlara lazımi yaradıcılıq köməyi göstərir. Tərbiyəvi iş aparır, yaradıcı işçilərin peşə təhsili sistemini, forma və qaydalarını müəyyən edir. Perspektiv repertuar planlarının, tamaşaların (proqramların) yaradılmasının plan-qrafikinin işlənib hazırlanmasında iştirak edir. Xor artistlərinin yaradıcılığına və əmək intizamına əməl edilməsinə nəzarət edir, onların əməyinin tarifləşdirməsi, həvəsləndirməsi və inzibati cəza verilməsi haqqında təkliflər irəli sürür. Musiqili teatr sənətinin nailiyyətlərinin təbliği üzrə işdə iştirak edir.
Bilməlidir: mədəniyyət və incəsənət sahəsində qanunvericiliyi; yuxarı təşkilatların əmrlərini, sərəncamlarını və başqa rəhbər materialları; musiqili teatrda (kollektivdə) yaradıcılıq prosesinin metodologiyasını; musiqili teatrların və kollektivlərin klassik və müasir repertuarını; rejissorluğun və aktyor sənətinin əsaslarını; iqtisadiyyatın əsaslarını; əməyin təşkili və idarə edilməsini; əməyin mühafizəsi, texniki təhlükəsizlik və yanğından mühafizə norma və qaydaları.
Ödəniş dərəcələrinə ixtisas tələbləri: ali ixtisas təhsili və 3 ildən az olmayaraq musiqili teatrda (kollektivdə) xormeyster vəzifəsində əmək stajı.
bədii özfəaliyyət kollektivlərində;
Musiqili Komediya, Musiqili Dram teatrlarında, filarmoniyaların nəzdində fəaliyyət göstərən bədii kollektivlərdə;
Opera və Balet teatrlarında.
Əmək funksiyası. Teatr tamaşalarının, musiqi, rəqs kollektivlərinin, konsert təşkilatının proqramlarının bədii-quruluş səhnə həlli prinsiplərini işləyib hazırlayır. Bütün tamaşaların, teatr interyerinin tərtibatının yüksək ideya-bədii səviyyəsini, habelə reklamın və kollektivin yaradıcılıq nailiyyətlərini əks etdirən tematik sərgilərin keyfiyyətini təmin edir. Quruluşçuların ideyalarına uyğun olaraq müəyyən edilmiş vaxt və xərclər çərçivəsində, işin plan-qrafikinə müvafiq, əvvəllər yaradılmış və yeni hazırlanan tamaşaların (proqramların) tərtibatını yaradır. Tamaşaların (proqramların) ideya-bədii mənasına uyğun olaraq, əsas quruluşların (dekorların, kostyumların və s.) tərtibatında iştirak edir.
Yeni və əsaslı bərpa edilən tamaşaların maketlərinin, kostyum və tərtibat eskizlərinin vaxtında təqdim olunmasını, tamaşaların (proqramların) müəyyən edilmiş müddətdə hazırlanıb təhvil verilməsinə dair ətraflı planların işlənilməsini təmin edir.
Bədii-quruluş hissə mütəxəssislərinin, dəvət olunmuş rəssamların işinə nəzarət edir və onlara lazımi yaradıcı kömək göstərir. İşçilərin bədii-quruluş hissəsinə seçilməsində iştirak edir, onların yetişdirilməsi üzrə iş aparır. Gənc rəssamların, bədii-quruluş hissə işçilərinin peşə artımına, quruluş sahəsi işçilərinin əmək şəraitinin yaxşılaşmasına kömək edir. Yeni teatr quruluş texnikası, texnologiyası, materialları sahəsində nailiyyətlərin öyrənilməsini və tətbiqini təşkil edir.
Bilməlidir: mədəniyyət və incəsənət sahəsində qanunvericiliyi; yuxarı təşkilatların əmrlərini, sərəncamlarmı və başqa rəhbər materialları; mühüm ictimai-siyasi hadisələri; Azərbaycan Respublikasının və xarici ölkələrin təsərrüfatında, elm və mədəni həyatında olan nailiyyətləri; tamaşaların (proqramların) səhnə tərtibatının bütün komponentlərinin yaradılması və hazırlanması prinsiplərini; Azərbaycan Respublikasında və xarici ölkələrdə tamaşaların səhnə tərtibatı sahəsindəki təcrübəni; teatr-səhnə texnikasını və texnologiyasını; teatrın tarixini; iqtisadiyyatı; əməyin təşkili və idarə edilməsini; əməyin mühafizəsi, texniki təhlükəsizlik və yanğından mühafizə norma və qaydaları.
Ödəniş dərəcələrinə ixtisas tələbləri: ali ixtisas təhsili və 3 ildən az olmayaraq quruluşçu rəssam vəzifəsində əmək stajı.
digər teatr və bədii kollektivlərdə;
Musiqili Komediya, Musiqili Dram, Dram, Poeziya, Gənc Tamaşaçılar, Kukla, Pantomima teatrlarında, filarmoniyalarda, konsert, təşkilatlarında;
Opera və Balet teatrlarında.
Əmək funksiyası. Teatrın repertuarının formalaşmasında iştirak edir, lazımi ədəbiyyat materiallarını yığır, mütəxəssislərlə məsləhətləşmə aparır. Bəstəkarlar İttifaqı, Teatr Xadimləri İttifaqı, Mədəniyyət Nazirliyinin müvafiq şöbəsi, Əqli Mülkiyyət Agentliyi ilə daima əlaqə saxlayır. Dramaturqlarla iş aparır. Yeni səhnə əsərləri yaratmaq üçün müəlliflərə mövzu və süjetlər tövsiyə edir, yaradıcı sifarişlərə baxır, onlar üzrə rəy verir. Bədii şurada yeni əsərlərin müzakirəsini təşkil edir, şuranın iclaslarını protokollaşdırır, tamaşa üçün qəbul edilmiş mətn və librettoları redaktə edir. Yeni əsərlərin yaradılması və əldə edilməsi üçün müqavilələri hazırlayır. Müəlliflərin müqavilə vəzifələrinin yerinə yetirilməsinə nəzarət edir. Bütün reklam nəşrlərini redaktə edir və onların buraxılışını izləyir, mətbuatla əlaqə saxlayır, kollektivin yaradıcılıq həyatı haqqında olan informasiya materiallarını nəşr etdirmək üçün hazırlayır və nəşrə verir. Tamaşaçı auditoriyasının öyrənilməsi üzrə tədbirlərdə iştirak edir. Tamaşaçı konfransları, mühazirələr, çıxışlar təşkil edir.
Bilməlidir: ədəbiyyat və incəsənət sahəsində qanunvericiliyi; yuxarı təşkilatların əmrlərini, sərəncamlarını və başqa rəhbər materialları; teatrın, musiqinin, baletin, ədəbiyyatın tarixini; musiqili dramaturgiyanın əsaslarını; klassik və müasir repertuarı; klassik və müasir ədəbiyyatı; nəşr işinin, iqtisadiyyatın əsasların; əməyin təşkili və idarə edilməsini; müəllif və əmək hüquqlarının əsaslarını.
Ödəniş dərəcələrinə ixtisas tələbləri: ali ixtisas təhsili (filoloq, teatrşünas, musiqişünas).
ədəbi dram hissəsinin rəhbəri vəzifəsində 3 ilədək əmək stajı;
ədəbi dram hissəsinin rəhbəri vəzifəsində 5 ildən az olmayaraq əmək stajı;
ədəbi dram hissəsinin rəhbəri vəzifəsində 8 ildən az olmayaraq əmək stajı;
ədəbi dram hissəsinin rəhbəri vəzifəsində 10 ildən az olmayaraq əmək stajı.
Əmək funksiyası. Teatr tamaşalarının musiqi tərtibatının yaradılması üzrə bədii və təşkilati rəhbərlik işini həyata keçirir. Teatrın baş rejissoru ilə birgə kollektivin repertuarında musiqinin istifadəsi prinsipini və metodlarını işləyib hazırlayır, bəstəkarlarla əlaqə saxlayır və onlara teatr üçün musiqi materialları hazırlamaqda əməli kömək göstərir. Teatrda musiqi işini təşkil edir. Yeni tamaşalara musiqi bəstələmək üçün dəvət olunacaq bəstəkarlar haqqında rejissor kollektivinə və rəhbərliyə təklif irəli sürür. Orkestrin və müşayiətçi-konsertmeysterlərin bütün işinə bilavasitə rəhbərlik edir. Tamaşalarda rolların ifaçıları ilə lazımi musiqi təlimi və məşqləri aparır. Radiotexniklərin və səs rejissorlarının işinə nəzarət edir. Tamaşalarda və məşqlərdə orkestrə dirijorluq edir. Ehtiyac olduqda quruluşçu dirijorun funksiyalarını həyata keçirir. Səhnədə musiqi ifasının bədii keyfiyyətini, müəyyən edilmiş vaxt və vəsait çərçivəsində yeni tamaşaların musiqi tərtibatının hazırlanmasını, orkestr artistlərinin və ayrı-ayrı musiqi ifaçılarının düzgün istifadə edilməsi və yüklənməsi işini təmin edir və onların işinə nəzarət edir. Tərbiyəvi iş aparır, səhnə, musiqi (nəğmə) ifası ilə əlaqədar olan rolların bölüşdürülməsində iştirak edir. Bəstəkar və rejissorla birlikdə tamaşalara musiqi hazırlayır və onun Bədii şuraya və teatrın rəhbərliyinə təhvilində iştirak edir. Orkestr artistlərinin və ayrı-ayrı musiqiçilərin əməyinin tarifləşdirməsi, həvəsləndirilməsi və inzibati cəza verilməsi barədə təklif irəli sürür. Orkestr artistləri və musiqiçilərin ifaçılıq ustalığının artırılması üzrə iş aparır. Ona tabe olan heyətin yaradıcılığına və əmək intizamına riayət etmələrinə nəzarət edir.
Bilməlidir: mədəniyyət və incəsənət sahəsində qanunvericiliyi; musiqili teatr sənəti üzrə yuxarı təşkilatların əmrlərini, sərəncamlarını və başqa rəhbər materialları; dram teatrında musiqi işinin spesifikasını; orkestr və xor dirijorluğunun nəzəriyyəsini və təcrübəsini; klassik və müasir musiqini, simfonik orkestr, habelə nəfəsli və xalq alətləri üçün instrumentovkanın əsaslarını; Azərbaycan Respublikasının və xarici ölkə teatrlarının musiqi işinin təcrübəsini; vokal-pedaqoji işin üslublarını, iqtisadiyyatın əsaslarını; əməyin təşkilini və idarə edilməsini; müəllif və əmək hüquqlarını; əməyin mühafizəsi, texniki təhlükəsizlik, istehsalat sanitariyası və yanğından mühafizə norma və qaydalarını.
Ödəniş dərəcələrinə ixtisas tələbləri: ali ixtisas təhsili, əmək stajına tələb qoyulmadan və ya orta ixtisas təhsili və dirijor (konsertmeyster) işi üzrə 3 ildən az olmayaraq əmək stajı.
digər teatrlarda və bədii kollektivlərdə;
Dram, Gənc Tamaşaçılar, Kukla, Poeziya, Pantomima teatrlarında;
Opera və Balet, Musiqili Komediya, Musiqili Dram teatrlarında.
Əmək funksiyası. Teatr-tamaşa müəssisələrində bədii-quruluş hissəsinin yerinə yetirdiyi bütün iş kompleksinə rəhbərlik edir. Müəyyən edilmiş vəsait və vaxt çərçivəsində dekorların hazırlanmasını, quraşdırılması və tamaşaların (proqramların) stasionarda, səyyar və qastrol səfərlərində keçirilməsini təşkil edir. Tamaşanın quruluşçu rəssamı və quruluşçu rejissoru ilə birlikdə tərtibatın eskizlərinin, maketlərinin müzakirəsində, onların Bədii şuraya və rəhbərliyə təsdiqə təqdim edilməsində iştirak edir. Hazırlanmış maketlərin texniki mütəxəssislərlə müzakirəsini təşkil edir. İşləri siyahıya alır, müvafiq mütəxəssislər tərəfindən smeta və texniki sənədlərin işlənməsini, konstruktiv çertyojların və maketlərin hazırlanmasını təşkil edir. İş planlarını və qrafiklərini tərtib edir, onların yerinə yetirilməsinə nəzarət edir. Yeni və əsaslı bərpa olunan tamaşalar(proqramlar) üçün lazımi materialların əldə edilməsi üçün sifariş verir. Quruluş hissəsi bölmələrinin rəhbərlərinə anbardan materialların verilməsinin məqsədəuyğunluğunu təsdiq edir. Ehtiyat fondlarından mümkün olan tərtibat detallarının seçilməsi və istifadəsini təmin edir. Cari repertuarın tərtibatının təmiri üçün sifariş hazırlayır və onun yerinə yetirilməsini təşkil edir.
Səhnə əmlakını səyyar və qastrol səfərlərinə hazırlamaq üzrə işi (tərtibatın təmiri, qablaşdırılması, dekorların, mebellərin, rekvizitlərin, kostyumların daşınması və s.) təşkil edir. Tamaşaların (proqramların) hazırlanması üçün xərclər smetasını tərtib edir, quruluşçu rəssamla birgə dekorların səhnə planını hazırlayır, tərtibatın hazırlanmasının texnoloji və səhnə işlərini siyahıya alır. Bədii-quruluş hissəsinə kadrların seçilməsində iştirak edir, onların yetişdirilməsinə və təhsilinə rəhbərlik edir. Quruluş hissəsi işçilərinin iş vaxtının qeydiyyatını, texnika və texnologiya sahəsindəki son nailiyyətləri, yeni materialların öyrənilməsini və istehsalata tətbiqini təşkil edir, səhnə avadanlığının təkmilləşməsi üzrə təkliflər irəli sürür. Ona tabe olan xidmət sahələrində əmək intizamı, əməyin mühafizəsi, texniki təhlükəsizlik, istehsalat sanitariyası və yanğından mühafizə qaydalarının gözlənilməsini təmin edir.
Bilməlidir: istehsalın təşkilini; iqtisadiyyatın və proqnozlaşdırmanın əsaslarını; teatr dekorlarının, mebellərin, rekvizitlərin və s. hazırlanmasının texnika və texnologiyasını; istehsalda tətbiq olunan materialların xüsusiyyətlərini; faktura spesifikliyini; dekorların saxlanması və daşınması qaydalarını; teatr, konsert, sirk texnikası və texnologiyası sahəsində Azərbaycan Respublikasının və xarici teatr-tamaşa müəssisələrinin iş təcrübəsini; teatr, konsert, sirk müəssisəsində yaradıcı işin xüsusiyyətlərini; mühasibat uçotu və maliyyə, vergi və digər hesabatları; iqtisadiyyatı; əməyin təşkilini və istehsalatın idarə edilməsini; əməyin mühafizəsi, texniki təhlükəsizlik, istehsalat sanitariyası və yanğından mühafizə norma və qaydalarını.
Ödəniş dərəcələrinə ixtisas tələbləri:
orta ixtisas təhsili və teatr, konsert, sirk müəssisələrinin bədii-quruluş hissəsində 3 ildən az olmayaraq əmək stajı;
orta ixtisas təhsili və teatr, konsert, sirk müəssisələrinin bədii-quruluş hissəsində 5 ildən az olmayaraq əmək stajı;
ali ixtisas təhsili və teatr, konsert, sirk müəssisələrinin bədii-quruluş hissəsində 3 ildən az olmayaraq əmək stajı;
ali ixtisas təhsili və teatr, konsert, sirk müəssisələrinin bədii-quruluş hissəsində 5 ildən az olmayaraq əmək stajı.
Əmək funksiyası. Yeni tamaşaların (proqramların) hazırlanmasını və əvvəllər yaradılmış tamaşaların (proqramların) bərpasını həyata keçirir. Ona tapşırılmış quruluşların yüksək bədii səviyyədə, nəzərdə tutulmuş vaxt və xərclər çərçivəsində buraxılışını təmin edir. Tamaşaların (proqramların) hazırlanması və buraxılışı üzrə işi təşkil edir, məşq prosesini planlaşdırır və onun yüksək səmərəliliyinə nail olur. Ona tapşırılmış tamaşaların quruluş qruplarının və ifaçıların tərkibləri barədə teatr-tamaşa müəssisəsinin rəhbərliyinə təklif verir. Quruluşçu rəssamın işinə rəhbərlik edir, ona tapşırılmış tamaşa üzərində bədii-quruluş hissəsinin apardığı iş prosesinə nəzarət edir. Partiya və rolların yeni ifaçılarını tamaşalara daxil edir, yaradıcı kollektivlərdə tərbiyəvi iş aparır, hazırlanmış və bərpa edilmiş tamaşaların (proqramların) keyfiyyətinə nəzarət edir. Yaradıcı işçilərin ustalığının təkmilləşməsi üzrə tədbirlərdə bilavasitə iştirak edir. İşçilərin yaradıcılığına və əmək intizamına riayət etmələrinə nəzarət edir, işçilərin həvəsləndirilməsi və inzibati cəza verilməsi haqqında təklif irəli sürür. Tamaşaçı auditoriyasının öyrənilməsi və musiqili teatr sənəti nailiyyətlərinin geniş yayılması tədbirlərində iştirak edir.
Bilməlidir: mədəniyyət və incəsənət sahəsində qanunvericiliyi; yuxarı təşkilatların əsas əmrlərini; sərəncamlarını və başqa rəhbər materiallarını; rejissorluq və aktyor ustalığının nəzəriyyəsini və təcrübəsini; səhnə və musiqi tərtibatının əsaslarını; klassik və müasir dramaturgiyanı; vokal, xor və xoreoqrafiya sənətinin əsaslarını; Azərbaycan Respublikasında və xarici ölkələrdə teatrların (konsert təşkilatlarının) iş təcrübəsini; partitura və musiqili səhnə əsərləri ilə işi; iqtisadiyyatın əsaslarını; əməyin təşkili və idarə edilməsini; müəllif və əmək hüquqlarının əsaslarını; əməyin mühafizəsi, texniki təhlükəsizlik və yanğından mühafizə norma və qaydalarını.
Ödəniş dərəcələrinə ixtisas tələbləri:
ali ixtisas təhsili, əmək stajına tələb qoyulmadan;
ali ixtisas təhsili və 13-cü dərəcəli quruluşçu rejissor vəzifəsində 2 ildən az olmayaraq əmək stajı;
ali ixtisas təhsili və 14-cü dərəcəli quruluşçu rejissor vəzifəsində 3 ildən az olmayaraq əmək stajı.
Əmək funksiyası. Yeni balet tamaşalarının (proqramların) hazırlamasını və əvvəllər yaradılmış balet tamaşalarının (proqramların) bərpasını həyata keçirir. Ona tapşırılmış tamaşaların yüksək bədii səviyyədə, nəzərdə tutulmuş vaxt və xərclər çərçivəsində buraxılışını təmin edir. Tamaşaların (proqramların) hazırlanması və buraxılışı üzrə işi təşkil edir, məşq prosesini planlaşdırır. Quruluş qruplarının və ifaçıların tərkibinə dair teatr-tamaşa müəssisəsinin rəhbərliyinə təklif verir. Musiqili tamaşalarda (proqramlarda) rəqslərin quruluşunu verir. Quruluşçu rəssamın işinə rəhbərlik edir, ona tapşırılmış tamaşa üzərində bədii-quruluş hissəsinin işinə nəzarət edir və məşq prosesini planlaşdırır. Yeni ifaçıları balet tamaşalarına (proqramlara) daxil edir, balet repertuarının formalaşmasında iştirak edir. Yaradıcı kollektivlə tərbiyəvi iş aparır, yeni hazırladığı və bərpa etdiyi tamaşaların (proqramların) keyfiyyətinə nəzarət edir. Yaradıcı işçilərin peşə ustalığının təkmilləşməsi üzrə tədbirlərdə bilavasitə iştirak edir. İşçilərin yaradıcılığına və əmək intizamına riayət etmələrinə nəzarət edir, işçilərin həvəsləndirilməsi və inzibati cəza verilməsi haqqında təklif irəli sürür. Tamaşaçı auditoriyasının öyrənilməsi və zəhmətkeşlər arasında teatr, musiqi və xoreoqrafiya sənəti nailiyyətlərinin geniş yayılması tədbirlərində iştirak edir.
Bilməlidir: mədəniyyət və incəsənət sahəsində qanunvericiliyi; yuxarı təşkilatların əsas əmrlərini, sərəncamlarını və başqa rəhbər materialları; səhnə və musiqi tərtibatının əsaslarını; rejissorluq və aktyor ustalığının nəzəriyyəsini və onun xoreoqrafiya sənətinə tətbiqini; klassik və müasir balet repertuarını; klassik, müasir və xalq xoreoqrafiyasını; Azərbaycan Respublikasında və xarici ölkələrdə teatrların (konsert təşkilatlarının) iş təcrübəsini; musiqili səhnə əsərlərinin partitura və klaviri ilə işi; iqtisadiyyatın əsaslarını; əməyin təşkili və idarə edilməsini; müəllif və əmək hüquqlarının əsaslarını; əməyin mühafizəsi, texniki təhlükəsizlik və yanğından mühafizə norma və qaydalarını.
Ödəniş dərəcələrinə ixtisas tələbləri:
ali ixtisas təhsili, əmək stajına tələb qoyulmadan və ya orta ixtisas təhsili və ixtisası üzrə 2 ildən az olmayaraq əmək stajı və ya balet artisti vəzifəsində musiqili teatrlarda, rəqs kollektivlərində 10 ildən az olmayaraq əmək stajı;
ali ixtisas təhsili və 13-cü dərəcəli quruluşçu baletmeyster vəzifəsində 2 ildən az olmayaraq əmək stajı;
ali ixtisas təhsili və 14-cü dərəcəli quruluşçu baletmeyster vəzifəsində 2 ildən az olmayaraq əmək stajı.
Əmək funksiyası. Yeni tamaşaların (proqramların) və əsaslı bərpa olunmuş tamaşaların (proqramların) səhnə tərtibatını və işıq partiturasını yaradır. Müəyyən edilmiş vaxt və xərclər çərçivəsində bədii tərtibatın hazırlanmasını təmin edir. Dekorların və kostyumların eskizlərini, tərtibatın iş maketini rəhbərliyin və Bədii şuranın təsdiqinə verir, bədii-quruluş hissəsi üçün dekorların, mebellərin və butaforiyanın qabarıq çertyojlarını, butaforiyanın və rekvizit materiallarının fakturasını göstərməklə rəngli rəsmləri, kostyumların və onların detallarının, materialların nümunələrini əlavə edərək konstruktiv rəsmləri, mürəkkəb qrimlərin eskizlərini hazırlayır. Tərtibatın hazırlanması prosesində istehsalat sahəsinin işçilərinə nəzarət edir, quraşdırma və işıq məşqini keçirir. Səhnə tərtibatının və işıq avadanlığının vaxtında təmirinə nəzarət edir. Reklamların, interyerlərin, sərgilərin eskizlərini hazırlayır. Gənc rəssamların və bədii-quruluş hissəsi işçilərinin yetişdirilməsi və peşə məharətinin təkmilləşməsi üzrə iş aparır. Teatr quruluş texnikası və texnologiyası sahəsində yeni nailiyyətlərin və materialların öyrənilməsini və istehsalata tətbiq edilməsini təşkil edir.
Bilməlidir: mədəniyyət və incəsənət sahəsində qanunvericiliyini; yuxarı təşkilatların əmrlərini, sərəncamlarını və başqa rəhbər materialları; səhnə tərtibatının bütün komponentlərinin hazırlanma texnologiyasını; dekor sənətinin tarixini; Azərbaycan Respublikasının və xarici ölkə teatrlarının səhnə tərtibatını; teatr texnikası və texnologiyası sahəsindəki təcrübəni; iqtisadiyyatın əsaslarını; əməyin təşkili və idarə edilməsini; əməyin mühafizəsi, texniki təhlükəsizlik və yanğından mühafizə norma və qaydalarını.
Ödəniş dərəcələrinə ixtisas tələbləri:
ali ixtisas təhsili, əmək stajına tələb qoyulmadan və ya orta ixtisas təhsili və ixtisası üzrə 2 ildən az olmayaraq əmək stajı;
ali ixtisas təhsili və 13-cü dərəcəli quruluşçu rəssam vəzifəsində 2 ildən az olmayaraq əmək stajı və ya orta ixtisas təhsili və 13-cü dərəcəli quruluşçu rəssam vəzifəsində 3 ildən az olmayaraq əmək stajı;
ali ixtisas təhsili və 14-cü dərəcəli quruluşçu rəssam vəzifəsində 2 ildən az olmayaraq əmək stajı və ya orta ixtisas təhsili və 14-cü dərəcəli quruluşçu rəssam vəzifəsində 3 ildən az olmayaraq əmək stajı.
Əmək funksiyası. Yeni hazırlanan və əsaslı bərpa olunan tamaşaların (proqramların) yaradılmasında müstəqil musiqi işini həyata keçirir. Orkestrə dirijorluq edir. Quruluşçu rejissorla birlikdə partiyaların yeni ifaçılarını tamaşaya daxil edir, yaradıcı kollektivlə tərbiyəvi iş aparır, cari repertuarda olan tamaşaların (proqramların) keyfiyyətinə nəzarət edir. Məşq prosesinin keçirilməsi üzrə plan işləyib hazırlayır. Ona tapşırılmış tamaşaların nəzərdə tutulmuş vəsait çərçivəsində vaxtında hazırlanmasını və buraxılışı üzrə işi təşkil və təmin edir. Rəhbərliyin göstərişi ilə yeni əsərlər üzərində bəstəkarlarla iş aparır. Tamaşaçı auditoriyasının öyrənilməsi, musiqi sənətinin nailiyyətlərinin geniş yayılması tədbirlərində, yaradıcı işçilərin ixtisaslarını təkmilləşdirmək üzrə tədbirlərdə iştirak edir.
Bilməlidir: mədəniyyət və incəsənət sahəsində qanunvericiliyi; yuxarı təşkilatların əmrlərini, sərəncamlarını və başqa rəhbər materialları; musiqili teatrlarda, musiqi, rəqs kollektivlərində, konsert təşkilatlarında yaradıcılıq prosesinin metodologiyasını; dirijorluq nəzəriyyəsini; səhnə tərtibatının əsaslarını; musiqili teatrların və konsert təşkilatlarının klassik və müasir repertuarını; musiqili dramaturgiyanın, aktyor ustalığının, vokal sənətinin əsaslarını; vokal pedaqogikasının metodikasını; vokal səhnə surəti yaradılması məqsədi ilə partiyalar üzərində müğənnilərlə işi; iqtisadiyyatın əsaslarını; əməyin təşkili və idarə edilməsini; əməyin mühafizəsi, texniki təhlükəsizlik və yanğından mühafizə norma və qaydalarını.
Ödəniş dərəcələrinə ixtisas tələbləri:
ali və ya orta ixtisas təhsili, əmək stajına tələb qoyulmadan;
ali ixtisas təhsili və 13-cü dərəcəli dirijor vəzifəsində 2 ildən az olmayaraq əmək stajı və ya orta ixtisas təhsili və 13-cü dərəcəli dirijor vəzifəsində 3 ildən az olmayaraq əmək stajı;
ali ixtisas təhsili və 14-cü dərəcəli dirijor vəzifəsində 2 ildən az olmayaraq əmək stajı və ya orta ixtisas təhsili və 14-cü dərəcəli dirijor vəzifəsində 3 ildən az olmayaraq əmək stajı.
Əmək funksiyası. Butafor məmulatlarının eskizlərini hazırlayır. Tamaşanın butaforiya eskizlərini və nümunələrini quruluşçu rəssam və quruluşçu rejissorla razılaşdırır. Sexin (sahənin) işinə rəhbərlik edir, onun bədii və texnoloji siyasətini müəyyənləşdirir, butaforiya istehsalını təkmilləşdirir. Ona tabe olan işçilərin ixtisaslarının artırılması üçün praktiki iş aparır.
Bilməlidir: maddi mədəniyyətin tarixini; şəkilçəkmə, rəsmxət və təsviri sənətin texnikasını; koloristikanı və rəssamlığın müxtəlif rəng və boya texnologiyasını; yanmanın texnika və texnologiyasını; butafor əşyalarının müxtəlif materiallardan hazırlanmasını; yapışqan və yapışqanlı materialların texnologiyasını; polimer materialların kimyəvi əsaslarını; onların istehsal proseslərinin texnologiyasını; kimyəvi rəngləmə və parça üzərində naxış salma texnologiyasını; daxili əmək intizamını; əməyin mühafizəsi, texniki təhlükəsizlik, istehsalat sanitariyası və yanğından mühafizə norma və qaydalarını.
Ödəniş dərəcələrinə ixtisas tələbləri:
orta ixtisas təhsili və 3 ildən az olmayaraq ixtisası üzrə əmək stajı. Orta ixtisas təhsil olmadıqda, aidiyyatı işlərdə 5 ildən az olmayaraq əmək stajı;
ali ixtisas təhsili, əmək stajına tələb qoyulmadan və ya orta ixtisas təhsili və 13-cü dərəcəli butaforçu rəssam vəzifəsində 3 ildən az olmayaraq əmək stajı.
Əmək funksiyası. Teatrın dekor sexinin (sahəsinin) rəhbəri və əsas icraçısıdır. Dekorçuların işinə rəhbərlik edir və quruluşçu rejissorun eskizləri əsasında ən mürəkkəb rəssamlıq işlərini yerinə yetirir. Tamaşanın eskizlərinin və maketlərinin qəbul edilməsində iştirak edir. Cari repertuarda olan tamaşaların dekorlar ilə tərtibatının bədii vəziyyətinə nəzarət yetirir. Bədii təsvirin əvvəlki koloritinin, stilinin və cizgi elementlərinin saxlanılmasına nail olaraq, bütün bədii təsviri dekorların bərpasına rəhbərlik edir. Materialların sərf olunmasının qeydiyyatmı aparır və sərf olunan materiallar barədə hesabat tərtib edir.
Bilməlidir: səhnənin quruluşunu və avadanlığını; teatr-dekor materiallarının texnologiyasını; rənglərin uyğunlaşma qanunlarını və perspektivlərini; müxtəlif tərkibli rənglərin xüsusiyyətlərini və onların hazırlanması qaydalarını; zamazka və rəng astarlarının resepturasını; tonların tərtib edilməsini; daxili əmək intizamını; əməyin mühafizəsi, texniki təhlükəsizlik, istehsalat sanitariyası və yanğından mühafizə norma və qaydalarını.
Ödəniş dərəcələrinə ixtisas tələbləri:
orta ixtisas təhsili və 3 ildən az olmayaraq ixtisası üzrə əmək stajı. Orta ixtisas təhsili olmadıqda aidiyyatı işlərdə 5 ildən az olmayaraq ixtisası üzrə əmək stajı;
ali ixtisas təhsili, əmək stajına tələb qoyulmadan və ya orta ixtisas təhsili və 13-cü dərəcəli dekorçu rəssam vəzifəsində 3 ildən az olmayaraq əmək stajı.
Əmək funksiyası. Qrimçi rəssam qrim sahəsinə rəhbərlik edir. Quruluşçu rəssamın fikirləri əsasında orijinal müəllif qrimi yaradır. Qrim-pastijorluğun bütün bədii üsulları ilə ölkə daxilində və xarici ölkələrdə istifadə olunan bütün avadanlıqlarla, alətlərlə, materiallarla (boya, bərkidici, gil, lateks, papye-maşe və s.) işləyir. Qrim-pastijor sənətində istifadə etmək üçün oxşar yerli xammalı emal edir. Mürəkkəb portret qrimi yaradır. Teatrın cari repertuarında olan tamaşalarda bədii qrimi saxlayır. Gənc mütəxəssislərə professional ustalığı öyrədir.
Bilməlidir: maddi mədəniyyət tarixini; qrim-pastijor sənətinin bütün texnoloji proseslərini; bütün növ bədii-pastijor məmulatlarının hazırlanması üsullarını; daxili əmək intizamını; əməyin mühafizəsi, texniki təhlükəsizlik, istehsalat sanitariyası və yanğından mühafizə norma və qaydalarını.
Ödəniş dərəcələrinə ixtisas tələbləri:
orta ixtisas təhsili və 3 ildən az olmayaraq ixtisası üzrə əmək stajı. Orta ixtisas təhsili olmadıqda aidiyyatı işlərdə 5 ildən az olmayaraq ixtisası üzrə əmək stajı;
ali ixtisas təhsili, əmək stajına tələb qoyulmadan və ya orta ixtisas təhsili və 13-cü dərəcəli qrimçi rəssam vəzifəsində 3 ildən az olmayaraq əmək stajı.
Əmək funksiyası. Quruluşçu rəssam və quruluşçu rejissorla birlikdə tamaşanın bədii işıq tərtibatının üslubunu işləyib hazırlayır. Maketin qəbulunda iştirak edir, quraşdırma üçün konkret təkliflər verir, texniki vasitələrdən istifadə edərək tamaşanın işığını quraşdırır. İşıq effektlərini sənədlərlə əsaslandırır. Bədii işıqlandırmanı partituralarda fiksasiya edərək, tamaşanın bədii işıqlanma məşqlərini aparır. Cari repertuarda olan tamaşaların bədii işıqlanmasının dəqiq yerinə yetirilməsinə nəzarət edir.
Bilməlidir: səhnə işıqlandırılması sahəsində elm və texnikanın ən yeni nailiyyətlərini; səhnə texnikasını və texnologiyasını; səhnəqrafiyanın inkişafını; elektrotexnikanı, optikanı, elektronikanı; hesablayıcı texnikanı; işıq partiturasını; mexanikanı; daxili əmək intizamını; əməyin mühafizəsi, texniki təhlükəsizlik, istehsalat sanitariyası və yanğından mühafizə norma və qaydalarını.
Ödəniş dərəcələrinə ixtisas tələbləri:
orta ixtisas təhsili və 3 ildən az olmayaraq ixtisası üzrə əmək stajı;
ali ixtisas təhsili, əmək stajına tələb qoyulmadan və ya orta ixtisas təhsili və 13-cü dərəcəli işıq üzrə rəssam vəzifəsində 3 ildən az olmayaraq əm ək stajı.
Əmək funksiyası. Quruluşçu rəssamın eskizlərinə uyğun olaraq teatr kostyumlarının əsas icraçısıdır. Quruluşçu rəssamdan kostyum eskizlərinin qəbulunda iştirak edir və onların dəqiq, bütöv və konkret realizəsini təmin edir. Quruluşçu rəssamın faktura, rəng, biçim, həcm və detallarla bağlı göstərişlərinin yerinə yetirilməsinə nəzarət edir. Kostyumları biçir və detalların biçiminə fikir verir. Kostyumların düzgün tikilişinə və tamaşalarda səmərəli istifadəsinə nəzarət edir.
Bilməlidir: teatr kostyumlarının xüsusiyyətini və hazırlanma texnologiyasını; kostyumların tarixini; mədəniyyət tarixini; milli və müasir biçimi; çalışdığı teatrın aktyorlarının qamət xüsusiyyətlərini və fərdiliklərini; teatr kostyumunun müasir tikiliş texnologiyasını və yeni materialları; daxili əmək intizamını; əməyin mühafizəsi, texniki təhlükəsizlik, istehsalat sanitariyası və yanğından mühafizə norma və qaydalarını.
Ödəniş dərəcələrinə ixtisas tələbləri:
ali ixtisas təhsili, əmək stajına tələb qoyulmadan və ya orta ixtisas təhsili və 3 ildən az olmayaraq ixtisası üzrə əmək stajı;
ali ixtisas təhsili və 13-cü dərəcəli modelyer rəssam vəzifəsində 3 ildən az olmayaraq əmək stajı.
Əmək funksiyası. Quruluşçu rəssamın eskizlərinə uyğun olaraq tamaşanın həcmli-plastik tərtibatının elementlərini (kuklaların, maskaların, heykəllərin, rekvizitin, dekorların, kostyumların və s. detallarını) yaradır. Quruluşçu rəssamın tapşırıqlarının üslub və xarakterinə riayət edir, detalları bilavasitə yerinə yetirir, zərb edilmə qəliblərini, digər iş icraçılarına tökmə detalların hazırlanması üçün qəliblər, çertyojlar, şablonlar və rəsmlər hazırlayır. Onların işinə, eləcə də plastik həcmli elementlərlə qarşılıqlı əlaqədə olan və tərtibatın digər elementlərilə birləşən mexanizm və qurğuların hazırlanmasına nəzarət edir. Tamaşa üçün hazırlanan plastik həcmli elementlərin və materialların hazırlanma texnologiyasını təkmilləşdirir. Bu sahədə elm və texnikanın yeni nailiyyətlərini tətbiq etmək üçün iş aparır. Materiallardan düzgün istifadə olunmasına və hazır detalların tamaşanın istismarı vaxtında qorunub saxlanılmasına nəzarət edir.
Bilməlidir: mədəniyyət tarixini; maddi mədəniyyəti; kostyumların tarixini; müxtəlif epoxa və stillərin detallarının yenidən yaradılmasını; daxili əmək intizamını; əməyin mühafizəsi, texniki təhlükəsizlik, istehsalat sanitariyası və yanğından mühafizə norma və qaydalarını.
Ödəniş dərəcələrinə ixtisas tələbləri:
ali ixtisas təhsili, əmək stajına tələb qoyulmadan və ya orta ixtisas təhsili və 3 ildən az olmayaraq ixtisası üzrə əmək stajı;
ali ixtisas təhsili və 13-cü dərəcəli heykəltəraş rəssam vəzifəsində 3 ildən az olmayaraq əmək stajı.
Əmək funksiyası. Yeni tamaşaların eskizlərinin və maketlərinin müzakirəsində və qəbulunda iştirak edir. Səhnə tərtibatının konstruksiyasını və onun texnologiyasını işləyib hazırlayır, tamaşanın quruluşçu rəssamının fikirlərini tamamilə təcəssüm edir. Tamaşanın konstruksiyasının əlverişli variantını və onun səhnədə rahat istismarını həll edir. Bədii bütövlüyün qorunmasına, dekor konstruksiyasının düzgün, müasir texnologiyaya uyğun tərzdə yerinə yetirilməsinə nəzarət edir. Səhnədə dekorların quraşdırılmasına nəzarət edir. Dekorların hazırlanması üçün bu və ya digər materialların istifadə olunması məsələlərini həll edir.
Bilməlidir: maddi mədəniyyətin və səhnəqrafiyanın tarixini; səhnənin texnikası və texnologiyasını; səhnə meydanının texniki parametrlərini və imkanlarını; daxili əmək intizamını; əməyin mühafizəsi, texniki təhlükəsizlik, istehsalat sanitariyası və yanğından mühafizə norma və qaydalarını.
Ödəniş dərəcələrinə ixtisas tələbləri:
orta ixtisas təhsili və 3 ildən az olmayaraq ixtisası üzrə əmək stajı;
ali ixtisas təhsili və 13-cü dərəcəli konstruktor rəssam vəzifəsində 3 ildən az olmayaraq əmək stajı.
Əmək funksiyası. Teatrın truppasının istehsalat-yaradıcılıq fəaliyyətinə təşkilatı rəhbərlik edir. Yeni və əsaslı bərpa olunan tamaşaların rol bölgüsündə iştirak edir. Cari repertuarda olan tamaşalara yeni ifaçıların daxil edilməsi barədə təkliflər verir. Artistlərdən yeni rollar üçün tələbnamə qəbul edir və onları rəhbərliyin və Bədii şuranın müzakirəsinə verir. Yeni və əsaslı bərpa olunan tamaşaların quruluşu üzrə məşqlərin planlarının tərtib olunmasında, cari repertuar planının hazırlanmasında iştirak edir. Yaradıcı heyətin illik quruluş və artist heyətinin aylıq çıxış normalarının yerinə yetirməsinin qeydiyyatını aparır və truppanın cari repertuar tamaşalarında səmərəli və bərabər məşğulluğunu təmin edir. Məşq və tamaşaların qeydiyyat jurnalının aparılmasına nəzarət edir və onların yüksək səviyyədə olmasına çalışır. Məşqlərin cədvəlini tərtib edir. Əməyin elmi təşkilinə müdaxilə edir. İxtisasartırma, yaradıcı heyətin tərkibinə yeni mütəxəssislərin qəbulu, ifaçıların müqavilə ilə birdəfəlik dəvət olunması işinin təşkilində bilavasitə iştirak edir.
Bilməlidir: mədəniyyət və incəsənət sahəsində hökumətin, yuxarı təşkilatların qərarlarını, əmrlərini, sərəncamlarını və başqa rəhbər materialları; teatrın istehsalat-yaradıcılıq prosesini; teatrların qabaqcıl iş təcrübəsini; rejissor və aktyor ustalığının əsaslarını; əməyin mühafizəsi, texniki təhlükəsizlik, istehsalat sanitariyası, yanğından mühafizə norma və qaydalarını.
Ödəniş dərəcələrinə ixtisas tələbləri:
orta ixtisas təhsili, əmək stajına tələb qoyulmadan;
orta ixtisas təhsili, assistent və ya aktyor vəzifəsində 3 ildən az olmayaraq əmək stajı;
ali ixtisas təhsili, əmək stajına tələb qoyulmadan;
ali ixtisas təhsili, assistent və ya aktyor vəzifəsində 3 ildən az olmayaraq əmək stajı.
Əmək funksiyası. Vokalçı solistlərlə, xor artistləri, balet solistləri və artistləri ilə fərdi və qrup şəklində məşğələ aparır, dirijorun və baletmeysterin rəhbərliyi altında onlarla partiyalar hazırlayır. Yeni və əvvəllər yaradılmış tamaşaların (proqramların) hazırlanması üzrə iş prosesində orkestrlə məşqlərin başlanmasına qədər məşqlərdə fortepianoda müşayiət edir. Yeni musiqi əsərlərini vərəqdən ifa edir və mürəkkəb not materiallarını bir tondan başqa tona keçirir.
Bilməlidir, teatrın, musiqi, rəqs kollektivinin, konsert təşkilatının öz janrı üzrə cari repertuarını; opera truppasında, operettada və ya musiqili komediya teatrında ansambl və xor oxumasını; vokal pedaqogikasının metodikasını; opera teatrının, operetta və musiqili komediya teatrının balet truppasında balet üzrə konsertmeyster işinin prinsiplərini.
Ödəniş dərəcələrinə ixtisas tələbləri:
ali ixtisas təhsili, əmək stajına tələb qoyulmadan və ya orta ixtisas təhsili və müşayiətçi-konsertmeyster vəzifəsində 3 ildən az olmayaraq əmək stajı;
ali ixtisas təhsili və müşayiətçi-konsertmeyster vəzifəsində 3 ildən az olmayaraq əmək stajı;
ali ixtisas təhsili və müşayiətçi-konsertmeyster vəzifəsində 5 ildən az olmayaraq əmək stajı.
Əmək funksiyası. Teatrda yeni tamaşaların musiqi tərtibatlarının hazırlanmasında bilavasitə iştirak edir. Artistlərlə vokal partiyalarını işləyir. Rəqs məşqlərini müşayiət edir. Dirijorun rəhbərliyi altında cari repertuarın musiqi məşğələlərini aparır. Rejissor və dirijorla birgə artistlərin musiqi rollarını hazırlayır. Səs tərtibatı nəzərdə tutulmuş yeni tamaşaları orkestr və ya fonoqrama daxil edilənə kimi məşqdə musiqi müşayiətini həyata keçirir. Cari repertuarın tamaşalarında solo musiqi partiyalarını və ayrı-ayrı hallarda orkestrdə ifa edir. Yeni musiqi əsərlərini vərəqdən ifa edir və mürəkkəb not materiallarını bir tondan başqa tona keçirir.
Bilməlidir: xoreoqrafiyada konsertmeysterlik işinin əsaslarını; klassik və müasir musiqi əsərlərinin inkişaf istiqamətlərinin əsaslarını; dram teatrının musiqi işinin xüsusiyyətlərini; vokal pedaqogikasının və ansambl (xor) ifasının metodlarını.
Ödəniş dərəcələrinə ixtisas tələbləri:
orta ixtisas təhsili, əmək stajına tələb qoyulmadan;
orta ixtisas təhsili və 3 ilə qədər ixtisası üzrə əmək stajı;
orta ixtisas təhsili və 3 ildən az olmayaraq ixtisası üzrə əmək stajı;
orta ixtisas təhsili və 5 ildən az olmayaraq ixtisası üzrə əmək stajı;
ali ixtisas təhsili, əmək stajına tələb qoyulmadan;
ali ixtisas təhsili və 3 ildən az olmayaraq ixtisası üzrə əmək stajı.
Əmək funksiyası. Tamaşaların və konsert proqramlarının səslənməsini texniki cəhətdən təmin edir. Stolarxası və əsas məşqlərdə, aktyor çıxışlarında iştirak edir. Rejissorla birlikdə proqramın səsləndirilməsi üzərində işləyir, tamaşalarda və məşqlərdə səs və musiqi müşayiətini təmin edir. Məşqlərin aparılması üçün vacib olan texniki səs vasitələrini müəyyən edir, onlara sifariş tərtib edir. Mikrofonların düzülüşünə və texniki yoxlanışının aparılmasına rəhbərlik edir. Xüsusi səs effektlərin istifadə edilməsini təmin edir. Çıxış edən ifaçıları mikrofondan istifadə texnikası ilə tanış edir. Danışıq və musiqi mətnlərinin dəqiq, bədii ifadəsinə nəzarət edir, ifaçılardan təmiz intonasiya, düzgün artikul və ansambl səslənməsini tələb edir. Musiqili və mətnli fonoqramların montaj prosesinə rəhbərlik edir. Lazım gəldikdə fonoqramları montaj edir. Tamaşa və konsert proqramlarının baxışında və təhvil verilməsində iştirak edir. Səs operatorunun işinə rəhbərlik edir, onların peşəkarlığının inkişafına zəmin yaradır. Səs yazılarının bərpa edilməsi üzrə işlərdə iştirak edir.
Bilməlidir: mədəniyyət və incəsənətin inkişafını müəyyən edən qanunvericiliyi, səsyazma və səsgücləndirici aparatlar sahəsində ölkə daxilində və xarici ölkələrdə qabaqcıl təcrübəni; teatr və konsert zallarının akustik xüsusiyyətlərini; daxili əmək intizamını; əməyin mühafizəsi, texniki təhlükəsizlik, istehsalat sanitariyası və yanğından mühafizə norma və qaydalarını.
Öäəniş dərəcələrinə ixtisas tələbləri:
ali ixtisas təhsili, əmək stajına tələb qoyulmadan;
ali ixtisas təhsili, səs rejissoru vəzifəsində 2 ildən az olmayaraq əmək stajı;
ali ixtisas təhsili, səs rejissoru vəzifəsində 5 ildən az olmayaraq əmək stajı.
Əmək funksiyası. Yeni tamaşaların (proqramların) yaradılmasında və əvvəllər yaradılmış tamaşaların (proqramların) bərpasında bilavasitə iştirak edir. Məşqlərin təşkilində və keçirilməsində müstəqil və ya assistent kimi iştirak edir. Tamaşalara (proqramlara) yeni ifaçılar daxil edir, lazım olan hallarda məşq prosesini planlaşdırır. Teatrın, musiqi və rəqs kollektivinin, konsert təşkilatının istehsalat-yaradıcılıq fəaliyyətinə aid olan işləri baş rejissorun rəhbərliyi altında yerinə yetirir.
Yaradıcı kollektivin tərbiyəvi işində və onun ixtisasının təkmilləşməsində, tamaşaçı auditoriyasının öyrənilməsi və teatr və musiqi sənətinin nailiyyətlərinin geniş yayılması üzrə tədbirlərdə iştirak edir.
Bilməlidir: mədəniyyət və incəsənət sahəsində qanunvericiliyi; teatrda (konsert təşkilatında) yaradıcılıq prosesinin təşkili üzrə yuxarı təşkilatların əmrlərini, sərəncamlarını və başqa rəhbər materialları; klassik və müasir dramaturgiyanı; rejissorluq və aktyor ustalığının nəzəriyyəsini və təcrübəsini; ölkə daxilində və xarici ölkələrdə teatrların (konsert təşkilatlarının) iş təcrübəsini; partitura və musiqili səhnə əsərləri ilə işi; tamaşaların (konsert proqramlarının) səhnə və musiqi tərtibatının, vokal sənətinin, iqtisadiyyatın əsaslarını; əməyin təşkili və idarə edilməsini; əməyin mühafizəsi, texniki təhlükəsizlik, istehsalat sanitariyası və yanğından mühafizənin norma və qaydalarını.
Ödəniş dərəcələrinə ixtisas tələbləri:
ali ixtisas təhsili, əmək stajına tələb qoyulmadan və ya orta ixtisas təhsili və ixtisası üzrə 3 ildən az olmayaraq əmək stajı;
ali ixtisas təhsili və ixtisası üzrə 1 ildən az olmayaraq əmək stajı və ya orta ixtisas təhsili və ixtisası üzrə 5 ildən az olmayaraq əmək stajı;
ali ixtisas təhsili və ixtisası üzrə 3 ildən az olmayaraq əmək stajı.
Əmək funksiyası. Baş baletmeysterin və ya quruluşçu baletmeysterin rəhbərliyi altında yeni və əvvəllər yaradılmış balet tamaşalarında (proqramlarda), operalarda, operettalarda və musiqili komediyalarda rəqslərin quruluşu və əsaslı bərpası işində iştirak edir. Balet tamaşalarına yeni ifaçılar və dublyorlar daxil edir. İfaçılarla təlim və məşğələlər, tərbiyəvi iş aparır, habelə cari repertuarın tamaşalarının keyfiyyətini izləyir.
Bilməlidir: mədəniyyət və incəsənət sahəsində qanunvericiliyi; balet işinin təşkili üzrə yuxarı təşkilatların əmrlərini, sərəncamlarını və başqa rəhbər materialları; klassik və müasir xarici ölkə repertuarını; klassik, müasir və xalq xoreoqrafiyasını; rejissorluğun və aktyor sənətinin əsaslarını və onların xoreoqrafiya sənətinə tətbiqini; teatr, musiqi və baletin tarixini; musiqili dramaturgiyanın əsaslarını; iqtisadiyyatın əsaslarını; əməyin təşkilini və idarə edilməsini.
Ödəniş dərəcələrinə ixtisas tələbləri:
orta ixtisas təhsili, teatrlarda, musiqi, rəqs kollektivlərində, konsert təşkilatlarında balet artisti (rəqqas) vəzifəsində 3 ildən az olmayaraq əmək stajı;
orta ixtisas təhsili, teatrlarda, musiqi, rəqs kollektivlərində, konsert təşkilatlarında balet artisti (rəqqas) vəzifəsində 5 ildən az olmayaraq əmək stajı;
ali ixtisas təhsili, əmək stajına tələb qoyulmadan.
Əmək funksiyası. Kollektivlə yeni və əvvəllər yaradılmış tamaşalarda (proqramlarda) xor partiyalarının ifa edilməsini hazırlayır. Xora dirijorluq edir, ifaçılığın yüksək peşəkarlıq səviyyəsinə nail olaraq, artistlərlə qrup və fərdi məşğələlər aparır. Cari repertuarın tamaşalarında (proqramlarında) əsərlərin xor ilə ifasının keyfiyyətinə nəzarət edir. Xor kollektivinin istehsalat-yaradıcılıq fəaliyyəti ilə bağlı baş xormeysterin tapşırıqlarını yerinə yetirir. Musiqili teatr sənətinin nailiyyətlərinin təbliği və yaradıcı işçilərin ixtisasının artırılması üzrə tədbirlərdə iştirak edir.
Bilməlidir: mədəniyyət və incəsənət sahəsində qanunvericiliyi, xor işinin təşkilinə dair yuxarı təşkilatların əmrlərini, sərəncamlarını və başqa rəhbər materialları; musiqili teatrda (kollektivdə) yaradıcılıq prosesinin metodologiyasını; ölkə daxilində və xarici ölkələrdə musiqili teatrlarının (kollektivlərinin) klassik və müasir repertuarını; rejissorluq və aktyor ustalığının əsaslarını; iqtisadiyyatın əsaslarını; əməyin təşkilini və idarə edilməsini; əməyin mühafizəsi, texniki təhlükəsizlik, istehsalat sanitariyası və yanğından mühafizə norma və qaydalarını.
Ödəniş dərəcələrinə ixtisas tələbləri:
orta ixtisas təhsili və xor artisti vəzifəsində 5 ildən az olmayaraq əmək stajı;
ali ixtisas təhsili, əmək stajına tələb qoyulmadan;
ali ixtisas təhsili və xormeyster vəzifəsində 3 ildən az olmayaraq əmək stajı.
Əmək funksiyası. Artistlərlə onların vokal ixtisasının təkmilləşməsi üzrə fərdi və qrup məşqləri aparır. Yeni və əvvəllər yaradılmış tamaşalarda partiyalar üzərində və cari repertuarda olan tamaşaların (proqramların) yeni ifaçıları ilə işləyir.
Bilməlidir: vokal sənətinin və vokal pedaqogikasının nəzəriyyəsini və təcrübəsini; musiqili teatrın (kollektivin) klassik və müasir repertuarını; işlədiyi teatrın (kollektivin) cari repertuarını və quruluş üçün qəbul edilən yeni əsərləri.
Ödəniş dərəcələrinə ixtisas tələbləri:
ali ixtisas təhsili, əmək stajına tələb qoyulmadan və ya orta ixtisas təhsili və ixtisası üzrə 3 ildən az olmayaraq əmək stajı;
ali ixtisas təhsili və vokal üzrə repetitor vəzifəsində 3 ildən az olmayaraq əmək stajı və ya orta ixtisas təhsili və vokal üzrə repetitor vəzifəsində 5 ildən az olmayaraq əmək stajı.
Əmək funksiyası. Balet truppası ilə gündəlik məşq aparır. Artistlərlə onların ixtisasının artırılması üzrə fərdi və qrup məşğələləri aparır. Yeni və əvvəllər yaradılmış tamaşalarda balet artistlərinə partiyaları öyrədir, cari repertuar tamaşalarının (proqramlarının) yeni ifaçıları ilə işləyir. Balet tamaşalarında (proqramlarında), operalarda, operettalarda və musiqili komediyalarda solo partiyaların, qrup və kütləvi səhnələrin ifa keyfiyyətinə nəzarət edir. Peşə ustalığının artırılması üzərində balet truppasının gəncləri ilə fəal iş aparır.
Bilməlidir: ölkə daxilində və xarici ölkələrdə klassik və müasir balet repertuarını; klassik, müasir və xalq xoreoqrafiyasını; pedaqoji, məşq işinin metodlarını; işlədiyi teatrın cari repertuarını; qəbul edilən yeni əsərləri; musiqinin, teatrın, baletin tarixini, aktyor ustalığının əsaslarını və onların xoreoqrafiya sənətinə tətbiqini.
Ödəniş dərəcələrinə ixtisas tələbləri:
ali ixtisas təhsili, əmək stajına tələb qoyulmadan və ya orta ixtisas təhsili və ixtisası üzrə 3 ildən az olmayaraq əmək stajı;
ali ixtisas təhsili və balet üzrə repetitor vəzifəsində 3 ildən az olmayaraq əmək stajı və ya orta ixtisas təhsili və balet üzrə repetitor vəzifəsində 5 ildən az olmayaraq əmək stajı.
Əmək funksiyası. Aktyorlarla səhnə danışığının təkmilləşdirilməsi üçün fərdi və qrup dərsləri keçir. Tamaşaların məşqlərində iştirak edir, rolların hazırlanmasına metodiki və praktiki köməklik göstərilir. Nitq texnikası üzrə aparıcı danışıq ustalarının yanında mütəmadi olaraq təcrübə keçir.
Bilməlidir: klassik və müasir ədəbiyyatı; dramaturgiyanı; səhnə danışığı texnikasının üslubunu; danışıq mədəniyyətini; ədəbi tələffüz qaydalarını; azərbaycan dilinin və başqa dillərin leksikasını.
Ödəniş dərəcələrinə ixtisas tələbləri:
orta ixtisas təhsili və teatrlarda artist vəzifəsində 3 ildən az olmayaraq əmək stajı;
orta ixtisas təhsili və teatrlarda artist vəzifəsində 5 ildən az olmayaraq əmək stajı;
ali ixtisas təhsili, əmək stajına tələb qoyulmadan.
Əmək funksiyası. Ayrı-ayrı tamaşaların (proqramların) buraxılışı üzrə qrafikin müvafiq qaydada işlənib hazırlanmasında iştirak edir. Stolarxası və səhnə məşqlərinin keçirilməsinin, tərtibatın və dekorların hazırlanmasının, musiqi (səs) müşayiətinin yazılmasının və ya öyrənilməsinin vaxtlarını müəyyən edir və baxılmaq üçün baş rejissora (quruluşçu rejissora) təqdim edir. Təsdiq olunmuş qrafikin yerinə yetirilməsinə nəzarət edir. Yeni və əsaslı bərpa olunmuş tamaşalarda (proqramlarda) iştirak edən artistlərlə, cari repertuarın tamaşalarına dublyor və ya əvvəlki ifaçıların əvəz edilməsi üçün daxil edilmiş artistlərlə baş rejissorun (quruluşçu rejissorun) tapşırığına əsasən məşq aparır. Quruluş hissə işçilərinin işə gəlməsinin qeydiyyatını, məşqlər və tamaşalar jurnalı və artist heyəti üzrə çıxış normalarının yerinə yetirilməsinin uçotunu aparır. Cari repertuarın tamaşalarında (proqramlarında) növbə çəkir.
Bilməlidir: məşqin keçirilməsi metodlarını; yeni tamaşaların buraxılışı üzrə yaradıcılıq prosesinin təşkilini; rəssamlarla, bəstəkarlarla və bədii-quruluş hissəsi ilə iş prinsiplərini; teatrın repertuarını; iqtisadiyyatın əsaslarını; əməyin təşkili və idarə edilməsini; əməyin mühafizəsi, texniki təhlükəsizlik, istehsalat sanitariyası və yanğından mühafizə norma və qaydalarını.
Ödəniş dərəcələrinə ixtisas tələbləri:
orta ixtisas təhsili və artist vəzifəsində 3 ildən az olmayaraq əmək stajı;
ali ixtisas təhsili və ixtisası üzrə 3 ildən az olmayaraq əmək stajı və ya orta ixtisas təhsili və ixtisası üzrə 5 ildən az olmayaraq əmək stajı.
Əmək funksiyası. Tamaşaların və konsert proqramlarının hazırlanmasında iştirak edir. Mikrofonları yerləşdirir, onların iş prosesində düzgün yerləşdirilməsini təmin edir. Səs rejissorunun yaradıcı və texniki tapşırıqlarını yerinə yetirir. Səs rejissoru ilə birlikdə və ya sərbəst tamaşa və konsert proqramlarını, həmçinin mürəkkəb olmayan nitq, musiqi və səs-küy yazılarını, onların montajını aparır.
Bilməlidir: mədəniyyət və incəsənət sahəsində qanunvericiliyi; səsyazma və səsçevirmə aparatlarını; işçilərin daxili əmək intizamı qaydalarını; əməyin mühafizəsi, texniki təhlükəsizlik, istehsalat sanitariyası və yanğından mühafizə norma və qaydalarını.
Ödəniş dərəcələrinə ixtisas tələbləri:
orta ixtisas təhsili, əmək stajına tələb qoyulmadan;
orta ixtisas təhsili, səs operatoru vəzifəsində 2 ildən az olmayaraq əmək stajı.
Əmək funksiyası. Bütün tamaşalarda və məşqlərdə iştirak edir. Pyesin rejissor nüsxəsi üzrə ifaçılar tərəfindən rolun bütün mətninin ardıcıl söylənilməsini izləyir və onlara lazımi hallarda köməklik göstərir. Teatrda pyeslərin və rolların mətnlərinin yoxlanılıb düzəliş edilməsinə nəzarət edir. Ayrı-ayrı hallarda ifa olunan əsərlərin klavirini oxuyur.
Bilməlidir: artistlərin iş xüsusiyyətini; tamaşaların rejissor həllini və quruluşunu; səhnə mizanlarını; mətnin söylənilməsi tempini və ritmini; pauza, musiqi və səs anlarını.
Ödəniş dərəcələrinə ixtisas tələbləri:
ümumi orta təhsil və teatrda 3 ildən az olmayaraq əmək stajı;
orta ixtisas təhsili, əmək stajına tələb qoyulmadan.
Əmək funksiyası. Rejissorun rəhbərliyi ilə tamaşalarda ona tapşırılan rolları hazırlayır, onları stasionarda, qastrollarda və səyyar tamaşalarda ifa edir. Ona həvalə olunan aktyor işlərini yerinə yetirir.
Səhnə obrazlarını yaratmaq üçün lazımi yaradıcılıq qabiliyyətinə və aktyorluq ustalığına malik olmalıdır. Aktyor texnikasının daxili və xarici elementlərini, rəngarəng ifa vasitələrini bilməli, məşqlərə yaradıcılıq baxımından hazırlıqlı gəlməli, daima öz ustalığını təkmilləşdirməli, müstəqil təlimlə məşğul olmalı, ifa etdiyi rolların xarakterinə uyğun olaraq xarici görkəmini saxlamalı və qorumalıdır. İstehsalat zəruriyyəti olduğu halda rolu təcili hazırlamalıdır.
Repertuar planının və teatrın başqa yaradıcılıq və istehsalat məsələlərinin müzakirəsində iştirak edir.
Bilməlidir: mədəniyyət və incəsənət sahəsində qanunvericiliyi; sənətin tarixini; klassik və müasir dramaturgiyanı; aktyor ustalığının nəzəriyyəsini və praktikasını; musiqi təhsilinin və xoreoqrafiyanın əsaslarını; səhnə danışığını və səhnə hərəkətlərini; təlim və rol üzərində sərbəst iş üsullarını; işlədiyi teatrın cari repertuarını.
Ödəniş dərəcəsinə ixtisas tələbləri:
orta ixtisas təhsili, əmək stajına tələb qoyulmadan və ya müstəsna hallarda ümumi orta təhsil və 3 ildən az olmayaraq özfəaliyyətdə iştirak;
ali ixtisas təhsili, əmək stajına tələb qoyulmadan və ya orta ixtisas təhsili və 2 ildən az olmayaraq ixtisası üzrə əmək stajı;
ali ixtisas təhsili və peşəkar teatrda 3 ildən az olmayaraq əmək stajı;
(aparıcı səhnə ustası): ali ixtisas təhsili və peşəkar teatrda 5 ildən az olmayaraq əmək stajı və fəxri ad.
Əmək funksiyası. Rejissorun rəhbərliyi ilə tamaşalarda ona tapşırılan rolları hazırlayıb ifa etməli, kuklaçılıq texnikasını bilməli, danışıq və texniki səs effektlərini canlandırmağı bacarmalı, lazım gələrsə tamaşada dekorların müəyyən bir hissəsinin yerini dəyişdirməlidir.
Peşəkarlıq səviyyəsini daima təkmilləşdirməli, gündəlik sərbəst təlimlə məşğul olmalı, məşqlərə hazırlıqlı gəlməli, istehsalat zəruriyyəti olduğu halda rolu təcili hazırlamalı, tələb olunan musiqi və vokal imkanlarına malik olmalıdır. Repertuar planının və teatrın başqa yaradıcılıq və istehsalat məsələlərinin müzakirəsində iştirak etməlidir.
Bilməlidir: mədəniyyət və incəsənət sahəsində qanunvericiliyi; kukla teatrlarının tarixini və iş təcrübəsini; aktyor ustalığının nəzəriyyəsini və təcrübəsini; kukla teatrında səhnə obrazının yaradılma xüsusiyyətlərini; səhnə danışığının, vokal səhnələrinin və partiyalarının ifa qanunlarını; təlim və rol üzərində müstəqil iş metodlarını.
Ödəniş dərəcəsinə ixtisas tələbləri:
orta ixtisas təhsili, əmək stajına tələb qoyulmadan və ya ümumi orta təhsili və 3 ildən az olmayaraq özfəaliyyətdə iştirak;
ali ixtisas təhsili, əmək stajına tələb qoyulmadan və ya orta ixtisas təhsili və kukla teatrında 2 ildən az olmayaraq əmək stajı;
ali ixtisas təhsili və kukla teatrında 3 ildən az olmayaraq əmək stajı;
(aparıcı səhnə ustası): ali ixtisas təhsili və kukla teatrında 5 ildən az olmayaraq əmək stajı və fəxri ad.
Əmək funksiyası. Dirijorun və rejissorun rəhbərliyi altında ona ixtisasına müvafiq tapşırılmış partiya və rolları hazırlayır, onları stasionarda, qastrollarda və səyyar tamaşalarda ifa edir, ona tapşırılan aktyor işlərini yerinə yetirir.
Tələb olunan səs, musiqi və səhnə qabiliyyətinə, habelə vokal-səhnə obrazlarını inandırıcı surətdə yaratmaq üçün yüksək aktyor ustalığına malik olmalıdır. Məşqlərə hazırlıqlı gəlməli, daima öz peşəkarlığını təkmilləşdirməli, sərbəst məşq etməli, eyni zamanda məşqçi və konsert-meysterlə birgə məşğul olmalıdır. İfa etdiyi rolların və partiyaların xarakterinə uyğun xarici görkəmini qoruyub saxlamalıdır. Lazımi hallarda partiya və rolu təcili hazırlayıb tamaşaya daxil olmalıdır.
Yeni əsərlərin, repertuar planının və teatrın digər yaradıcılıq məsələlərinin müzakirəsində iştirak edir. Mütəmadi olaraq öz aktyor ustalığını təkmilləşdirir, toplanmış təcrübəsini teatrın yaradıcı gənclərinə öyrədir.
Bilməlidir: mədəniyyət və incəsənət sahəsində qanunvericiliyi; teatr sənətinin tarixini; ölkə daxilində və xarici ölkələrdə musiqili teatrının klassik və müasir repertuarını; işlədiyi teatrın cari repertuarını; aktyor ustalığının nəzəriyyəsini və təcrübəsini; səhnə danışığı və səhnə hərəkətlərini; xoreoqrafiyanın əsaslarını; məşq üsullarını; partiya və rollar üzərində müstəqil iş metodlarını.
Ödəniş dərəcələrinə ixtisas tələbləri:
musiqili komediya və musiqili dram teatrlarında:
ali və ya orta ixtisas təhsili, əmək stajına tələb qoyulmadan və ya ümumi orta təhsil və özfəaliyyətdə 3 ildən az olmayaraq iştirak;
opera və balet teatrlarında:
Ali və ya orta ixtisas təhsili, əmək stajına tələb qoyulmadan və ya ümumi orta təhsil və özfəaliyyətdə 3 ildən az olmayaraq iştirak;
musiqili komediya və musiqili dram teatrlarında:
ali və ya orta ixtisas təhsili və peşəkar teatrda 2 ildən az olmayaraq əmək stajı;
opera və balet teatrlarında:
ali və ya orta ixtisas təhsili və peşəkar teatrda 2 ildən az olmayaraq əmək stajı;
musiqili komediya və musiqili dram teatrlarında:
ali ixtisas təhsili və peşəkar teatrda 3 ildən az olmayaraq əmək stajı;
opera və balet teatrlarında:
ali ixtisas təhsili və peşəkar teatrda 3 ildən az olmayaraq əmək stajı;
musiqili komediya və musiqili dram teatrlarında:
(aparıcı səhnə ustası): ali ixtisas təhsili və peşəkar teatrda 5 ildən az olmayaraq əmək stajı və fəxri ad;
opera və balet teatrlarında:
(aparıcı səhnə ustası): ali ixtisas təhsili və peşəkar teatrda 5 ildən az olmayaraq əmək stajı və fəxri ad.
Əmək funksiyası. İxtisasına uyğun olaraq baletmeysterin və dirijorun rəhbərliyi altında ona həvalə olunan partiyaları hazırlayır, onları stasionarda, qastrollarda və səyyar tamaşalarda ifa edir. Ona tapşırılmış aktyor işlərini yerinə yetirir.
Məşqlərə hazırlıqlı gəlməli, öz peşəkarlığını inkişaf etdirməli, klassik rəqs dərslərində ardıcıl iştirak etməli, məşqçi və konsertmeysterlə birgə məşğul olmalı, xarici görkəmini qorumalıdır. İstehsalat zəruriyyəti ilə əlaqədar ona təklif olunan partiyanı tamaşaya daxil etmək üçün təcili surətdə hazırlamalıdır.
Yeni əsərlərin repertuara daxil edilməsində, teatrın digər yaradıcılıq və istehsalat işlərində iştirak etməlidir. Öz ustalığını mütəmadi olaraq təkmilləşdirir, toplanmış təcrübəsini teatrın yaradıcı gənclərinə öyrədir.
Bilməlidir: mədəniyyət və incəsənət sahəsində qanunvericiliyi; musiqi təhsilinin əsaslarını; musiqinin, teatrın, baletin tarixini; ölkə daxilində və xarici ölkələrdə klassik və müasir repertuarı; işlədiyi teatrın cari repertuarını; aktyor ustalığının nəzəriyyəsini və təcrübəsini; məşq üsullarını və partiyalar üzərində sərbəst iş qaydalarını.
Ödəniş dərəcələrinə ixtisas tələbləri:
musiqili komediya və musiqili dram teatrlarında:
orta ixtisas təhsili, əmək stajına tələb qoyulmadan və ya ümumi orta təhsil və özfəaliyyətdə 3 ildən az olmayaraq iştirak;
opera və balet teatrlarında:
orta ixtisas təhsili, əmək stajına tələb qoyulmadan və ya ümumi orta təhsil və özfəaliyyətdə 3 ildən az olmayaraq iştirak;
musiqili komediya və musiqili dram teatrlarında:
ali və ya orta ixtisas təhsili və peşəkar teatrda 2 ildən az olmayaraq əmək stajı;
opera və balet teatrlarında:
ali və ya orta ixtisas təhsili və peşəkar teatrda 2 ildən az olmayaraq əmək stajı;
musiqili komediya və musiqili dram teatrlarında:
ali ixtisas təhsili və peşəkar teatrda 3 ildən az olmayaraq əmək stajı;
opera və balet teatrlarında:
ali ixtisas təhsili və peşəkar teatrda 3 ildən az olmayaraq əmək stajı;
musiqili komediya və musiqili dram teatrlarında:
(aparıcı səhnə ustası): ali ixtisas təhsili və peşəkar teatrda 5 ildən az olmayaraq əmək stajı və fəxri ad;
opera və balet teatrlarında:
(aparıcı səhnə ustası): ali ixtisas təhsili və peşəkar teatrda 5 ildən az olmayaraq əmək stajı və fəxri ad.
Əmək funksiyası. Dirijorun tələblərinə uyğun olaraq orkestr partiyalarını ifa etdiyi musiqi alətində stasionarda, qastrollarda və səyyar tamaşalarda ifa edir. İxtisası çərçivəsində ona tapşırılan işləri yerinə yetirir.
Ansambl tərkibində ifaçılıq təcrübəsinə, səhifədən cəld oxuma bacarığına malik olmalıdır. Texniki səviyyəsini və musiqi ifaçılıq mədəniyyətini daima artırmalıdır. Zəruriyyət olduğu hallarda instrumentalist-musiqiçi kimi teatr tamaşalarında səhnədə çıxış etmək üçün cəlb edilir.
Bilməlidir: mədəniyyət və incəsənət sahəsində qanunvericiliyi; musiqi mədəniyyətinin tarixini və əsas nailiyyətlərini; ölkə daxilində və xarici ölkələrdə musiqili teatrlarının klassik və müasir repertuarını; ifa etdiyi musiqi aləti üzrə musiqi ədəbiyyatını; musiqi nəzəriyyəsi fənlərinin kompleksini.
Ödəniş dərəcələrinə ixtisas tələbləri:
dram, musiqili dram, gənc tamaşaçılar, kukla, pantomima teatrlarında:
ali və ya orta ixtisas təhsili, əmək stajına tələb qoyulmadan, musiqi qabiliyyəti;
musiqili komediya teatrlarında:
ali və ya orta ixtisas təhsili, əmək stajına tələb qoyulmadan, musiqi qabiliyyəti;
opera və balet teatrlarında:
Ali və ya orta ixtisas təhsili, əmək stajına tələb qoyulmadan, musiqi qabiliyyəti;
dram, musiqili dram, gənc tamaşaçılar, kukla, pantomima teatrlarında:
ali və ya orta ixtisas təhsili, orkestrdə 2 ildən az olmayaraq əmək stajı;
musiqili komediya teatrlarında:
ali və ya orta ixtisas təhsili, orkestrdə 2 ildən az olmayaraq əmək stajı;
opera və balet teatrlarında:
ali və ya orta ixtisas təhsili, orkestrdə 2 ildən az olmayaraq əmək stajı;
dram, musiqili dram, gənc tamaşaçılar, kukla, pantomima teatrlarında:
(konsertmeyster): ali ixtisas təhsili, orkestrdə 3 ildən az olmayaraq əmək stajı;
musiqili komediya teatrlarında:
(konsertmeyster): ali ixtisas təhsili, orkestrdə 3 ildən az olmayaraq əmək stajı;
opera və balet teatrlarında:
(konsertmeyster): ali ixtisas təhsili, orkestrdə 3 ildən az olmayaraq əmək stajı.
Əmək funksiyası. Xormeysterin və dirijorun tələblərinə uyğun olaraq, öz səsinin xor partiyalarını, eləcə də solo hissələri peşəkarlıqla ifa etməlidir. Kifayət qədər səs və səhnə qabiliyyətinə, vokal texnikasına, xor ifaçılığı və səhifədən oxuma bacarığına malik olmalıdır. Yaradıcılıq səviyyəsinin təkmilləşməsi üçün öz üzərində mütəmadi işləməlidir. Rejissorun tələblərinə uyğun kütləvi səhnələrdə çıxış etməlidir.
Bilməlidir: mədəniyyət və incəsənət sahəsində qanunvericiliyi; ölkə daxilində və xarici ölkələrdə musiqili teatrlarının klassik və müasir repertuarını; çalışdığı teatrın cari repertuarını; musiqi nəzəriyyəsini; solfecionu; aktyor sənətinin, səhnə hərəkətinin və xoreoqrafiyanın əsaslarını.
Ödəniş dərəcələrinə ixtisas tələbləri:
musiqili dram teatrlarında:
orta ixtisas təhsili, əmək stajına tələb qoyulmadan və ya ümumi orta təhsil və özfəaliyyət xor kollektivində 2 ildən az olmayaraq iştirak;
musiqili komediya teatrlarında:
orta ixtisas təhsili, əmək stajına tələb qoyulmadan və ya ümumi orta təhsil və özfəaliyyət xor kollektivində 2 ildən az olmayaraq iştirak;
opera və balet teatrlarında:
orta ixtisas təhsili, əmək stajına tələb qoyulmadan və ya ümumi orta təhsili və özfəaliyyət xor kollektivində 2 ildən az olmayaraq iştirak;
musiqili dram teatrlarında:
orta ixtisas təhsili və xor artisti vəzifəsində 2 ildən az olmayaraq əmək stajı;
musiqili komediya teatrlarında:
orta ixtisas təhsili və xor artisti vəzifəsində 2 ildən az olmayaraq əmək stajı;
opera və balet teatrlarında:
orta ixtisas təhsili və xor artisti vəzifəsində 2 ildən az olmayaraq əmək stajı;
musiqili komediya teatrlarında:
ali ixtisas təhsili, əmək stajına tələb qoyulmadan və ya orta ixtisas təhsili və xor artisti vəzifəsində 5 ildən az olmayaraq əmək stajı;
opera və balet teatrlarında:
ali ixtisas təhsili, əmək stajına tələb qoyulmadan və ya orta ixtisas təhsili və xor artisti vəzifəsində 5 ildən az olmayaraq əmək stajı.
Əmək funksiyası. Bütün janrda olan tamaşaların kütləvi səhnələrində iştirak etməli, tələb olunan musiqi, səhnə və vokal qabiliyyətinə malik olmalıdır. Ona həvalə olunan aktyor işini yerinə yetirir.
Bilməlidir: səhnə hərəkətinin və xoreoqrafiyanın elementlərini, musiqi təhsilinin əsaslarını.
Ödəniş dərəcələrinə ixtisas tələbləri: teatr studiyası çərçivəsində ixtisas təhsili və ya ümumi orta təhsil və özfəaliyyətdə iş təcrübəsi.
Dram, Musiqili Dram, Gənc Tamaşaçılar, Kukla, Poeziya, Pantomima teatrlarında;
Musiqili Komediya teatrlarında;
Opera və Balet teatrlarında.
Əmək funksiyası. Dirijorun rəhbərliyi və göstərişi ilə ifa etdiyi musiqi alətinin orkestr partiyalarını çalmalıdır. İxtisasına uyğun olan alət qrupunda solo partiyalarını ifa etməyə cəlb olunur. Mütəmadi olaraq professional səviyyəsinin artırılması və yeni repertuarın yaradılması üzərində işləyir.
Bilməlidir: mədəniyyət və incəsənətin inkişafını müəyyən edən qanunvericiliyi; əmək intizamı qaydalarını; ifa etdiyi alət üzrə musiqi ədəbiyyatını; musiqi nəzəriyyəsini və solfecionu; əsas və cari repertuarı.
Ödəniş dərəcələrinə ixtisas tələbləri:
ali və ya orta ixtisas təhsili, əmək stajına tələb qoyulmadan, musiqi qabiliyyəti;
ali və ya orta ixtisas təhsili, orkestrdə 3 ildən az olmayaraq əmək stajı;
(konsertmeyster): ali və ya orta ixtisas təhsili, orkestrdə 5 ildən az olmayaraq əmək stajı.
Əmək funksiyası. Baletmeysterin və dirijorun rəhbərliyi ilə ona tapşırılan partiyaları hazırlayır. İxtisasına müvafiq olaraq ansambl nömrələrinin və xoreoqrafik səhnələrin ifasında iştirak edir.
Məsuliyyətli müstəqil partiyaların və ayrı-ayrı solo nömrələrin ifasına cəlb olunur. Xarici görkəmini qoruyub saxlayır. İfaçılıq ustalığının artırılması üçün daima öz üzərində işləyir.
Bilməlidir: mədəniyyət və incəsənətin inkişafını müəyyən edən qanunvericiliyi; daxili əmək intizamı qaydalarını; xoreoqrafiyanın tarixini və inkişaf yollarını; aktyor ustalığının nəzəriyyəsini və onun xoreoqrafiyaya tətbiq olunmasını; musiqi təhsilinin əsaslarını.
Ödəniş dərəcələrinə ixtisas tələbləri:
ali və ya orta ixtisas təhsili, əmək stajına tələb qoyulmadan və ya
özfəaliyyətdə 3 ildən az olmayaraq iştirak;
ali və ya orta ixtisas təhsili və rəqs kollektivində 3 ildən az olmayaraq əmək stajı;
ali və ya orta ixtisas təhsili və rəqs kollektivində 5 ildən az olmayaraq əmək stajı.
Əmək funksiyası. Dirijorun göstərişlərini və tələblərini əldə rəhbər tutaraq xor partiyalarını ifa edir. Təkmilləşmə dərəcəsinə uyğun olaraq xorun müxtəlif qruplarında aparıcı yer tuta bilər. Nəğmənin başlanğıcının və sərbəst məsuliyyətli solo partiyaların ifasına cəlb olunur. Daima öz ifaçılıq ustalığının artırılması və yeni repertuarın yaranması üzərində işləyir.
Bilməlidir: mədəniyyət və incəsənətin inkişafını müəyyən edən qanunvericiliyi; daxili əmək intizamı qaydalarını; vokal sənətinin nəzəriyyəsini; musiqi nəzəriyyəsini və solfecionu; xorun əsas və cari repertuarını.
Ödəniş dərəcələrinə ixtisas tələbləri:
ali və ya orta ixtisas təhsili, əmək stajına tələb qoyulmadan və ya özfəaliyyətdə 3 ildən az olmayaraq iştirak;
ali və ya orta ixtisas təhsili və xorda 3 ildən az olmayaraq əmək stajı;
ali və ya orta ixtisas təhsili və xorda 5 ildən az olmayaraq əmək stajı.
Əmək funksiyası. Öz səsinin xor partiyalarını ifa edir. Təkmilləşmə dərəcəsinə uyğun olaraq müxtəlif solo nömrələrin və nəğmələrin başlanğıcının ifasına cəlb olunur. Dirijorun irad və tələblərinə əməl edir. Daima öz ifaçılıq ustalığının artırılması və yeni repertuarın yaranması üzərində işləyir.
Bilməlidir: mədəniyyət və incəsənətin inkişafını müəyyən edən qanunvericiliyi, daxili əmək intizamı qaydalarını; vokal ustalığının nəzəriyyəsini; musiqi nəzəriyyəsini və solfecionu; əsas və cari xor repertuarını.
Ödəniş dərəcələrinə ixtisas tələbləri:
ali və ya orta ixtisas təhsili, əmək stajına tələb qoyulmadan və ya özfəaliyyətdə 3 ildən az olmayaraq iştirak;
ali və ya orta ixtisas təhsili və xorda 3 ildən az olmayaraq əmək stajı;
ali və ya orta ixtisas təhsili və xorda 5 ildən az olmayaraq əmək stajı.
Əmək funksiyası. Orkestr partiyalarını və eləcə də müşayiətedici səslərin partiyalarını ifa edir. Təkmilləşmə dərəcəsinə uyğun olaraq, ifa etdiyi çalğı alətləri qrupunda aparıcı rol oynaya bilər. Solo əsərlərin və orkestrdə solo partiyaların yaddaşdan ifasına cəlb olunur. Səslənən partiyaların xarakterinə uyğun tərzdə dirijorun göstərişlərinə əməl edir. İfaçılıq peşəkarlığının artırılması və yeni repertuarın yaranması üçün öz üzərində daima işləyir.
Bilməlidir: mədəniyyət və incəsənətin inkişafını müəyyən edən qanunvericiliyi; daxili əmək intizamı qaydalarını; xalq musiqisinin tarixini və onun inkişaf istiqamətlərini; musiqi nəzəriyyəsini və solfecionu; kollektivin əsas və cari repertuarını.
Ödəniş dərəcələrinə ixtisas tələbləri: ali və ya orta ixtisas təhsili.
əmək stajına tələb qoyulmadan;
orkestrdə (ansamblda) 3 ildən az olmayaraq əmək stajı;
orkestrdə (ansamblda) 5 ildən az olmayaraq əmək stajı.
Əmək funksiyası. Dirijorun göstəriş və tələblərini əldə rəhbər tutaraq orkestr partiyalarını ifa edir. Öz musiqi alətləri qrupunda ixtisasına uyğun olaraq solo partiyaların və sərbəst solo əsərlərin ifasına cəlb olunur. İfaçılıq ustalığının artırılması və yeni repertuarın yaranması üçün daima öz üzərində işləyir.
Bilməlidir: mədəniyyət və incəsənətin inkişafını müəyyən edən qanunvericiliyi; əmək intizamı qaydalarını; ifa etdiyi alət üzrə musiqi ədəbiyyatını; musiqi nəzəriyyəsini və solfecionu; kollektivin əsas və cari repertuarını.
Ödəniş dərəcələrinə ixtisas tələbləri: ali və ya orta ixtisas təhsili.
əmək stajına tələb qoyulmadan;
orkestrdə 3 ildən az olmayaraq əmək stajı;
orkestrdə 5 ildən az olmayaraq əmək stajı.
Əmək funksiyası. Orkestr partiyalarını ifa edir. İxtisasına uyğun olaraq musiqi alətində orkestrin müşayiəti ilə solo epizodların, solo partiyaların və solo pyeslərin yaddaşdan ifasına cəlb olunur. Orkestrin daha yaxşı səslənməsi üçün əlavə musiqi alətində də (saksofon-klarnet, saksofon-fleyta, truba-flügelqorn, trombon-kiçik zərb alətləri, kontrabas-bas gitara və s.) ifa etməyi bacarmalıdır. Səslənən partiyanın xarakterinə uyğun dirijorun bütün göstərişlərini yerinə yetirir. İfaçılıq ustalığının artırılması və yeni repertuarın yaranması üçün daima öz üzərində işləyir.
Bilməlidir: mədəniyyət və incəsənətin inkişafını müəyyən edən qanunvericiliyi; daxili əmək intizamı qaydalarını; musiqi nəzəriyyəsini və solfecionu; kollektivin əsas və cari repertuarını.
Ödəniş dərəcələrinə ixtisas tələbləri: ali və ya orta ixtisas təhsili.
əmək stajına tələb qoyulmadan;
orkestrdə (ansamblda) 3 ildən az olmayaraq əmək stajı;
orkestrdə (ansamblda) 5 ildən az olmayaraq əmək stajı.
Əmək funksiyası. Musiqi proqramının (vokal və ya instrumental) hazırlanmasında iştirak edir. Kollektivin məşqi üçün öz musiqi partiyalarını sərbəst öyrənir. Orkestr (ansambl) rəhbəri ilə birlikdə ifa etdiyi musiqi alətində solo pyesləri hazırlayır. Yeni musiqi əsərlərini vərəqdən ifa edir (əvvəlcədən hazırlaşmaqla) və mürəkkəb olmayan not materiallarını bir tondan başqa tona keçirir.
Bilməlidir: mədəniyyət və incəsənətin inkişafını müəyyən edən qanunvericiliyi; estetikanın əsaslarını; musiqi nəzəriyyəsini və solfeciosunu; orkestrin (ansamblın) əsas və cari repertuarını.
Ödəniş dərəcələrinə ixtisas tələbləri:
orta ixtisas təhsili və ya özfəaliyyətdə 3 ildən az olmayaraq iştirak;
ali və ya orta ixtisas təhsili, orkestrin (ansamblın) rəhbəri və ya orkestr (ansambl) artisti vəzifəsində 3 ildən az olmayaraq əmək stajı;
Əmək funksiyası. Dirijor və rejissorun rəhbərliyi altında romansları, balladaları, vokalizləri, ariyaları və digər kamera əsərlərini hazırlayır, onları simfonik, kamera orkestrlərinin və ya konsertmeysterin müşayiəti ilə stasionarda, qastrollarda və səyyar konsertlərdə ifa edir. Tələb olunan səs, musiqi və səhnə qabiliyyətinə malik olmalıdır. Məşqə hazırlıqlı gəlməli, daima öz peşəkarlığını təkmilləşdirməli, sərbəst məşq etməli, eyni zamanda, məşqçi və konsertmeysterlə birgə məşğul olmalıdır.
Bilməlidir: mədəniyyət və incəsənət sahəsində qanunvericiliyi; musiqinin tarixini, milli və dünya klassik musiqi əsərlərini; aktyor ustalığının nəzəriyyəsini və təcrübəsini; səhnə hərəkətlərini; xoreoqrafiyanın əsaslarını; məşq üsullarını.
Ödəniş dərəcələrinə ixtisas tələbləri: ali və ya orta ixtisas təhsili.
əmək stajına tələb qoyulmadan;
konsert təşkilatında 3 ildən az olmayaraq əmək stajı;
konsert təşkilatında 5 ildən az olmayaraq əmək stajı.
Əmək funksiyası. İxtisasına uyğun olaraq baletmeysterin və dirijorun rəhbərliyi altında balet partiyalarını, milli və dünya klassik rəqsləri hazırlayır, onları stasionarda, qastrollarda və səyyar konsertlərdə ifa edir. Məşqlərə hazırlıqlı gəlməli, öz peşəkarlığını inkişaf etdirməli, məşqçi və konsertmeysterlə məşğul olmalı, xarici görkəmini qorumalıdır. Mütəmadi olaraq öz ustalığını təkmilləşdirir.
Bilməlidir: mədəniyyət və incəsənət sahəsində qanunvericiliyi; musiqi təhsilinin əsaslarını; musiqinin, xoreoqrafiyanın tarixini; aktyor ustalığının nəzəriyyəsini və təcrübəsini; məşq üsullarını və partiyalar, rəqslər üzərində sərbəst iş qaydalarını.
Ödəniş dərəcələrinə ixtisas tələbləri: ali və ya orta ixtisas təhsili.
əmək stajına tələb qoyulmadan;
konsert təşkilatında 3 ildən az olmayaraq əmək stajı;
konsert təşkilatında 5 ildən az olmayaraq əmək stajı.
Əmək funksiyası. Dirijorun rəhbərliyi və göstərişi ilə simfonik, kamera, xalq çalğı alətləri orkestrlərinin müşayiəti ilə musiqi əsərlərini və ya solo alətləri üçün iri həcmli, bir hissəli instrumental əsərləri ifa edir. Mütəmadi olaraq professional səviyyəsinin artırılması və yeni repertuarın yaradılması üzərində işləyir.
Bilməlidir: mədəniyyət və incəsənət sahəsində qanunvericiliyi; ifa etdiyi alət üzrə musiqi ədəbiyyatını; musiqi nəzəriyyəsini və solfecionu.
Ödəniş dərəcələrinə ixtisas tələbləri: ali və ya orta ixtisas təhsili.
əmək stajına tələb qoyulmadan;
artist-instrumentalist (solist) vəzifəsində 3 ildən az olmayaraq əmək stajı;
artist-instrumentalist (solist) vəzifəsində 5 ildən az olmayaraq əmək stajı.
Əmək funksiyası. Baletmeysterin və dirijorun rəhbərliyi altında ona tapşırılan partiyaları hazırlayır. İxtisasına müvafiq olaraq ansambl nömrələrinin və xoreoqrafik səhnələrin ifasında iştirak edir. Məsuliyyətli, müstəqil partiyaların və ayrı-ayrı solo nömrələrin ifasına cəlb olunur. Xarici görkəmini qoruyub saxlayır. İfaçılıq ustalığının artırılması üçün daima öz üzərində işləyir.
Bilməlidir: mədəniyyət və incəsənət sahəsində qanunvericiliyi; xoreoqrafiyanın tarixini və inkişaf yollarını; aktyor ustalığının nəzəriyyəsini və onun xoreoqrafiyaya tətbiq olunmasını; musiqi savadının əsaslarını.
Ödəniş dərəcələrinə ixtisas tələbləri: ali və ya orta ixtisas təhsili.
əmək stajına tələb qoyulmadan;
ixtisası üzrə 3 ildən az olmayaraq əmək stajı;
ixtisası üzrə 5 ildən az olmayaraq əmək stajı.
Əmək funksiyası. Dirijorun və rejissorun rəhbərliyi altında ona tapşırılan partiyaları, mahnıları hazırlayır, onları stasionarda, qastrollarda, səyyar konsertlərdə ifa edir. Tələb olunan səs, musiqi və səhnə qabiliyyətinə malik olmalıdır. Daima ifaçılıq ustalığının artırılması və yeni repertuarın yaranması üzərində işləyir, sərbəst məşq etməli, eyni zamanda, məşqçi və konsertmeysterlə məşğul olmalıdır.
Bilməlidir: mədəniyyət və incəsənət sahəsində qanunvericiliyi; vokal sənətinin nəzəriyyəsini; musiqi nəzəriyyəsini və solfecionu; xoreoqrafiyanın əsaslarını; məşq üsullarını; səhnə hərəkətlərini.
Ödəniş dərəcələrinə ixtisas tələbləri: ali və ya orta ixtisas təhsili.
əmək stajına tələb qoyulmadan;
konsert təşkilatında 3 ildən az olmayaraq əmək stajı;
konsert təşkilatında 5 ildən az olmayaraq əmək stajı.
Əmək funksiyası. Rejissorun rəhbərliyi altında danışıq janrının müxtəlif formalarını (felyeton, bayatı, meyxana, intermediya, hekayə və s.) hazırlayır, onları stasionarda, qastrollarda və səyyar konsertlərdə ifa edir. Daima ifaçılıq ustalığının artırılması və aktual repertuarın yaranması üzərində işləyir. İfa mədəniyyətinə malik olmalıdır.
Bilməlidir: mədəniyyət və incəsənət sahəsində qanunvericiliyi; səhnə hərəkətlərini; musiqi nəzəriyyəsini; aktyor ustalığının nəzəriyyəsini və təcrübəsini; danışıq janrının müxtəlif formalarının üzərində sərbəst iş qaydalarını.
Ödəniş dərəcələrinə ixtisas tələbləri: ali və ya orta ixtisas təhsili.
əmək stajına tələb qoyulmadan;
teatr, konsert müəssisəsində 3 ildən az olmayaraq əmək stajı;
teatr, konsert müəssisəsində 5 ildən az olmayaraq əmək stajı.
Əmək funksiyası. Kamera-instrumental ansamblının (trio, kvartet, kvintet, sekstet və s.) musiqi rəhbərinin tələblərinə uyğun olaraq kamera-instrumental ansambllar üçün yazılan musiqi əsərlərini hazırlayır, onları stasionarda, qastrollarda və səyyar konsertlərdə ifa edir. Ansamblda ifaçılıq təcrübəsinə, səhifədən cəld oxuma bacarığına və ifaçılıq mədəniyyətinə malik olmalıdır. Mütəmadi olaraq professional səviyyəsinin artırılması və yeni repertuarın yaradılması üzərində işləyir.
Bilməlidir: mədəniyyət və incəsənət sahəsində qanunvericiliyi; ifa etdiyi alət üzrə musiqi ədəbiyyatını; musiqi nəzəriyyəsini və solfecionu; əsas və cari repertuarı.
Ödəniş dərəcələrinə ixtisas tələbləri: ali və ya orta ixtisas təhsili.
əmək stajına tələb qoyulmadan;
orkestrdə (ansamblda) 3 ildən az olmayaraq əmək stajı;
orkestrdə (ansamblda) 5 ildən az olmayaraq əmək stajı.
Əmək funksiyası. Vokal ansamblının(duet, kvartet və s.) rəhbərinin tələblərinə uyğun olaraq müxtəlif janrlarda musiqi əsərlərini hazırlayır, onları stasionarda, qastrollarda və səyyar konsertlərdə ifa edir. Solo musiqi əsərlərinin və ansamblın tərkibində solo partiyalarının ifasına cəlb edilir. Tələb olunan səs, musiqi, səhnə qabiliyyətinə, ansamblda ifaçılıq mədəniyyətinə malik olmalıdır. Daima öz peşəkarlığını təkmilləşdirməli və yeni repertuar yaradılması üzərində işləyir.
Bilməlidir: mədəniyyət və incəsənət sahəsində qanunvericiliyi; vokal sənətinin nəzəriyyəsini; musiqi nəzəriyyəsini və solfecionu.
Ödəniş dərəcələrinə ixtisas tələbləri: ali və ya orta ixtisas təhsili.
əmək stajına tələb qoyulmadan;
vokal ansamblında 3 ildən az olmayaraq əmək stajı;
vokal ansamblında 5 ildən az olmayaraq əmək stajı.
Əmək funksiyası. Estrada idman (akrobat, jonqlyor, hava gimnastı və s.), sehrbazlıq və digər orijinal janrlar üzrə orijinal və mürəkkəb nömrələr, tryuklar hazırlayıb konsertlərdə çıxış edir. Daima öz peşəkarlığını təkmilləşdirməli, tryuk sirlərini gizli saxlamalı, yeni nömrələrin və tryukların yaradılması üzərində işləməli, ifa ustalığını lazımi səviyyədə saxlamalı və mütəmadi məşq etməlidir. Plastikaya, musiqini düzgün qavrama qabiliyyətinə malik olmalıdır.
Bilməlidir: mədəniyyət və incəsənət sahəsində qanunvericiliyi; məşq üsullarını; estrada-idman, sehrbazlıq və digər orijinal janrların tarixini, ölkə daxilində və xarici ölkələrdə aidiyyəti sahə üzrə iş təcrübəsini; əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizə norma və qaydalarını.
Ödəniş dərəcələrinə ixtisas tələbləri: ali və ya orta ixtisas təhsili.
əmək stajına tələb qoyulmadan;
ixtisası üzrə 3 ildən az olmayaraq əmək stajı;
ixtisası üzrə 5 ildən az olmayaraq əmək stajı.
Əmək funksiyası. Vokal-instrumental ansamblın rəhbərinin tələblərinə uyğun olaraq müxtəlif janrda mahnıları ixtisasına uyğun olaraq ansamblda musiqi alətində ifa edir və eyni zamanda oxuyur. Ansamblın daha da yaxşı səslənməsi üçün əlavə musiqi alətində də ifa etməyi bacarmalıdır. Musiqi alətində solo epizodların, solo partiyaların və mahnıların bəndinin solo ifasına cəlb edilir. İfaçılıq ustalığının artırılması və yeni repertuarın yaranması üçün daima öz üzərində işləyir.
Bilməlidir: mədəniyyət və incəsənət sahəsində qanunvericiliyi; musiqi nəzəriyyəsini və solfecionu; vokal sənətinin nəzəriyyəsini; ansamblın əsas və cari repertuarını.
Ödəniş dərəcələrinə ixtisas tələbləri: ali və ya orta ixtisas təhsili.
əmək stajına tələb qoyulmadan;
vokal-instrumental ansamblda 3 ildən az olmayaraq əmək stajı;
Əmək funksiyası. Ansamblın musiqi rəhbərinin tələblərinə uyğun olaraq estrada-instrumental ansambllar üçün yazılan musiqi əsərlərini hazırlayıb, onları stasionarda, qastrollarda və səyyar konsertlərdə ifa edir. Ansamblın tərkibində musiqi əsərinin müəyyən hissəsinin solo ifasına cəlb edilir. Ansamblın daha yaxşı səslənməsi üçün əlavə musiqi alətində də ifa etməyi bacarmalıdır. Ansamblda ifaçılıq təcrübəsinə, səhifədən cəld oxuma bacarığına və ifaçılıq mədəniyyətinə malik olmalıdır. Mütəmadi olaraq professional səviyyəsinin artırılması və yeni repertuarın yaradılması üzərində işləyir.
Bilməlidir: mədəniyyət və incəsənət sahəsində qanunvericiliyi; ifa etdiyi alət üzrə musiqi ədəbiyyatını; musiqi nəzəriyyəsini və solfecionu; əsas və cari repertuarı.
Ödəniş dərəcələrinə ixtisas tələbləri: ali və ya orta ixtisas təhsili.
əmək stajına tələb qoyulmadan;
ansamblda 3 ildən az olmayaraq əmək stajı;
Əmək funksiyası. Konserti apararaq nömrələri elan edir, nömrələr arasında fasilə əmələ gəldikdə onları zarafatlarla, maraqlı söhbətlərlə doldurur. Yumor hissinin olması zəruridir və lazımi yerdə istifadə etməyi bacarmalıdır. Görkəmli qamətə malik olmalıdır.
Bilməlidir: mədəniyyət və incəsənət sahəsində qanunvericiliyi; aktyor ustalığının nəzəriyyəsini və təcrübəsini; musiqi nəzəriyyəsini.
Ödəniş dərəcələrinə ixtisas tələbləri: ali və ya orta ixtisas təhsili.
əmək stajına tələb qoyulmadan;
konsert müəssisəsində 3 ildən az olmayaraq əmək stajı.
Əmək funksiyası. Teatrlaşdırılmış konsert proqramlarının kütləvi səhnələrində iştirak etməli, tələb olunan musiqi, səhnə və vokal qabiliyyətinə malik olmalıdır.
Bilməlidir: səhnə hərəkətinin və xoreoqrafiyanın elementlərini; musiqi təhsilinin əsaslarını.
Ödəniş dərəcələrinə ixtisas tələbləri:
ümumi orta təhsil və özfəaliyyətdə 2 ildən az olmayaraq iştirak.
Əmək funksiyası. Vəhşi heyvanlarla (pələng, yaquar, bəbir, qara panter, puma, vaşaq, qepara və başqa iri pişik fəsiləsindən olan heyvanlar; canavar, fil, goreşən, begemot, kərgədan, zebr, bizon, zubr, qaytağ, ağ, boz, himalay və başqa növ ayılar; şimpanze, gibbon və başqa insanaoxşar meymunlar; dəniz şiri, nerpa, uzunqulaq suiti, dəniz pişiyi, delfin və bunlara bənzər təlim edib bilən heyvanlar; boa, piton; timsah, alliqator, müxtəlif vəhşi heyvanlardan ibarət böyük qruplar və s.) orijinal nömrələr və atraksionlar hazırlayır və onlarda əsas ifaçı kimi çıxış edir. Müvafiq qaydada təsdiq olunmuş ssenari əsasında müstəqil böyük qrup heyvanların orijinal nömrələrdə və ya attraksionda tryuk repertuarı ilə çıxışlarını hazırlayır. Məşqdə, hazırlıq işlərində iştirak edir və bütün məşqləri aparır. Heyvanları hazırlayır və çıxdaş edir.
Ssenariyə uyğun olaraq proloqlarda, epiloqlarda, intermediyalarda, pantomimalarda iştirak edir. Təlimçilərin, assistentlərin, heyvanlara baxan fəhlələrin işinə nəzarət edir. Heyvanların müxtəlif növ nəqliyyata yüklənməsində, boşaldılmasında və sirklərdə saxlanılma zamanı yerləşdirilməsində iştirak edir. Aktyor ustalığının artırılması üzərində daima işləyir.
Bilməlidir: mədəniyyət və incəsənət sahəsində qanunvericiliyi; aktyor ustalığının əsaslarını; heyvan təliminin tarixini və inkişaf yollarını; baytarlığın əsaslarını və sərraclıq işini; təlim alətlərindən peşəkarlıqla istifadə etməyi; əməyin mühafizəsi, texniki təhlükəsizlik, istehsalat sanitariyası və yanğından mühafizə norma və qaydalarını.
Ödəniş dərəcələrinə ixtisas tələbləri: orta ixtisas və ya orta təhsil.
vəhşi heyvan təlimi artistinin rəhbərliyi altında 2 ildən az olmayaraq təcrübə;
həmin növ üzrə vəhşi heyvan təlimi artisti vəzifəsində 2 ildən az
olmayaraq əmək stajı;
həmin növ üzrə vəhşi heyvan təlimi artisti vəzifəsində 5 ildən az olmayaraq əmək stajı.
Əmək funksiyası. Bütün janrlar üzrə artistlər ("Musiqili eksentrika", "Atçılıq", "Satira", "İllüziya", "Kəndirbaz", "Hava gimnastları", "Təlxək", "İdman akrobatikası" və s.) mütəmadi olaraq peşəkarlığını lazımi səviyyədə saxlamalı, musiqini qavrama, ritmi duyma qabiliyyətinə malik olmalıdır. Sirk sənətinin üsulları ilə bədii surət yaratmaq bacarığı olmalıdır. Məşqləri və hazırlıq işlərini aparmalıdır. Geyimi dəyişdirməkdən və ya qrim çəkməkdən asılı olmayaraq parad-proloqlarda, kütləvi pantomima səhnələrində, intermediyalarda, tematik tamaşalarda iştirak etməlidirlər.
Bilməlidir: mədəniyyət və incəsənət sahəsində qanunvericiliyi; janrlar üzrə sərbəst iş qaydalarını; aktyor ustalığının, səhnə hərəkətinin əsaslarını; məşq üsullarını; sirk sənətinin inkişaf tarixini; müxtəlif janrlarda xarici ölkə sirklərinin nailiyyətlərini; əməyin mühafizəsi, texniki təhlükəsizlik, istehsalat sanitariyası və yanğından mühafizə norma və qaydalarını.
Ödəniş dərəcələrinə ixtisas tələbləri:
"Musiqili eksentrika",
akrobatikası" janrları üzrə:
orta ixtisas təhsili, əmək stajına tələb qoyulmadan;
"İllüziya" janrı üzrə:
orta ixtisas və ya orta təhsil, əmək stajına tələb qoyulmadan;
"Kəndirbaz", "Hava gimnastı" janrları üzrə:
orta ixtisas və ya orta təhsil və idman hazırlığı;
11- 12-ci dərəcələr: "Musiqili eksentrika", "İllüziya", "Təlxək", "Satira" janrları üzrə:
orta ixtisas təhsili və 3 ildən az olmayaraq ixtisası üzrə əmək stajı;
"Kəndirbaz" janrı üzrə:
orta ixtisas təhsili və 3 ildən az olmayaraq ixtisası üzrə əmək stajı və ya akrobatika üzrə idman ustası adına namizədlik;
"Hava gimnastı" janrı üzrə:
orta ixtisas təhsili və 3 ildən az olmayaraq ixtisası üzrə əmək stajı və ya idman akrobatikası üzrə idman ustası adına namizədlik;
"Atçılıq" janrı üzrə:
orta ixtisas təhsili və 3 ildən az olmayaraq bu janr üzrə əmək stajı və ya akrobatika və gimnastika üzrə idman ustası ( və ya idman ustasına namizəd) adı;
"İdman akrobatikası" janrı üzrə:
orta ixtisas təhsili və 3 ildən az olmayaraq bu janr üzrə əmək stajı və ya akrobatika üzrə idman ustası (və ya idman ustasına namizəd) adı;
13- 14-cü dərəcələr: "Satira", "Təlxək", janrları üzrə:
ali teatr təhsili (aktyor fakültəsi) və ya orta ixtisas təhsili və 3 ildən az olmayaraq ixtisası üzrə əmək stajı;
"Musiqili eksentrika" janrı üzrə:
orta ixtisas və ya musiqi təhsili və bu janrda 3 ildən az olmayaraq əmək stajı;
"İllüziya" janrı üzrə:
orta ixtisas və ya orta təhsil və 5 ildən az olmayaraq bu janrda
"Kəndirbaz" janrı üzrə:
orta ixtisas təhsili və 5 ildən az olmayaraq ixtisası üzrə əmək stajı və ya akrobatika üzrə idman ustası (və ya idman ustasına namizəd) adı;
"Hava gimnastı" janrı üzrə:
orta ixtisas təhsili və 5 ildən az olmayaraq ixtisası üzrə əmək stajı və ya orta təhsil və idman gimnastikası üzrə idman ustası (və ya idman ustasına namizəd) adı;
"Atçılıq" janrı üzrə:
orta ixtisas təhsili və 5 ildən az olmayaraq ixtisası üzrə əmək stajı və ya akrobatika və gimnastika üzrə idman ustası (və ya idman ustasına namizəd) adı və bu janrda 3 ildən az olmayaraq əmək stajı;
orta ixtisas təhsili və 5 ildən az olmayaraq bu janrda əmək stajı və ya akrobatika üzrə idman ustası (və ya idman ustasına namizəd) adı və bu janrda 3 ildən az olmayaraq əmək stajı;
Əmək funksiyası. Heyvanlarla (at, ev pişiyi, quş, təlimi mümkün olan vəhşi quşlar da daxil olmaqla, gəmiricilər, tısbağa, xırda yırtıcı heyvanlar və s.) mürəkkəb və orijinal bədii nömrələr hazırlayıb ustalıqla ifa edir. Nömrədə işləyən heyvanları təlim edir. Məşqləri təşkil edir və aparır, yeni tryukların hazırlanması üçün hazırlıq işlərini yerinə yetirir. Mütəmadi olaraq ifa ustalığının artırılması və yeni tryuk repertuarının yaradılması üzərində işləyir. Ssenariyə uyğun olaraq parad-proloqlarda, epiloqlarda, intermediyalarda, pantomimalarda iştirak edir. Heyvanlara baxan fəhlələrin işinə nəzarət edir. Heyvanların müxtəlif növ nəqliyyata yüklənməsində, boşaldılmasında və sirklərdə saxlanılma zamanı yerləşdirilməsində iştirak edir.
Bilməlidir: mədəniyyət və incəsənət sahəsində qanunvericiliyi; aktyor ustalığının əsaslarını; heyvan təliminin tarixini və inkişaf yollarını; baytarlığın əsaslarını; təlim alətlərindən peşəkar istifadə etməyi; əməyin mühafizəsi, texniki təhlükəsizlik, istehsalat sanitariyası və yanğından mühafizə norma və qaydalarını.
Ödəniş dərəcələrinə ixtisas tələbləri: orta ixtisas və ya orta təhsil.
heyvan təlimi artistinin rəhbərliyi altında 2 ildən az olmayaraq
həmin növ üzrə heyvan təlimi artisti vəzifəsində 2 ildən az
olmayaraq əmək stajı;
həmin növ üzrə heyvan təlimi artisti vəzifəsində 5 ildən az olmayaraq əmək stajı;
Əmək funksiyası. Artist heyətinə, uniformistlərə və tamaşaya xidmət edən bütün işçilərə rəhbərlik edir. Manejin düzgün qurulmasını təmin edir, manej divarının örtüyünün və sirk aparaturasının manejdə bərkidilməsinin etibarlı olmağını yoxlayır, manejin tamaşadan sonra yığışdırılmasını təmin edir. Tamaşaya hazırlıq işlərinə (aparatların quraşdırılması, asılması, doldurulması və s.) və tamaşanın gedişinə rəhbərlik edir, artistlərə xidmət edən işçilərə və tamaşaçılara təhlükəsiz şəraiti təmin edir. Tamaşanın proqramını tərtib edir, tamaşanı aparır, nömrələri elan edir, xüsusi mətnini oxuyur, paradlarda, kloun reprizalarında iştirak edir.
Lazımi xəbərdarlıq yazılarının (vəhşi heyvanlar, yüksəklikdə iş və s. barədə) olmağına, pirotexnika materiallarının, zəhərli maddələrin və silahın təhlükəsiz şəraitdə saxlanılmasına nəzarət edir.
Sirkə gələn hər bir sirk proqramının baxışında (aparaturanın və qoruyucu vasitələrin yoxlanılması) iştirak edir və bu haqda olan sənədi imzalayır. Uniformistlərin və xidmətçi heyətin vaxtlı-vaxtında xüsusi geyim, ayaqqabı və qoruyucu vasitələrlə təmin edilməsinə nəzarət edir.
Bilməlidir: məşqin üsullarmı, aktyor ustalığının, səhnə hərəkətinin və nitq texnikasının əsaslarını; sirk sənətinin tarixini və inkişaf yollarını; daxili əmək intizamı qaydalarını; əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizə norma və qaydalarını.
Ödəniş dərəcələrinə ixtisas tələbləri:
ümumi orta təhsil, manej inspektorları kursunun bitirilməsi və ixtisası üzrə 1 ildən az olmayaraq əmək stajı;
orta ixtisas təhsili, manej inspektorları kursunun bitirilməsi və
manej inspektoru vəzifəsində 3 ildən az olmayaraq əmək stajı;
orta ixtisas təhsili, manej inspektorları kursunun bitirilməsi və manej inspektoru vəzifəsində 5 ildən az olmayaraq əmək stajı.
Əmək funksiyası. İxtisasına uyğun musiqi alətində mükəmməl surətdə çalğı ifaya malik olmalıdır. Zəruri olduqda tematik tamaşalarda, parad-proloqlarda, kütləvi səhnələrdə, atlılar səhnəyə çıxdıqda, bunun üçün geyimini dəyişdirməkdən və qrim çəkməkdən asılı olmayaraq iştirak edir.
Bilməlidir: mədəniyyət və incəsənətin inkişafını müəyyən edən qanunvericiliyi; musiqi nəzəriyyəsini; müasir və klassik musiqini; sirk proqramlarının repertuarını; notları vərəqdən yaxşı oxumağı; daxili əmək intizamı və texniki təhlükəsizlik qaydalarını.
Ödəniş dərəcələrinə ixtisas tələbləri:
ali və ya orta ixtisas təhsili, musiqi qabiliyyəti və əmək stajına
ali və ya orta ixtisas təhsili, orkestrdə 3 ildən az olmayaraq əmək stajı;
ali və ya orta ixtisas təhsili, orkestrdə 5 ildən az olmayaraq əmək stajı.
Əmək funksiyası. Tamaşaçıların qəbulu üçün tamaşaçı zalının hazırlanmasını, artist heyətinin səhnə arxası otaqlarda normal iş şəraitini, binada təmizliyi və tamaşaçılara yüksək mədəni xidmətin göstərilməsini təmin edir. Teatr, konsert, sirk müəssisəsinin reklamının vaxtında və düzgün yayılmasını və yapışdırılmasını təşkil edir, işıq reklamının, fotoreklamların və başqa xəbərdaretmə vasitələrinin lazımi qaydada saxlanılmasına nəzarət edir, onlarda texniki qüsurların aradan qaldırılması üçün ölçü götürür. Biletlərin satışı üzrə kassaların iş vaxtı və satışa buraxılmış biletlərin sayı haqqında tamaşaçıların vaxtında xəbərdar edilməsini təşkil edir. Binanın fasadının, tamaşa zalının və xidməti girişlərin vəziyyətinə nəzarət edir. Tamaşalarda (proqramlarda) növbətçilik edir. Öz səlahiyyəti daxilində tamaşaçıların xahişinə baxır və yerinə yetirir, onların suallarına cavab verir. Tamaşanın (proqramın) başlanmasına qədər və antraktlarda tamaşaçılara proqramların, bukletlərin satışına nəzarət edir. Vestibüllərin, foyenin və s. yerlərin tamaşa (proqram) başlayandan sonra antrakt üçün və antraktdan sonra yığışdırılmasını təşkil edir. Ehtiyatda olan çıxışların və növbətçi işığın sazlığını yoxlayır. Tamaşalar (proqramlar) qurtardıqdan sonra bütün binanı şəxsən yoxlayır və yanğından mühafizə işçisinə təhvil verir. Həm tamaşaçılara, həm də teatr işçilərinə xidmət edən bufetlərin işinə nəzarəti həyata keçirir, teatr, konsert, sirk müəssisəsinin foyesində başqa satış nöqtələrinin işini təşkil edir, lazım olan hallarda tamaşa vaxtında tamaşaçılara, teatr işçilərinə tibbi xidmət göstərilməsini təmin edir. Teatr rəhbərliyinin tapşırığı ilə səyyar tamaşalar keçirir, onları reklamla təmin edir, işçilərin və əmlakın daşınmasını hazırlayır və bu işlərə rəhbərlik edir, biletlərin satışına və proqramların çap olunmasına nəzarət edir. Qastrolların hazırlanmasında və keçirilməsində iştirak edir. Teatr, konsert, sirk müəssisəsinin işçiləri üçün gediş sənədlərini sifariş edir və alır. Qastrola gələn işçiləri qarşılayır, onları mehmanxanada yerləşdirir. Kiçik xidmətedici heyətin işə çağırılma qrafikini və iş vaxtının uçotunu tərtib edir.
Bilməlidir: teatr, konsert, sirk müəssisəsinin iş qaydalarını; müəssisənin istismarı üzrə müvafiq normativ sənədləri; reklamın yayılması qaydasını; mühasibat uçotunun əsaslarını; əməyin təşkilini və istehsalatın idarə edilməsini; əməyin mühafizəsi, texniki təhlükəsizlik, istehsalat sanitariyası və yanğından mühafizə norma və qaydalarını.
Ödəniş dərəcələrinə ixtisas tələbləri: ali və ya orta ixtisas təhsili, mədəniyyət və incəsənət müəssisələrində 3 ildən az olmayaraq əmək stajı.
rəqs və musiqi kollektivlərində;
teatr, filarmoniya, sirk və konsert təşkilatlarında.
Əmək funksiyası. Teatr, konsert, sirk müəssisələrinə gələn tamaşaçıların biletinin əsl olmasına fikir verir və biletləri nəzarət qaydasında cırır. Tamaşa zalında tamaşaçılara yerlərinin tutmasında köməklik göstərir, nizam-intizama riayət edilməsinə nəzarət edir. Tamaşa bitdikdən sonra tamaşaçıların zalı tərk etməsinə nəzarət edir.
Bilməlidir: tamaşa zalında oturacaq yerlərinin sxemini; yanğından mühafizə və siqnalizasiya vasitələrinin yerləşməsini və onlardan istifadə qaydasını; əməyin mühafizəsi, texniki təhlükəsizlik, istehsalat sanitariyası və yanğından mühafizə norma və qaydalarını.
Ödəniş dərəcələrinə ixtisas tələbləri: ümumi orta təhsil.
bilet nəzarətçisi vəzifəsini yerinə yetirdikdə;
böyük bilet nəzarətçisi vəzifəsini yerinə yetirdikdə.
Əmək funksiyası. Teatr, konsert, sirk müəssisələrində tamaşalara, konsertlərə biletlərin (abunə biletlərinin) satışı və qabaqcadan sifariş ilə satışının rəsmiləşdirilməsi, tamaşa zalının sxemində satılan yerlərin qeyd edilməsi, biletlərin ştamplanması işlərini yerinə yetirir. Müvafiq qaydada hər tamaşa, konsertə satılmış biletlər haqqında müəyyən edilmiş müddətdə teatr, konsert, sirk müəssisəsinin mühasibatına hesabat təqdim edir və mədaxili müəssisənin kassasına təhvil verir.
Bilməlidir: tamaşa zalında oturacaq yerlərinin sxemini; pul vəsaitlərinin, ciddi hesabat blanklarının (biletlərin) mühafizə və təhvil verilməsinə aid təlimatları; satılmayan biletlər (boş qalmış yerlər) barədə məlumatın verilməsi qaydasını; uçot və hesabatın aparılması üzrə kassa və bank əməliyyatlarının aparılması qaydasını.
Ödəniş dərəcələrinə ixtisas tələbləri: ümumi orta təhsil və xüsusi təlim.
bilet kassasının kassiri vəzifəsini yerinə yetirdikdə;
bilet kassasının böyük kassiri vəzifəsini yerinə yetirdikdə.
1. 18 dekabr 2018-ci il tarixli 11 nömrəli Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının Qərarı
2. 17 sentyabr 2019-cu il tarixli 1905000050 nömrəli Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının Qərarı