Qanunvericilik › Teatr və teatr fəaliyyəti haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 14

Maddə 14. Prodüserin teatr tamaşasının kütləvi nümayişi ilə bağlı Hüquqları

Teatr və teatr fəaliyyəti haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

14.0. Prodüserlə quruluşçu arasında bağlanan müqaviləyə əsasən teatr tamaşasının kütləvi nümayiş hüququ prodüserə keçə bilər. Bu halda prodüserin aşağıdakı hüquqları vardır:

14.0.1. teatr tamaşasının kütləvi nümayişini həyata keçirmək, tamaşanın yerini, vaxtını və biletlərin qiymətini müəyyən etmək;

14.0.2. teatr tamaşasının kütləvi nümayişinin sayını müəyyən etmək, onu dayandırmaq və bərpa etmək;

14.0.3. teatr tamaşasından və onun bəzi hissələrindən digər tamaşalarda istifadə olunmasının, teatr tamaşasının texniki vasitələrin (televiziya və radio yayımı və s.) köməyi ilə efirə verilməsinin, istənilən maddi daşıyıcılara yazılışının və həmin yazılışların təkrarən əks etdirilməsinin şərtlərini müəyyənləşdirmək;

14.0.4. bu Qanunun 14.0.1-ci maddəsində nəzərdə tutulan normalara riayət etməklə hüquqi və fiziki şəxslərə (əgər prodüserlə bu şəxslər arasındakı müqavilədə digər hallar nəzərdə tutulmayıbsa) kütləvi nümayiş hüququ ilə birlikdə teatr tamaşasının yenidən səhnəyə qoyulması üçün icazə vermək.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver