Qanunvericilik › Teatr və teatr fəaliyyəti haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 19

Maddə 19. Teatrların maliyyələşdirilməsi

Teatr və teatr fəaliyyəti haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

19.1. Dövlət teatrları tamaşalardan və qanunvericiliklə qadağan olunmayan başqa mənbələrdən daxilolmalar, eləcə də dövlət büdcəsindən ayrılan vəsait hesabına maliyyələşdirilir. Dövlət büdcəsindən ayrılan vəsait işçilərin əməkhaqları və əməkhaqqından tutulmaların (əməyin ödənişi fondundan hesablanan məcburi dövlət sosial sığorta haqqı, işsizlikdən sığorta haqqı, icbari tibbi sığorta haqqı, istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqı) həcmindən, eləcə də yeni tamaşaların quruluşu xərclərindən az olmamalıdır.

19.2. Bələdiyyə və özəl teatrlar qanunvericiliklə qadağan olunmayan istənilən mənbələrdən daxil olan vəsaitlər hesabına maliyyələşdirilir.

19.3. Dövlət orta və peşə ixtisas təhsili müəssisələrində aktyorların, rejissorların, baletmeysterlərin, teatr tənqidçilərinin, teatr sənəti üzrə digər mütəxəssislərin hazırlanması, elmi tədqiqat müəssisələrində teatr sənəti üzrə tədqiqatların aparılması dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver