21.1. Teatr işçiləri qanunvericilikdə nəzərdə tutulmuş qaydada əmək pensiyası hüququna malikdirlər.
21.2. Dövlət orqanları və bələdiyyələr müvafiq büdcə vəsaitləri və qanunvericiliklə qadağan olunmayan digər mənbələr hesabına teatr işçilərinin maddi təminatını yaxşılaşdırmaq üçün tədbirlər həyata keçirə bilərlər.
21.3. Teatr işçiləri “Sosial sığorta haqqında”, “İşsizlikdən sığorta”, “Tibbi sığorta” və “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının qanunları ilə müəyyən olunmuş qaydada məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta, icbari tibbi sığorta və istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta olunurlar.