Qanunvericilik › “Təbii inhisar subyektlərinin sahibkarlıq fəaliyyətinin nəticələrinə dair təqdim etdikləri maliyyə hesabatlarının forması və təqdim edilməsi Qaydası”nın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 19.12.2024) › Tam mətn

“Təbii inhisar subyektlərinin sahibkarlıq fəaliyyətinin nəticələrinə dair təqdim etdikləri maliyyə hesabatlarının forması və təqdim edilməsi Qaydası”nın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 19.12.2024)

“Təbii inhisar subyektlərinin sahibkarlıq fəaliyyətinin nəticələrinə dair təqdim etdikləri maliyyə hesabatlarının forması və təqdim edilməsi Qaydası”nın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 19.12.2024) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

“Azərbaycan Respublikası Rəqabət Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2023-cü il 8 dekabr tarixli 1051-VIQ nömrəli Qanununun tətbiqi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 23 yanvar tarixli 2451 nömrəli Fərmanının 2.5.10-cu yarımbəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Təbii inhisar subyektlərinin sahibkarlıq fəaliyyətinin nəticələrinə dair təqdim etdikləri maliyyə hesabatlarının forması” təsdiq edilsin (əlavə olunur).

2. “Təbii inhisar subyektlərinin sahibkarlıq fəaliyyətinin nəticələrinə dair maliyyə hesabatlarının təqdim edilməsi Qaydası” təsdiq edilsin (əlavə olunur).

3. Bu Qərar 2024-cü il iyulun 1-dən tətbiq edilir.

Azərbaycan Respublikasının Baş naziri

Bakı şəhəri, 19 dekabr 2024-cü il

Azərbaycan Respublikası Rəqabət Məcəlləsinin 39.7-ci maddəsində nəzərdə tutulan maliyyə hesabatları aşağıdakı komponentlərdən ibarətdir:

1. “Maliyyə vəziyyəti haqqında hesabat” (əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə);

2. “Mənfəət və ya zərər və digər məcmu gəlir haqqında hesabat” (əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə);

3. “Kapitalda dəyişikliklər haqqında hesabat” (əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə);

4. “Pul vəsaitlərinin hərəkəti haqqında hesabat (birbaşa və ya dolayı metod)” (əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə);

5. “Seçilmiş izahlı qeydlər”.

Cəmi aktivlər, o cümlədən

Uzunmüddətli aktivlər

Torpaq, tikili və avadanlıqlar

İnvestisiya mülkiyyəti

İştirak payı metodu ilə uçota alınmış investisiyalar

Təxirə salınmış vergi aktivləri

Uzunmüddətli debitor borcları

Sair uzunmüddətli maliyyə aktivləri

Sair uzunmüddətli aktivlər

Qısamüddətli aktivlər

Qısamüddətli debitor borcları

Pul vəsaitləri və onların ekvivalentləri

Sair qısamüddətli maliyyə aktivləri

Sair qısamüddətli aktivlər

Ödənilmiş nominal (nizamnamə) kapital

Geri alınmış kapital (səhmlər)

Bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)

Cəmi öhdəliklər, o cümlədən

Uzunmüddətli öhdəliklər

Uzunmüddətli faiz xərcləri yaradan öhdəliklər

Uzunmüddətli qiymətləndirilmiş öhdəliklər

Təxirə salınmış vergi öhdəlikləri

Uzunmüddətli kreditor borcları

Sair uzunmüddətli öhdəliklər

Qısamüddətli öhdəliklər

Qısamüddətli faiz xərcləri yaradan öhdəliklər

Qısamüddətli qiymətləndirilmiş öhdəliklər

Vergi və sair məcburi ödənişlər üzrə öhdəliklər

Qısamüddətli kreditor borcları

Sair qısamüddətli öhdəliklər

Cəmi kapital və öhdəliklər

Əsas əməliyyat gəlirləri

Sair əməliyyat gəlirləri

Bitməmiş istehsalat və hazır məhsul ehtiyatlarındakı artımlar (azalmalar)

Təşkilat tərəfindən yerinə yetirilmiş və kapitallaşdırılmış işlər

İstifadə edilmiş material ehtiyatları

İşçi heyəti üzrə xərclər

Amortizasiya xərcləri

Digər əməliyyat xərcləri

Sair əməliyyat xərcləri

Xaricdən maliyyələşdirilən elmi tədqiqat işləri üzrə xərclər

Xaricdən maliyyələşdirilən elmi tədqiqat işləri üzrə xərclər istisna olmaqla sair əməliyyat xərcləri

Fəaliyyətin dayandırılmasından yaranan mənfəətlər (zərərlər)

Əməliyyat mənfəəti (zərəri)

Maliyyə mənfəəti (zərəri)

Fövqəladə mənfəət (zərər)

Asılı və birgə müəssisələrin mənfəətlərində (zərərlərində) pay

Vergiqoymadan əvvəl mənfəət (zərər)

Hesabat dövründə xalis mənfəət (zərər)

qeyri-nəzarət payları üzrə xalis mənfəət (zərər)

əsas cəmiyyətin sahiblərinin mənfəəti (zərəri)

Məcmu gəlir (xalis mənfəətin (zərərin) və digər məcmu gəlirin cəmi)

qeyri-nəzarət payları üzrə xalis mənfəət (zərər)

əsas cəmiyyətin sahiblərinin mənfəəti (zərəri)

Əvvəlki hesabat dövrünün əvvəlinə olan qalıq

Əvvəlki hesabat dövründə uçot siyasətində dəyişikliklər və ya əhəmiyyətli səhvlərlə bağlı düzəlişlər

Səhvlərin düzəldilməsindən sonra əvvəlki hesabat dövrünün əvvəlinə qalıq

Əvvəlki hesabat dövründə xalis mənfəət (zərər)

Mülkiyyətçilərin kapital qoyuluşları

Mülkiyyətçilər arasında kapitalın bölüşdürülməsi (dividendlər)

Geri alınmış kapital (səhmlər) üzrə əməliyyatlar

Kapitalın maddələri arasında köçürmələr

Əvvəlki hesabat dövrü üzrə kapitalda dəyişikliklərin cəmi

Əvvəlki hesabat dövrünün sonuna qalıq

Hesabat dövründə xalis mənfəət (zərər)

Mülkiyyətçilərin kapital qoyuluşları

Mülkiyyətçilər arasında kapitalın bölüşdürülməsi (dividendlər)

Geri alınmış kapital (səhmlər) üzrə əməliyyatlar

Kapitalın maddələri arasında köçürmələr

Hesabat dövrü üzrə kapitalda

Hesabat dövrünün sonuna qalıq

Əməliyyat fəaliyyətindən pul vəsaitlərinin hərəkəti

Malların satışından və xidmətlərin göstərilməsindən daxilolmalar

Royaltilər, yığımlar və komisyon haqları üzrə daxilolmalar

Digər gəlirlərdən daxilolmalar

Əməliyyat fəaliyyətindən cəmi daxilolmalar

Mallar və xidmətlərə görə xaricolmalar

Əməyin ödənilməsi ilə əlaqədar ödənişlər

Mənfəət vergisi ödənişi üzrə xaricolmalar

Digər vergilərə görə xaricolmalar

Əməliyyat fəaliyyətindən yaranan faiz ödənişləri üzrə xaricolmalar

Digər ödənişlərə görə xaricolmalar

Əməliyyat fəaliyyətindən cəmi xaricolmalar

Əməliyyat fəaliyyətindən yaranan pul vəsaitlərinin xalis hərəkəti

İnvestisiya fəaliyyətindən yaranan pul vəsaitlərinin hərəkətləri

Torpaq, tikili və avadanlıqların, qeyri-maddi aktivlərin və digər uzunmüddətli aktivlərin satışından əldə olunan pul vəsaitlərinin daxilolmaları

Torpaq, tikili və avadanlıqların, qeyri-maddi aktivlərin və digər uzunmüddətli aktivlərin əldə edilməsi üçün pul vəsaitlərinin xaricolmaları

Digər müəssisələrin pay və ya borc alətlərinin və birgə müəssisədə iştirak paylarının satılmasından yaranan pul vəsaitlərinin daxilolmaları (pul vəsaitlərinin ekvivalentləri kimi nəzərə alınan və sazişlərin bağlanılması və ya ticarət məqsədləri üçün nəzərdə tutulmuş alətlər üzrə pul vəsaitlərinin daxilolmaları istisna olmaqla)

Digər müəssisələrin pay və ya borc alətlərinin və birgə müəssisədə iştirak paylarının əldə edilməsi üçün ödənilən pul vəsaitlərinin xaricolmaları (pul vəsaitlərinin ekvivalentləri kimi nəzərə alınan və sazişlərin bağlanılması və ya ticarət məqsədləri üçün nəzərdə tutulmuş alətlər üzrə pul vəsaitlərinin xaricolmaları istisna olmaqla)

Digər tərəflərə verilmiş borcların qaytarılmasından pul vəsaitlərinin daxilolmaları

Digər tərəflərə verilmiş borclara görə pul vəsaitlərinin xaricolmaları

Fyuçers, forvard, opsion və svop müqavilələri üzrə pul vəsaitlərinin daxilolmaları

Fyuçers, forvard, opsion və svop müqavilələri üzrə pul vəsaitlərinin ödənişləri

İnvestisiya fəaliyyəti ilə əlaqədar pul vəsaitlərinin fövqəladə daxilolmaları və xaricolmaları

İnvestisiya fəaliyyətindən yaranan pul vəsaitlərinin xalis hərəkəti

Maliyyələşdirmə üzrə fəaliyyətdən pul vəsaitlərinin hərəkəti

Səhmlərin və digər kapital alətlərin buraxılması nəticəsində yaranan pul vəsaitlərinin daxilolmaları

Müəssisənin öz səhmlərinin əldə edilməsi və ya yenidən alınması nəticəsində pul vəsaitlərinin xaricolmaları

İstiqrazların, borc sənədlərinin, veksellərin, girov kağızlarının buraxılmasından və digər qısamüddətli və uzunmüddətli borcların alınmasına görə pul vəsaitlərinin daxilolmaları

Borc şəklində alınmış məbləğlərin geri qaytarılmasına görə pul vəsaitlərinin xaricolmaları

Məqsədli maliyyələşdirmə şəklində pul vəsaitlərinin daxilolmaları

Məqsədli maliyyələşdirmə şəklində alınmış məbləğlərin geri qaytarılmasına görə pul vəsaitlərinin xaricolmaları

Maliyyə icarəsi müqavilələrinin şərtlərinə əsasən əsas məbləğlər üzrə pul vəsaitlərinin xaricolmaları

Dividendlər və buna oxşar digər ödəmələr şəklində pul vəsaitlərinin xaricolmaları

Faizlər şəklində pul vəsaitlərinin xaricolmaları

Maliyyələşdirmə üzrə fəaliyyətlər ilə əlaqədar pul vəsaitlərinin fövqəladə daxilolmaları və xaricolmaları

Maliyyələşdirmə üzrə fəaliyyətdən yaranan pul vəsaitlərinin xalis hərəkəti

Pul vəsaitləri və onların ekvivalentlərinin artması (azalması)

Pul vəsaitlərinin və onların ekvivalentlərinin hərəkəti

Bank overdraftları çıxılmaqla pul vəsaitləri və onların ekvivalentlərinin ilin əvvəlinə olan məbləği

İl ərzində pul vəsaitləri və onların ekvivalentlərinin artması (azalması)

Xarici valyutaların məzənnələrinin dəyişməsinin təsiri

Bank overdraftları çıxılmaqla pul vəsaitləri və onların ekvivalentlərinin ilin sonuna olan qalığı

Əməliyyat fəaliyyətindən pul vəsaitlərinin hərəkəti

Hesabat dövründə xalis mənfəət və ya zərər

Aşağıdakı maddələr üzrə düzəlişlər:

azlıq təşkil edən mülkiyyətçilərin payı

mənfəət vergisi üzrə xərclər

amortizasiya xərcləri investisiya fəaliyyəti ilə əlaqədar zərər (mənfəət)

maliyyələşdirmə üzrə fəaliyyətə aid olan digər xərclər (gəlirlər)

məzənnə fərqi üzrə xərclər (gəlirlər)

faiz xərcləri (gəlirləri)

şübhəli debitor borcları üzrə xərclər

iddia müddəti ötmüş kreditor borclar üzrə gəlirlər

sair qeyri-pul əməliyyatları üzrə xərclər (gəlirlər)

Dövriyyə kapitalındakı dəyişikliklərə qədər əməliyyat fəaliyyəti üzrə xalis pul vəsaitləri

Aşağıdakı maddələr üzrə baş verən dəyişikliklər:

ehtiyatların azalması (artması)

əməliyyat debitor borclarının azalması (artması)

sair qısamüddətli aktivlərin azalması (artması)

vergi və sair məcburi ödənişlər üzrə öhdəliklərin artması (azalması)

əməliyyat kreditor borclarının artması (azalması)

sair qısamüddətli öhdəliklərin artması (azalması)

ödənilmiş (qaytarılmış) mənfəət vergisi

Əməliyyat fəaliyyəti ilə əlaqədar pul vəsaitlərinin fövqəladə daxilolmaları və xaricolmaları

Əməliyyat fəaliyyətindən yaranan pul vəsaitlərinin xalis hərəkəti

İnvestisiya fəaliyyətindən yaranan pul vəsaitlərinin hərəkətləri

Torpaq, tikili və avadanlıqların, qeyri-maddi aktivlərin və digər uzunmüddətli aktivlərin satışından əldə olunan pul vəsaitlərinin daxilolmaları

Torpaq, tikili və avadanlıqların, qeyri-maddi aktivlərin və digər uzunmüddətli aktivlərin əldə edilməsi üçün pul vəsaitlərinin xaricolmaları

Digər müəssisələrin pay və ya borc alətlərinin və birgə müəssisədə iştirak paylarının satılmasından yaranan pul vəsaitlərinin daxilolmaları (pul vəsaitlərinin ekvivalentləri kimi nəzərə alınan və sazişlərin bağlanılması və ya ticarət məqsədləri üçün nəzərdə tutulmuş alətlər üzrə pul vəsaitlərinin daxilolmaları istisna olmaqla)

Digər müəssisələrin pay və ya borc alətlərinin və birgə müəssisədə iştirak paylarının əldə edilməsi üçün ödənilən pul vəsaitlərinin xaricolmaları (pul vəsaitlərinin ekvivalentləri kimi nəzərə alınan və sazişlərin bağlanılması və ya ticarət məqsədləri üçün nəzərdə tutulmuş alətlər üzrə pul vəsaitlərinin xaricolmaları istisna olmaqla)

Digər tərəflərə verilmiş borcların qaytarılmasından pul vəsaitlərinin daxilolmaları

Digər tərəflərə verilmiş borclara görə pul vəsaitlərinin xaricolmaları

Fyuçers, forvard, opsion və svop müqavilələri üzrə pul vəsaitlərinin daxilolmaları

Fyuçers, forvard, opsion və svop müqavilələri üzrə pul vəsaitlərinin ödənişləri

İnvestisiya fəaliyyəti ilə əlaqədar pul vəsaitlərinin fövqəladə daxilolmaları və xaricolmaları

İnvestisiya fəaliyyətindən yaranan pul vəsaitlərinin xalis hərəkəti

Maliyyələşdirmə üzrə fəaliyyətdən pul vəsaitlərinin hərəkəti

Səhmlərin və digər kapital alətlərin buraxılması nəticəsində yaranan pul vəsaitlərinin daxilolmaları

Müəssisənin öz səhmlərinin əldə edilməsi və ya yenidən alınması nəticəsində pul vəsaitlərinin xaricolmaları

İstiqrazların, borc sənədlərinin, veksellərin, girov kağızlarının buraxılmasından və digər qısamüddətli və uzunmüddətli borcların alınmasına görə pul vəsaitlərinin daxilolmaları

Borc şəklində alınmış məbləğlərin geri qaytarılmasına görə pul vəsaitlərinin xaricolmaları

Məqsədli maliyyələşdirmə şəklində pul vəsaitlərinin daxilolmaları

Məqsədli maliyyələşdirmə şəklində alınmış məbləğlərin geri qaytarılmasına görə pul vəsaitlərinin xaricolmaları

Maliyyə icarəsi müqavilələrinin şərtlərinə əsasən əsas məbləğlər üzrə pul vəsaitlərinin xaricolmaları

Dividendlər və buna oxşar digər ödəmələr şəklində pul vəsaitlərinin xaricolmaları

Faizlər şəklində pul vəsaitlərinin xaricolmaları

Maliyyələşdirmə üzrə fəaliyyətlər ilə əlaqədar pul vəsaitlərinin fövqəladə daxilolmaları və xaricolmaları

Maliyyələşdirmə üzrə fəaliyyətdən yaranan pul vəsaitlərinin xalis hərəkəti

Pul vəsaitləri və onların ekvivalentlərinin artması (azalması)

Pul vəsaitlərinin və onların ekvivalentlərinin hərəkəti

bank overdraftları çıxılmaqla pul vəsaitləri və onların ekvivalentlərinin ilin əvvəlinə olan məbləği

İl ərzində pul vəsaitləri və onların ekvivalentlərinin artması (azalması)

Xarici valyutaların məzənnələrinin dəyişməsinin təsiri

Bank overdraftları çıxılmaqla pul vəsaitləri və onların ekvivalentlərinin ilin sonuna olan qalığı

Təbii inhisar subyekti tərəfindən əlavə olaraq aşağıdakı hesabat təqdim edilməlidir:

Cəmi aktivlər, o cümlədən

Uzunmüddətli aktivlər

əsas vəsaitlər (torpaq, tikili və avadanlıqlar, investisiya mülkiyyəti və sair)

uzunmüddətli debitor borclar

sair uzunmüddətli aktivlər

Qısamüddətli aktivlər

mal-material ehtiyatları

pul vəsaitləri və onların ekvivalentləri

qısamüddətli debitor borclar

sair qısamüddətli aktivlər

əlavə ödənilmiş kapital

dövlət investisiyaları

bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)

Cəmi öhdəliklər, o cümlədən

Uzunmüddətli öhdəliklər

kredit və borc öhdəlikləri

uzunmüddətli kreditor borclar

sair uzunmüddətli öhdəliklər

Qısamüddətli öhdəliklər

kredit və borc öhdəlikləri

vergi və sair məcburi ödənişlər üzrə öhdəliklər

qısamüddətli kreditor borclar

sair qısamüddətli öhdəliklər

Cəmi kapital və öhdəliklər

dövlət büdcəsindən ayrılan vəsaitlər və onların istifadə istiqamətləri

təbii inhisar fəaliyyəti üzrə məhsulların satışından əldə edilmiş gəlir

təbii inhisar fəaliyyətinə aid olmayan digər fəaliyyət üzrə məhsulların satışından əldə edilmiş gəlir

Müştərilərə geri ödənilmiş vəsaitlər

müştərilərin müraciətlərinə əsasən geri ödənilmiş vəsaitlər

məhkəmə qərarlarına əsasən geri ödənilmiş vəsaitlər

sair səbəblərdən geri ödənilmiş vəsaitlər

İnvestisiya layihələrinə ayrılan vəsaitlər

investisiya layihəsinin adı

investisiya layihəsinin məqsədi

investisiya layihəsinin icra edilməsinin proqnozlaşdırılan nəticəsi

investisiya layihəsinin başlanma və istifadəyə verilməli olduğu tarix (ay, il)

investisiya layihəsinin dəyəri (o cümlədən ehtimal olunan dəyəri) (manatla)

investisiya layihəsinin icraçısı olduğu podratçı təşkilatın adı (belə hal olduqda)

investisiya layihəsi ilə bağlı keçirilmiş satınalmaların növü (belə hal olduqda)

hesabat dövrünə qədər ayrılmış vəsait (manatla)

hesabat dövründə ayrılmış vəsait (o cümlədən cari hesabat ilinin sonunadək ayrılması nəzərdə tutulan vəsait)

sahibkarlıq fəaliyyəti hesabına

dövlət büdcəsindən ayrılan vəsait

digər mənbələr hesabına (mənbə göstərilmək şərtilə)

hesabat dövrünə qədər yerinə yetirilmiş işin dəyəri (manatla)

investisiya layihəsi üzrə yerinə yetirilmiş işin həcmi (%-lə)

1.1. Bu Qayda Azərbaycan Respublikası Rəqabət Məcəlləsinin (bundan sonra – Məcəllə) 39.7-ci maddəsinə uyğun olaraq hazırlanmışdır və təbii inhisar subyektlərinin sahibkarlıq fəaliyyətinin nəticələrinə dair maliyyə hesabatlarının təqdim edilməsi qaydasını müəyyən edir.

1.2. Təbii inhisar subyektləri maliyyə hesabatlarını (3 aylıq, 6 aylıq, 9 aylıq və illik) bu Qayda ilə müəyyən edilmiş formaya uyğun tərtib edirlər.

1.3. Bu Qaydada istifadə olunan anlayışlar Məcəllə və Azərbaycan Respublikasının digər normativ hüquqi aktları ilə müəyyən olunmuş mənaları ifadə edir.

2.1. Təbii inhisar subyektlərinin sahibkarlıq fəaliyyətinin nəticələrinə dair təqdim etdikləri maliyyə hesabatlarına (rüblük əsasla, ötən ilin müvafiq dövrü ilə müqayisədə) aşağıdakılar daxil edilir:

2.1.1. “Maliyyə vəziyyəti haqqında hesabat”;

2.1.2. “Mənfəət və ya zərər və digər məcmu gəlir haqqında hesabat”;

2.1.3. “Kapitalda dəyişikliklər haqqında hesabat”;

2.1.4. “Pul vəsaitlərinin hərəkəti haqqında hesabat (birbaşa və ya dolayı metod)”;

2.1.5. “Seçilmiş izahlı qeydlər”.

2.2. Adıçəkilən maliyyə hesabatlarına əlavə olaraq təbii inhisar subyekti tərəfindən təqdim edilən “Hesabat dövrünün sonuna təqdim olunan hesabat”a aşağıdakılar daxil edilir:

2.2.1. uzunmüddətli aktivlər;

2.2.2. qısamüddətli aktivlər;

2.2.4. uzunmüddətli öhdəliklər;

2.2.5. qısamüddətli öhdəliklər;

2.2.6. gəlirlər (ƏDV ilə);

2.2.7. müştərilərə geri ödənilmiş vəsaitlər;

2.2.8. investisiya layihələrinə ayrılan vəsaitlər.

2.3. Təbii inhisar subyektlərinin sahibkarlıq fəaliyyətinin nəticələrinə dair təqdim etdikləri maliyyə hesabatlarının qeydlərinə həmin hesabatlarda əks etdirilmiş hissələr üzrə hesabat dövründə baş vermiş dəyişiklikləri özündə əks etdirən ətraflı məlumatlar (hər bir əməliyyat üzrə məbləğləri ayrı-ayrılıqda göstərilməklə) daxil edilir.

3.1. Təbii inhisar subyektləri sahibkarlıq fəaliyyətinin nəticələrinə dair təqdim etdikləri maliyyə hesabatlarını (“Maliyyə vəziyyəti haqqında hesabat”, “Mənfəət və ya zərər və digər məcmu gəlir haqqında hesabat”, “Kapitalda dəyişikliklər haqqında hesabat” və “Pul vəsaitlərinin hərəkəti haqqında hesabat”) bu Qayda ilə müəyyən olunmuş formaya uyğun məlumatları özündə ehtiva edən göstəriciləri daxil etməklə tərtib etməlidirlər.

3.2. “Hesabat dövrünün sonuna təqdim olunan hesabat” aşağıda qeyd olunan formaya uyğun tərtib edilməlidir.

3.2.1. “1. Cəmi aktivlər, o cümlədən”: Bu bənddə “2. Uzunmüddətli aktivlər” və “3. Qısamüddətli aktivlər” bəndlərinin cəmi əks etdirilir.

3.2.2. “2. Uzunmüddətli aktivlər”:

3.2.2.1. “əsas vəsaitlər (torpaq, tikili və avadanlıqlar, investisiya mülkiyyəti və sair)” – əmlak (torpaq, tikili və avadanlıqlar, investisiya mülkiyyəti), xüsusi maşın texnikası, nəqliyyat vasitələri və digər əsas vəsaitlər əks etdirilir;

3.2.2.2. “qeyri-maddi aktivlər” – patentlər, lisenziyalar, nou-hau, proqram təminatı məhsulları, əmtəə nişanları və digər qeyri-maddi aktivlər əks etdirilir;

3.2.2.3. “uzunmüddətli debitor borclar” – müştərilərlə qarşılıqlı münasibətdə yaranan 12 aydan artıq olan debitor borclar əks etdirilir;

3.2.2.4. “sair uzunmüddətli aktivlər” – 3.2.2.1-3.2.2.3-cü yarımbəndlərə daxil olmayan aktivlər əks etdirilir.

3.2.3. “3. Qısamüddətli aktivlər”:

3.2.3.1. “mal-material ehtiyatları” – xammal, yanacaq, ehtiyat hissələri, tikinti materialları və digər mal-material ehtiyatları əks etdirilir;

3.2.3.2. “pul vəsaitləri və onların ekvivalentləri” – kassada və bank hesablarında olan pul vəsaitləri, qiymətli kağızlar (səhmlər, istiqrazlar) və digər pul vəsaitləri (və onların ekvivalentləri) əks etdirilir;

3.2.3.3. “qısamüddətli debitor borclar” – müştərilərlə qarşılıqlı münasibətdə yaranan 12 aydan az olan debitor borclar əks etdirilir;

3.2.3.4. “sair qısamüddətli aktivlər” – 3.2.3.1-3.2.3.3-cü yarımbəndlərə daxil olmayan aktivlər əks etdirilir.

3.2.4.1. “nizamnamə kapitalı” – payların (pul ifadəsində) məcmusunun dəyəri əks etdirilir;

3.2.4.2. “əlavə ödənilmiş kapital” – dövlətdən alınmış, lakin nizamnamə kapitalı kimi qeydiyyata alınmamış pul vəsaitləri əks etdirilir;

3.2.4.3. “dövlət investisiyaları” – qeyri-maliyyə aktivləri formasında investisiyalar, dövlət büdcəsindən maliyyələşdirilmiş investisiyalar, dövlət zəmanəti ilə beynəlxalq maliyyə təşkilatları tərəfindən maliyyələşdirilmiş investisiyalar və digər kapital əks etdirilir;

3.2.4.4. “bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)” – əldə edilmiş xalis mənfəətin (zərərin) (pul ifadəsində) məcmusunun dəyəri əks etdirilir.

3.2.5. “5. Cəmi öhdəliklər, o cümlədən”: Bu bənddə “6. Uzunmüddətli öhdəliklər” və “7. Qısamüddətli öhdəliklər” bəndlərinin cəmi əks etdirilir.

3.2.6. “6. Uzunmüddətli öhdəliklər”:

3.2.6.1. “kredit və borc öhdəlikləri” – dövlətdən alınmış borc vəsait, xarici kredit təşkilatlarına 12 aydan artıq olan borc öhdəliklər əks etdirilir;

3.2.6.2. “uzunmüddətli kreditor borclar” – istifadə edilmiş tikinti, ticarət, material, nəqliyyat, kommunal və digər xidmətlərə görə yaranan 12 aydan artıq olan borc öhdəliklər əks etdirilir;

3.2.6.3. “sair uzunmüddətli öhdəliklər” – 3.2.6.1-ci və 3.2.6.2-ci yarımbəndlərə daxil olmayan 12 aydan artıq olan borc öhdəlikləri əks etdirilir.

3.2.7. “7. Qısamüddətli öhdəliklər”:

3.2.7.1. “kredit və borc öhdəlikləri” – dövlətdən alınmış borc vəsait, xarici kredit təşkilatlarına 12 aydan az olan borc öhdəliklər əks etdirilir;

3.2.7.2. “vergi və sair məcburi ödənişlər üzrə öhdəliklər” – ƏDV, bəyan edilməmiş ƏDV, əmlak vergisi, mənbədən tutulan vergi, torpaq vergisi, gəlir vergisi, iqtisadi və maliyyə cərimələri və bu qəbildən olan digər 12 aydan az olan borc öhdəliklər əks etdirilir;

3.2.7.3. “qısamüddətli kreditor borclar” – istifadə edilmiş tikinti, ticarət, material, nəqliyyat, kommunal və digər xidmətlərə görə yaranan 12 aydan az olan borc öhdəliklər əks etdirilir;

3.2.7.4. “sair qısamüddətli öhdəliklər” – 3.2.7.1-3.2.7.3-cü yarımbəndlərə daxil olmayan 12 aydan az olan borc öhdəliklər əks etdirilir.

3.2.8. “8. Cəmi kapital və öhdəliklər”: Bu bənddə “4. Kapital” və “5. Cəmi öhdəliklər, o cümlədən” bəndlərinin cəmi əks etdirilir.

3.2.9. “9. Gəlirlər (ƏDV ilə)”:

3.2.9.1. “Dövlət büdcəsindən ayrılan vəsaitlər və onların istifadə istiqamətləri” – təbii inhisar subyektinə dövlət büdcəsindən ayrılan vəsaitlər və onların xərc istiqamətləri əks etdirilir;

3.2.9.2. “Təbii inhisar fəaliyyəti üzrə məhsulların satışından əldə edilmiş gəlir” – müştərilərlə qarşılıqlı münasibətdə Məcəllənin 36.1-ci maddəsi ilə müəyyən edilmiş fəaliyyət sahəsi üzrə məhsulun satışından əldə olunmuş pul vəsaiti əks etdirilir;

3.2.9.3. “Təbii inhisar fəaliyyətinə aid olmayan digər fəaliyyət üzrə məhsulların satışından əldə edilmiş gəlir” – müştərilərlə qarşılıqlı münasibətdə Məcəllənin 36.1-ci maddəsi ilə müəyyən edilməyən fəaliyyət sahəsi üzrə məhsulun satışından əldə olunmuş pul vəsaiti əks etdirilir.

3.2.10. “10. Müştərilərə geri ödənilmiş vəsaitlər”:

3.2.10.1. “Müştərilərin müraciətlərinə əsasən geri ödənilmiş vəsaitlər” – müştərilərlə qarşılıqlı münasibətdə məhsulun satışından əldə olunmuş pul vəsaitindən müştərilərin müraciətlərinə əsasən geri ödənilmiş pul vəsaiti əks etdirilir;

3.2.10.2. “Məhkəmə qərarlarına əsasən geri ödənilmiş vəsaitlər” – müştərilərlə qarşılıqlı münasibətdə məhsulun satışından əldə olunmuş pul vəsaitindən məhkəmə qərarlarına əsasən geri ödənilmiş pul vəsaiti əks etdirilir;

3.2.10.3. “Sair səbəblərdən geri ödənilmiş vəsaitlər” – müştərilərlə qarşılıqlı münasibətdə məhsulun satışından əldə olunmuş pul vəsaitindən sair səbəblərdən geri ödənilmiş pul vəsaiti əks etdirilir.

3.3. “11. İnvestisiya layihələrinə ayrılan vəsaitlər”:

3.3.1. Təbii inhisar subyekti tərəfindən hər bir investisiya layihəsi üzrə ayrı-ayrılıqda doldurulmaqla formaya (investisiya layihəsinin adı, məqsədi, icra edilməsinin proqnozlaşdırılan nəticəsi, başlanma və istifadəyə verilməli olduğu tarix, dəyəri (o cümlədən ehtimal olunan dəyəri), icraçısı olduğu podratçı təşkilatın adı və keçirilmiş satınalmaların növü (belə hal olduqda), habelə investisiya layihəsi üzrə hesabat dövrünə qədər ayrılmış vəsait, hesabat dövründə ayrılmış vəsait (o cümlədən cari hesabat ilinin sonunadək ayrılması nəzərdə tutulan vəsait), hesabat dövrünə qədər yerinə yetirilmiş işin dəyəri və həcmi) uyğun tərtib edilir.

3.4. Təbii inhisar subyektləri zəruri hesab etdikləri halda “Hesabat dövrünün sonuna təqdim olunan hesabat”ın 2-4-cü, 6-cı və 7-ci bəndləri üzrə müvafiq əlavələri daxil edə bilərlər.

3.5. “Hesabat dövrünün sonuna təqdim olunan hesabat”ın 11-ci bəndi hər investisiya layihəsi üzrə ayrı yarımbəndlərdə təqdim edilir.

3.6. Təbii inhisar subyektləri “Seçilmiş izahlı qeydlər”də sahibkarlıq fəaliyyətinin nəticələrinə dair təqdim etdikləri maliyyə hesabatları (“Maliyyə vəziyyəti haqqında hesabat”, “Mənfəət və ya zərər və digər məcmu gəlir haqqında hesabat”, “Kapitalda dəyişikliklər haqqında hesabat” və “Pul vəsaitlərinin hərəkəti haqqında hesabat”) üzrə məlumatların açıqlanmasını təqdim edir.

Təbii inhisar subyektləri sahibkarlıq fəaliyyətinin nəticələrinə dair maliyyə hesabatlarını rəqabət orqanına rüb bitdikdən (hesabat tarixindən) sonrakı növbəti ayın 20-dək yazılı və ya elektron qaydada təqdim etməlidirlər.

Təbii inhisar subyektlərinin sahibkarlıq fəaliyyətinin nəticələrinə dair maliyyə hesabatlarını müəyyən edilmiş qaydada və vaxtda təqdim etməmələri sübut olunduqda, rəqabət orqanı qanunvericiliyə uyğun olaraq tədbirlər görür.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver