Qanunvericilik › Təcili və təxirəsalınmaz tibbi yardım stansiyaları işçilərinin tarif dərəcələrinin və əsas vəzifə maaşlarının artırılması haqqında (Prezidentin fərmanı, 24.04.1992) › Tam mətn

Təcili və təxirəsalınmaz tibbi yardım stansiyaları işçilərinin tarif dərəcələrinin və əsas vəzifə maaşlarının artırılması haqqında (Prezidentin fərmanı, 24.04.1992)

Təcili və təxirəsalınmaz tibbi yardım stansiyaları işçilərinin tarif dərəcələrinin və əsas vəzifə maaşlarının artırılması haqqında (Prezidentin fərmanı, 24.04.1992) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Təcili və təxirəsalınmaz tibbi yardım stansiyaları işçilərinin tarif dərəcələrinin və əsas vəzifə maaşlarının artırılması haqqında

Təcili və təxirəsalınmaz tibbi yardım stansiyalarının işinin xüsusiyyətlərini və mürəkkəbliyini nəzərdə tutaraq qərara alıram:

1. Respublikanın təcili və təxirəsalınmaz tibbi yardım stansiyalarında çalışan rəhbər işçilərin, həkimlərin, dispetçerlərin orta və kiçik tibb işçilərinin əsas vəzifə maaşları və tarif dərəcələri “Büdcədən maliyyələşdirilən sosial sahə müəssisələrində çalışan bütün işçilərin vəzifə maaşlarının və tarif dərəcələrinin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 1992-ci il 7 aprel tarixli 655 nömrəli Fərmanında nəzərdə tutulan artımdan əlavə 1992-ci il mayın 1-dən daha 50 faiz artırılsın.

2. Bu Fərmanın 1-ci bəndinin icrası üçün tələb olunan əlavə xərc yerli büdcələrin sosial-mədəni tədbirlərə ayrılan təxsisatı hesabına ödənilsin.

3. Bu Fərman imzalandığı andan qüvvəyə minsin.

Azərbaycan Respublikası Prezidentinin səlahiyyətini həyata keçirən

Azərbaycan Respublikası Ali Sovetinin sədri

Bakı şəhəri, 24 aprel 1992-ci il.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver