Qanunvericilik › Təhlükə potensiallı obyektlərdə istifadə olunan texniki qurğulara və avadanlığa təhlükəsizlik sertifikatının verilməsi və sertifikatlaşdırma sistemi strukturunun tərkib hissələrinin funksiyalarını müəyyənləşdirən vahid metodika (Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi, 04.11.2003) › Tam mətn

Təhlükə potensiallı obyektlərdə istifadə olunan texniki qurğulara və avadanlığa təhlükəsizlik sertifikatının verilməsi və sertifikatlaşdırma sistemi strukturunun tərkib hissələrinin funksiyalarını müəyyənləşdirən vahid metodika (Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi, 04.11.2003)

Təhlükə potensiallı obyektlərdə istifadə olunan texniki qurğulara və avadanlığa təhlükəsizlik sertifikatının verilməsi və sertifikatlaşdırma sistemi strukturunun tərkib hissələrinin funksiyalarını müəyyənləşdirən vahid metodika (Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi, 04.11.2003) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

1.1 Bu Metodika “Texniki təhlükəsizlik haqqında” Azərbaycan Respublikasının 2 noyabr 1999-cu il tarixli 733-1Q nömrəli Qanununun 7-ci maddəsinə, “Texniki təhlükəsizlik haqqında” Azərbaycan Respublikası Qanununun icrasının təmin edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 29 iyun 2000-ci il tarixli, 357 nömrəli Fərmanına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 8 iyul 2002-ci il tarixli, 102 nömrəli Qərarı ilə təsdiq edilmiş “Təhlükə potensiallı obyektlərdə istifadə olunan texniki qurğulara və avadanlığa sertifikatın verilmə Qaydaları”na uyğun olaraq hazırlanıb və təhlükə potensiallı obyektlərdə istifadə olunan texniki qurğulara və avadanlığa texniki təhlükəsizlik sertifikatlarının və icazələrinin verilməsi*) mexanizmini müəyyən edir.

Metodika, təşkilati-hüquqi və mülkiyyət formasından asılı olmayaraq, Azərbaycan Respublikasının ərazisində təhlükə potensiallı obyektlərin istismarı ilə məşğul olan bütün hüquqi və fiziki şəxslərə şamil edilir.

1.2 Təhlükə potensiallı obyektlərdə istifadə olunan texniki qurğular və avadanlıq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilmiş qaydada texniki təhlükəsizlik tələblərinə uyğun olaraq sertifikatlaşdırılır. Təhlükə potensiallı obyektlərdə istifadə olunan və sertifikatlaşdırılmış texniki qurğuların və avadanlığın siyahısı Azərbaycan Respublikası Dövlət Sənayedə İşlərin Təhlükəsiz Görülməsinə Nəzarət və Dağ-Mədən Nəzarəti Komitəsi (bundan sonra-Dövdağtexnəzarət Komitəsi) tərəfindən təsdiq olunur.

1.3 Təhlükə potensiallı obyektlərdə istifadə olunan texniki qurğuların və avadanlığın texniki təhlükəsizlik baxımından sertifikatlaşdırılması Dövdağtexnəzarət Komitəsi tərəfindən aparılır.

1.4. Obyektdə istifadə olunan texniki qurğuların və avadvnlığın sertifikatlaşdırılmasının məqsədləri aşağıdakılardır:

a) obyektlərin təhlükəsiz istismar olunmasını təmin etmək;

b) əhalinin həyatı, sağlamlığı, əmlakı və ətraf mühit üçün təhlükə yarada biləcək texniki qurğuların və avadanlığın istismar olunmasının qarşısını almaq;

c) texniki qurğuların və avadanlığın istismara verilməsindən əvvəl və istismarı dövründə təhlükəsizlik səviyyəsini müəyyənləşdirmək;

d) istehlakçılara, texniki təhlükəsizlik tələblərinə uyğun olmasını müəyyən etmək məqsədilə, texniki qurğuların və avadanlığın sertifikatlaşdırılması üçün seçilməsində köməklik göstərmək.

1.5 Bu Metodika, istismar müddəti qurtarmış texniki qurğulara və avadanlığa şamil edilmir, həm də belə texniki qurğular və avadanlıq texniki təhlükəsizlik baxımından sertifikatlaşdırılmır.

1.6 Texniki qurğularda və avadanlıqda, texniki təhlükəsizlik sertifikatı verildikdən sonra, onların konstruksiyasında və ya təyinatı üzrə istifadəsində dəyişikliklər edilməklə təhlükəsizlik tələblərindən kənara çıxıldığı hallarda obyekti istismar edən şəxs Dövdağtexnəzarət Komitəsinə qabaqcadan məlumat verməlidir. Bununla əlaqədar, dəyişiklik edilmiş texniki qurğuların və avadanlığın yenidən sertifikatlaşdırılmasının yaxud əlavə yoxlama və sınaqların keçirilməsinin zəruriliyi barədə Komitə qərar qəbul edə bilər.

1.7 Təhlükə potensiallı obyektlərdə texniki qurğuların və avadanlığın texniki təhlükəsizlik üzrə sertifikatlaşdırılması Dövdağtexnəzarət Komitəsi tərəfindən təsdiq edilmiş müvafiq plana uyğun olaraq aparılır.

2.1 Bu Metodikada istifadə edilən terminlər aşağıdakı mənaları ifadə edir:

texniki təhlükəsizlik sertifikatı - texniki qurğunun və avadanlığın dövlət standartına, Azərbaycan Respublikası tərəfindən tanınmış beynəlxalq standartlara, digər normativ aktların və texniki sənədlərin təhlükəsizlik tələblərinə uyğun gəlməsini müəyyən edən rəsmi şəhadətnamə;

obyektin texniki təhlükəsizliyi (bundan sonra - texniki təhlükəsizlik)-vətəndaşların və cəmiyyətin vacib həyati maraqlarının təhlükə potensiallı obyektlərdə baş verə biləcək qəza risklərindən müdafiəsi üzrə tədbirlərin tətbiq edilməsi;

texniki nəzarət - istehsal obyektlərində işlərin aparılması qaydasını müəyyənləşdirən qaydaların, normativlərin, texniki sənədlərin, təhlükə potensiallı obyektlərdə fəaliyyət növünə verilmiş xüsusi razılığın və ya qaz təchizatı sahəsində xüsusi icazənin tələblərinə və şərtlərinə əməl olunmasına, təhlükə potensiallı obyektlərdə istifadə olunan texniki qurğuların, avadanlığın texniki təhlükəsizlik sertifikatı ilə təminatına nəzarət;

texniki təhlükəsizlik nişanı - sertifikatlaşdırma sistemində müəyyənləşdirilmiş qaydalara müvafiq olaraq, sertifikatlaşdırılan texniki qurğunun və avadanlığın texniki təhlükəsizlik tələblərinə cavab verməsini təsdiq edən nişan ( əlavə 1);

sertifikatlaşdırma sistemi - sertifikatlaşdırmanı həyata keçirən iştirakçıların sertifikatlaşdırma üzrə sistemin strukturu (əlavə 3);

akkreditasiya olunmuş laboratoriyalar - konkret məhsul növlərinin (proseslərin, xidmətlərin) sınaqlarının və ya konkret sınaq növlərinin aparılmasına dair səlahiyyətləri rəsmi surətdə tanınmış sınaq laboratoriyaları;

normativ-texniki sənəd - müxtəlif fəaliyyət növlərinə və yaxud onların nəticələrinə aid texniki qaydaları, normaları, şərtləri, ümumi prinsipləri və yaxud xüsusiyyətləri müəyyənləşdirən rəsmi sənəd;

beynəlxalq standartlar - dünya dövlətlərinin əksəriyyətinin qəbul və istifadə etdiyi standartlar, norma, qayda və tövsiyələr;

milli standartlar - ayrı-ayrı müstəqil dövlətlərin ərazisində müvafiq qaydada hazırlanıb istifadə edilən standartlar, norma, qayda və tövsiyələr;

texniki təhlükəsizlik tələbləri - dövlət standartında, normativ aktlada və digər texniki sənədlərdə müəyyənləşdirilmiş texniki təhlükəsizliyi təmin edən qaydaların tələbləri və şərtləri;

təhlükəsizlik texnikası - avtomatik nəzarət və tənzimləyici cihazlar, qoruyucu qurğular, müşahidə, xəbərvermə, rabitə vasitələri və təhlükəsizliyi təmin edən digər texniki tədbirlər kompleksi;

təhlükə potensiallı texniki qurğu və avadanlıq - əhali və ətraf mühit üçün təhlükə yaradan partlayış-yanğın təhlükəli, radioaktiv, ionlaşdırıcı şüa mənbəyi və zəhərləyici maddələrin istehsalında və nəqlində istifadə olunan texniki qurğular və avadanlıq.

3.1. Təhlükə potensiallı obyektlərdə istifadə olunan texniki qurğuların və avadanlığın sertifikatlaşdırılması üçün sahibkarlardan, təşkilatlardan, hüquqi və fiziki şəxslərdən aşağıdakılar tələb olunur:

1. Tikintisi nəzərdə tutulan təhlükə potensiallı obyektlərdə texniki qurğuların və avadanlığın texniki təhlükəsizlik üzrə sertifikatlaşdırılması (bundan sonra sertifikatlaşdırılması) üçün:

- texniki tapşırığın və layihə sənədlərinin texniki təhlükəsizlik və dövlət ekoloji ekspertizalarından keçirilməsi və müsbət rəyin alınması;

- qanunvericiliklə müəyyən olunmuş qaydada təhlükə potensiallı obyektin tikilməsinə (yenidən quraşdırılmasına) dair verilmiş xüsusi razılıqların və ya qaz təchizatı sahəsində xüsusi icazələrin olması;

-təhlükə potensiallı obyektin tikilməsini (yenidən qurulmasını, genişləndirilməsini) həyata keçirən hüquqi və ya fiziki şəxsin xüsusi ixtisasa malik olmasını, texniki və təşkilati hazırlığını təsdiq edən təsis sənədinin və Azərbaycan Respublikası Dövdağtexnəzarət Komitəsi tərəfindən dövlət qeydiyyatına alınması barədə şəhadətnamənin surətlərinin olması;

- texniki qurğuların və avadanlığın milli uyğunluq sertifikatının olması;

- texniki qurğu və avadanlıqda sınaqların aparılmasını təsdiq edən texniki sənədin təqdim edilməsi;

- texniki qurğu və avadanlıqda aparılan sınaqların texniki təhlükəsizlik tələblərinə uyğun olması barədə protokolun (aktın) alınması.

2. Genişləndirilməsi nəzərdə tutulan təhlükə potensiallı obyektlərdə texniki qurğuların və avadanlığın sertifikatlaşdırılması üçün:

- texniki tapşırığın və layihə sənədlərinin texniki təhlükəsizlik və dövlət ekoloji ekspertizalarından keçirilməsi və müsbət rəyin alınması;

-texniki qurğuların və avadanlığın milli uyğunluq sertifikatının olması;

-texniki qurğu və avadanlığın sınaqlarının aparılması metodlarının hazırlanması və təsdiq edilməsi;

- texniki qurğu və avadanlıqda aparılan sınaqların texniki təhlükəsizlik tələblərinə uyğun olması barədə protokolun (aktın) alınması.

3. Təhlükə potensiallı obyektlərdə yenidən quraşdırılması nəzərdə tutulan texniki qurğuların və avadanlığın sertifikatlaşdırılması üçün:

- texniki qurğu və avadanlıqda aparılan sınaqların texniki təhlükəsizlik tələblərinə uyğun olması barədə protokolun (aktın) alınması.

Qeyd: Quraşdırılması nəzərdə tutulan yeni texniki qurğular və avadanlıqlar təhlükəsizlik ekspertizasından keçirilməyiblərsə, bu halda onlar konstruksiya və istismar sənədləri əsasında ekspertizadan keçirilməlidirlər..

3.2. Təhlükə potensiallı obyektlərdə 6 aydan çox konservasiyada olmuş texniki qurğuların və avadanlığın işə salınması haqqında sınaq protokolu və aktı olmalıdır*.

3.3. Fəaliyyətdə olan təhlükə potensiallı obyektlərdə texniki qurğuların və avadanlığın sertifikatlaşdırılması üçün onların konstruksiyası və istismar qaydaları haqqında müvafiq sənəd olmalıdır.

3.4. Təhlükə potensiallı obyektlərdə istifadə olunan texniki qurğuların və avadanlığın texniki təhlükəsizlik üzrə sertifikatlaşdırılması üçün ümumi tələblər aşağıdakılardır:

- təhlükə potensiallı obyektdə sertifikatlaşdırma işlərinin aparılmasını təşkil etmək üçün Dövdağtexnəzarət Komitəsi tərəfindən texniki təhlükəsizlik üzrə sertifikatlaşdırma şurasının və sistemin strukturuna daxil olan müvafiq komissiyaların yaradılması;

- texniki qurğuların və avadanlığın layihə sənədləri əsasında quraşdırılmasının yoxlanılması və onların istifadə olunan hissələrinin layihəyə uyğunluğu;

- texniki qurğuların və avadanlığın istifadə olunan müstəqil təyinatlı hissələrinə, maşın və mexanizmlərinə, birləşdirici detallarına, idarəedici sistemlərinə, cihazlarına və başqa yardımçı texniki ləvazimatlarına Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyi tərəfindən verilmiş və ya tanınmış uyğunluq sertifikatlarının olmasının yoxlanılması;

- istismar sənədlərinin düzgün tərtib olunmasının araşdırılması;

- lazımi hallarda texniki qurğuların və avadanlığın tam və ayrı-ayrı təhlükəsizlik tələblərinə aid sınaqların keçirilməsi.

Yoxlama zamanı texniki qurğularda və avadanlıqda texniki təhlükəsizlik tələblərinə mənfi təsir göstərə bilən hissə (maşın, mexanizm və s.) aşkar edilərsə, bu halda, bu hissə akkreditasiya olunmuş sınaq laboratoriyasında (mərkəzində) təkrarən sınaqdan keçirilə bilər.

3.5. Sertifikatlaşdırma haqqında qərar:

- normativ və texniki sənədlər əsasında sertifikatlaşdırmanın keçirilməsi üçün təhlükəsizlik tələbləri göstəricilərinin müəyyənləşdirilməsi;

- obyektdə istifadə olunan texniki qurğuların və avadanlığın sınaq metodu üzrə sınaqlarının keçirilməsinin təşkili və onun nəticəsi barədə protokolun (aktın) tərtibi və təsdiq edilməsi;

- alınmış sınaq nəticələrinin təhlili və texniki təhlükəsizlik sertifikatının verilməsi və ya verilməməsi barədə, eləcə də texniki təhlükəsizlik nişanı (əlavə 1) ilə markalanmasına icazə hüququ verilməsi əsasında həyata keçirilir.

3.6. Sertifikatlaşdırma ilə əlaqədar işlərin təşkili və aparılması Dövdağtexnəzarət Komitəsinin texniki şöbəsi, sertifikatlaşdırma sistemi və texniki təhlükəsizlik üzrə sertifikatlaşdırma şurası tərəfindən hazırlanılır və Komitənin sədrinə baxılması üçün təqdim edilir. Texniki təhlükəsizlik sertifikatının qüvvədə olması müddəti Dövdağtexnəzarət Komitəsinin sədri tərəfindən təyin edilir və Əlavə 2-də göstərilən formada sənədləşdirilir.

3.7. Texniki təhlükəsizlik sertifikatı (bundan sonra sertifikat) Dövdağtexnəzarət Komitəsinin sədri (o olmadıqda, onun səlahiyyətlərini icra edən müavin) tərəfindən imzalanır və Dövdağtexnəzarət Komitəsinin möhürü ilə təsdiq olunur.

3.8. Marağı olan sahibkarlar (hüquqi və fiziki şəxslər) tərəfindən sertifikatlaşdırmanın nəticələri üzrə rəylərə baxılması, sertifikatın tərtibi, verilməsi haqqında məlumatlar Komitənin daxili reyestrində qeydə alınmalıdır.

3.9. Sertifikatlaşdırma sisteminin strukturu Əlavə 3-də göstərilmişdir.

Azərbaycan Resrublikası Dövdağtexnəzarət Komitəsi texniki təhlükəsizlik üzrə sertifikatlaşdırma sistemi strukturunun işlərinə və sertifikatlaşdırmanın həyata keçirilməsinə ümumi rəhbərliyi və sistemə daxil olan müvafiq təşkilatlarla əlaqələrin yaradılmasını həyata keçirir.

Sertifikatlaşdırma sisteminin strukturu aşağıdakılardır:

a) texniki təhlükəsizlik üzrə sertifikatlaşdırma şurası;

b) sınaq və təftiş nəzrəti komissiyası;

c) dövlət nəzarət müfəttişlikləri;

ç) sertifikatlaşdırma üzrə appelyasiya komissiyası.

3.10. Texniki təhlükəsizlik üzrə Sertifikatlaşdırma Şurası Dövdağtexnəzarət Komitəsinin Əmri ilə yaradılır və ona Komitənin texniki şöbəsinin rəisi rəhbərlik edir. Şuranın tərkibinə Dövdağtexnəzarət Komitəsinin müvafiq sənaye sahələri üzrə müfəttişliklərinin rəisləri, müvafiq struktur bölmələrinin və elmi-tədqiqat institutlarının (onların təklifi əsasında) ixtisaslı mütəxəssisləri daxil edilir. Texniki təhlükəsizlik üzrə Sertifikatlaşdvrma Şurasının funksiyaları aşağıdakılardır:

- Komitə sədrinin göstərişi əsasında texniki qurğuların və avadanlığın sertifikatlaşdırılmasının aparılmasını və qərar layihəsini hazırlamaq;

- Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyi tərəfindən akkreditasiya olunmuş sınaq laboratoriyalarından (mərkəzlərindən) və yaxud Dövdağtexnəzarət Komitəsinin İstehsal, Təcrübə və Sınaq Mərkəzindən alınmış rəsmi sənədlər əsasında protokol və ya akt hazırlamaq və Komitənin rəhbərliyinə təqdim etmək;

-təhlükə potensiallı obyektlərdə istifadə olunan texniki qurğuların və avadanlığın texniki təhlükəsizlik tələblərinə uyğun olaraq sertifikatlaşdırılması ilə əlaqədar praktiki işlərin aparılmasını təşkil etmək və həyata keçirmək;

-sertifikatlaşdırma sınaqlarının keçirilməsi üçün Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyində akkreditasiya olunmuş sınaq laboratoriyasının və yaxud Dövdağtexnəzarət Komitəsinin laboratoriyalarının təyin edilməsi barədə Komitənin rəhbərliyinə müvafiq təkliflər vermək;

- təhlükəsizlik sertifikatının və sertifikata əlavənin (əlavə 2) layihəsini hazırlamaq (əlavəsi olmayan sertifikat etibarsız sayılır);

- sertifikatlaşdırma sınağının nəticələrinə müvafiq olaraq, təhlükəsizlik sertifikatının verilməsini və daxil reyestrdə qeydiyyatının aparılmasını təşkil etmək;

texniki qurğuların və avadanlığın sertifikatlaşdırılmasının aparılmasının və proqramını hazırlayıb təsdiq etmək üçün Komitənin rəhbərliyinə təqdim etmək;

- texniki qurğuların və avadanlığın texniki təhlükəsizlik tələblərinin göstəricilərini müəyyənləşdirmək;

- texniki qurğuların və avadanlığın sınaq nümunələrini müəyyənləşdirmək;

-texniki qurğuların və avadanlığın texniki təhlükəsizlik üzrə sertifikatlaşdırma sınaqlarının keçirilməsi üçün akkreditasiya olunmuş sınaq laboratoriyalarını (mərkəzlərini) müəyyən etmək, sınaq proqramı əsasında nümunənin təyin edilməsi, sınağın keçirildiyi yeri, vaxtı müəyyənləşdirmək və əmrin layihəsini hazırlayıb Komitənin rəhbərliyinə təqdim etmək;

- sertifikatlaşdırma hansı sənaye sahəsi üzrə və hansı obyektdə aparnlacaqsa, orada iştirak edən təşkilat, dövlət orqanları (Agentlik, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Səhiyyə Nazirliyi, DİN-in Yanğından Mühafizə İdarəsi və sair) ilə əlaqə yaratmaq, onların akkreditasiya olunmuş laboratoriyalarını lazım gəldikdə istifadə etmək üçün müəyyənləşdirmək və razılaşdırmaq;

- sertifikatlaşdırma qaydaları, sınaq proqramı və metodu üzrə sınaqların aparılmasını təşkil etmək;

- sınağın nəticələrini təhlil etmək, təhlükəsizlik tələbləri üzrə sertifikatın verilməsi və texniki təhlükəsizlik nişanı ilə markalanmasına icazə verilməsi şərtlərini müəyyənləşdirmək;

- texniki təhlükəsizlik nişanı ilə (əlavə l) markalanma hüququ vermək;

- xarici ölkələrin sertifikatlarının tanınması barədə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyi ilə birlikdə qərar qəbul edilməsi üçün Komitənin rəhbərliyinə təklif vermək;

-sertifikatlaşdırmanı aparmaq üçün hüquqi və fiziki şəxslərin (bundan sonra ərizəçilərin), təyin olunmuş sınaq laboratoriyası (mərkəzi) ilə müqavilə (kontraktlar) bağlamalarına nəzarət etmək;

- aparılmış müayinələr nəticəsində sertifikatın fəaliyyətini müvəqqəti olaraq dayandırmaq və yaxud ləğv etmək haqqında Komitənin rəhbərliyinə müvafiq təkliflər vermək;

- sertifikatlaşdırmaya dair şikayət ərizəsinə baxmaq üçün yaradılmış apellyasiya komissiyasına müvafiq tapşırıq vermək; tələb olunduğu halda sertifikatlaşdırmanın nəticələri haqqında əlaqədar dövlət orqanlarına, hüquqi və fiziki şəxslərə məlumat verilməsini təşkil etmək;

- texniki təhlükəsizlik tələblərinin və standartlarının dəyişməsi ilə əlaqədar texniki qurğuların və avadanlığın yenidən sertifikatlaşdırılması üçün hüquqi və fiziki şəxslərlə qarşılıqlı əlaqə saxlamaq;

- texniki təhlükəsizlik sertifikatlarının verilməsi üzrə illik arayışları (hesabatları) hazırlamaq.

Texniki qurğulara və avadanlığa, bağlanmış müqavilə və ya kontraktlar əsasında, texniki təhlükəsizlik sertifikatının verilməsinin düzgünlüyünə görə akkreditasiya olunmuş sınaq laboratoriyaları (mərkəzləri) və sertifikatlaşdırmada iştirak edən bütün işçilər müəyyən olunmuş qaydada məsuliyyət daşıyırlar.

3.11. Sınaq və təftiş nəzarəti Komissiyasının əsas funksiyaları aşağıdakılardır:

a) sınaq keçirilməsi üçün təqdim olunmuş texniki qurğunun və avadanlığın nümunələrinin qəbulu və qeydiyyatı;

b) seçilmiş nümunələrin, sınaqlarının keçirilməsi üçün akkreditasiya olunmuş sınaq laboratoriyasının (mərkəzinin) təyin edilməsinin, sınaq protokolunun və təsdiq edilmiş sınaq aktının verilməsinin təşkili;

c) yoxlanılmış nümunələrin qaytarılması yaxud silinməsi haqqında aktın tərtib olunması;

ç) sınaq nəticələrinin düzgünlüyünün, obyektivliyinin və tələb olunan dəqiqliyinin təmin olunması üçün lazım olduqda sınaqların keçirilməsində iştirak etmək;

d) sınaqların nəticələrinə görə edilmiş bütün şikayətlərin qeydiyyatını aparmaq;

e) təsdiq edilmiş sınaq protokolunu (aktı) sertifikatlaşdırma şurasına təqdim etmək;

ə) sertifikatın tərkib hissəsinin spesifikasiyasını ərizəçi ilə birlikdə tərtib edərək onu təsdiqləmək;

f) Sertifikatlaşdırılmış texniki qurğulara və avadanlığa təftiş yoxlamasını (sonrakı mətndə-təftiş yoxlaması) həyata keçirmək, texniki qurğuların və avadanlığın sertifikatlaşdırılması zamanı onların müəyyən edilmiş texniki tələblərə müvafiq olmasını və texniki təhlükəsizlik nişanının tətbiq edilməsi şərtlərinə riayət olunduğunu (zəruri hallarda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndəsi ilə birlikdə sınaq laboratoriyasının (mərkəzinin) və ictimai təşkilatların nümayəndələri, eləcə də ayrı-ayrı mütəxəssislər cəlb edilməklə) müəyyənləşdirmək.

Sertifikatın qüvvədə olduğu bütün müddət ərzində, texniki qurğunun və avadanlığın nümunələrinin.şınaqlardan və sair yoxlamalardan ibarət təftiş yoxlaması vaxtaşırı və lazımi hallarda plandankənar yoxlamalar formasında həyata keçirilir.

3.11.1. Təftiş yoxlamasının obyektləri gəbul nəzarətindən (sınağından) keçmiş, sertifikatlaşdırılmış texniki qurğulardan və avadanlıqdan, onların istismarı üzrə normativ sənədlərdən, konstruksiya və texnoloji sənədlərdən ibarətdir.

3.11.2. Təftiş yoxlamalarının nəticələri aktla sənədləşdirilir. Həmin sertifikatlaşdırma aktı Dövdağtexnəzarət Komitəsinin göstərişi əsasında Təftiş Nəzarəti Komissiyasında saxlanılır, surətləri isə ərizəçiyə, sınaq laboratoriyasına və təftiş yoxlamasının keçirilməsində iştirak etmiş digər təşkilatlara göndərilir.

3.11.3. Dövdağtexnəzarət Komitəsi tərəfindən, təftiş yoxlamaları nəticəsində sertifikatın qüvvəsinin dayandırılması yaxud onun qüvvədə olmasına xitam verilməsi, eləcə də texniki təhlükəsizlik nişanını tətbiq etmək hüququnun ləğv edilməsi məsələsinə baxılması üçün əsaslar aşağıdakılardır:

a) texniki qurğuların və avadanlığın normativ sənədlərinin və sertifikatlaşdırılmış parametrlərinin dəyişməsi;

b) Dövdağtexnəzarət Komitəsi tərəfindən müəyyən edilmiş müddətdə, təftiş yoxlaması aparmaq üçün ərizəçinin şərait yaratmaması;

c) sertifikatlaşdırılmış parametrlərlə normativ sənədlərin tələbləri arasında, təftiş yoxlamasının gedişində aşkar edilmiş uyğunsuzluq;

ç) texniki qurğuların və avadanlığın konstruksiyasında, istehsal texnologiyasında, istehsalatda istifadə edilən nəzarət və sınaq metodlarında aşkar edilmiş (istehsalçının, ərizəçinin məlumatları əsasında və təftiş yoxlamasının gedişində aşkar edilmiş), texniki qurğunun və avadanlığın sertifikatlaşdırılan parametrlərinə arzuedilməz təsirlərlə nəticələnə biləcək dəyişikliklər.

3.12. Yeni normativ sənədlər (bundan sonra NS) tətbiq edildikdə, yaxud texniki qurğu və avadanlıq üçün qüvvədə olan NS-lərə və sınaq metodlarına (sertifikatlaşdırılan qurğu və avadanlığın parametrlərində) dəyişikliklər edildiyi gündən, Dövdağtexnəzarət Komitəsinin texniki təhlükəsizlik üzrə Sertifikatlaşdırma Şurası, ən geci 3 ay müddətində, əvvəllər Komitədən sertifikat almış və texniki təhlükəsizlik nişanını tətbiq etmək üçün icazəsi olan ərizəçilərin ünvanına bildirişlər göndərərək, texniki qurğuların və avadanlığın sertifikatlaşdırlan parametrlərini NS-lərin tələblərinə uyğunlaşdırılmasına yönəldilmiş tədbirlər görülməsini tələb etməlidir.

Yuxarıda göstərilən dəyişikliklərin NS-lərə tətbiq edildiyi andan etibarən bir ay müddətində ərizəçi, texniki qurğuların və avadanlığın sertifikatlaşdırılan, parametrlərini NS-lərin tələblərinə uyğunlaşdırmağa yönəldilmiş tədbirlər planını Dövdağtexnəzarət Komitəsinin texniki təhlükəsizlik üzrə “Sertifikatlaşdırma Şurasına təqdim etməsə, sertifikatlaşdırma şurası sertifikatın qüvvədə olmasına xitam verilməsi yaxud texniki təhlükəsizlik nişanını tətbiq etmək üçün verilmiş icazənin ləğv edilməsi barədə qərar qəbul edilməsi üçün Komitənin rəhbərliyi qarşısında vəsatət qaldırır.

Sertifikatlaşdırma Şurası, həmin planı müəyyən edilmiş müddət ərzində alarsa o, bu Metodikanın 4.4. bəndində göstərilənlərə oxşar olan alternativ tədbirlər həyata keçirir.

3.13. Təhlükə potensiallı obyekti istismar edən sahibkar (hüquqi və ya fiziki şəxs) Dövdağtexnəzarət Komitəsi tərəfindən müəyyən edilmiş müddət ərzində təftiş yoxlamasının keçirilməsi üçün imkan yaratmasa (müqavilə üzrə ödənişlərin icrası da daxil olmaqla) Komitə, sertifikatın qüvvəsinin 3 aya qədər dayandırılması barədə qərar qəbul edir və bu barədə, ərizəçiyə məlumat verir. Bundan sonra da təftiş yoxlamasının keçirilməsi üçün imkan yaradılmadıqda, Dövdağtexnəzarət Komitəsinin Sertifikatlaşdırma Şurasının təklifi əsasında Komitə sertifikatın qüvvəsinə xitam verir.

Sertifikatın qüvvəsinin müvəqqəti dayandırılması və ya sertifikatın qüvvədə olmasına xitam verilməsi barədə məlumat Dövdağtexnəzarət Komitəsinin texniki təhlükəsizlik üzrə Sertifikatlaşdırma Şurası tərəfindən ən geci 10 gün müddətində ərizəçinin, istehlakçıların və digər əlaqədar təşkilatların nəzərinə çatdırılır.

Sertifikatın verilməsi və texniki təhlükəsizlik nişanının tətbiq edilməsi barədə ləğv edilmiş qərar əsasında texniki qurğuların və avadanlığın yenidən sertifikatlaşdırılması, bu Metodikanın tələblərinə uyğun olaraq həyata keçirilir.

3.14. Dövlət nəzarəti müfəttişliklərinin vəzlfəli şəxslərinin funkslyaları:

1) Təhlükə potensiallı obyektlərdə sertifikatlaşdırılmış texniki qurğuların və avadanlığın müvafiq qaydada istismar edilməsinə dövlət nəzarətini həyata keçirmək;

2) Təhlükə potensiallı obyektlərdə istismar və istifadə üçün nəzərdə tutulmuş, respublikada istehsal edilmiş və ya xarici ölkələrdən gətirilmiş (idxal olunmuş) texniki qurğuların və avadanlığın sənədlərinin bütövlüyünü yoxlamaq, texniki təhlükəsizlik sertifikatının və nişanının olub-olmamasını müəyyənləşdirmək;

3) Sertifikat olmadıqda, bu barədə sertifikatlaşdırma şurasına məlumat vermək;

4) Sertifikatı olmayan texniki qurğunun və avadanlığın quraşdırılmasına yol verməmək, həmin texniki qurğunun və avadanlığın sertifikatlaşdırılması üçün tədbir görmək;

5) Təhlükə potensiallı obyektlərdə istismar və istifadə üçün nəzərdə tutulmuş, xarici ölkədən alınmış texniki qurğunun və avadanlığın sertifikatının tanınması ilə bağlı sertifikatlaşdırma şurasına təqdim olunmuş sənədlərin düzgünlüynü, eləcə də onların texniki təhlükəsizlik tələblərinə uyğunluğunu yoxlamaq və əks təqdirdə müvafiq tədbirlər görmək;

6) Təhlükə potensiallı obyektlərdə qəzaların baş verməməsi üçün görülən tədbirlərin kifayətləndirici olub-olmamasını yoxlamaq, təhlil etmək və bu haqda sertifikatlaşdırma şurasına təkliflər vermək.

Konkret növ texniki qurğunun və ya avadanlığın təhlükə potensiallı obyektdə istifadə və istismar olunmasına icazə onların sınaqlarının müsbət nəticələrinə və Dövdağtexnəzarət Komitəsi tərəfindən verilmiş sertifikat əsasında verilir.

3.15. Apellyasiyanın verilməsi və onlara baxılma qaydaları.

3.15.1. Ərizəçi sertifikatlaşdırma sınaqlarının yaxud təftiş yoxlamasının nəticələri ilə razılaşmadıqda Dövdağtexnəzarət Komitəsinin texniki təhlükəsizlik üzrə Sertifikatlaşdırma Şurasına şikayət edə bilər.

3.15.2. Texniki təhlükəsizlik üzrə Sertifikatlaşdırma Şurası, müvafiq sənaye sahələrinin müxtəlif təhlükə potensiallı obyektlərində istifadə olunan texniki qurğuların və avadanlığın sertifikatlaşdırılması ilə əlaqədar sınaqdan keçirilməsi üçün mübahisəli məsələ yarandıqda onların münasib olduqları sənaye sahələri üzrə digər müəssisələrin və elmi-tədqiqat institutlarının mütəxəssislərindən ibarət xüsusi apellyasiya komissiyası yaradır.

Verilmiş şikayət ərizəsi ilə əlaqədar apellyasiya komissiyasının qəbul etdiyi qərar Dövdağtexnəzarət Komitəsinin texniki təhlükəsizlik üzrə Sertifikatlaşdırma Şurası tərəfindən baxılır və nəticəsi haqqında öz rəyini yazılı şəkildə ərizəçiyə göndərir.

3.15.3. Ərizəçi apellyasiya komissiyasının qərarı və Dövdağtexnəzarət Komitəsinin texniki təhlükəsizlik üzrə Sertifikatlaşdırma Şurasının rəyi ilə razılaşmadıqda Komitənin rəhbərliyinə şikayət edə bilər.

Təhlükə potensiallı obyektlərdə istifadə olunan texniki qurğuların və avadanlığın sertifikatlaşdırılması aşağıdakı mərhələlərdən ibarətdir:

1) Təhlükə potensiallı obyektlərdə texniki qurğuları və avadanlığı istifadə edən hüquqi və fiziki şəxslərə texniki təhlükəsizlik üzrə sertifikatlaşdırmanın aparılması barədə Dövdağtexnəzarət Komitəsi tərəfindən lazımi göstərişin verilməsindən;

2) Hansı göstəricilər və normativ-texniki sənədlər əsasında sertifikatlaşdırmanın keçiriləcəyinin müəyyənləşdirilməsindən;

3) Sertifikatlaşdırma proqramının hazırlanmasından;

4) Sınaq nümunələrinin seçilməsi, sınağın keçirilməsi üçün akkreditasiya olunmuş laboratoriyanın (mərkəzlərin) təyin edilməsindən;

5) Sınaq nümunələrinin identifikasiyasından;

6) Sınaq proqramı və metodu üzrə sınaqların keçirilməsindən;

7) Alınmış nəticələrin təhlili və sertifikatın verilməsi və ya verilməməsi barədə qərarın qəbul edilməsindən;

8) Sertifikatın verilməsi və texniki təhlükəsizlik nişanı (əlavə 1) ilə markalanmasına icazə hüququ barədə sənədin hazırlanmasından;

9) Sertifikatlaşdırılmış texniki qurğuya və avadanlığa təftiş nəzarətinin həyata keçirilməsindən.

4.1. Texniki qurğuların və avadanlığın sertifikatlaşdırılması üçün sifarişin verilməsi

4.1.1. Dövdağtexnəzarət Komitəsinin göstərişi əsasında, ərizəçi, müəyyən edilmiş formada sifarişi (əlavə 4) hazırlayıb Komitəyə təqdim edir.

Texniki qurğuların və avadanlığın sertifikatlaşdırılması üçün sifarişə aşağıdakı sənədlər əlavə olunur:

a) İstismar sənədləri, uyğunluq sertifikatı (varsa), texniki və normativ sənədlər, eləcə də zəruri hallarda, ümumi görünüş cizgiləri və prinsipial sxemlər;

b) Texniki təhlükəsizlik tələblərinə uyğunluq haqqında bəyannamə (əlavə 5).

4.1.2. Texniki qurğunun və avadanlığın bir dəstinin (ayrıca bir texniki qurğunun və avadanlığın) sertifikatlaşdırılması üçün sifarişə aşağıdakı sənədlər əlavə olunur:

1) Sınaq laboratoriyaları (mərkəzləri) ilə bağlanmış müqavilənin və ya kontraktın surəti və sertifikatlaşdırılan texniki qurğunun və avadanlığın dəstinin, onların istehsalçısından alındığını təsdiq edən qaimənin surəti (qaimədə, həmin dəstə daxil olan texniki qurğuların və avadanlığın nömrələri də göstərilə bilər);

2) AZS Milli sertifikatlaşdırma sisteminin uyğunluq sertifikatı;

3) Gigiyena sertifikatı;

4) Elektromaqnit göstəriciləri üzrə sınaq protokolları;

5) Dövlət ekoloji ekspertizasının rəyi;

6) Texniki qurğu və avadanlıq üçün yanğın təhlükəsizliyi sertifikatı;

7) İstismar sənədləri də daxil olmaqla, texniki və normativ sənədlər, eləcə də zəruri hallarda, ümumi görünüş cizgiləri və prinsipial sxemlər.

4.1.3. Sertifikatlaşdırma şurasına, ərizəçi tərəfindən aşağıdakı əlavə sənədlərin təqdim edilməsi tələb oluna bilər:

1) Keçirilmiş sınaqların (texniki qurğular və avadanlıq qəbul edilərkən keçirilən sınaqların, vaxtaşırı sınaqların, təftiş sınaqlarının, xarici ölkələrdəki sınaq mərkəzlərində keçirilən sertifikatlaşdırma sınaqlarının) protokolları;

2) Xarici ölkələrdəki laboratoriyalarda keçirilən sınaqların protokolları;

3) Xarici ölkələr tərəfindən verilmiş sertifikatlar;

4) İstehsalçının texniki (konstruksiya, texnoloji, istismar və s.) sənədləri;

5) Digər lazım olan texniki sənədlər.

4.1.4. Sifarişə daxil edilən məlumatların, o cümlədən sertifikatlaşdırılan texniki qurğunun və avadanlığın adının, modelinin, Məhsula Nəzarət Şöbəsi (MNŞ) üzrə kodunun, XİFMN (Xarici İqtisadi Fəaliyyətin Mal Nomenklaturu) üzrə kodunun düzgün göstərilməsinə görə məsuliyyət ərizəçinin üzərinə düşür. Komitənin texniki təhlükəsizlik üzrə Sertifikatlaşdırma Şurası isə həmin texniki qurğunun və avadanlığın düzgün qeydiyyata alınmasma cavabdehdir.

4.1.5. Ərizəçi bütün lazımi texniki, normativ və s. sənədləri Dövdağtexnəzarət Komitəsinin Sertifikatlaşdırma Şurasına təqdim edir.

Təqdim edilən sənədlərə onları qeydə almaqla 15 gün müddətində baxılır. Təqdim olunmuş sənədlərdə təhrif olunmuş və ya qeyri-dürüst məlumatlar, çatışmazlıqlar aşkar edildikdə, bu barədə obyekti istismar edən şəxsə Komitə rəhbərliyi adından yazılı məlumat verilir. Göstərilən qüsurlar aradan qaldırıldıqdan və sənədlər təkrar təqdim edildikdən sonra, onlara 5 gün müddətində baxılır.

Təqdim edilmiş sənədlərdə təhrif olunmuş və ya qeyri-dürüst məlumatlar, çatışmazlıqlar aşkar edilmədikdə, Dövdağtexnəzarət Komitəsi sertifikatlaşdırma şurasının təqdimatı əsasında, obyektdə istifadə olunan texniki qurğulara və avadanlığa sertifikatın verilməsinin mümkünlüyü barədə qərar qəbul edir və texniki qurğular və avadanlığ üçün sertifikatı tərtib edib qeydiyyatdan keçirərək obyekti istismar edən şəxsə orada istifadə olunan və sertifikatlaşdırılmış texniki qurğuların və avadanlığın təsdiq olunmuş siyahısı ilə birlikdə (sertifikata əlavə) təqdim edir.

4.1.6. Sifariş barəsində, Əlavə 6-da göstərilən formada hazırlanmış qərar, sifariş alınan gündən ən geci bir ay müddətində ərizəçiyə göndərilir, eləcə də texniki qurğunun və avadanlığın sertifikatlaşdırılmasına aid aşağıdakı əsas şərtlər əks etdirilir:

1) Sertifikatlaşdırma zamanı hansı normativ sənədlərə və ya standartlara uyğunluğun müəyyənləşdirilməsi;

2) Təftiş yoxlamasının aparılması qaydası;

3) Həmin texniki qurğunun və avadanlığın sınaqlarını əgər Komitənin Sertifikatlaşdırma Şurası nəzərdə tutubsa, sınaqları həyata keçirə bilən, akkreditasiya olunmuş və Dövdağtexnəzarət Komitəsi tərəfindən təyin edilmiş Sınaq Laboratoriyalarının (Mərkəzlərinin) siyahısı;

4) Ərizəçi tərəfindən sertifikatlaşdırma orqanına verilməli olan bütün əlavə sənədlərin tam siyahısı.

4.1.7. Sertifikatlaşdırılması üçün sifariş verilmiş texniki qurğunun və avadanlığın sertifikatlaşdırılmasının həyata keçirilməsindən imtina edildikdə, bu imtinanın səbəbləri əsaslandırılmaqla ərizəçiyə yazılı məlumat göndərilir.

4.1.8. Seçilmiş Sınaq Laboratoriyası (Mərkəzi), yalnız səriştəlilik baxımından akkreditasiya olunubsa (yəni, müstəqillik baxımından akkreditasiya olunmayıbsa), ərizəçi texniki qurğunun və avadanlığın sertifikatlaşdırılması ilə əlaqədar, sınaqların harada və nə vaxt keçiriləcəyini Dövdağtexnəzarət Komitəsi ilə razılaşdırmalıdır. Sınaqların obyektiv keçirilməsinə və onların nəticələrinin düzgünlüyünə görə sınaq laboratoriyası (mərkəzi) məsuliyyət daşıyır.

4.1.9. Sertifikatlaşdırma ilə əlaqədar sınaqların keçirilməsi üçün ərizəçi, sifarişin və sertifikatlaşdırma orqanının sifariş barəsində qərarının surətini, eləcə də 4.1.2. 4.1.3. Bəndlərinə müvafiq olaraq zəruri sənədləri sınaq laboratoriyasına (mərkəzinə) təqdim edir. Sifarişçi sertifikatlaşdırma ilə əlaqədar işlərdə yalnız iştirak edə bilər.

4.2. Sınaqlar üçün nümunələrin seçilməsi

4.2.1. Nümunələr texniki qurğuya və avadanlığa aid NS-lərə müvafiq qaydada seçilir.

4.2.2. Sınaqlar üçün nümunələrin seçilməsi, nümunələrin markalanması, plomblanması, eləcə də nümunələrin seçilməsi qaydalarının sənədləşdirilməsi işləri, Dövdağtexnəzarət Komitəsinin qərarına müvafiq olaraq həyata keçirilir. Nümunələrin seçilməsi ərizəçinin iştirakı ilə həyata keçirilir və nümunələrin seçilməsi haqqında aktla (əlavə 7) sənədləşdirilir. Nümunələrin seçilməsində iştirak etmək üçün Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyinin və akkreditasiya olunmuş sınaq laboratoriyasının (mərkəzinin) nümayəndəsi dəvət oluna bilər.

4.2.3. Texniki qurğuların və avadanlığın sertifikatlaşdırılması zamanı nümunələr bir adda (sertifikatlaşdırma sifarişində göstərilən adda), hazır texnlki qurğunun və avadanlığın təhvil-qəbul sınaqlarından keçmiş (texniki qurğunun və avadanlığın qablaşdırılmış olması, əgər texniki şərtlərdə nəzərdə tutulubsa, zəruridir) dəstindən seçilir.

4.2.4. Seçilmiş bütün nümunələr sınaqlardan keçirilməlidir.

4.2.5. Nümunələr seçiləndən sonra, onların sınaqları başlananadək olan müddətdə, həmin nümunələrin daşınası və saxlanılması NS-lərdə həmin texniki qurğulara və avadanlığa verilən tələblərə müvafiq qaydada həyata keçirilməlidir.

4.3. Texniki qurğunun və avadanlığın nümunələrinin identifikasiyası.

4.3.1. Texniki qurğunun və avadanlığın nümunələrinin identifikasiyası zamanı aşağıdakılar müəyyənləşdirilir:

1) Texniki qurğunun və avadanlığın nümunələrinin MNŞ*, üzrə kodlarına görə sifarişdə, Dövdağtexnəzarət Komitəsinin qərarında, ərizəçinin qoşma məktubunda, NS-lərdə və həmin texnıki qurğuya və avadanlığa qoşma sənədlərdə göstərilmiş təsnifat qrupuna mənsub olması;

2) Texniki qurğunun və avadanlığın nümunələrinin əsas funksional imkanlarının, həmin texniki qurğu və avadanlıq üçün texniki sənədlərdə göstərilmiş texniki xarakteristikalara müvafiq olması;

3) Texniki qurğu və avadanlıq dəstinin yaxud seçilmiş nümunələrin əmtəə nişanlarına görə onların, istehsalçının yuxarıda sadalanan sənədlərdə göstərilmiş texniki qurğusuna və avadanlığına aid olması;

4) Texniki qurğunun və avadanlığın nümunələrinin üzərindəki istehsal müəssisələri tərəfindən qoyulmuş nömrələrin, seçmə aktında və ərizəçinin qoşma məktubunda göstərilmiş müvafiq nömrələrlə eyni olması.

4.3.2. İdentifikasiyanın nəticələri texniki qurğunun və avadanlığın nümunələrini seçmə aktında əks etdirilir.

4.3.3. Texniki qurğunun və avadanlığın nümunələrinin sınaq laboratoriyasına (mərkəzinə) çatdırılması, Dövdağtexnəzarət Komitəsinin Sertifikatlaşdırma Şurasının göstərişi əsasında, sifarişçi tərəfindən həyata keçirilir.

4.4. Texniki qurğunun və avadanlığın nümunələrinin sertifikatlaşdırma sınaqlarının keçirilməsi.

4.4.1. Lazımi hallarda texniki qurğunun və avadanlığın nümunələrinin sertifikatlaşdırılması ilə bağlı sınaqlar, standartlaşdırılmış metodlar əsasında yaxud Sınaq Laboratoriyası (Mərkəzi) tərəfindən işlənib-hazırlanmış və attestasiyadan keçmiş iş metodikasına uyğun qaydada keçirilir.

4.4.2. Müəyyən texniki qurğu və avadanlıq növünün yoxlanılan xarakteristikalarını, həmin texniki qurğu və avadanlıq növü üçün NS-lərdə, aparılmış yoxlamaların siyahısında, işçi metodikada və sınağın apanlması haqqında protokollarda və aktlarda təsvir edən terminlərin və mətnlərin ifadələri bir-birinə identik olmalıdır.

4.4.3. Protokola daxil edilən hər bir sınaq barədə informasiya, texniki qurğunun və avadanlığın nümunələrinin xarakteristikalarını qiymətləndirmək üçün kifayət həcmdə olmalı və zəruri hallarda aparılan təkrar sınaqların nəticələri ilə müqayisə olunmasını təmin etməlidir.

4.4.4. Sertifikatlaşdırma sınaqlarının protokollarına (aktlarına) aşağıdakı məlumatlar daxil edilməlidir:

1) Protokolun (aktın) adı, sıra nömrəsi və sınaqların keçirildiyi tarix;

2) Sınaq Laboratoriyasının (Mərkəzinin) akkreditasiya attestatının nömrəsi;

3) Sınaq Laboratoriyasının (Mərkəzinin) adı və ünvanı;

4) Ərizəçinin adı və ünvanı;

5) Sertifikatlaşdırılmış texniki qurğunun və avadanlığın istehsalçısının, istifadəçisinin (ərizəçinin) adı və ünvanı;

6) Üzərində sınaq keçirilən texniki qurğu və avadanlıq barədə əsas məlumatlar (texniki qurğunun və avadanlığın adı və modeli, MNŞ və XİFMN üzrə kodu, təyinatı, texniki qurğuya və avadanlığa aid texniki sənədlərin adları və işarələri);

7) Üzərində sınaq keçirilən nümunələrin miqdarı və istehsal müəssisəsi tərəfindən qoyulmuş nömrələr;

8) Podratçı sınaq təşkilatlarının adları və ünvanları, həmin təşkilatların akkreditasiya olunması haqqında məlumatlar;

9) Sertifikat üçün əsas götürülən NS-lərin adı və işarələri;

10) Sınaqların keçirildiyi yer və tarix;

Xarici iqtisadi fəaliyyətin mal nomenklaturası (XİFMN)

11) Aparılmış yoxlamaların siyahısı;

12) Aparılmış bütün yoxlamaların ümumi nəticələrində sınaq parametrləri (tələb olunan və faktiki) göstərilməlidir.

Bu hissədə hər bir yoxlama üçün, həmin yoxlamaya dair tələblərin göstərildiyi NS-lərin bölmələri (bəndləri), sınaqdan keçirilmiş nümunələrin, həmin tələblərə müvafiq olub-olmaması, sınaqlar keçirilməsi üçün göstərilən metodların və prosedurların təsvir edildiyi metodik sənədlərin müvafiq bölməsi, bəzi yoxlamalar barədə qısa qeydlər və həmin yoxlamalar üçün daha müfəssəl məlumat verilən əlavələrə istinadlar, aşkar edilmiş uyğunsuzluqlar barədə qeydlər;

13) Nəzarət edilən parametrlərin ölçmə nəticələrinə aid ayrı-ayrı protokollar, həmin protokollarda (aktlarda) sınaqların şəraiti, ölçmələr barədə ədədi məlumatlar, cədvəllər, qrafiklər və s. eləcə də hər bir nümunənin yoxlanılmasının nəticələri barədə, icraçılar tərəfindən imzalanmış yekun mülahizələri əks olunur;

14) Texniki qurğuların və avadanlığın nümunələrinin sınaqlarının nəticələrinə əsasən, həmin nümunələrin NS-lərin tələblərinə müvafiq olub-olmaması barədə, sınaqların bütün icraçıları tərəfindən imzalanmış yekun rəy.

4.4.5. Protokolun (aktın), bu Metodikanın 4.4.4-cü bəndində göstərilən məlumatı əks etdirən bütün səhifələri ardıcıl nömrələnməlidir.

4.4.6. Protokolu (aktı) Sınaq Laboratoriyasının (Mərkəzinin) rəhbəri təsdiq edir.

4.4.7. Bu növ sınaqlar keçirmək üçün akkreditasiya olunmuş Sınaq Laboratoriyası (Mərkəzi) ilə bağlanmış subpodrat müqaviləsinə əsasən, keçirilmiş sınaqların nəticələri, həmin Sınaq Laboratoriyasının (Mərkəzinin) adı, ünvanı və akkreditasiya attestatındakı məlumatlar göstərilməklə aparılan bütün yoxlamalar yekun protokoluna daxil edilməlidir.

4.4.8. Əsas Sınaq Laboratoriyası (Mərkəzi), yəni subpodrat müqaviləsindəki sifarişçi, subpodrat müqaviləsinə əsasən, aparılan işlərin nəticələrinə görə tam məsuliyyət daşıyır.

4.4.9. Sertifikatlaşdırma ilə bağlı sınaqların aparılması haqqında protokolun (aktın) nüsxələrinin əsli Dövdağtexnəzarət Komitəsinə və ərizəçiyə göndərilir.

4.4.10. Sınaq Laboratoriyası (Mərkəzi) tərəfindən təqdim edilmiş sınaqların aparılması haqqında protokollar (aktlar) və texniki sənədlər sertifikatın qüvvədə olduğu müddətdə, lakin 5 ildən az olmamaq şərtilə, orada saxlanılır.

4.5. Texniki təhlükəsizlik sertifikatının verilməsi

4.5.1. Sertifikatlaşdırılan texniki qurğu və avadanlıq üçün sertifikatın verilməsi və texniki təhlükəsizlik nişanının tətbiq edilməsinə icazənin mümkünlüyü (yaxud qeyri-mümkünlüyü) barədə qərar (seçilmiş sertifikatlaşdırma mərhələsindən asılı olaraq), Dövdağtexnəzarət Komitəsi tərəfindən:

a) Sertifikatlaşdırma aparılması barədə sifarişin;

b) Sifarişə əlavə edilən sənədlərin texniki təhlükəsizlik tələblərinə uyğunluğu haqqında bəyannamənin;

c) Sertifikatlaşdırma mərkəzinin həmin sifariş barədə qərarının;

ç) Sertifikatlaşdırılan texniki qurğuların və avadanlığın nümunələrinin seçilməsi və identifikasiyası barədə aktın;

d) sınaqların aparılması haqqında protokolun (aktın);

e) İstifadə edilən texniki qurğuların və avadanlığın texniki təhlükəsizlik tələblərinə uyğunluğunun təhlili barədə aktın və bu Metodikanın 4.1. bəndində nəzərdə tutulan digər sənədlərin təhlili əsasında qəbul edilir.

Sertifikatın verilməsi üçün zəruri şərt ondan ibarətdir ki, akkreditasiya olunmuş və Dövdağtexnəzarət Komitəsi tərəfindən təyin edilmiş Sınaq Laboratoriyalarında (mərkəzlərində) keçirilmiş sınaqların (texniki qurğunun və avadanlığın vaxtaşırı sınaqlarının yaxud yeni texniki qurğunun və avadanlığın qiymətləndirilməsi sınaqlarının) müsbət nəticələri barədə protokollar (aktlar) təqdim edilsin.

Texniki təhlükəsizlik nişanının tətbiq edilməsinə icazə (əlavəl) verilməsi Dövdağtexnəzarət Komitəsi tərəfindən müəyyən edilmiş qaydada sənədləşdirilir.

4.5.2. Sertifikatlaşdırma zamanı müsbət qərar, o halda qəbul edilir ki, texniki qurğular və avadanlıqlar, onun sertifikatlaşdırılması üçün NS-lərdə müəyyən edilmiş bütün təhlükəsizlik tələblərinə uyğun olsun.

4.5.3. Texniki qurğuların və avadanlığın ayrı-ayrı göstəriciləri üzrə sınaqlar müxtəlif sınaq laboratoriyalarında (mərkəzlərində) keçirildiyi halda, texniki təhlükəsizlik tələblərinə uyğunluq baxımından sertifikat, yalnız sınaqların müsbət nəticələri barədə bütün zəruri protokollar (aktlar) təqdim edildikdə verilir.

4.5.4 Sertifikatlaşdırılması üçün təqdim edilmiş texniki qurğular və avadanlığa texniki sənədlərin tələbləri arasında uyğunsuzluq aşkar edlldiyi, texniki qurğuların və avadanlığın sertifikatlaşdırılması zamanı, onların layihə və istismar sənədlərinə cavab vermədiyi, təhlükə potensiallı obyektlərdə təftiş nəzarəti aparılan zaman, texniki qurğuların və avadanlığın sertifikatlaşdırma tələbləri pozulduğu hallarda ərizəçi tərəfindən təcili tədbirlər hazırlanmalı və aşkar edilmiş çatışmazlıqlar zəruri qaydada aradan qaldırılmalıdır.

4.5.5. Qərar (müsbət və ya mənfi) Dövdağtexnəzarət Komitəsinin Sertifikatlaşdırma Şurası tərəfindən hazırlanır və təsdiq olunması üçün Komitənin rəhbərliyinə təqdim edilir.

4.5.6. Sertifikatlaşdırma keçirilən halda, texniki təhlükəsizlik nişanının tətbiq edilməsi haqqında qərar sənədləşdirilir və həmin qərar Dövdağtexnəzarət Komitəsinin daxili reyestrində qeydiyyata alınır. Qərarın mətnində, texniki təhlükəsizlik nişanının vurulduğu yer və texniki təhlükəsizlik nişanı sahibinin (ərizəçinin) həmin nişanın tətbiq edilməsi ilə bağlı vəzifələri göstərilir. Qərarın qüvvədə olma müddəti sertifikatın qüvvədə olma müddətindən çox olmamalıdır.

4.5.7. Sertifikatlaşdınlmış texniki qurğulara və avadanlığa təftiş nəzarəti zamanı nöqsanlar aşkar edildikdə, texniki qurğuların və avadanlığın istismarı dayandırlır. Həmin texniki qurğuların və avadanlığın istismarının bərpasına və ya onların yenidən sertifikatlaşdırılmasına, zəruri tədbirlər yerinə yetirildikdən sonra baxılır.

4.5.8. Sertifikatı ləğv edilmiş texniki qurğuların və avadanlığın yenidən sertifikatlaşdırılması üçün təqdim edilməsi qaydası, texniki qurğunun və avadanlığın ilk dəfə sertifikatlaşdırmaya təqdim edilməsi qaydası ilə eynidir.

4.5.9. Sertifikatların bərpası və ya qüvvəyə yenidən minməsi barədə qərarı, zəruri tədbirlərin tələbləri yerinə yetirildikdən sonra, Sertifikatlaşdırma Şurasının təklifi əsasmda Dövdağtexnəzarət Komitəsinin sədri qəbul edir.

4.5.10. Təhlükə potensiallı obyektlərdə isifadəsi nəzərdə tutulmuş və seriya ilə buraxılan texniki qurğu və avadanlıq üçün texniki təhlükəsizlik sertifikatının verilməsi və texniki təhlükəsizlik nişanının tətbiq edilməsi haqqında qərar qəbul edildiyi halda, ərizəçiyə bildirilir ki, texniki qurğunun və avadanlığın konstruksiyasına və onun istehsal texnologiyasına, həmin texniki qurğunun və avadanlığın NS-lərin tələblərinə uyğunluğuna (sertifikatlaşdırılmış xarakteristikalarına) təsir göstərə biləcək dəyişikliklər edilərsə, ərizəçi həmin sertifikatı vermiş orqana bu barədə qabaqcadan məlumat verməyə borcludur. Sertifikatı vermiş orqan isə müvafiq surətdə yeni (əlavə) təkrar sınaqların keçirməsinin zəruri olması barədə qərar qəbul edir.

4.5.11. Təhlükə potensiallı obyektlərdə istifadə üçün idxal olunan texniki qurğulara və avadanlığa aid sertifikatlar təqdim edilərsə, bu cür sertifikatların tanınması və ya onların yenidən sertifikalaşdırılması (sənədləşdirilməsi) məsələsi Dövdağtexnəzarət Komİtəsi və Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyi tərəfindən həll edilir.

4.5.12. Təhlükə potensiallı obyektlərdə, sertifikatlaşdırılmış texniki qurğuların və avadanlığın qəbul olunmuş qərara əsasən, texniki təhlükəsizlik nişanı ilə nişanlanmasına və həmin texniki qurğuların və avadanlığın sertifikatlaşdırma zamanı qoyulmuş tələblərin yerinə yetirilməsinə obyektin sahibi məsuliyyət daşıyır.

4.5.13. Texniki təhlükəsizlik nişanının (əlavəl) tətbiq edilməsi qaydaları Dövdağtexnəzarət Komitəsinin sertifikatlaşdırma sistemi ilə müəyyənləşdirilir.

4.5.14. Markalanmanın texnoloji üsullarını, texniki təhlükəsizlik nişanına daxil olan məlumatın təsvirini, texniki qurğunun və avadanlığın xidmət müddəti ərzində dəqiq qalmasını və xarici amillərə (mexaniki, termik təsirlərə və işığın təsirinə, aşılayıcı mühitə) qarşı davamlı olmasını və ehtimal edilən saxtakarlıq hallarına qarşı müəyyən tədbirlər görülməsini təhlükə potensiallı obyekti istismar edən hüquqi və fiziki şəxs təmin etməlidir.

Ölkədə tətbiq edilən NS-lərdə texniki qurğunun və avadanlığın markalanması qaydası göstərilmədikdə, eləcə də xarici texniki qurğu və avadanlıq sertifikatlaşdırıldığı halda, ərizəçi, həmin texniki qurğunun və avadanlığın markalanması qaydasını Dövdağtexnəzarət Komitəsinin texniki təhlükəsizlik üzrə Sertifikatlaşdırma Şurası ilə razılaşdırır.

İdxal edilən texniki qurğunun və avadanlığın dəsti sertifikatlaşdırıldığı halda, texniki qurğunun və avadanlığın texniki təhlükəsizlik nişanının, yalnız texniki qurğu və avadanlıq quraşdırıldıqdan sonra qoşma sənədlərinə vurulmasına icazə verilir.

4.5.15. Texniki təhlükəsizlik nişanından reklamda, nəşriyyatda, rəsmi blanklarda, ad lövhələrində, yarmarka və sərgilərdə eksponatlar nümayiş etdirilərkən istifadə etmək olar.

4.5.16. Sertifikatlaşdırılmış texniki qurğunun və avadanlığın istismar sənədlərində sertifikatlaşdırmanın aparılması haqqında qeyd edilir, sertifikatın nömrəsi və verilmə tarixi, eləcə də onun qüvvədə olma müddəti göstərilir.

5.1. Sertifikatların və onların qüvvədə olması barədə məlumatların daxili reyestrdə qeydiyyatı, Dövdağtexnəzarət Komitəsinin müəyyən etdiyi qaydada Dövdağtexnəzarət Komitəsinin Sertifikatlaşdırma Şurası tərəfindən həyata keçirilir.

6.1. Sertifikatlaşdırma işlərinin dəyəri, sertifikatlaşdırma orqanının tərtib etdiyi sənədlərə uyğun olaraq aşağıdakı mərhələlər üzrə, sərf olunan əmək nəzərə alınmaqla müəyyən edilir:

a) sertifikatlaşdırmaya təqdim edilən normativ sənədlərin və sifarişin təhlili;

b) sertifikatlaşdırma sınaqlarının aparılması və sınaq protokolunun (aktının) əsasında (müsbət və ya mənfi) rəyin verilməsi;

c) sertifikatın tərtib edilməsi, qeydiyyatı və verilməsi.

1) Ərizəçi...........................................................................................................................................

2) Dövdağtexnəzarət Komitəsinin sınaq və təftiş komissiyasının sədri...........................................................................................................................................................................................................

_____________________________________________________________________________

Qeyd: Spesifikasiyası təsdiq olunmayan Sertifikat etibarsız sayılır.

1.________________________________________________________________________________

Hüquqi ünvanı ___________________________________________________________________

Telefon_________________ Faks__________________ Teleks__________________

_________________________________________________________________________şəxsində

________________________________________________________________________________

_________________________________________________________________________əsasında

_______________________________________________________________________

_________________________________________________________________________________

_________________________________________________________________________________

texniki təhlükəsizlik üzrə __________________________________________________

tələblərinə uyğun olduğunu bildirir və onun göstərilən standartların texniki təhlükəsizlik

tələblərinə uyğun olaraq sertifikatlaşdırılmasının aparılmasını xahiş edir.

a) sertifikatlaşdırmanın bütün şərtlərinə əməl edilməsini;

b) texniki qurğunun və avadanlığın lazımi qaydada identifikasiya edilmiş nümunələrinin təqdim olunmasının təmin edilməsini;

c) təhlükə potensiallı obyektdə istifadə olunan texniki qurğuların və avadanlığın texniki təhlükəsizlik üzrə normativ sənədlərin tələblərinə uyğun olmasını müəyyən etmək məqsədilə, sertifikatlaşdırılmasının müvafiq orqan tərəfindən həyata keçirilməsini;

ç) yalnız sertifikatın qüvvəsinin şamil edildiyi normativ sənədlərin tələblərinə uyğun olan texniki qurğuların və avadanlığın texniki təhlükəsizlik nişanı ilə markalanılmasını;

d) texniki qurğunun və avadanlığın normativ sənədlərin tələblərinə uyğun olmadığı müəyyən edildikdə, həmin texniki qurğunun və avadanlığın istifadə edilməsinə yol verməmək üçün lazımi tədbirlərin görülməsini;

e) sertifikatlaşdırma aparılması ilə bağlı bütün xərclərin ödənilməsini öhdəsinə götürür.

3. Əlavə məlumatlar: ______________________________________________________________

_______________________________________________________________________________

4. Texniki təhlükəsizlik tələblərinə uyğunluq haqqında bəyannamə əlavə olunur.

hüquqi və fiziki şəxsin

(təşkilatın rəhbərinin) _______________________________/_____________________/

Baş mühasib ___________________________________/_____________________/

_________________________________________________________________________________

_________________________________________________________________________________

Hüquqi ünvanı __________________________________________________________

Telefon ________________ Faks ________________ Teleks ________________

_________________________________________________________________________________

müstəsna məsuliyyətlə bildirir ki, ____________________________________şəxsində

_________________________________________________________________əsasında buraxılan

_________________________________________________________________________________

_________________________________________________________________________________

_________________________________________________________________________________

texniki təhlükəsizlik üzrə _________________________________________________________

tələblərinə uyğundur.

Hüquqi və yaxud fiziki

şəxsin__________________________________________________________________

_______________________________________________________________________

_______________________________________________________________________

sertifikatlaşdırma üçün ____________________________________________________

_______________________________________________________________________

_____________________________________________________________________________________

_____________________________________________________________________________________

Telefon ______________ Faks ________________ Teleks _______________

sifarişini nəzərdən keçirərək qərara alır:

1. Sertifikatlaşdırma - sertifikatlaşdırma proqramı və metodikası əsasında Dövdağtexnəzarət Komitəsinin Sertifikatlaşdırma Şurası tərəfindən hazırlanır.

2. _____________________________________________________________________

____________________________________________ texniki təhlükəsizlik tələblərinə uyğun olaraq

texniki qurğuların və avadanlığın sertifikatlaşdırılması təmin edilsin.

3. İstifadə olunan texniki qurğuların və avadanlığın qiymətləndirilməsi______

__________________________________________________________________________ tərəfindən,

_____________________________________________________________________ yolu ilə aparılsın.

4. Texniki qurğuya və avadanlığa təftiş nəzarəti istifadəçidən və (və ya) istehsalçıdan götürülmüş nümunələrin sınaqları yolu ilə həyata keçirilsin.

5. Sertifikatlaşdırma işləri __________________________________________________

təqdim olunmuş sınaq məlumatları əsasında aparılsın.

Əlavə: Texniki qurğunun və avadanlığın sertifikatlaşdırılması işlərinin aparıla biləcəyi akkreditasiya olunmuş sınaq laboratoriyalarının (mərkəzlərinin) siyahısı.(əlavə olunur)

Dövdağtexnəzarət Komitəsinin rəhbəri _________ ____________________

imza soyadı, adı, atasının adı

“____”__________ 20___il

Mən,____________________________________________________________________________

_____________________________________________________________________________________

_____________________________________________________________________________________

_________________ ______________________________

yükün olduğu yer istifadəçi təşkilatın adı

_______________________________________________________________________

iştirakı ilə __________________________________________________________________tərəfindən

istehsal edilmiş (göndərilmiş, alınmış)_________________________________________

texniki qurğunun və ya avadanlığın adı,

_______________________________________________________________________nümunələrinin

_____________________________________________________________________________________

__________________________________________________________________________Tələblərinə uyğunluğunu yoxlamaq üçün həmin nümunələri seçib götürdüm.

Nümunələr ______________________________________________________________

______________________________________tələblərinə müvafiq qaydada seçilib götürülmüşdür.

Zahiri müayinənin nəticələri________________________________________________

_______________________________________________________________________

_______________________________________________________________________

_______________________________________________________________________

_______________________________________________________________________

Texniki qurğunun və avadanlığın identifikasiyası haqqında məlumat _______________

_______________________________________________________________________

_______________________________________________________________________

_______________________________________________________________________

_______________________________________________________________________

Qablaşdığma_____________________________________________________________

_______________________________________________________________________

_______________________________________________________________________

_______________________________________________________________________

Saxlanma şəraiti və saxlama yeri_____________________________________________

_______________________________________________________________________

_______________________________________________________________________

_______________________________________________________________________

Sertifikatlaşdırma Şurasının

rəhbəri________________ _______________________

imza soyadı, adı, atasının adı

Akkreditasiya olunmuş laboratoriyanın (mərkəzi)

eksperti________________ ______________________

imza soyadı, adı, atasının adı

Ərizəçi________________ ______________________

imza soyadı, adı, atasının adı

“Dövlət rüsumu haqqında”, “Hesablama Palatası haqqında”, “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası qanunlarının qüvvəyə minməsi ilə əlaqədar olaraq Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 27 iyun 2001-ci il tarixli İ-64 nömrəli əmri ilə təsdiq edilmiş və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən 02 iyul 2001-ci il tarixdə 2701 nömrəli şəhadətnamə verilməklə dövlət qeydiyyatına alınmış “Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən dövlət maliyyə nəzarətinin həyata keçirilməsi qaydaları haqqında Təlimat”a aşağıdakı əlavə və dəyişikliklər edilsin:

1. 5-ci bəndindəki “Azərbaycan Respublikası dövlət büdcəsinə gəlirlərin tam və vaxtında daxil olmasının təmin edilməsi” sözləri çıxarılsın.

2. 9-cu bəndin “q” yarımbəndi aşağıdakı məzmunda verilsin:

- “büdcə təşkilatlarının sifarişləri əsasında büdcədən vəsaitlərin vaxtında və düzgün köçürülməsi, büdcədən ayrılmış vəsaitlərin büdcə üzrə dəqiqləşdirilmiş təyinatlara uyğunluğu, dövlət büdcəsindən maliyyələşən təşkilatlarda ərzaq məhsullarının, mal-materialların, əsas vəsaitlərin, azqiymətli tez köhnələn əşyaların alınması zamanı büdcə vəsaitlərinin səmərəli xərclənməsini təmin etmək məqsədi ilə müəyyən edilmiş qaydalara əməl edilməsi”.

3. 10-cu bəndin “q” yarımbəndi çıxarılsın.

4. 11-ci bəndin 1-ci abzasındakı “onların tabeçiliyində olan təşkilatların” sözləri çıxarılsın.

5. 4-cü bəndin “a” yarımbəndindəki “Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyinin müvafiq struktur bölməsinin” sözlərindən sonra “iş planı Naxçıvan Muxtar Respublikasının Maliyyə naziri,” sözləri əlavə edilsin.

6. 14-cü bəndin “q” yarımbəndindəki “Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyinin büdcəsinin” sözləri “Naxçıvan Muxtar Respublikasının büdcəsinin,” sözləri ilə əvəz edilsin.

7. 14-cü bəndin “ğ” yarımbəndindəki “Naxçıvan Muxtar Respublikasının şəhər və rayonlarının yerli gəlir və xərclərinin tərtibi və icrası üzrə maliyyə şöbələrində” sözlərindən sonra “təftişlər” sözləri əlavə edilsin.

8. 14-cü bəndin “d” yarımbəndi aşağıdakı məzmunda verilsin:

- “gəlir və xərclərin yerinə yetirilməsi, icrası üzrə kənd və qəsəbə ərazi nümayəndəliklərinin işlərinin təftişi ildə bir dəfədən az olmamaqla yerli maliyyə orqanlarının nəzarətçi-müfəttişləri tərəfindən aparılır.”

9. 14-cü bəndin “e” yarımbəndindəki “Nazirliyin digər baş idarə və idarələri ilə birgə” sözlərindən sonra “və ya Maliyyə Nazirliyinin müvafiq struktur bölməsinin tapşırığı ilə yerli maliyyə orqanlarının nəzarətçi-müfəttişləri tərəfindən” sözləri əlavə edilsin.

10. 16-cı bəndin “q” yarımbəndinin ikinci abzasındakı “fərqlər aşkar edildiyi halda” sözlərindən sonra “həmin podratçı təşkilat tərəfindən” sözləri, “yoxlanılan təşkilatda” sözlərindən sonra isə “təmir edilən və ya tikilən” sözləri əlavə edilsin.

11. 16-cı bəndin “ə” yarımbəndindəki “hazırlanır və bundan sonra nəzarət-ölçü qaydasında təmir-tikinti” sözləri çıxarılsın.

12. 19-cu bəndin sonuncu abzasındakı “Yerli xərclərdən maliyyələşən təşkilatlarda aparılan təftişlərlə aşkar edilmiş nöqsanları ağadan qaldırmaq və yol verilən nöqsanlarda təqsirkar olan şəxslər barədə tədbir görülməsi üçün yerli İcra Hakimiyyəti Başçısı yanındakı Şuraya təkliflər vermək” sözləri çıxarılsın.

13. 22-ci bəndin 1-ci abzasındakı “(bu hüquqlar Nazirliyin digər Baş idarə və İdarələrindən təftiş qrupuna daxil edilmiş mütəxəssislərə də şamil edilir)” sözləri çıxarılsın.

14. 22-ci bəndin 9-cu abzasında “müəssisə, idarə və təşkilatlarla” sözlərindən sonra “maliyyə-təsərrüfat” sözləri əlavə edilsin.

15. 27-ci bəndin “v” yarımbəndindəki “Dövlət büdcəsindən maliyyələşməyən Mərkəzi icra hakimiyyəti və” sözlərindən sonra “idarəetmə” sözü çıxarılsın.

16. 38-ci bəndin “a” yarımbəndindəki “respublika miqyaslı baş idarə rəhbərlərinə” sözlərindən sonra “habelə müvafiq rayon icra hakimiyyətlərinin başçılarına” sözləri əlavə edilsin.

17. 39-cu bənd aşağıdakı məzmunda verilsin:

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver