“Texniki təhlükəsizlik haqqında” Azərbaycan Respublikasının 2 noyabr 1999-cu il tarixli 733-1Q nömrəli Qanununun, Azərbaycan Respublikası Prezidentinin “Texniki təhlükəsizlik haqqında” Azərbaycan Respublikası Qanununun icrasının təmin edilməsi barədə” 29 iyun 2000-ci il tarixli 357 nömrəli Fərmanı və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 25 oktyabr tarixli 167 nömrəli Qərarı ilə təsdiq edilmiş “Təhlükə potensiallar obyektlərin dövlət reyestrində qeydiyyatdan keçirilməsi Qaydaları”nın icrasını təmin etmək məqsədilə
1. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər və Səhiyyə Nazirliyi ilə razılaşdırılmış “Təhlükə potensiallı obyektlərin dövlət reyestrində qeydiyyatdan keçirilməsinin və reyestrin aparılmasının vahid Metodikası” təsdiq edilsin (əlavə olunur).
2. Bu qaydalar Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alındığı gündən qüvvəyə minir.