Qanunvericilik › “Təhlükəli tullantıların sərhədlərarası daşınması Qaydası”nın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 25.07.2008) › Tam mətn

“Təhlükəli tullantıların sərhədlərarası daşınması Qaydası”nın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 25.07.2008)

“Təhlükəli tullantıların sərhədlərarası daşınması Qaydası”nın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 25.07.2008) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

“İstehsalat və məişət tullantıları haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 31 iyul tarixli 609 nömrəli Fərmanının 1.7-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Təhlükəli tullantıların sərhədlərarası daşınması Qaydası” təsdiq edilsin (əlavə olunur).

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ

Bakı şəhəri, 25 iyul 2008-ci il

1.1 Bu Qayda təhlükəli tullantıların istifadə məqsədi ilə Azərbaycan Respublikasının ərazisinə idxalını, ixracını və tranzit daşınmasını tənzimləyir.

1.2. Təhlükəsiz emalı mümkün olmayan təhlükəli tullantıların tranzit daşınması, basdırılması və zərərsizləşdirilməsi məqsədi ilə Azərbaycan Respublikasına gətirilməsi qadağandır.

1.3. Təhlükəli tullantıların sərhədlərarası daşınması Azərbaycan Respublikasının qanunvericiliyində və onun qoşulduğu beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş şərtlərə uyğun olaraq həyata keçirilir.

1.4. Təhlükəli tullantıların Azərbaycan Respublikasının ərazisindən “Təhlükəli tullantıların sərhədlərarası daşınmasına və kənarlaşdırılmasına nəzarət haqqında Bazel Konvensiyası”nın (bundan sonra - Bazel Konvensiyası) üzvü olmayan ölkəyə ixracı (bu ölkə ilə Azərbaycan Respublikası arasında təhlükəli tullantıların sərhədlərarası daşınması barədə müqavilənin imzalanması halları istisna olmaqla) qadağan edilir.

2.1. Təhlükəli tullantıların emalı, basdırılması və ya saxlanılması üçün Azərbaycan Respublikasına idxalı, ixracı və tranzit daşımaları “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla, beynəlxalq müqavilələrlə müəyyən edilmiş qaydada həyata keçirilir.

2.11. Təhlükəli tullantıların sərhədlərarası daşınması barədə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi tərəfindən Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müəyyən olunmuş qaydada məlumat təqdim edilir. Bu məlumatlar əsasında Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Bazel Konvensiyasının Katibliyinə müvafiq qaydada hesabat təqdim edir.

2.12. Təhlükəli tullantıların sərhədlərarası daşınmasının başa çatması tarixi barədə daşımanı həyata keçirən fiziki və hüquqi şəxslər Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyini müvafiq formaya uyğun olaraq xəbərdar edir. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi həmin xəbərdarlıq əsasında tullantıların daşınmasında iştirak edən dövlətin müvafiq səlahiyyətli orqanlarına bu barədə məlumat verir.

2.13. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi təhlükəli tullantıların Azərbaycan Respublikasının ərazisinə idxalının, ixracının və tranzit daşınmasının qanunvericilikdə müəyyən olunmuş qaydada dövlət uçotunu və hesabatlarını aparır.

3.1. Təhlükəli tullantıların sərhədlərarası daşınması xüsusiləşdirilmiş və müvafiq qanunvericiliyin tələblərinə cavab verən avtomobillərlə, dəmiryol, dəniz, çay, hava nəqliyyatı ilə həyata keçirilə bilər.

3.2. Təhlükəli tullantıların sərhədlərarası daşınmasında iştirak edən tərəflər (tullantıların sahibi (mülkiyyətçisi), tullantı daşıyıcısı və tullantıların kənarlaşdırılmasına cavabdeh şəxs) ətraf mühitə və insan sağlamlığına mənfi təsirlərin qarşısını almaqla (və ya minimuma endirməklə) daşınmanı həyata keçirməlidirlər. Daşınma təhlükəli tullantıların daşınmasına dair qanunvericiliyin tələblərinə riayət etməklə, yerinə yetirilir.

3.3. Azərbaycan Respublikasının ərazisində təhlükəli tullantıların daşınması zamanı baş vermiş qəza nəticəsində tullantıların axması, dağılması, yayılması baş verdikdə, korlanmış ərazilər tullantıların sərhədlərarası daşınmasında iştirak edən tərəflərin hesabına təmizlənərək bərpa edilməlidir.

3.5. Təhlükəli tullantıların daşınması zamanı hər hansı qəza hadisəsi baş verdiyi təqdirdə, daşıyıcı ilə operativ rabitə əlaqəsi yaratmaq imkanı olmalıdır. Baş vermiş qəza və onun nəticələri barədə daşıyıcı tərəfindən tullantıların sahibinə (mülkiyyətçisinə), Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə və qanunvericilikdə nəzərdə tutulmuş digər aidiyyəti orqanlara dərhal məlumat verilməlidir.

4.1. Azərbaycan Respublikasından təhlükəli tullantıların ixracına tullantılar idxal edilən dövlətin və ya tullantıların tranzit daşınmasında iştirak edən dövlətlərin razılığı alınmadan yol verilmir.

4.2. Təhlükəli tullantıların sərhədlərarası daşınması aşağıdakı hallarda qanunsuz hesab edilir:

təhlükəli tullantıların sərhədlərarası daşınmasında maraqlı olan dövlətlər tullantıların daşınması barədə xəbərdarlıq edilmədikdə;

təhlükəli tullantıların sərhədlərarası daşınmasında maraqlı olan dövlətlərin tullantıların daşınmasına yazılı şəkildə razılığı alınmadıqda;

təhlükəli tullantıların sərhədlərarası daşınmasında maraqlı olan dövlətlərin razılığının saxtalaşdırılma yolu ilə alınması və ya daşınmaya aid sənədlərdə uyğunsuzluq olduqda;

idxal, ixrac və tranzit daşınmaları zamanı təhlükəli tullantıların bilərəkdən təhlükəli şəkildə kənarlaşdırılması məqsədi güdüldükdə;

müvafiq qanunvericiliyin tələblərinin pozulması aşkar olunduqda.

4.3. Təhlükəli tullantıların sərhədlərarası daşınmasında müvafiq qanunvericiliyin tələblərini pozan fiziki və hüquqi şəxslər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq inzibati, cinayət və mülki-hüquqi məsuliyyət daşıyırlar.

4.4. Təhlükəli tullantıların Azərbaycan Respublikasının ərazisinə qanunsuz idxalı və ya ərazisindən tranzit daşınması aşkar olunduqda, həmin tullantılar daşınmada iştirak edən tərəflərin hesabına təhlükəli tullantıların məxsus olduğu dövlətə geri qaytarılır və ya Bazel Konvensiyasında nəzərdə tutulmuş qaydada 30 gün müddətində sanitar-ekoloji baxımından təhlükəsiz üsullarla utilizasiya olunur.

1. 14 may 2020-ci il tarixli 173 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 20 may 2020-ci il, № 98, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 5, maddə 644)

2. 11 noyabr 2021-ci il tarixli 348 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 16 noyabr 2021-ci il, № 247, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 11, maddə 1271)

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver