Qanunvericilik › “Təhlükəli tullantıların yerləşdirilməsi və zərərsizləşdirilməsi xidmətlərinin tariflərinin tənzimlənməsi barədə” Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının 2014-cü il 1 avqust tarixli 3 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında (Tarif Şurasının qərarı, 13.01.2022) › Tam mətn

“Təhlükəli tullantıların yerləşdirilməsi və zərərsizləşdirilməsi xidmətlərinin tariflərinin tənzimlənməsi barədə” Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının 2014-cü il 1 avqust tarixli 3 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında (Tarif Şurasının qərarı, 13.01.2022)

“Təhlükəli tullantıların yerləşdirilməsi və zərərsizləşdirilməsi xidmətlərinin tariflərinin tənzimlənməsi barədə” Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının 2014-cü il 1 avqust tarixli 3 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında (Tarif Şurasının qərarı, 13.01.2022) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 26 dekabr tarixli 341 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası haqqında Əsasnamə”yə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 30 dekabr tarixli 247 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət tənzimlənməsi tətbiq olunan tariflərin (qiymətlərin) formalaşması və tətbiqi üzərində dövlət nəzarətinin təmin edilməsi Qaydaları”na uyğun olaraq Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası QƏRARA ALIR:

1. “Təhlükəli tullantıların yerləşdirilməsi və zərərsizləşdirilməsi xidmətlərinin tariflərinin tənzimlənməsi barədə” Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının 2014-cü il 1 avqust tarixli 3 nömrəli Qərarının 1-ci bəndinin cədvəl hissəsinin 2-ci sətri ləğv edilsin, 3-cü sətrdəki “Digər” sözü çıxarılaraq müvafiq sətrin sıra nömrəsi “2” rəqəmi ilə əvəz edilsin.

2. Bu qərar 2022-ci il 17 yanvar tarixindən qüvvəyə minir.

Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının sədri

Bakı şəhəri, 13 yanvar 2022-ci il

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver