Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, bu Qanundan, Azərbaycan Respublikasının digər qanunvericilik aktlarından və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir.
Bu Qanunda və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən qaydalarla Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş qaydalar arasında ziddiyyət yaranarsa, beynəlxalq müqavilələrin müddəaları tətbiq olunur.
Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi sahəsində qəbul edilən qanun qüvvəli aktlarla dövlət orqanları, fiziki və hüquqi şəxslər üçün bu Qanundan irəli gəlməyən səlahiyyətlər və vəzifələr müəyyən edilə bilməz.