“Ən yaxşı ümumi təhsil müəssisəsi və ən yaxşı müəllim mükafatlarının təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 4 sentyabr tarixli 2373 nömrəli Sərəncamının ləğv edilməsi və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 19 yanvar tarixli 995 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planı”nın icrası ilə əlaqədar bəzi məsələlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 3 avqust tarixli 2255 nömrəli Sərəncamının 3.1-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
“Təhsildə inkişaf və innovasiyalar üzrə qrantların məbləği və ayrılması şərtləri, o cümlədən vəsaitlərin verilmə prosedurları, monitorinqin aparılması, hesabat və qiymətləndirmə üzrə tələblər” təsdiq edilsin (əlavə olunur).
Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə
Bakı şəhəri, 14 iyun 2017-ci il
1.1. “Təhsildə inkişaf və innovasiyalar üzrə qrantların məbləği və ayrılması şərtləri, o cümlədən vəsaitlərin verilmə prosedurları, monitorinqin aparılması, hesabat və qiymətləndirmə üzrə tələblər” (bundan sonra – Sənəd) “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa, Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 oktyabr tarixli 13 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”na və digər normativ hüquqi aktlara uyğun olaraq hazırlanmışdır və təhsildə inkişaf və innovasiyalar üzrə qrantların məbləği və ayrılması şərtlərini, o cümlədən vəsaitlərin verilməsi prosedurları, monitorinqin aparılması, hesabat və qiymətləndirmə üzrə tələbləri müəyyən edir.
1.2. Təhsildə inkişaf və innovasiyalar üzrə qrantların (bundan sonra – qrant) ayrılmasında başlıca məqsəd təhsil müəssisələrində və təhsilverənlərdə sağlam rəqabəti və innovativ fəaliyyəti stimullaşdırmaqdan ibarətdir.
1.3. Qrantın ayrılması üçün Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi tərəfindən ildə bir dəfə müsabiqə keçirilir. Qrant müsabiqəsinin keçirilməsi barədə Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi rəsmi internet saytı və media ilə ictimaiyyəti məlumatlandırır və müsabiqə ilə bağlı informasiya həmin saytda yerləşdirilir.
1.4. Müsabiqənin keçirilməsi üçün Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi tərəfindən tərkibi 5 (beş) nəfərdən ibarət Təşkilat Komitəsi yaradılır. Təşkilat Komitəsinin iclasları onun üzvlərinin azı üçdə ikisi iştirak etdikdə baş tutmuş hesab olunur. Təşkilat Komitəsinin iclaslarında qərarlar açıq səsvermə yolu ilə iclasda iştirak edən üzvlərin sadə səs çoxluğu ilə qəbul edilir. Səslər bərabər olduqda, Təşkilat Komitəsinin sədri həlledici səsə malikdir.
1.5. Qrant müsabiqəsi üzrə mövzular prioritet sahələr nəzərə alınmaqla, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi tərəfindən müəyyən edilir.
1.6. Qrant müsabiqəsi 2 kateqoriya – ümumi təhsil müəssisələri və fərdi layihələr üzrə keçirilir.
1.7. Müsabiqənin keçirilməsi və nəticələri ilə bağlı yaranan mübahisəli məsələlərə baxılması üçün Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi tərəfindən 3 (üç) nəfər üzvdən ibarət Apelyasiya Komissiyası yaradılır. Apelyasiya Komissiyasının iclasları onun üzvlərinin hamısı iştirak etdikdə baş tutmuş hesab olunur. Apelyasiya Komissiyasının iclaslarında qərarlar açıq səsvermə yolu ilə üzvlərin sadə səs çoxluğu ilə qəbul edilir.
1.8. Təşkilat Komitəsi və Apelyasiya Komissiyası ictimai əsaslarla fəaliyyət göstərir.
1.9. Qrantlar və müsabiqənin keçirilməsi ilə bağlı tələb olunan xərclər hər il bu məqsədlə dövlət büdcəsində Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi üçün nəzərdə tutulmuş vəsaitlər, habelə qanunvericiliklə qadağan olunmayan digər mənbələr hesabına maliyyələşdirilir.
2.1. Ümumi təhsil müəssisələri kateqoriyası üzrə bir layihə üçün ayrılmış qrant məbləğinin dəyəri 100000 (yüz min) manatdan, fərdi layihələr kateqoriyası üzrə isə 10000 (on min) manatdan çox olmamalıdır.
2.2. Ümumi təhsil müəssisələri kateqoriyası üzrə müsabiqədə istənilən dövlət tam orta ümumi təhsil müəssisəsi iştirak edə bilər.
2.3. İbtidai və orta ümumi təhsil müəssisələri yalnız tam orta ümumi təhsil müəssisələri ilə birgə layihə ilə müraciət edə bilərlər.
2.4. Fərdi layihələr kateqoriyası üzrə müsabiqədə iştirak üçün mülkiyyət formasından asılı olmayaraq, bütün ümumi təhsil müəssisələrində işləyən pedaqoji işçilər müraciət edə bilərlər.
2.5. Müsabiqədə iştirak etmək istəyən dövlət ümumi təhsil müəssisələri və mülkiyyət formasından asılı olmayaraq bütün ümumi təhsil müəssisələrində çalışan pedaqoji işçilər müsabiqənin rəsmi internet səhifəsində qeydiyyatdan keçirlər.
2.6. Müsabiqəyə ümumi təhsil müəssisələri və pedaqoji işçilər tərəfindən yalnız 1 layihə təqdim edilə bilər.
2.7. Digər qurumlar tərəfindən tam maliyyələşdirilmiş, icrası davam edən və ya başa çatmış layihələr müsabiqə çərçivəsində əlavə və ya təkrar maliyyələşdirilmir.
2.8. Müsabiqə çərçivəsində maliyyələşdirilmiş və icrası başa çatmamış layihələrin resipiyentlərinin yeni müsabiqədə iştirakına yol verilmir.
2.9. Layihəsinin icrası başa çatmış, lakin layihənin icrası ilə bağlı hesabatları yeni müsabiqə çərçivəsində layihələrin qəbulu üçün müəyyən edilmiş son tarixədək Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinə təqdim etməmiş ümumi təhsil müəssisələrinin və pedaqoji işçilərin müraciətlərinə baxılmır.
2.10. Layihələr elektron formada, bu sənədlə müəyyənləşdirilmiş Ərizə (müvafiq olaraq 1 və 3 nömrəli əlavələr) və ümumi təhsil müəssisələri və pedaqoji işçilər tərəfindən təklif olunan layihə (bundan sonra – layihə təklifi) formasına (müvafiq olaraq 2 və 4 nömrəli əlavələr) uyğun təqdim edilir.
2.11. Müsabiqəyə təqdim olunmuş layihə təkliflərinin icra müddəti 3 aydan az, 12 aydan çox olmamalıdır.
2.12. Siyasi, dini, xeyriyyə fəaliyyətini, xaricdə təhsili, humanitar yardımı və gəlirin artırılmasını nəzərdə tutan layihə təkliflərinə baxılmır.
3.1. Layihə təklifləri Təşkilat Komitəsi tərəfindən layihələrin təqdim edilməsi üçün müəyyənləşdirilmiş son tarixdən sonra 30 gün ərzində qiymətləndirilir və müsabiqənin qalibi olmuş layihələr barədə məlumat Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin rəsmi internet saytı və media ilə ictimaiyyətə elan olunur.
3.2. Müsabiqəyə təqdim olunmuş layihələrin qiymətləndirilməsi texniki ekspertiza və məzmun ekspertizası mərhələlərində həyata keçirilir.
3.3. Layihələrin texniki ekspertizası aşağıdakı ardıcıllıqla Təşkilat Komitəsi tərəfindən həyata keçirilir:
3.3.1. layihə təkliflərinin və əlavə olunmuş sənədlərin bu Sənədin 1-6 nömrəli əlavələrinə və müsabiqənin şərtlərinə uyğunluğunu yoxlayır;
3.3.2. layihə təkliflərinin oxşarlığını və ya təkrar verilmə ehtimalını müəyyənləşdirir;
3.3.3. layihəni təqdim etmiş ümumi təhsil müəssisələrinin və ya pedaqoji işçilərin Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin maliyyə dəstəyi ilə əvvəl icra etdikləri layihələrin səmərəliliyini və nəticələrini araşdırır.
3.4. Müsabiqəyə təqdim olunmuş layihə təkliflərinin məzmun ekspertizasını həyata keçirmək üçün Təşkilat Komitəsi tərəfindən təhsil mütəxəssislərindən ibarət Ekspert Qrupu yaradılır. Ekspert Qrupu 5 (beş) üzvdən ibarət olur. Ekspert Qrupunun iclasları onun üzvlərinin azı üçdə ikisi iştirak etdikdə baş tutmuş hesab olunur. Ekspert Qrupunun iclaslarında qərarlar açıq səsvermə yolu ilə iclasda iştirak edən üzvlərin sadə səs çoxluğu ilə qəbul edilir. Səslər bərabər olduqda, Ekspert Qrupunun sədri həlledici səsə malikdir.
3.5.1. layihə təklifinin prioritet sahələrə uyğunluğunu, ictimai əhəmiyyətliliyini, səmərəli və real olmasını, habelə davamlılıq amillərini qiymətləndirir;
3.5.2. layihə təkliflərinin büdcəsini araşdırır;
3.5.3. hər bir layihə üzrə bu Sənədin 3.6-cı bəndində qeyd olunan meyarlar əsasında bal verir.
3.6. Müsabiqəyə təqdim edilmiş layihələr Ekspert Qrupu tərəfindən 100 ballıq şkala ilə qiymətləndirilir və qiymətləndirmə meyarları aşağıdakılardır:
3.6.1. uyğunluq – layihənin müsabiqənin elanında qeyd edilən prioritet sahələrə uyğunluğu – 5 bal;
3.6.2. orijinallıq – layihənin digər layihə təkliflərindən fərqli olması – 5 bal;
3.6.3. problemin vacibliyi – layihədə qaldırılan problemin aktuallığı və əsaslandırılması – 10 bal;
3.6.4. məqsəd və vəzifələrin dəqiqliyi – layihənin məqsədinin konkretliyi və problemin həllinə uyğunluğu, layihənin vəzifələrinin aydın təsvir olunması və qoyulan məqsədə çatmağa yönəldilməsi – 10 bal;
3.6.5. faydalılıq – təhsilin inkişafına verəcəyi töhfə və mövcud problemin həllinə zəmin yaratması – 20 bal;
3.6.6. davamlılıq – qazanılan müsbət təcrübənin geniş miqyasda yayılmasının və digər ümumi təhsil müəssisələrində tətbiqinin mümkünlüyü – 10 bal;
3.6.7. fəaliyyət planı – layihə çərçivəsində görüləcək işlərin reallığı, aydın təsvir olunması, ardıcıllığı, qaldırılan problemin həllinə, qoyulan məqsəd və vəzifələrə çatmağa yönəldilməsi – 10 bal;
3.6.8. monitorinq və qiymətləndirmə – layihənin monitorinq və qiymətləndirmə metodologiyalarının effektivliyi – 10 bal;
3.6.9. maliyyə səmərəliliyi – layihənin smetasının görüləcək işlərə uyğunluğu – 20 bal.
3.7. Qiymətləndirmə nəticəsində ümumilikdə 50 baldan aşağı bal toplamış layihələr maliyyələşdirilmir.
3.8. Ekspert Qrupu bu Sənədin 3.6-cı bəndinə uyğun olaraq, hər bir layihə haqqında rəy hazırlayır və Təşkilat Komitəsinə təqdim edir.
3.9. Ekspert Qrupunun təqdim etdiyi rəy Təşkilat Komitəsində müzakirə olunur və Təşkilat Komitəsinin təqdimatı əsasında Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi layihələrin maliyyələş-dirilməsi barədə qərarlar qəbul edir və nəticələri rəsmi internet səhifəsində dərc etdirir.
3.10. Qrant alınmasına dair qərar (müqavilə) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 5 iyun tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Qrant müqavilələrinin (qərarlarının) qeydə alınması Qaydası”na uyğun olaraq qeydə alınması üçün qeydiyyat orqanına təqdim edilməlidir.
4.1. Maliyyələşdirilmiş layihələrin icrasına nəzarət məqsədi ilə monitorinqlər keçirilir.
4.2. Layihələrin icrası və nəticələri ilə bağlı monitorinq Təşkilat Komitəsi tərəfindən aparılır. Digər hüquqi və fiziki şəxslər də monitorinqin aparılmasına cəlb edilə bilərlər.
4.3. Monitorinqin səmərəli aparılması üçün resipiyent tərəfindən şərait yaradılır, layihənin icra vaxtı və keçiriləcəyi məkan haqqında Təşkilat Komitəsinə əvvəlcədən məlumat verilir.
4.4. Təşkilat Komitəsi layihənin icra müddətində resipiyenti məlumatlandırmadan həyata keçirilən fəaliyyətlərin monitorinqini apara bilər.
4.5. Resipiyent layihənin icrası və hesabatı müddətində aparılan monitorinq zamanı müvafiq sənəd qovluğunu Təşkilat Komitəsinə təqdim etməlidir.
5.1. Ümumi təhsil müəssisələri kateqoriyası üzrə maliyyələşdirilməsi barədə qərar qəbul olunmuş layihələrə ayrılacaq qrantlar bağlanılmış qrant müqaviləsi əsasında 3 mərhələdə ödənilir. Birinci mərhələdə vəsaitin 30 faizi, ikinci mərhələdə 40 faizi və layihənin yekun hesabatı təqdim edildikdən sonra isə qalan 30 faizi nağdsız qaydada ödənilir. Fərdi layihələr kateqoriyası üzrə maliyyələşdirilməsi barədə qərar qəbul olunmuş layihələrə ayrılacaq qrantlar mövcud qanunvericiliyə uyğun qaydada bağlanılmış qrant müqaviləsi əsasında 2 mərhələdə ödənilir. Birinci mərhələdə vəsaitin 70 faizi, ikinci mərhələdə isə qalan 30 faizi nağdsız qaydada ödənilir.
5.2. Resipiyentlər layihənin smetasını bu Sənədin 5 nömrəli əlavəsinə əsasən müəyyən edilmiş formada tərtib etməlidirlər.
5.3. Resipiyentə ayrılmış maliyyə vəsaiti Təşkilat Komitəsi tərəfindən təsdiq edilmiş layihənin icra planına (6 nömrəli əlavə) və xərclər smetasına (5 nömrəli əlavə) uyğun xərclənməlidir. Fəaliyyət planında və xərclər smetasında dəyişiklik etmək zərurəti yaranarsa, dəyişikliklər əvvəlcədən Təşkilat Komitəsi ilə razılaşdırılmalıdır.
5.4. Bu müsabiqə çərçivəsində hər iki kateqoriya üzrə əldə edilmiş qrant vəsaiti aşağıdakı istiqamətlər üzrə xərclənir:
5.4.1. laboratoriya, kompüter və digər avadanlıqların alınma-sına;
5.4.2. layihədə iştirak edən yerli və beynəlxalq təlimçi və ekspertlərə qonorar ödənilməsinə;
5.4.3. layihə çərçivəsində nəzərdə tutulan yerli və beynəlxalq səfərlər zamanı ezamiyyə xərclərinə;
5.4.4. tədris resurslarının, elmi-metodik ədəbiyyatın alınmasına;
5.4.5. layihənin icrasında iştirak edən şagird və pedaqoji işçilərə mükafat verilməsinə;
5.4.6. rabitə və internet xərclərinin ödənilməsinə;
5.4.7. təlim, seminar və digər tədbirlərin keçirilməsi üçün yerin icarəsinə;
5.4.8. tədbir iştirakçılarının yemək və yaşayış xərclərinə;
5.4.9. dəftərxana ləvazimatlarının alınmasına;
5.4.10. nəqliyyatın icarəsinə;
5.4.11. tədbirlərin təşkili xərclərinə;
5.4.12. çap xərclərinə;
5.4.13. layihənin həyata keçirilməsi ilə bağlı Təşkilat Komitəsi ilə razılaşdırılmış digər zəruri xərclərə.
6.1. Ümumi təhsil müəssisələri və fərdi layihələr kateqoriyaları üzrə layihələrin icrası başa çatdıqdan sonra 30 gündən gec olmayaraq, müvafiq icra və maliyyə hesabatları təsdiqləyici sənədlərlə birlikdə Təşkilat Komitəsinə təqdim edilir.
6.2. Layihə üçün ayrılmış vəsait tam xərclənmədikdə, qalıq məbləğ Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin hesabına qaytarılır.
6.3. Hesabatlar yoxlanıldıqdan sonra Təşkilat Komitəsi tərəfindən təsdiq edilir və bu barədə resipiyent yazılı surətdə məlumatlandırılır.
6.4. Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi resipiyentə ayrılmış maliyyə vəsaitinin təyinatı üzrə xərclənmədiyini və ya digər pozuntular aşkar edərsə, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq vəsaitin qaytarılması üçün tədbirlər həyata keçirir.
“Təhsildə inkişaf və innovasiyalar üzrə qrantların məbləği və ayrılması şərtləri, o cümlədən vəsaitlərin verilmə prosedurları, monitorinqin aparılması, hesabat və qiymətləndirmə üzrə tələblər”ə
Ümumi təhsil müəssisəsinin adı
Ümumi təhsil müəssisəsinin yerləşdiyi şəhər və ya rayonun adı
Ümumi təhsil müəssisəsinin poçt ünvanı və indeksi
Ümumi təhsil müəssisəsinin direktorunun soyadı, adı və atasının adı
Layihənin istiqaməti (Elm və Təhsil Nazirliyinin müsabiqəyə aid elanında verilmiş istiqamətlərdən biri nəzərdə tutulur)
Layihə rəhbərinin (əgər ümumi təhsil müəssisəsinin direktoru deyildirsə) soyadı, adı, atasının adı və tutduğu vəzifə
layihə rəhbərinin iş telefonu
layihə rəhbərinin ev telefonu
layihə rəhbərinin mobil telefonu
layihə rəhbərinin elektron poçt ünvanı
Layihə çərçivəsində əməkdaşlıq edəcəyiniz digər ümumi təhsil müəssisələrinin adı (əgər varsa)
Layihənin ümumi məbləği
Qrant üçün tələb olunan məbləğ
Ümumi təhsil müəssisəsinin yaranma tarixi
Ümumi təhsil müəssisəsinin əsas fəaliyyət istiqaməti (ibtidai, ümumi orta, tam orta, lisey, gimnaziya)
Ümumi təhsil müəssisəsinin işçilərinin ümumi sayı
Ümumi təhsil müəssisəsinin pedaqoji heyətinin sayı
Ümumi təhsil müəssisəsinin texniki imkanları (kompüter texnikasının sayı)
Ümumi təhsil müəssisəsinin şagirdlərinin sayı (cari tədris ilinə)
Ümumi təhsil müəssisəsinin son 3 ildə ali məktəblərə daxil olan məzunlarının illər üzrə faiz göstəricisi
Ümumi təhsil müəssisəsinin son 3 ildə 9-cu sinif buraxılış imtahanlarında hər iki fəndən müsbət qiymət alan şagirdlərinin sayı və faiz göstəricisi
Aşağıdakı formaya uyğun olaraq ümumi təhsil müəssisəsinin son 3 ildə həyata keçirdiyi layihələr barədə məlumat verilməlidir.
Layihənin icrasına cəlb ediləcək əsas əməkdaşların tərcümeyi-halı (CV) və işinin təsviri
Birgə layihələr olduğu təqdirdə, birgə fəaliyyətə dair imzalanmış müqavilə
kompüterdə yığılmış çap formasında və ya skan olunmuş (imzalanmış və möhürlənmiş)
Dəstək məktubları (əgər varsa)
surətləri (skan olunmuş)
“Təhsildə inkişaf və innovasiyalar üzrə qrantların məbləği və ayrılması şərtləri, o cümlədən vəsaitlərin verilmə prosedurları, monitorinqin aparılması, hesabat və qiymətləndirmə üzrə tələblər”ə
Qeyd. Ekspertizaya yalnız layihə təklifi təqdim olunur.
Layihənin adını aydın və dəqiq yazın.
2. Problemin qoyuluşu (1-2 səhifə)
Layihədə həllinə çalışmaq istədiyiniz problemi (məsələni) təsvir edin. Problemin Azərbaycan Respublikasında təhsil sahəsinin inkişafı üçün aktual olduğunu əsaslandırın.
3. Layihənin məqsəd və vəzifələri (0,5-1 səhifə)
Layihənin məqsədini 1 cümlədə ifadə edin. Qarşıya qoyulmuş vəzifələrin müəyyən zaman çərçivəsində reallığa uyğun olaraq spesifik, ölçülə bilən olmasına diqqət yetirin.
4. Görüləcək işlər (3-5 səhifə)
Həyata keçiriləcək fəaliyyət növlərinin qısa təsvirini, icra müddətini ardıcıllıqla qeyd edin. Hər bir fəaliyyət növü üzrə əldə ediləcək nəticələri konkret olaraq təsvir edin.
5. Layihənin icra müddəti (0,5 səhifə)
Layihənin əhatə etdiyi müddəti qeyd edin.
Layihənin icra planı ayrıca cədvəl şəklində tərtib edilərək, layihəyə əlavə olunmalıdır.
6. Gözlənilən nəticələr (1-2 səhifə)
Layihənin həyata keçirilməsinin sonunda əldə ediləcək nəticələri təsvir edin. Layihənin təsvir edilən problemin həllinə necə təsir edəcəyi barədə məlumat verin.
7. Layihə çərçivəsində qurulacaq əməkdaşlıq (0,5-1 səhifə)
Layihənin icrası zamanı digər ümumi təhsil müəssisələri, dövlət qurumları, QHT-lər, şirkətlər və beynəlxalq təşkilatlar ilə qurulacaq əməkdaşlıqların hansı formada olacağını təsvir edin.
8. Layihənin monitorinqi və davamlılığı (1-2 səhifə)
Layihənin icrası və nəticələri haqqında ictimaiyyətin məlumatlandırılması və informasiya əldə edilməsi yollarını göstərin. Layihənin icrası başa çatdıqdan sonra onun davamlılığının təmin olunması istiqamətində görəcəyiniz işləri qeyd edin.
9. Layihənin qiymətləndirilməsi və hesabatlılığı (1-2 səhifə)
Layihənin qiymətləndirilməsi meyarlarını və hesabatlılıq formalarını qeyd edin. Nail olunmuş dəyişikliyin hansı meyarlar əsasında müəyyənləşdiriləcəyini izah edin.
10. Layihənin büdcəsi
Layihənin büdcəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi formaya uyğun tərtib olunmalı və layihəyə əlavə edilməlidir.
tam formada elektron variantda layihə təklifi
elektron variantda icra planı
Layihənin xərclər smetası
Microsoft Excel proqramında tərtib olunmalıdır;
layihənin hesablamalar baxımından proqramlaşdırılmış büdcəsi
“Təhsildə inkişaf və innovasiyalar üzrə qrantların məbləği və ayrılması şərtləri, o cümlədən vəsaitlərin verilmə prosedurları, monitorinqin aparılması, hesabat və qiymətləndirmə üzrə tələblər”ə
Hal-hazırda işlədiyiniz dövlət ümumi təhsil müəssisənin adı
Çalışdığınız ümumi təhsil müəssisəsinin yerləşdiyi şəhər və ya rayonun adı
Çalışdığınız ümumi təhsil müəssisəsinin direktorunun soyadı, adı və atasının adı
Layihənin istiqaməti (Elm və Təhsil Nazirliyinin müsabiqəyə aid elanında verilmiş istiqamətlərdən biri nəzərdə tutulur)
Layihə rəhbərinin soyadı, adı, atasının adı və tutduğu vəzifə
layihə rəhbərinin iş telefonu
layihə rəhbərinin ev telefonu
layihə rəhbərinin mobil telefonu
layihə rəhbərinin elektron poçt ünvanı
Layihənin ümumi məbləği
Qrant üçün tələb olunan məbləğ
Aşağıdakı formaya uyğun olaraq ümumi təhsil müəssisəsində çalışan pedaqoji işçinin son 3 ildə həyata keçirdiyi layihələr barədə məlumat verilməlidir.
Layihənin icrasına cəlb ediləcək əsas şəxslərin tərcümeyi-halı (CV) və işinin təsviri
Dəstək məktubları (əgər varsa)
surətləri (skan olunmuş)
“Təhsildə inkişaf və innovasiyalar üzrə qrantların məbləği və ayrılması şərtləri, o cümlədən vəsaitlərin verilmə prosedurları, monitorinqin aparılması, hesabat və qiymətləndirmə üzrə tələblər”ə
Qeyd: Ekspertizaya yalnız layihə təklifi təqdim olunur.
Layihənin adını aydın və dəqiq yazın.
2. Problemin qoyuluşu (0,5-1 səhifə)
Layihədə həllinə çalışmaq istədiyiniz problemi (məsələni) təsvir edin. Problemin Azərbaycan Respublikasında təhsil sahəsinin inkişafı üçün aktual olduğunu əsaslandırın.
3. Layihənin məqsəd və vəzifələri (0,5 səhifə)
Layihənin məqsədini 1 cümlədə ifadə edin. Qarşıya qoyulmuş vəzifələrin müəyyən zaman çərçivəsində reallığa uyğun olaraq spesifik, ölçülə bilən olmasına diqqət yetirin.
4. Görüləcək işlər (1-2 səhifə)
Həyata keçiriləcək fəaliyyət növlərinin qısa təsvirini, icra müddətini ardıcıllıqla qeyd edin. Hər bir fəaliyyət növü üzrə əldə ediləcək nəticələri konkret olaraq təsvir edin.
5. Layihənin icra müddəti (0,5 səhifə)
Layihənin əhatə etdiyi müddəti qeyd edin.
Layihənin icra planı ayrıca cədvəl şəklində tərtib edilərək, layihəyə əlavə olunmalıdır.
6. Gözlənilən nəticələr (0,5 səhifə)
Layihənin həyata keçirilməsinin sonunda əldə ediləcək nəticələri təsvir edin. Layihənin təsvir edilən problemin həllinə necə təsir edəcəyi barədə məlumat verin.
7. Layihə çərçivəsində qurulacaq əməkdaşlıq (0,5 səhifə)
Layihənin icrası zamanı digər ümumi təhsil müəssisələri, dövlət qurumları, QHT-lər, şirkətlər və beynəlxalq təşkilatlar ilə qurulacaq əməkdaşlıqların hansı formada olacağını təsvir edin.
8. Layihənin monitorinqi və davamlılığı (1 səhifə)
Layihənin icrası və nəticələri haqqında ictimaiyyətin məlumatlandırılması və informasiya əldə edilməsi yollarını göstərin. Layihənin icrası başa çatdıqdan sonra onun davamlılığının təmin olunması istiqamətində görəcəyiniz işləri qeyd edin.
9. Layihənin qiymətləndirilməsi və hesabatlılığı (1 səhifə)
Layihənin qiymətləndirilməsi meyarlarını və hesabatlılıq formalarını qeyd edin. Nail olunmuş dəyişikliyin hansı meyarlar əsasında müəyyənləşdiriləcəyini izah edin.
10. Layihənin büdcəsi
Layihənin büdcəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi formaya uyğun tərtib olunmalı və layihəyə əlavə edilməlidir.
tam formada elektron variantda layihə təklifi
elektron variantda icra planı
Layihənin xərclər smetası
Microsoft Excel proqramında tərtib olunmalıdır;
layihənin hesablamalar baxımından proqramlaşdırılmış büdcəsi
“Təhsildə inkişaf və innovasiyalar üzrə qrantların məbləği və ayrılması şərtləri, o cümlədən vəsaitlərin verilmə prosedurları, monitorinqin aparılması, hesabat və qiymətləndirmə üzrə tələblər”ə
Layihənin əhatə etdiyi dövr
İdarənin saxlanılması
Kommunal və kommunikasiya xərcləri
İstehlak malları və materiallarının alınması, tədbirlərin təşkili xərcləri
Çap məhsullarının hazırlanması
İnventar, avadanlıq və digər alışlar
Sair xidmətlərin haqqının ödənilməsi
Sair müxtəlif xərclər
Dövlət Sosial Müdafiə Fonduna “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş ayırmalar - 22%
“İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş işsizlikdən sığorta haqları
“Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş icbari tibbi sığorta haqları
İdarənin saxlanılması
Ölkədaxili ezamiyyətlər:
Mehmanxana (mənzil) xərci (4 rayon*2 nəfər*
Xarici ölkələrə ezamiyyətlər:
Mehmanxana (mənzil) xərci
Gündəlik xərc (yemək, rabitə və s.)
Yanacaq və sürtkü materiallarının alınması
Kommunal və kommunikasiya xərcləri
Mobil rabitə xərcləri
İstehlak malları və materiallarının alınması, tədbirlərin təşkili
Çay və ya kofe xərci (4 rayon*70 nəfər*2 gün)
Tədbir və ya təlim üçün dəftərxana ləvazimatları xərci
Tədbir və ya təlim üçün zal icarəsi
Tədbirin və ya təlimin foto çəkilişinin təşkili
Tədbirin və ya təlimin video çəkilişinin təşkili
Tədbir üçün materialların çoxaldılması
Xarici ölkələrdən gələn iştirakçıların otel xərci
Çap məhsullarının hazırlanması
Kitab çapı (50 səhifədən yuxarı)
Kitabça çapı (50 səhifəyədək)
İnformativ plakat çapı
Təlimat materiallarının və metodiki göstərişlərin çapı
Xüsusi geyimlərin hazırlanması (papaq, köynək və s.)
İnventar və digər avadanlıqların alışı
Ofis texnikası (printer, kseroks, faks, skaner, modem və s.)
İnventarın alınması (stol, stul, kreslo, televizor, telefon aparatı, seyf və s.)
İstehsal təyinatlı avadanlıqların alınması (tikiş, emal, qablaşdırma və s.)
Torpaq, bina, qurğu və digər əsas vəsaitlərin alınması
Toxum, gübrə və digər məhsulların alınması
Ağac tinglərinin alışı
Dərmanların, sarğı ləvazimatlarının və digər materialların alınması
Yumşaq inventarın, yataq ləvazimatlarının alışı
Digər alışlar və xidmətlər
Sair xidmətlərin haqqının ödənilməsi
İntervüer (sorğuçu) xidməti
Abadlaşdırma xidmətləri
Elmi-tədqiqat xidmətləri
Sair müxtəlif xərclər
Elektron proqram təminatının yaradılması
Saytın yaradılması və ya saxlanılması xərci
Domen və hostinq xərci
Film çəkilişi xərci (foto və video avadanlıqların icarəsi)
Sosial çarxların çəkilişi
Disklərin yazılması və qablaşdırılması
Tərəfdaş təşkilatın xərcləri
Çek kitabçasının alınması
“Təhsildə inkişaf və innovasiyalar üzrə qrantların məbləği və ayrılması şərtləri, o cümlədən vəsaitlərin verilmə prosedurları, monitorinqin aparılması, hesabat və qiymətləndirmə üzrə tələblər”ə
Layihənin adı ___________________
Layihənin icra müddəti ___________
1. Sıra ardıcıllığı fəaliyyətlərin sayı qədər artırıla bilər.
2. Nəzərdə tutulan işlər icra vaxtı ardıcıllığı ilə qeyd edilməlidir.
3. Fəaliyyətin icra vaxtı hissəsində müvafiq xanalar rəngli verilməlidir.
1. 17 iyul 2021-ci il tarixli 212 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 24 iyul 2021-ci il, № 151, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 7, maddə 874)
2. 16 mart 2022-ci il tarixli 94 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 18 mart 2022-ci il, № 59, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 3, maddə 271)
3. 21 dekabr 2022-ci il tarixli 448 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikası Nazirlər Kabinetinin rəsmi internet saytı, 23 dekabr 2022-ci il, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 12, maddə 1552)
4. 8 fevral 2024-cü il tarixli 77 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 9 fevral 2024-cü il, “Xalq” qəzeti, 12 fevral 2024-cü il, № 31, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, № 2, maddə 209)