Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən 27.06.2003-cü il tarixdə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 30.06.2003-cü il tarixdə, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən 27.06.2003-cü il tarixdə təsdiq edilmiş və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində 04 iyul 2003-cü il tarixdə dövlət qeydiyyatına alınmış (şəhadətnamə №-2983) "Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən Azərbaycan Respublikasının ali və orta ixtisas məktəblərinə tələbə qəbulu kampaniyasının həyata keçirilməsi ilə bağlı cəlb olunmuş mütəxəssislərin əməyinin və zəruri qida təminatı xərclərinin ödənilməsi məbləğlərinin təsdiq edilməsi barədə" Əmr qüvvədən düşmüş hesab edilsin.
Əsas: Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 27 iyun 2005-ci il tarixli 1-80 nömrəli, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 28 iyun 2005-ci il tarixli 11/7-49Ü nömrəli və Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının 24 iyun 2005-ci il tarixli 22/i nömrəli əmri.
Azərbaycan Respublikasının
I dərəcəli dövlət ədliyyə
müşaviri Fikrət Məmmədov