6.1. Azərbaycan Respublikasında telekommunikasiya fəaliyyətinin tənzimlənməsi dövlətin səlahiyyətindədir və aşağıdakı istiqamətlərdə həyata keçirilir:
6.1.1. nömrə resursundan istifadənin təşkili;
6.1.2. telekommunikasiya fəaliyyətinin lisenziyalaşdırılması;
6.1.3. telekommunikasiya sahəsində sertifikatlaşdırmanın təşkili;
6.1.4. telekommunikasiya xidmətləri və radiotezliklərdən istifadə üzrə tariflərin tətbiqi;
6.1.5. telekommunikasiya sahəsində sağlam rəqabət mühitinin tənzimlənməsi;
6.1.6. radiotezliklərdən istifadənin təşkili;
6.1.7. operatorlar arasında qarşılıqlı arabağlantı münasibətlərinin tənzimlənməsi;
6.1.7-1. internet telekommunikasiya xidməti göstərən operatorların və provayderlərin uçotunun aparılması;
6.1.8. qanunvericiliklə müəyyən edilmiş digər tənzimləmə istiqamətləri.