Qanunvericilik › Televiziya və radio proqramları sahəsinə aid olan fəhlə peşələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası (hissə 62) (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, 09.08.2006) › Tam mətn

Televiziya və radio proqramları sahəsinə aid olan fəhlə peşələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası (hissə 62) (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, 09.08.2006)

Televiziya və radio proqramları sahəsinə aid olan fəhlə peşələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası (hissə 62) (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, 09.08.2006) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

“Televiziya və radio proqramları sahəsinə aid olan fəhlə peşələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası” (bundan sonra “Kitabça” adlandırılacaqdır) Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 57-ci və 156-cı maddələrinin 2-ci hissələrinin tələblərinə uyğun olaraq hazırlanmışdır.

Kitabça mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq bütün müəssisə, idarə və təşkilatlarda televiziya və radio proqramları sahəsi üzrə çalışan fəhlələrə ixtisas dərəcəsinin verilməsində, yerinə yetirilən işlərin tarifləşdirilməsində, fəhlələrin Vahid Tarif Cədvəli üzrə əməyinin ödəniş dərəcəsinin müəyyənləşdirilməsində, onların konkret əmək funksiyalarını əks etdirən peşə təlimatlarının hazırlanmasında, fəhlələrin peşə hazırlığından asılı olaraq onların seçilməsi və yerləşdirilməsində, peşəkarlıq səviyyələrindən asılı olaraq məşğulluğunun səmərəli təmin edilməsində, onların attestasiyasının keçirilməsində və əmək müqavilələrinin (kontraktlarının) bağlanılmasında əsas normativ-hüquqi akt olaraq tətbiq edilir.

Kitabçada fəhlə peşələrinin tarif-ixtisas xüsusiyyətləri əmək şəraiti nəzərə alınmadan işlərin mürəkkəbliyinə əsasən müəyyənləşdirilmiş, peşələrin Vahid Tarif Cədvəli üzrə əməyin ödəniş dərəcələri müəyyən edilmişdir.

Kitabçada verilən tarif ixtisas xüsusiyyətləri özündə fəhlə peşələri üzrə tez-tez rastlaşan əsas işlərin məzmununu əks etdirir. İşlərin konkret məzmunu, həcmi və yerinə yetirilmə qaydası hər bir müəssisə, idarə və təşkilatda texnoloji xəritələr, işçi təlimatlar və digər sənədlərə uyğun olaraq müəyyənləşdirilir. Bu işlərdən əlavə fəhlə iş növbəsinin qəbulu və təhvili, iş yerinin işə hazırlığı və işin sonunda yığışdırılması, avadanlıq və ləvazimatın lazımi səviyyədə saxlanılması, təyin edilmiş sənədləşdirmənin aparılması ilə əlaqədar işləri də yerinə yetirməlidir. Tarif-ixtisas xüsusiyyətlərinin “Bilməlidir” hissəsində bütün peşələr üzrə yerinə yetirilən işlər üzrə biliyə olan tələbat nəzərdə tutulur.

Fəhlə peşələrinin tarif-ixtisas xüsusiyyətlərinin bir çoxunda bölmələrində müvafiq dərəcəyə aid olan iş nümunələri verilmişdir. Bu iş nümunələri həmin peşə üzrə bütün iş nümunələrini əhatə etmir. Ona görə də müəssisə, idarə və təşkilatlar işçilərin əmək müqavilələrində həmin peşəyə uyğun konkret iş nümunələrini müəyyən edə bilərlər.

Kitabçada bu və ya digər peşə üzrə bir neçə dərəcə nəzərdə tutulduğu hallarda yüksək ixtisaslı fəhlə onun dərəcəsinə aid olan tarif-ixtisas xüsusiyyətlərində sadalanan işlərdən əlavə özündən aşağı ixtisaslı fəhlənin tarif-ixtisas xüsusiyyətlərində verilmiş işləri də yerinə yetirmək qabiliyyətinə malik olmalıdır. Ona görə də aşağı ixtisaslı dərəcələrin tarif-ixtisas xüsusiyyətlərində nəzərdə tutulmuş işlər, yüksək dərəcənin tarif-ixtisas xüsusiyyətlərində öz əksini tapmamışdır.

Aşağı dərəcəli peşələrin ixtisas xüsusiyyətlərində göstərilir ki, istehsal şəraitindən və ya yerinə yetirilən işlərin xüsusiyyətindən asılı olaraq ayrı-ayrı texnoloji proseslər və ya ayrı-ayrı işlər yüksək ixtisaslı fəhlənin rəhbərliyi altında yerinə yetirilir. Belə olan hallarda yüksək dərəcəli fəhlə daha aşağı dərəcəli fəhlənin işinə rəhbərlik etməyi bacarmalıdır. Texnoloji prosesin aparılması ilə məşğul olan yüksək dərəcəli fəhlə bu prosesdə iştirak edən fəhlələrə rəhbərlik etməlidir.

Bu işlərlə yanaşı fəhlə iş yerində əməyin səmərəli təşkilini, görülən işlərin texnoloji prosesini, avadanlıqların texniki istismar və onlara xidmət qaydalarını, istifadə edilən alət və inventarları, yanacağın, enerjinin, xammal və materialın sərf normasını, zay məhsulun növlərini, onun əmələ gəlməsi səbəblərini və aradan qaldırılması yollarını, əməyin təhlükəsizliyi və sanitar-gigiyena normalarını, yanğından mühafizə üçün istifadə edilən vasitələri və yanğının söndürülmə üsullarını, qaldırıcı-nəqletdirici avadanlıqların idarə edilməsi qaydasını, istehsalat təlimini və müəssisədaxili intizam qaydalarını da bilməlidir.

Bu tələblərdən əlavə maşın və mexaniklərin idarə edilməsi ilə məşğul olan fəhlələr yerinə yetirdikləri işlərlə yanaşı çilingər işini də yaxşı bilməli, avadanlıq və maşınların iş prosesində nasazlıqlarının aradan qaldırılması və onun təmirində iştirak etməyi də bacarmalıdırlar.

Müəssisə, idarə və təşkilatlarda işlərin tarifləşdirilməsi Kitabçada göstərilən tarif-ixtisas xüsusiyyətləri əsasında aparılır. Bu zaman tarifləşdirilən işin tarif-ixtisas xüsusiyyətlərində qeyd olunan müvafiq işlərlə uyğun gəlib-gəlməməyi müqayisə edilərək müəyyənləşdirilir.

Fəhlə peşəsinin adı Kitabçaya uyğun olaraq istehsalatda konkret faktiki yerinə yetirilən işlər nəzərə alınmaqla təyin edilməlidir. Müxtəlif peşənin işlərini yerinə yetirən fəhləyə peşə adı onun yerinə yetirdiyi işlər içərisində xüsusi çəkisi çox olan işə əsasən müəyyən edilir.

İşlər briqada tərəfindən həyata keçirilən zaman işlərin tarifləşdirilməsi işin tərkibinə daxil olan əməliyyatların həcmi və dərəcəsi nəzərə alınmaqla müəyyənləşdirilir.

Fəhləyə hər hansı bir dərəcənin verilməsi və yüksəldilməsi məsələsinə fəhlənin ərizəsi və müvafiq bölmənin rəhbərlərinin təqdimatına əsasən işəgötürən tərəfindən əmək qanunvericiliyinə uyğun olaraq baxılır.

Fəhləyə hər hansı və ya daha yüksək ixtisas dərəcəsinin verilməsi üçün işəgötürən tərəfindən ixtisas imtahanları təşkil edilir. İxtisas imtahanlarının təşkilinə və keçirilməsinə həmin sahə üzrə ixtisaslaşmış elm, təhsil və istehsalat müəssisələri və ya onların mütəxəssisləri cəlb edilə bilərlər.

İxtisas imtahanlarının keçirilmə müddəti və qaydası işəgötürən tərəfindən müəyyənləşdirilərək fəhlələrə çatdırılır. İxtisas imtahanlarını müvəffəqiyyətlə vermiş işçiyə yüksək ixtisas dərəcəsi verilə bilər.

İxtisas imtahanlarını vermiş fəhlələrə ixtisas dərəcəsinin verilməsi və ya artırılması onun yerinə yetirdiyi işlərin mürəkkəbliyi nəzərə alınmaqla həyata keçirilir.

İxtisas imtahanı zamanı ixtisas dərəcəsi təyin edilən və ya artırılan fəhlə tarif-ixtisas xüsusiyyətlərinə uyğun olaraq “Bilməlidir” bölməsinə aid suallara cavab verməli və “İşin xüsusiyyəti” bölməsində göstərilmiş ayrı-ayrı işləri müstəqil olaraq yerinə yetirməyi bacarmalıdır. Bundan əlavə fəhlə təyin edilmiş hasilat, vaxt və xidmət normalarını lazımi keyfiyyətlə yerinə yetirməlidir.

Briqada üzvü olan fəhləyə ixtisas dərəcəsinin təyin edilməsi və ya, artırılması yüksək ixtisaslı fəhlənin rəhbərliyi altında görülən işlərin mürəkkəbliyi üzrə yox, onun müstəqil olaraq yerinə yetirə biləcəyi işlərin mürəkkəbliyi üzrə aparılmalıdır.

Əsas işindən əlavə briqadaya da rəhbərlik edən fəhləyə ixtisas dərəcəsinin verilməsi ümumi qayda əsasında həyata keçirilməlidir. Briqadaya rəhbərlik həmin fəhlənin dərəcəsinin artırılması üçün əsas sayılmır.

Çəkiliş texnikasına xidmət üzrə mexanik

Dekorasiyalara naxış vuran rəngsaz

Dekorasiyaların hazırlanması üzrə xarrat

Dekorasiyaların quraşdırıcısı

Kino-televiziya avadanlığına xidmət üzrə mexanik

Konturlu şəkilləri rəngləyən

Maqnit yazısının operatoru

Multiplikasiya rəsmləri üçün özül hazırlayan

Subtitrləri hazırlayan

Səs texnikasına xidmət üzrə xidmət üzrə mexanik

Teatr-quruluş maketlərinin maketçisi

Televiziya avadanlıqlarına xidmət üzrə mexanik

Televiziya və radio avtomobilinin sürücüsü

Videoyazılış operatoru

İşin xüsusiyyəti. Butafor işini əla bilən şəxsin rəhbərliyi altında butaforiya üçün hazırlıq işlərinin aparılması. Kağızların kəsilməsi, gipsin, tabaşirin ələnməsi, gil və yapışqanın hazırlanması. Papye-maşe üçün kağızların hazırlanması. Torbaların yumşaq tərəfinə yapışqanın çəkilməsi və kağızların yapışdırılması. Kağızların rənglənməsi.

Bilməlidir: butaforiya işinin əsas elementlərini; butaforiya materiallarının sadə naxışlanma üsullarını; çirişin və yapışqanın hazırlanması üsullarını.

İşin xüsusiyyəti. Butaforiya üçün məmulatların emalında hazırlıq işlərinin yerinə yetirilməsi. Dərin və dayaz relyefli məmulatların zamazkalanması və levkaslanması. Hazır qəliblərdə hamar və ya kobud relyefli gips formalarının hazırlanması. Hazır formalar üzrə yuxarıda göstərilən məmulatların papye-maşedən yapışdırılması və rənglənməyə hazırlanması. Bu məmulatların dekorasiyalara quraşdırılması və bərkidilməsi. Butafor məmulatlarının kəsilməsi, tikilməsi və tikişlərin haşiyələnməsi. Zamazkanın və levkasın hazırlanması.

Bilməlidir: dərin və dayaz relyefli gips formalarının, həmçinin kobud relyefli formaların hazırlanması texnikasını; müxtəlif materialların xüsusiyyətini və təyinatını; ştamplama dəzgahının iş prinsipini; zamazka və levkasın hazırlanma üsullarını; butafor işində istifadə olunan alət və ləvazimatları.

1. Çay daşların papye-maşedən hazırlanması.

2. Butafor yarpaqların ştamplanması və ya əl ilə kəsilməsi və ağaclara yapışdırılması.

3. Papiros kağızından butafor qarının maşın və ya əl ilə üyüdülərək hazırlanması.

İşin xüsusiyyəti. Sadə butafor məmulatların hazırlanması. Müxtəlif materiallardan olan dayaz relyefli məmulatların eskiz və hazır şablonlar üzrə yapılması. Gips formalarının hazırlanması və papye-maşedən və mastikadan iri relyefli, cüzi dərinlikli və dəqiq rəsmli məmulatların hazırlanması. Mastikanın hazırlanması. Divarların təbəqə formalı butafor daşı və kərpici ilə üzlənməsi.

Bilməlidir: mastika və zamazka qarışıqlarının hazırlanması üsullarını; məmulatların əl ilə hazırlanmasında istifadə edilən avadanlıq və ləvazimatların quruluşunu və istismar qaydalarını.

1. Mastikadan ionikaların hazırlanması.

2. Butafor yarpaqların müxtəlif rənglərə boyadılması.

3. Xalça otların, kağız güllərin hazırlanması.

İşin xüsusiyyəti. Çox çətin olmayan butafor məmulatlarının hazırlanması. Dərin relyefli məmulatların ayrı-ayrı materiallardan və orta qatlı ornamentlərdən yapılması və ya eskiz, cizgi və şablon üzrə tökülməsi. Sadə arxitektura detallarının gips hissələri formasında hazırlanması. Həcmli gips arxitektura detallarının və heykəllərin papye-maşedən hazırlanması. Dekorasiyada həcimli arxitektura detallarının quraşdırılması və tamamlama işləri. Müxtəlif fakturaların səthinin zamazkalanması. Kartonaj işlərinin yerinə yetirilməsi. Yağlı boyaqlardan çalarların tərtib edilməsi. Pambıq parçadan, kağızdan güllərin hazırlanması. Aşağı ixtisaslı butaforun işinə rəhbərlik.

Bilməlidir: həcmli formaların hazırlanma texnika və texnologiyasını; butafor məmulatların yığılma, emal, quraşdırılma və bərpa texnikasını; istifadə edilən materialları və onların xüsusiyyətlərini; yağlı, anilinli çalarların, zamazkalayıcı qatışıqların hazırlanması reseptini; kartonaj məmulatlarının cizgisini və materialların sərf normasını; parçaların boyanması texnologiyasını.

1. Çiçək hörüklərinin, xonça formalarının hazırlanması.

2. Divarlarda, qapılarda qırovun, şüşədə şaxtanın süni təsviri.

3. Çox rəngli ordenlərin iri şəkillərinin çəkilişi.

4. Səthin köhnə ağaca oxşar emalı.

5. Yapma üsulu ilə rekvizitin hazırlanması və bərpası.

6. Parçadan müxtəlif çiçək və güllərin hazırlanması.

İşin xüsusiyyəti. Mürəkkəb butafor məmulatlarının hazırlanması. Xırda şəkilli ornamentlərdən ibarət olan həcmli məmulatların eskizlər üzrə müxtəlif materiallardan yapılması. Mürəkkəb formalı heykəltəraşlıq məmulatlarının gipsdən hazırlanması. Boyaqlardan çalarların tərtib edilməsi. Modelinin gipsdən tökülməsi. Ağacların fakturası. Mulyaj işlərinin aparılması. İpək və məxmərdən güllərin düzəldilməsi. Şablonların çəkilməsi və hazırlanması.

Bilməlidir: kiçik şəkilli ornamentlərdən həcmli məmulatların hazırlanma texnikasını; süni əşyaların hazırlanmasını və bərpa işlərinin aparılma texnologiyasını; butafor məmulatlarının bədii yazılma üsulunu; güllərin hazırlanma texnika və texnologiyasını; şablonların hazırlanma üsullarını.

1. Barelyeflərin, ornamentli vazaların, sütun başlıqlarının, maskaların modellərinin hazırlanması.

2. Şərti işarələrin, ordenlərin, parça güllərin, georginlərin hazırlanması.

3. Butafor əşyaların hazırlanması.

4. Məxmər və uzun xovlu məxmər üzərində naxışların qaynar üsulla vurulması.

5. Bərk levkas əsaslı şəkillərə zərb etmə üsulu ilə qızılı və köhnə gümüşü ton vermək.

6. Heyvan, quş müqəvvalarının gildən yapılması.

İşin xüsusiyyəti. Xüsusilə çətin, nadir butafor məmulatların bədii bəzəməklə hazırlanması. Heykəllərin yapılması. Üzvi şüşədən, zərvərəqdən, latundan və tekstolitdən istifadə edilməklə işlərin görülməsi. Zərbetməyə bənzər gümüşü və qızılı məmulatların hazırlanması. Arxitektura detallarının və butafor məmulatların qızıla, gümüşə və metala oxşar formada işlənməsi. Vakuum qurğularında plastik kütlədən məmulatların hazırlanması.

Bilməlidir: karkaslı kombinəedilmiş formaların hazırlanma texnologiyasını; cizgi, sxem və eskizləri; odadavamlı formaların hazırlanma üsullarını; modelin, sxemlərin və cizgilərin verilmiş ölçülərə qədər böyüdülmə texnikasını; vakuum qurğularında plastik kütlədən məmulatların hazırlanma texnika və texnologiyasını.

1. Boyunbağıların, medalyonların, güldanların, məsaməli rezindən yosunların, çil-çıraqların və s. hazırlanması.

2. Mülki və hərbi tipli büst və heykəllərin, kariatidaların hazırlanması.

3. İonika və korinf üslubunda sütun başlıqlarının hazırlanması.

4. Bıçaq, nizə, qalxan, qılınc dəstəyi, xəncər, ox və s. əşyaların zərbetməyə bənzər formada naxışlanması.

İşin xüsusiyyəti. Daha yüksək ixtisaslı mexanikin rəhbərliyi altında kinoçəkiliş aparatlarına xidmət üzrə hazırlıq işlərini yerinə yetirir. Köməkçi operator texnikasının operator arabacığının, kranın, ştativin, relslərin çəkiliş meydançasında sayının yoxlanılması. Çəkiliş aparatlarının, akkumulyatorların, qidalandırıcı kabelin qablaşdırılması və çəkiliş yerinə gətirilməsi. Relslərin və digər panoram yollarının qurulması. Köməkçi operator texnikasının təmizlənməsi, yağlanması və texniki sazlığının yoxlanılması. Qidalandıncı kabelin çəkilməsi.

Bilməlidir: elektrotexnikanın əsaslarını; kinoçəkiliş aparatlarının, operator ləvazimatının təyinatını; köməkçi operator texnikasının və operator nəqliyyatı vasitəsinin növlərini; çəkiliş aparatlarının nəql edilmə qaydasını.

İşin xüsusiyyəti. Kino çəkiliş aparatlarına xidmət üzrə hazırlıq işlərinin yerinə yetirilməsi. Çəkiliş meydançalarında əllə işlədilən aparatlara — sinxron və təbii çəkiliş aparatlarına yüksək ixtisaslı mexanikin rəhbərliyi altında xidmət. Köməkçi operator texnikasının bazada qəbulu. Operator kranlarının tormoz sistemi və onların texniki vəziyyətinin yoxlanılması. Yüklərin əks balansla yeşiklərə yüklənməsi. Rels və panoram yollarının düzəldilməsi və onların çəkilişə hazırlanması, qrafitin, talkın çəkilməsi. Bütün növ ştativ başlıqların qurulması. Gərginliyin yoxlanılması və kabelin qidalandırma mənbəyinə birləşdirilməsi.

Bilməlidir: kinoçəkiliş aparatlarının, operator kranlarının və operator avadanlıqlarının əsas elementlərini; çəkiliş aparatlarının və kranların istismar qaydalarını; kabelin qidalandırıcı mənbəyə qoşulması qaydalarını.

İşin xüsusiyyətləri. Sinxron və natura çəkilişlər üçün əllə işlədilən kinoçəkiliş aparatlarına çəkiliş meydançalarında xidmət edilməsi. Çəkiliş aparatlarının, ona aid olan digər optikanın texniki vəziyyətinin yoxlanılması ilə bazarda qəbul edilməsi. Çəkiliş meydançasında aparatların quraşdırılması. Kameranın hazırlanması və birləşdirilməsi. Blokirovka qurğularının, aparatların və nəzarət cihazlarının iş gedişində düzgün istiqamətləndirilməsinin yoxlanılması. Lentin vəziyyətinə nəzarət. Operator kranlarının aparat və adamlarla balanslaşdırılması və onlarla işin aparılması. Çəkilişlərdə operator mexanizmlərinin idarə edilməsi. Köməkçi avadanlığın profilaktikası. Çəkiliş aparatlarının təmizlənməsi və yağlanması.

Bilməlidir: kinoçəkiliş aparatlarının quruluşunu, çəkiliş texnikasının əsaslarını; kino istehsalı texnologiyasının əsaslarını; kinooptikanın, videoyazının əsaslarını; çəkiliş prosesində çəkiliş texnikasının işində ortaya çıxan sadə nasazlıqların səbəbini və onların aradan qaldırılması yollarını.

İşin xüsusiyyəti. Çəkiliş meydançalarında bütün növdən olan kinoçəkiliş aparatlarına və bütün növ operator ləvazimatına xidmət. Panoramlaşdırma zamanı optika fokusunun yenidən qurulması. Dəyişkən fokus məsafəli obyektlər ilə işin aparılması. Lentlərin salınması, hazırlanması, iki lentli aparatların, stereokameraların sazlanması. Nəzarət cihazları ilə kameranın işinin yoxlanılması. Operator texnikası və ləvazimatına profilaktika xidməti. Əl alətlərindən istifadə edilməklə çəkiliş meydançalarında çəkiliş aparatları və ləvazimatlarının xırda nasazlıqlarının aradan qaldırılması. Daha aşağı ixtisaslı mexaniklərin işinə rəhbərlik etmək.

Bilməlidir: çilingər-mexanik işinin əsaslarını; kinolentlərin növlərini və onların fotoqrafik xüsusiyyətlərini; kinoçəkiliş obyektlərinin və transfokatorların əsaslarını; sabit və dəyişən cərəyanlı elektrik xətlərinin əsas növlərini və xüsusiyyətlərini.

İşin xüsusiyyəti. Çəkiliş meydançalarında televiziya və məsafədən idarəetmə sistemlərinə xidmət. Bütün növ köməkçi texnikalarla iş. Kinoçəkiliş aparatlarının çəkiliş yolu ilə və nəzarət cihazlarının — avtokalimatorların, taxometrlərin, stroboskopların, voltmetrlərin, ampermetrlərin köməyi ilə yoxlanılması. Əl alətlərindən istifadə etməklə çəkiliş aparatlarının və operator ləvazimatlarının təmiri.

Bilməlidir: elektrotexnikanı və mexanikanı; kinoçəkiliş texnikasını; kinoçəkiliş aparatlarının, operator ləvazimatlarının konstruksiyasını; eksponometriyanın əsaslarını; fotoqatışıqların tərkibini; kinolentlərin emal edilməsini; çəkiliş aparatlarında kinolentlərin mexaniki zədələrinin yaranma səbəblərini və onların aradan qaldırılması üsullarını.

İşin xüsusiyyəti. Dekorasiyaların rəngsaz hazırlıq işlərinin yerinə yetirilməsi və daha yüksək ixtisaslı rəngsazın rəhbərliyi altında çalarların tərtib edilməsi. Üst qatının rənglənmə, yapışdırma və digər rəngsaz işləri üçün qaralama hazırlanması.

Bilməlidir: rəngsaz işlərinin əsasını; fırça ilə sadə iş fəndini; üzlüklərin yapışdırılmaya hazırlanması qaydalarını; şüşələrin yuyulması və lövhələrin təmizlənməsi üsullarını; işçi alətlərin təyinatını.

1. Dənə çiləkənlərin naxışlanması.

2. Əhəng topasının söndürülməsi.

3. Fırça, rəngsaz alətləri ilə taxta üstlərin, lövhələrin, şüşə və çərçivələrin təmizlənməsi, yuyulması, silinməsi.

4. Yapışqanın bişirilməsi.

5. Qum, tabaşir, mərmər qırıqlarının ələnməsi.

İşin xüsusiyyəti. Əl ilə və rəngləmə pultundan istifadə etməklə dekorasiyaların yapışqan və yağlı rənglərlə naxışlanması üzrə rəngsaz işlərinin aparılması. Üst qatlarının rənglənməsi, yapışdırılması və digər işlər üçün hazırlanması. Suvaqların hazırlanması.

Bilməlidir: sadə rəngləmə, malalama və yapışdırma üçün üst qatın emalı qaydalarını; istifadə edilən rəng pultlarının təyinatını və istismar qaydalarını; suvaqların hazırlanması üsullarını.

1. Taxta üstlüklərin əliflənməsi, əl ilə rənglənməsi.

2. Üzlüklərin və ya kağız ilə yapışdırılmış üstlüklərin yapışqanlı boyalarla rənglənməsi.

İşin xüsusiyyəti. Dekorasiyaların yapışqanlı, yağlı boyalarla emalı və bəzənməsi üçün orta mürəkkəb rəngsaz işlərinin əl ilə və rəng pultundan istifadə edilməklə yerinə yetirilməsi. Sadə çalarların tərtib edilməsi. Hazır nişanların qoyulması və ya mürəkkəb olmayan trafaret üzrə işlərin yerinə yetirilməsi.

Bilməlidir: rəngsaz və üzlük işləri zamanı istifadə edilən materialların çeşidini və xüsusiyyətlərini; məhlulların və sadə boyaların hazırlanması üsullarını; sadə faktura üzrə üst qatlarının emalı üsullarını; boya, emal, lak və əridicilərin saxlanılması qaydalarını; rəngləmə pultlarının növlərini; dekorasiyaların sadə eskizlərini.

1. Üst qatların sadə rəsmli üzlüklərlə yapışdırılması.

2. Hazır nişanlar üzrə döşəmənin rənglənməsi.

İşin xüsusiyyəti. Dekorasiyaların yapışqanlı, yağlı boyalarla emalı və bəzənməsi üçün mürəkkəb rəngsaz işlərinin şəkil və eskizlər üzrə rəngləmə pultundan istifadə etməklə yerinə yetirilməsi. Nitroboyalarla əl işlərinin yerinə yetirilməsi. Mürəkkəb şəkilli üzlüyü olan — mərmər, ağac, kafel və s. dekorasiyaların yapışdırılması. Müxtəlif tərkiblərin və bütün növ rəng çalarlarının tərtib edilməsi. Üst qata boya ilə astarın çəkilməsi. Mürəkkəb olmayan zamaska işlərinin aparılması. Mürəkkəb şəkilli olmayan saxta mərmərlərin hazırlanması. Mürəkkəb olmayan trafaretlər üzrə yazıların aparılması. Mürəkkəb olmayan trafaretlərin hazırlanması.

Bilməlidir: müxtəlif tonlu boyaların fotogenikliyini və davamlılığını; istənilən çalarda boyaların və qatışıqların hazırlanması reseptini; trafaretlərin hazırlanma üsullarını; orta mürəkkəb eskizləri; mərmərin növlərini; naqqaşlıq elementlərini; bütün növ rəngləmə pultları ilə davranış qaydalarını; müxtəlif fakturalar üzrə üst qatın emalı üsullarını.

1. Müxtəlif səthlərdə sadə şriftlə hazır trafaret üzrə yağlı boyalarla mətnlərin yazılması.

2. Rəngli səthlərin lakla örtülməsi.

3. Ağ-qara filmlər üçün dekorasiyaların bəzədilməsi üçün yapışqan, yağ tərkiblərinin hazırlanması.

4. Rəngli şüşələrin süni hazırlanması.

İşin xüsusiyyəti. Dekorasiyaların bəzədilməsi üzrə daha mürəkkəb rəngsaz işlərinin aparılması. Bədii mətnlərin yazılması üçün fonların üç fonda hazırlanması və boya ilə astarın çəkilməsi. Üst səthin alümin, mis tozu və qrafitlə işlənməsi. Rəssamın xüsusi eskizinə əsasən linoleum və linkrustun seçilməsi və yapışdırılması. Alfrey işlərinin yerinə yetirilməsi. Aeroqrafiya üsulu ilə üst qatın işlənməsi. Yapışqanlı və yağlı çalarların tərtib edilməsi. Dekorasiyanın tələb olunan fakturasının yaradılması. Mürəkkəb trafaret üzrə yazıların aparılması. Daha aşağı ixtisaslı rəngsazların dekorasiya bəzəmə işinə rəhbərlik.

Bilməlidir: rəssamlıq, naqqaşlıq işlərinin əsaslarını; linoleumun, linkrustun yapışdırılması və yapışdırıcı mastikanın hazırlanması üsullarını; çalarların seçilməsi, trafaretlərin hazırlanması üsullarını; üst səthə alümin, mis və qrafit qatının çəkilməsi üsullarını; bütün növ rəngləmə pultları ilə davranış qaydalarını.

1. Sürahinin və onun sütunlarının bəzədilməsi.

2. Lövhələrin yazılması.

3. Kabinetlərin, kupe və vaqonların yumşaq oturacaq yerlərinin işlənilməsi.

4. Təyyarə salonu, kamin, körpü, parovoz, çərçivələrin metal hissələrinin hazırlanması.

5. Plakatların hazırlanması.

6. Boya astarlarının, yapışqan və yağ tərkiblərinin rəngli filmlərin çəkilişində dekorasiya hazırlanması məqsədi ilə tərtib edilməsi.

İşin xüsusiyyəti. Zərvərəq və qurğuşunlu kağız ilə işlərin aparılması. Müxtəlif ağac növlərinin (qızılağac, ağcaqayın, qoz və s.) süni hazırlanması üzrə işlərin yerinə yetirilməsi. Mürəkkəb şəkilli rəngli mərmərin süni hazırlanması. Nümunələr üzrə boyaların bütün növlərinin tərtib edilməsi. Trafaretlə mətnlərin yazılması, dekorasiyalar üzrə sütun, tavan və döşəmələrin metal, qızıl, gümüş rənglərlə işlənilməsi.

Bilməlidir: qiymətli ağac növlərinin süni hazırlanma qaydalarını; qurğuşunlu kağızla işləmə qaydasını; müxtəlif materiallara qızılı zərvərəqlərin vurulması üsullarını; rəssamlıq (naqqaşlıq) işində müxtəlif üsullarla boyaların hazırlanma qaydalarını.

1. Təbii növə oxşar qiymətli dekorativ mebellərin işlənilməsi.

2. Mürəkkəb ornamentlərin trafaret ilə çəkilməsi.

3. Mürəkkəb ornamentlərin, mebel, pəncərə, günbəz və çilçıraqların qızılı rənglənməsi.

İşin xüsusiyyəti. Əl ilə emal etməklə dekorasiya detallarında birləşmələrin hazırlanması və yığılması. Sadə mebelin hazırlanması. Kəsici alətlərin itilənməsi və istifadəyə hazırlanması. Xarrat yapışqanının hazırlanması. Sadə xarrat məmulatlarının təmiri. Dirəklərin və lövhələrin mexaniki emaldan sonra təmizlənməsi.

Bilməlidir: Xarrat işlərinin əsaslarını; sadə ağac emalı dəzgahlarının növlərini; xarrat işlərində istifadə edilən işçi, nəzarət-ölçü alətlərinin təyinatını.

1. Xarrat məmulatlarının seçilməsi.

2. Lövhələrin, çərçivələrin, fanerdən olan düzbucaqlıların, standart bağ oturacaqlarının, bağlama qutularının hazırlanması.

İşin xüsusiyyəti. Cizgi və eskizlərə əsasən xarrat işlərinin yerinə yetirilməsi. Sadə dekorasiya və mebellərin ayrı-ayrı element və hissələrinin əl ilə yığılması və hazırlanması. Əl ilə və ya ağac emal edən mexaniki dəzgahlarda sadə detalların emalı. Çox mürəkkəb olmayan xarrat məmulatlarının təmiri.

Bilməlidir: oduncağın növlərini və xüsusiyyətlərini; ağac emalı texnologiyasının əsaslarını; xarrat və kazein yapışqanının xüsusiyyətlərini; kəsici və ölçücü alətlərin istifadə üsullarını.

1. Kronşteyn üzərində rəflərin, arakəsmələrin, sadə pəncərə taxtasının, taburetlərin hazırlanması.

2. Şrift və rəqəmlərin fanerdən hazırlanması.

İşin xüsusiyyəti. Çox da mürəkkəb olmayan xarrat işlərinin cizgi və eskizlərə əsasən yerinə yetirilməsi. Mürəkkəb olmayan dekorasiya elementlərinin hazırlanması və yığılması. Dekorativ mebelin hazırlanması və yığılması. Çox da mürəkkəb olmayan detalların əl ilə və ağac emal edən mexaniki dəz-gahlarda emalı. Mürəkkəb xarrat məmulatlarının təmiri. Əl xarrat alətlərinin itilənməsi və sazlanması.

Bilməlidir: ağ ağac növlərini; müxtəlif ağac növlərinin oduncağının keyfiyyətini; naxış materiallarının təyinatını; ağac emal edən dəzgahlarda ağac emalının müxtəlif üsullarını; meşə materiallarının elektrik alətləri ilə emalı qaydalarını; sadə cizgi və eskizləri; müxtəlif yapışqan reseptlərini.

1. Düzbucaqlı karkas dirəklərin sadə panel qapıların, pəncərə örtüklərinin, dairəvi və düzbucaqlı sürahilərin, fiqurlu barmaqlıqların, əyri xətli qutuların, pəncərəaltı lövhələrin hazırlanması:

2. Taxma cihazların qurulması:

İşin xüsusiyyəti. Dekorasiya elementlərinin hazırlanması və yığılması üzrə cizgi və eskizlərə əsasən mürəkkəb xarrat işlərinin yerinə yetirilməsi. Mürəkkəb detalların elektrik alətləri ilə və ağac emal edən mürəkkəb dəzgahlarda əl ilə və mexaniki üsulla emal edilməsi. Mürəkkəb birləşmələrin hazırlanması. Müxtəlif mebellərin bərpası. Üst səthin yapışdırılma üçün hazırlanması.

Bilməlidir: xarrat məmulatlarının növlərini və konstruksiyasını; ağac emalı üçün lazım olan ləvazimatların quruluşunu və təyinatını; ağacın mexaniki emalı texnologiyasını; orta mürəkkəbli cizgi və eskizləri.

1. Fiqurlu şalban dirəklərin, pəncərə və qapı üzlüklərinin, karnizlərin, sürahilərin və s. hazırlanması.

2. Qiymətli ağac növündən portret üçün çərçivələrin, tualet stollarının, slavyan şkaflarının hazırlanması və pardaqlanması.

İşin xüsusiyyəti. Cizgi və eskizlərə əsasən rəssamın göstərişi üzrə dekorasiya elementlərinin və müəyyən üslubda mebelin hazırlanması və yığılması üzrə xüsusilə mürəkkəb xarrat işlərinin yerinə yetirilməsi. Səthin cilalanması və laklanması.

Bilməlidir: ağac materialların texnoloji xüsusiyyətlərini; naxış üçün istifadə olunan materialların reseptini və hazırlanması üsullarını; səthin pardaqlanması, laklanması və fanerlənməsi işlərini.

1. İoniya üslublu sütunların hazırlanması.

2. Müxtəlif üslublu və müxtəlif dövrlərə aid olan qapı və pəncərə çərçivələrin hazırlanması, yığılması və pardaqlanması.

İşin xüsusiyyəti. Müxtəlif üslublu və müxtəlif dövrlərə aid olan mürəkkəb arxitektura tikililərinin cizgi, eskiz və rəssamın göstərişi ilə yerinə yetirilməsi. Səthin pardaqlanması. Müxtəlif üslublu və müxtəlif dövrlərə aid olan mebel və musiqi alətlərinin bütün növlərinin qiymətli ağac materiallardan hazırlanması və bərpası. Mürəkkəb panellərin yığılması və qurulması.

Bilməlidir: spirtli lakların, alışdırıcı maddələrin, lakların tərkibini və hazırlanması qaydasını; qiymətli ağac növlərini; detalların cizgi və eskizlərinin oxunması və məmulatların birləşdirilməsi qaydasını.

1. Mürəkkəb daxili işlənməsi və birləşmələri ilan fanerli üst səthlərinin pardaqlanması.

2. Günbəz şəkilli qübbələrin, çəllək şəkilli sütunların və kesonlu tavanların hazırlanması.

İşin xüsusiyyəti. Dekorasiyaların qurulması və sökülməsi zamanı hazırlıq işlərinin yerinə yetirilməsi. Şalbanların dəmir və taxta lövhələrin səthinin təmizlənməsi. Boltların hazır dəliklərə salınması. Çənbərlərin vurulması. Çimlərin kəsilməsi və qaldırılması. Dekorasiya meydanlarına kəpək, qum, torpaq və tikinti tullantılarının səpilməsi. Sahənin tərtibatı. Dekorasiyaların quraşdırılmasında istifadə edilən xarrat detallarının sonrakı istifadə üçün seçilməsi. Tikilən dekorasiyalar üçün detalların və fundus lövhələrinin gətirilməsi.

Bilməlidir: quraşdırma işlərinin əsaslarını; dekorasiyaların quraşdırılması və sökülməsi üsullarını; sadə xarrat işlərini; əməyin mühafizəsi, təhlükəsizlik texnikası və yanğından mühafizə qaydalarını.

1. Dirəklərin ölçülər üzrə mişarlanması.

2. Sadə dekorasiya detallarının seçilməsi.

3. Dekorasiya üçün sahənin hazırlanması.

4. Divarların qurulması.

İşin xüsusiyyəti. Yüksək ixtisaslı quraşdırıcının rəhbərliyi altında ölçü alətlərindən istifadə edilməklə sadə dekorasiyaların qurulması, bərkidilməsi və sökülməsi üzrə işlərin yerinə yetirilməsi. Dekorasiyaların sadə elementlərinin hazırlanması. Əl ilə lövhələrdən müxtəlif bəzəklərin hazırlanması və qurulması. İstifadədə olmuş fanerlərin divarlara vurulması. Lövhə kəsiklərinin divara bərkidilməsi. Hazır tamaşaların qurulması. Taxtadan meydançaların yığılması və quraşdırılması. Butafor daşların döşəməyə salınması.

Bilməlidir: fundusun çeşidlərini; dekorasiyaların yığılma və sökülmə qaydasını; taxta konstruksiyaların mürəkkəb olmayan birləşdirilmə üsullarını.

1. Otaq, sığınacaq və vaqon dekorasiyalarının sökülməsi.

2. Torpaq örtüklərin qurulması.

3. Taxta döşəmələrin salınması.

4. Lövhə və taxtadan döşəmə altlıqlarının qurulması.

İşin xüsusiyyəti. Ölçü alətlərindən istifadə edilməklə cizgi və tərtibat üzrə dekorativ elementlərdəki sadə dekorasiyaların qurulması. Sadə dekorasiya elementlərinin hazırlanması. Fundus və karkas divarlara lövhə, faner, kafel və s. vurulması. Tavanların hazırlanması. Metal yarımşar formalı dekorasiya elementinin montajı.

Bilməlidir: sadə dekorasiyaların bərkidilməsi üsullarını; dekorasiyaların yığılması zamanı fundusdan istifadə üsullarını; çəkilişdən sonra dekorasiyaların sökülməsi zamanı fundusla rəftar qaydasını.

1. Növbətçi köşkünün hazırlanması.

2. Lövhədən və s. materialdan çəpərlərin qurulması.

3. Lövhə və şalban yanlarından örtüklərin düzəldilməsi.

İşin xüsusiyyəti. Cizgi və eskizlər üzrə orta mürəkkəbli dekorasiyaların — hündürlüyü 10 metrə qədər olan küncləri açıq, səthi əyri dekorasiyaların yığılması. Ölçü və xarrat alətlərindən istifadə edilməklə cizgi və eskizlər üzrə orta mürəkkəbli dekorasiyaların hazırlanması. Radiuslu divarlara lövhə, faner və kafelin, eləcə də düzxətli divarlara yolka şəklində kafellərin vurulması. Xarici qolların qurulması.

Bilməlidir: orta mürəkkəbli dekorasiya elementlərinin birləşdirilməsi üsullarını; ağac materiallarının növlərini, onların tətbiqi üsullarını və xüsusiyyətlərini; ləvazimatlarla iş üsullarını.

1. Mənzərə üçün barabanların qurulması və bərkidilməsi.

2. Divarların taxtadan qurulması üçün karkasların, dam örtükləri üçün altlıqların, əyri səthli döşəmələrin qurulması.

3. Sütun və çatıların, taxta karnizlərin yığılması və qurulması.

4. Parketlərin və faner döşəmələrin salınması.

5. Taxta pilləkənlərin hazırlanması.

6. Tavanların, faner divarların, fundus lövhələrin qurulması.

7. Heykəl, abidə və s. altlıqların qurulması.

8. Lövhə və şalbanlardan divarların qurulması.

9. Fonların qurulması.

İşin xüsusiyyəti. Cizgi, eskiz və rəssamın göstərişinə əsasən hündürlüyü 10 metrdən yuxarı olan mürəkkəb dekorasiyaların yığılması. Cizgi və eskizlərə əsasən ölçü və xarrat alətlərindən istifadə etməklə mürəkkəb dekorasiya elementlərinin hazırlanması. Ağac emal edən dəzgahlarda iş. Pavilyonlarda və naturada düz səthli, qabarıq və mürəkkəb formalı karkasların qurulması. Hazır tipik karnizlərin qurulması. Konsol meydançaların qurulması. İşıqlandırma üçün taxtabəndin yığılması və sökülməsi, işığın qurulmasından əvvəl və sonra taxtabəndin yoxlanılması. Aşağı ixtisaslı dekorasiya quraşdırıcının işinə rəhbərlik.

Bilməlidir: mürəkkəb elementli dekorasiyaların yığılması və bərkidilməsi üsullarını; studiyada mövcud olan fundusun çeşidlərini; ağac emalı dəzgahlarının təyinatını və istismar qaydalarını.

1. Alaqapıların, qübbə və yarımqübbələrin, əyri xətli karkas taxçaların, keson tavanların qurulması.

2. Döşəmələrə bütün rənglərdə olan bədii (mozaik) parketin döşənməsi.

3. Sərnişin vaqonlarının, tramvay və avtobus divarlarının yığılması və onların çəkiliş üçün hərəkəti qurulması.

İşin xüsusiyyəti. Cizgi, eskiz və rəssamın göstərişinə əsasən hündürlüyü 10 metrdən artıq olan xüsusi mürəkkəb dekorasiyalar kompleksinin qurulması üçün dekorasiya elementlərinin yığılması. Dekorasiyaların bərkidilməsi üçün mürəkkəb konstruksiyaların qurulması. Günbəz və şar formalı qübbələr üçün işlərin yerinə yetirilməsi. İşıqlandırma üçün taxtabənd hissələrinin hazırlanması.

Bilməlidir: xüsusi mürəkkəbli kompleks dekorasiyaların tərtibatı üzrə cizgini; rəsmxət elementlərini; xüsusi mürəkkəbli dekorativ konstruksiya və dekorasiya elementlərinin yığılma və bərkidilmə qaydalarını.

1. Antresol, eyvan, konsolların yükə davamlı formada yığılması.

2. Fəaliyyətdə olan çarhovuzların qurulması.

3. Zirehli maşınların, gəmilərin və s. nəqliyyat vasitələrinin hərəkət edən və yellənən meydanlarda yığılması və səthinin üzlənməsi.

4. Səhnə, körpü, kilsə, teatr, sirk və s. dekorasiyalarının qurulması.

5. Günbəz, qübbə, fon, alaqapının və müxtəlif formalı pilləkənlərin hazırlanması.

6. Hərəkətə gətirilən qayaların qurulması.

7. Gəmilərin daxili qurğularının hazırlanması.

8. Təyyarələrin kabinələrinin və liftlərin dekorativ hissələrinin yığılması.

9. Mürəkkəb məzarların qurulması.

İşin xüsusiyyəti. Pavilyonlarda müxtəlif sənədlər üçün fotoların çəkilməsi. Ştrixlənmiş yastı orijinalların reproduksiyalarının hazırlanması. Kaset və fotoaparatların müxtəlif növ neqativ materiallarla doldurulması. Fotomaterialların ağ-qara neqativlərinin aydınlaşdırılması, möhkəmləndirilməsi, yuyulması və qurudulması. Aydınlaşdırıcı və möhkəmləşdirici məhlulların hazırlanması. Neqativlərin tuşla düzəldilməsi və fotoşəkillərin çapı. Sifariş üzrə neqativlərin müəyyənləşdirilməsi.

Bilməlidir: sənədlər üçün fotoçəkilişlərin texnikasını və işıqlandırma sxeminin əsaslarını; ağ-qara fotomaterialların və neqativlərin hazırlanması üçün aydınlaşdırıcı və möhkəmləndirici məhlulların reseptini, çəkilişdə istifadə edilən avadanlıqlardan istifadə qaydalarını, onların təyinatını; ağ-qara fotomaterialların quruluşunu.

İşin xüsusiyyəti. Pavilyonlarda və pavilyondan kənar daimi çəkiliş meydançalarında portretlərin, kiçik qrupların və uşaqların fotoçəkilişi. Stasionar şəraitdə makroçəkiliş, neqativin tuşla düzəldilməsi və fotoçapın aparılması. Aparatların və optikanın yoxlanılması.

Bilməlidir: portretlərin fotoçəkilişinin texnikasını; kompozisiyanın əsaslarını; işıqlanmanın təşkilinin əsaslarını; foto-materialların işığa həssaslıq xüsusiyyətlərini; sifarişin annotasiyasını; ağ-qara neqativ və pozitiv fotomaterialların hazırlanması texnologiyasını; neqativin tuşla düzəldilməsi texnikasını; ağ-qara fotomaterialların xüsusiyyətlərini təyin edən nəzarət-yoxlayıcı aparatlarla iş qaydasını; ağ-qara fotomateriallar üçün mexanikləşdirilmiş və avtomatlaşdırılmış avadanlıqların işə hazırlanma qaydasını; rəngli fotomaterialların quruluşunu.

İşin xüsusiyyəti. Pavilyonlarda və pavilyonlardan kənarda tək və qrup portretlərin rəngli fotomateriallara bədii fotoçəkilişi. İstehsalat prosesində hərəkət edən obyektlərin, interyerlərin və arxitekturaların fotoçəkilişi. Mikroçəkilişlərin aparılması.

Rəngbərəng yastı və həcmli orijinalların stasionar və səyyar şəraitdə surətlərinin rəngli fotoçəkilişi. Fotoçəkilişlərin və neqativlərin hazırlanması.

Bilməlidir: bədii fotoçəkilişin texnikasını; bədii fotoqrafiyanın növlərini; işıq süzgəclərinin istifadəsində spektrlərin xüsusiyyətlərini; təsvirin cizgilərini yüngülləşdirmək üçün müxtəlif taxma və diffuzorlardan istifadə edilməsi qaydalarını; neqativ və fotoçaplarının keyfiyyətinə texniki tələbləri; ağ-qara neqativ və pozitiv fotomaterialların və fotoçapların tuşla düzəldilməsi qaydasını; rəngli fotomaterialların hazırlanması texnologiyasını; rəngli fotomateriallar üçün mexanikləşdirilmiş və avtomatlaşdırılmış avadanlıqların hazırlanması qaydasını.

İşin xüsusiyyəti. Mənzərə, stereoskopik və s. fotoçəkilişlərin yerinə yetirilməsi. Qrup halında və tək-tək şəxslərin sifətlərinin işıqlandırılması üçün variantların seçilməsi.

Bilməlidir: işıqlandırma elementlərini; bədii portretlərində fotoqrafiyasında istifadə qaydasını; çəkiliş zamanı çatışmazlıqları aradan qaldırmaq üçün optik üsullardan istifadə qaydasını; rəngli fotomaterialların xüsusiyyətlərini təyin edən nəzarət-yoxlayıcı aparatla iş üsullarını; rəngli fotoçap və tuşla düzəldilmə qaydalarını.

İşin xüsusiyyəti. Fototfekaya gətirilmiş fotoçəkiliş materiallarının qəbulu, uçotu, nişanlanması və qorunması. Fotoçəkiliş materiallarının. başqa təşkilatların fototekalarından və şəxsi fototekalardan yığılması. Fototekadan materialların buraxılması və onların istifadəsinə nəzarət. Seçilmiş və alınmış fotoçəkiliş materialları haqqında məlumat. Qablaşdırıcıların bərpası.

Bilməlidir: studiyanın və başqa təşkilatların fotofondunu; rəngli və ağ-qara fotoqrafiyanın əsaslarını; fotomaterialların istifadəsi və qorunması qaydalarını; yeni qəbul olunan materialların nişanlanması, qablaşdırıcıların bərpası qaydasını.

İşin xüsusiyyəti. Fonotekaya gətirilmiş musiqi, səs və replika materiallarının qəbulu, uçotu, qorunması, sistemləşdirilməsi, seçilməsi və verilməsi. Fonoteka materiallarının hərəkətinə və. geri qaytarılmasına nəzarət. Musiqi və səs-küyün eşitməklə seçilməsi. Təsvirlərə uyğun olaraq səs-küyün verilməsi. Materialların yenidən yazılışa hazırlanması.

Bilməlidir: fonoteka materiallarının sistemləşdirilmə prinsiplərini; fonoqramın növü və xüsusiyyətlərini; fotolentlərlə rəftar qaydasını; fonoteka materiallarının yapışdırılması və qorunması qaydalarını.

İşin xüsusiyyəti. Aparatlarda müxtəlif üsullarla ağ-qara texniki fotoşəkillərin çıxarılması. Yuyucu qurğuların işə hazırlanması. Yuyulmanın keyfiyyətinin yoxlanılması. Rentgen lentlərinin fotoemalı. Hazır reseptlərə əsasən ağ-qara neqativ və pozitivin emalı üçün qarışığın hazırlanması. Emal olunan plastin səthinin yuyulması və emulsiya qatının çəkilməsi. Fotoşəkillərin keyfiyyətinin müəyyənləşdirilməsi. Rentgen lentlərinin emalı üçün qatışığın hazırlanması. Rentgenoqrafiya üçün kasetlərin hazırlanması və doldurulması. Fotoşəkillərin qurudulması, kəsilməsi və yapışdırılması. Fotokağız rulonunun yarım-avtomatlarda kəsilməsi.

Bilməlidir: çıxarılan şəkillərin yuyulması texnologiyasını; yuyulma, qurudulma və çıxarılma üçün avadanlıqları; fotokimyanın əsaslarını; fotokağızın çeşidini və xüsusiyyətlərini; proyeksiya aparatlarının və kontakt dəzgahlarının növünü və təyinatını; optika cihazlarının quruluşunu və ornlarla rəftar qaydasını; fotoşəkillərin məhlullarda saxlanılması, hazır olması rejimini; fotomaterial və rentgen lentləri ilə rəftar qaydasını; kasetlərin doldurulması qaydasını; fotokimyəvi maddələrlə iş qaydasını; ağ-qara fotomaterialların quruluşunu.

İşin xüsusiyyəti. Stasionar qurğularda müxtəlif üsullarla sənədlər üçün şəkillərin, sxem və rəsmlərin ağ-qara texniki fotoçıxarışı. Fotoçıxarış rejiminin qurulması, fotoşəkillərin çıxarılması və emulsiya qatının rənglənməsi. Müxtəlif nitrorənglərin və digər boyaların hazırlanması. Müəyyən olunmuş etalona əsasən neqativdən bir neçə fotoşəkillərin çıxarılması. Fotoçıxarışın vaxtının müəyyənləşdirilməsi, rentgen lentlərinin işığa həssaslığından asılı olaraq fiksajın alınması. Mikrofotometr köməyi ilə neqativin qaralma sıxlığının müəyyənləşdirilməsi. Ağ-qara neqativlərin və pozitivlərin emalı üçün qatışıqların tərtib edilməsi. Fotoşəkillərin pardaqlanması.

Bilməlidir: ağ-qara fotomaterialların emalı texnologiyasını; fotoaparatların quruluşunu və təyinatını; istifadə edilən avadanlıq və nəzarət-ölçü çihazlarının təyinatını; rəngli fotoqrafiyanın əsaslarını; fotoplastin və fotorentgen lentlərinin xüsusiyyətlərini; rentgen lentlərinə işığın, rentgen, qamma şüalarının təsirini; şəkilin qaralma sıxlığının müəyyənləşdirilməsini; neqativlərin qüsurlarının aradan qaldırılması üsullarını; şəkillərin çapı üçün lazım olan tərkiblərin tərtibi qaydalarını və reseptlərini; fotoaparat, eksponometr, pardaqlayıcı maşınların quruluşunu və onlardan istifadə qaydalarını.

İşin xüsusiyyəti. Müxtəlif üsullarla bədii ağ-qara və rəngli texniki fotoşəkillərin çıxarılması. Emaledici qatışıqların resept üzrə hazırlanması. Ağ-qara neqativ və pozitivlərin toplaşdırılması, rənglənməsi və s. Rəngli neqativ və diapozitivlərin çıxarılması. Xüsusi avadanlıqlarda, həddən artıq böyük şəkillərin (fotofonların) hazırlanması. Proyeksiya aparatları və kontakt dəzgahlarının tənzimlənməsi. Neqativdən ağ-qara kontratiplərin hazırlanması.

Bilməlidir: rəngli neqativin və diapozitivin emalı texnologiyasını; tonlaşdırma üçün müxtəlif tərkiblərin hazırlanması reseptini; neqativ və pozitiv fotomaterialların kimyəvi emalının xüsusiyyətlərini.

İşin xüsusiyyəti. Müxtəlif üsullarla rəngli bədii fotoşəkillərin çıxaırılması. Rəngli neqativ və pozitivlərin çıxarılması. Proyeksiya zamanı rəngli neqativin emalında qüsurların düzəldilməsi. Rəngli neqativinin çıxarılması. Surətçıxarma işlərinin yerinə yetirilməsi. Fotoçıxarış zamanı rənglərin korrektə edilməsi. Rəngli neqativ və pozitivlərin emalı zamanı qatışıqların tərtib edilməsi. Neqativ və pozitivin gücləndirilməsi və zəifləşdirilməsi.

Bilməlidir: rəngli neqativ və pozitiv fotomaterialların emalı texnologiyasını; rəngli fotoşəkillərin emalı zamanı istifadə olunanməhlulun tərkibini və hazırlanması üsulunu; rəngli neqativ və pozitiv fotomaterialların emalı avadanlıqlarının quruluşunu; rəngli neqativlərin düzəldilməsi üsullarını; rəngli fotomaterialların xüsusiyyətlərini müəyyənləşdirən nəzarət-ölçü cihazlarını.

İşin xüsusiyyəti. İşıqlandırıcı aparatlara xidmət üzrə hazırlıq işlərinin yerinə yetirilməsi. Lampalı kino və teleprojektorlara xidmət. Daha yüksək ixtisaslı işıqçının rəhbərliyi altında bütün işıqlandırıcı aparatların quraşdırılması və sökülməsi. İşıqlandırıcı texnikanın çəkiliş meydançaları çərçivəsində daşınması və nəql edilməsi.

Bilməlidir: elektrotexnika üzrə ümumi məlumatı; işıqlandırıcı aparatların əsas növlərini və onların təyinatını; əməyin mühafizəsi, təhlükəsizlik texnikası və yanğından mühafizə qaydalarını.

1. İşıqlandırıcı aparatlar, linzalar — tozdan təmizlənməsi.

2. Kabel — nasazlığın aradan qaldırılması.

3. Lampa — yoxlanılması və dəyişdirilməsi.

4. Altlıqlar — yağlanması.

İşin xüsusiyyəti. Sadə işıqlanma tələb edən çəkiliş və proqramlara daha yüksək ixtisaslı işıqçının rəhbərliyi altında xidmət. Təminedici sistemlərdən başqa işıqlandırıcı aparatların bütün növləri — məsafədən idarə pultları, tənzimləyicilər ilə işlərin aparılması. İşıqlandırıcı aparatların profilaktik təmirində iştirak etmək.

Bilməlidir: elektrotexnikanın əsaslarını; bütün növ işıqlandırıcı aparatların elektrotexniki, kinotexniki sxemlərini və onların istismar qaydalarını; kabellərin, lampa və kömürlərin markalarını.

1. Sadə düz divar və tavanlı dekorasiyaların işıqlandırılması.

2. Gündüz səhnələrinin işıqlandırılması.

3. Diktorun işıqlandırılması.

4. Tubus və kaşetlərin qurulması.

İşin xüsusiyyəti. Sadə işıqlanma tələb edən çəkilişlərə, eləcə də operator assistentinin rəhbərliyi altında pavilyonda və naturada orta mürəkkəbli işıq və rəng tələb edən çəkiliş və televiziya proqramları obyektlərinə xidmət edilməsi. Sadə işıq effektlərinin yaranması. Sadə operator işıq sxemi üzrə işıqlandırıcı aparatlar quraşdırılması və sökülməsi. İşıqlandırıcı aparatların profilaktik təmirinin yerinə yetirilməsi. Cihazların işində nasazlıqların aşkar edilməsi və aradan qaldırılması.

Bilməlidir: elektrotexnikanı; kino və televiziya obyektlərinin işıqlandırılması üsullarını və metodlarını; işıqlandırma aparatlarını və köməkçi avadanlıqlar sistemini; ötürücü televiziya trubkalarının parametrlərini və kino lentlərinin növlərini; tor və üzlüklərin təmirdən qəbulu qaydasını.

1. Böyük fonlu dekorasiyaların işıqlandırılması.

2. Çoxplanlı interyerlərin işıqlandırılması.

3. Gecə və axşam səhnələrinin işıqlandırılması.

4. Şimşək effektinin yaradılması.

İşin xüsusiyyəti. Mürəkkəb işıqlanma və rənglər tələb edən pavilyon natura obyektlərinin işıqlandırılması üzrə çəkilişlərə və televiziya proqramlarına xidmət edilməsi. Bütün texniki vasitələrdən istifadə etməklə mürəkkəb işıq effektinin yaradılması. Operatorun göstərişi ilə obyektin işıqlandırılmasının korrektə edilməsi. İşıqlandırıcı aparatların mürəkkəb operator sxemi üzrə quraşdırılması və sökülməsi. İşığın keyfiyyətinə nəzarət. Daha aşağı ixtisaslı işıqçının işinə rəhbərlik.

Bilməlidir: işıq texnikası və optikanın əsaslarını; istismarda olan bütün işıqlandırıcı aparatlar sistemini; elektrik ölçü və nəzarət cihazlarını; metalhalogen dövrəli cihazlarla iş prinsipini.

1. Müxtəlif elektrik mənbələrindən birləşdirilmiş işıqlandırıcı aparatların quraşdırılması.

2. Mürəkkəb arxitekturalı dekorasiyaların işıqlandırılması.

3. Hərəkət edən obyektlərin işıqlandırılması.

4. Mürəkkəb oyun səhnələrinin işıqlandırılması.

5. İşıq ahəngi ilə işıqlanma effektinin yaradılması.

İşin xüsusiyyəti. Xüsusi mürəkkəb işıq effektlərinin yaradılması. Çəkilişlərin və teleproqramların işıqlandırılması sxeminin işlənib-hazırlanmasında iştirak etmək.

Bilməlidir: işıq və rəng yaradılmasının əsasını; bütün işıqlandırıcı aparatların işıq və rəng parametrlərini; neqativ lentlərin növlərini, onların həssaslığını, sensibilizasiyasını; ağ-qara və rəngli ötürücü trubkaların iş rejimini; studiyalarda işıqlandırma normasını, əsas texniki işıq ölçü cihazlarını.

2. Yönəldici süzgəclərin qurulması.

3. Gərginliyin dəyişdirilməsi ilə mürəkkəb işıq effektlərinin yaradılması.

7-ci dərəcə: proqramlaşdırılmış işıq effektlərinin yaradılması zamanı;

8-ci dərəcə: proqramlaşdırılmış işıq effektləri sisteminin müstəqil hazırlanması və işıqçıların işinə ümumi rəhbərlik zamanı.

İşin xüsusiyyəti. Ağac, metal, plastik kütlə, məsaməli rezin, rezin, parça və digər materiallardan rəssamın eskiz və çizgiləri əsasında kuklaların sadə, orta və mürəkkəb detal, konstruksiya və korpuslarının hazırlanması. Rəssamın eskizlərinə əsasən kuklaların xarici tərtibatı; faktura pariklərinin hazırlanması, sadə, müasir kostyumların, paltar, baş örtükləri və ayaqqabıların biçilməsi, tikilməsi və işlənilməsi.

Bilməlidir: müxtəlif sistem və konstruksiyalardan olan kuklaların quruluşunu; onların hazırlanmasında istifadə olunan materialların emalı üsullarını; ağacın oyulması, ağac və metalın dülgər emalının əsaslarını; çilingər işinin əsaslarını; yumşaq kuklaların biçilməsinin əsaslarını; materialların xüsusiyyətlərini və təyinatlarını; geyimin, ayaqqabının tikilməsi texnologiyasının əsaslarını; kukla filmlərinin istehsalının əsaslarını.

1. Kuklaların başlarının, əllərinin və ayaqlarının hazırlanması.

2. Kuklaların metal və rezin hissələrinin hazırlanması.

3. Müxtəlif hissələrin yığılması.

İşin xüsusiyyəti. Rəssam eskiz və cizgiləri əsasında müxtəlif materiallardan kuklaların mürəkkəb konstruksiyalarının və heykəltəraşlıq detallarının hazırlanması. Kadrların fasiləsiz çəkiliş metodu üçün kukla başlarının mexaniki mimika ilə hazırlanması. Rəssamın eskizləri əsasında mürəkkəb kuklaların xarici tərtibatı; mürəkkəb fakturalı pariklərin hazırlanması, tarixi, nağıl və s. kostyum, paltar, baş geyimi və ayaqqabıların biçilməsi, tikilməsi və işlənilməsi.

Bilməlidir: bütün sistem və konstruksiyalı kuklalarının quruluşunu; kuklaların hərəkət texnikasını; kuklaların quruluşunu və anatomiyasını; müxtəlif materialların faktura keyfiyyətlərini; geyim və ayaqqabıların modelləşdirilməsini və texnologiyasını; tətbiq edilən materialların çeşidlərini.

1. Kukla konstruksiyalarının yığılması.

2. Kuklaların korpus və karkas detallarının, göz və ağız hissələrinin daxili hərəkət mexanizmlərinin əlaqəli yığımı.

İşin xüsusiyyəti. Yüksək ixtisaslı koloristin rəhbərliyi altında pasta və bağlayıcı komponentlərdən verilmiş resept üzrə 15 rəngdən ibarət əsas çalarsız rənglərin hazırlanması.

Bilməlidir: mexaniki qarışdırıcı və ələklərdə iş qaydalarını; çalarsız rənglərin hazırlanması texnologiyasını.

İşin xüsusiyyəti. Yüksək ixtisaslı koloristin rəhbərliyi altında iki əsas rəngdən ibarət olan sadə multiplikasiya rənglərinin hazırlanması.

Bilməlidir: sadə multiplikasiya rənglərinin hazırlanması texnologiyasını.

İşin xüsusiyyəti. Pasta və bağlayıcı komponentlərdən verilmiş resept üzrə 15 rəngdən ibarət əsas çalarsız rənglərin və 3 rəngdən ibarət sadə çalarsız multiplikasiya rənglərinin hazırlanması. Multiplikasiya rənglərinin işə hazırlanması: filtrdən keçirilməsi, əlavələrin edilməsi və hazır multiplikasiya rənglərinin yaxşı vəziyyətdə saxlanılması. Texniki şərtlərə cavab verməyən rənglərin mexaniki ələklərdə verilmiş resept üzrə yenidən emalı.

Bilməlidir: hazır multiplikasiya rənglərinə qoyulan texniki tələbləri; rənglərin markalanmasını; rənglərin saxlanılma texnologiyasını; hazır rənglərin emalı texnologiyasını; istifadədə olan rənglərin şkalasını.

İşin xüsusiyyəti. Mövcud etalon üzrə əsas rənglərdən çalarlı multiplikasiya rənglərinin hazırlanması. Multiplikasiya rənglərinin əlaqələndirici plastifikator sayının tənzimlənməsi ilə lazımi konsistensiyaya və elastikliyə çatdırılması.

Bilməlidir: quru piqment və əlaqələndirici materialların fiziki xüsusiyyətini.

İşin xüsusiyyəti. Fəaliyyətdə olan şkalaya əsasən çalarlı multiplikasiya rənglərinin hazırlanması. Tuş, quaş və rəng astarının hazırlanması. Hazır multiplikasiya rənglərinin keyfiyyətinə nəzarət edilməsi. Daha aşağı ixtisaslı koloristin işinə rəhbərlik etmək.

Bilməlidir: quru piqmentlərin, əlaqələndirici materialların, lakların, boyaqların, durulaşdırıcıların kimyəvi xüsusiyyətlərini; hazır multiplikasiya rənglərinə nəzarət metodunu; rəngşünaslığın əsaslarını; havanın nisbi rütubətliliyinin müəyyənləşdirilməsi metodlarını; ölçü cihazlarının istismarı qaydalarını.

İşin xüsusiyyəti. Tərtibatçı-rəssamla birlikdə film tipləri üzrə etalon rənglərin işlənib hazırlanması. Film istehsalı prosesində sexlər üçün rənglərin və tuşların tam çeşiddə və vaxtında hazırlanması işinə nəzarət. Multiplikasiya rənglərinin hazırlanması üçün ilkin məlumatların təhlilinin aparılması. Multiplikasiya rənglərinin komponentlərinin, onların hazırlanma texnologiyasının, yeni növ rənglərin, rəng qammalarını genişləndirən rəng astarlarının yaranmasının təkmilləşdirilməsi işində iştirak etmək.

Bilməlidir: multiplikasiya rənglərinin istehsalı texnologiyasını; multiplikasiya filmlərinin istehsalı texnologiyasının əsaslarını; rəngli lentlərin emalı rejimini; komponentlərin fiziki və kimyəvi xüsusiyyətlərini; multiplikasiya rəsmlərinin əsas xüsusiyyətlərini.

Xüsusi orta təhsil tələb olunur.

İşin xüsusiyyəti. Yüksək ixtisaslı kostyumçunun rəhbərliyi altında çəkiliş, teleproqram və məşqlərə xidmət. Rəssam və ya rəssam assistenti tərəfindən seçilmiş kostyumun, baş örtüyünün və ayaqqabının anbarda seçilməsi və alınması. Kütləvi və qrup halında səhnələrin iştirakçılarının tam və ya qismən geyindirilməsi. Çəkiliş və məşqlərdə kostyumların bilavasitə təmiri. Kostyum, baş örtüyü və ayaqqabıların yığışdırılması və qablaşdırılması. Kostyumların sanitar vəziyyətinin qorunub saxlanılması işinin təmin edilməsi. Çəkiliş və məşqlərdə növbətçilik.

Bilməlidir: studiya qarderobunun mövcud fondunu; sadə təmir, tikiş, ütüləmə və yuyulma qaydalarını; kostyum, baş örtükləri və ayaqqabıların yığılması və qablaşdırılması üsullarını; maddi hesabatın aparılma qayda və formalarını.

İşin xüsusiyyəti. Müasir mövzu əsasında kostyumlar üzrə çəkiliş, teleproqram və məşqlərə xidmət. Rəssamın və ya rəssam assistentinin göstərişinə əsasən studiya fondundan kostyumların və onlara aksessuarların seçilməsi. Epizodik rol ifaçılarının tam və ya qismən geyindirilməsi. Pavilyon çəkilişlərində çəkilən filmin kostyumlarının sistemləşdirilməsi. Kostyumların təmiri, çəkiliş və məşqlər üçün hazırlanması. Üçdən az olmayaraq tam metrajlı şərti filmlərin aparılması.

Bilməlidir: filmin çəkilişi ərzində kostyumların detallarının seçilməsini; onların təmiri, yenidən düzəldilməsi texnikasını; materialların fakturasını; rənglərin fotogenikliyini; rəng və işığın əsaslarını; geyim, baş örtüyü və ayaqqabıların təmizlənməsi üsullarını.

İşin xüsusiyyəti. Çox saylı epizodik rol ifaçılarının, kütləvi və qrup səhnəli tarixi kinofilm və teleproqramların, fantastik mövzuların, film-nağılların kostyumları üzrə çəkilişə, teleproqrama və məşqlərə xidmət edilməsi. Rəssamın və ya rəssam assistentinin göstərişinə əsasən başqa təşkilatların fondundan onlar üçün kostyum və aksessuarların, baş örtükləri və ayaqqabıların seçilməsi.

Personajların geyindirilməsi. Ekspedisiya şəraitində çəkilən filmin kostyumlarının sistemləşdirilməsi. Kostyumun tələb olunan fakturasının yaradılması. Kostyum detallarının dəyişdirilməsi. Beşdən az olmayaraq tammetrajlı şərti filmlərin aparılması.

Bilməlidir: film və teleproqramlarda əks etdirilən dövrün geyimlərinin formasını və tərkib elementlərini; tikiş işinin əsaslarını; kostyumların yaradılması üçün rənglərin təyinatını və tətbiqini.

İşin xüsusiyyəti. Çox saylı aktyor və epizodik rol ifaçıları ilə tarixi, hərbi və tarixi-inqilabi mövzularda iri masştablı kinofilm və teleproqram kostyumları üzrə çəkilişə, teleproqrama və məşqlərə xidmət edilməsi. Baş rol ifaçılarının geyindirilməsi. Yeddidən az olmayaraq tam metrajlı şərti filmlərin aparılması. Daha aşağı ixtisaslı kostyumçunun işinə rəhbərlik.

Bilməlidir: müxtəlif dövr və üslublu geyimlərin formasını və tərkib elementlərini; paltar tikilişinin əsaslarını və texnikasını; geyim fakturasını.

İşin xüsusiyyəti. Müxtəlif mövzularda çəkilişlərini, teleproqramların və məşqlərin xüsusilə mürəkkəb kostyumlara xidmət edilməsi. Rəssamın təsvirinə əsasən müstəqil surətdə kostyum və aksessuarların studiya fondundan və digər təşkilatlardan seçilməsi. 10-dan az olmayaraq tam metrajlı şərti filmlərin aparılması.

Bilməlidir: bütün dövr və üslublu geyimləri; tarixi, xüsusi və digər mürəkkəb kostyumların formasını və tərkib elementlərini; parçaların fakturasını və texnoloji tətbiqini.

İşin xüsusiyyəti. Kino-televiziya kameraları, televiziya studiyası avadanlığına və operator texnikasına daha yüksək ixtisaslı mexanikin rəhbərliyi ilə texniki-istismar xidməti. Kameraların daşınıb gətirilməsi, onların ştativə və ya krana quraşdırılması. Videonəzarət qurğularının, səyyar rejissor pultunun quraşdırılması. Operator texnikasının, kabelin daşınması, operativ tənzimlənmə işlərinin aparılması. Profilaktika, təmir və ölçü işlərində iştirak etmək.

Bilməlidir: elektrotexnika, radiotexnika, televiziya üzrə elementar məlumatları; kinoteleviziya kameralarının əsas birləşmələrinin quruluşunu və təyinatını; kamera və operator texnikasının istismarı qaydalarını; ölçü cihazlarının və alətlərinin təyinatını və onlardan istifadə qaydalarını; kino lentlərinin növlərini.

İşin xüsusiyyəti. Kino-televiziya kameralarına, televiziya studiya avadanlığına və operator texnikasına texniki-istismar xidməti. Avadanlığın işə hazırlanması. Kameraların operator texnikasının bütün növlərinə quraşdırılması və balanslaşdırılması. Optikanın lazımi dəstinin quraşdırılması. Lentlərin qüsurlarının yoxlanılması. Çəkiliş, yazılış və məşq zamanı kameraya lentin təkrarən salınması, optikanın dəyişdirilməsi. Kamera və kasetlərin lent tozundan təmizlənməsi. Profilaktika işlərinin aparılması.

Bilməlidir: elektrotexnikanın və radio-texnikanın əsaslarını; televiziya, texniki kino-çəkiliş, film istehsalı texnologiyasının və kinooptikanın əsaslarını; kinoteleviziya kameralarının mexaniki və elektrik birləşmələrinin quruluşunu; nəzarət-ölçü cihazlarından və alətlərdən istifadə qaydalarını.

İşin xüsusiyyəti. Kinoteleviziya kameralarının lent ötürücü mexanizmlərinin işinin yoxlanılması. Optika və kameranın film kanalının yoxlanılması və təmizlənməsi. Kameranın optik-mexaniki birləşmələrinə, onların yerli və məsafədən idarə sistemi və siqnalvermə işinə nəzarət. Kino-televiziya kameralarının iş prosesində sazlanması. Səyyar operator texnikası ilə mürəkkəb panoramların aparılması. Kino-televiziya avadanlığının xırda təmir işlərinin aparılması. Xidmət olunan avadanlıqda ölçü işlərinin aparılması.

Bilməlidir: xidmət olunan avadanlığa texniki xidməti; televiziya avadanlıqlarının blok-sxemini; televiziya siqnalının formalaşdırılması və verilməsini; istifadə olunan kinolentlərin növlərini; istifadə olunan ölçü cihazlarından istifadə qaydalarını.

İşin xüsusiyyəti. Kino-televiziya kamerasının əsas və mürəkkəb birləşmələrinin işə hazırlanması. Avadanlıqlarla hazırlıq və qurulma işlərinin aparılması. Nəzarət çəkilişlərinin aparılması ilə kinoçəkiliş; aparatının, avtokalimatorun, indikatorun və s. yoxlanılması. Avadanlıqların texniki-göstəricilərinə nəzarət və onların saxlanılması.

Bilməlidir: televiziya texnikasının nəzəri əsasını; film istehsalı texnologiyasını; eksponometriyanın, işıq texnikasının, optikanın və dəqiq mexanikanın əsaslarını; fotokimyəvi prosesi; kino-televiziya brakının növlərini; elektrik və radio ölçmələrinin əsaslarını və ölçü cihazlarının iş prinsipini; kino lentlərinin texnologiyasını.

7-ci dərəcə: mürəkkəb idarə sistemi olan rəqəm, texnologiyası prinsipi əsasında işləyən kino-televiziya avadanlıqlarının istismarı zamanı;

8-ci dərəcə mürəkkəb idarə sistemi olan rəqəm texnologiyası prinsipli kino-televiziya avadanlıqlarının istismarı və müstəqil təmiri zamanı.

İşin xüsusiyyəti. Orta tərtibatda əşya və surət forması üzrə 1-dən 4-dək rəng çalarları olan kontura alınmış rəsmlərin rənglənməsi üzrə işlərin yerinə yetirilməsi. Orta tərtibatlı sadə konturlu təsvirlərin kölgə və siluetlərinin rənglənməsi.

Bilməlidir: multiplikasiya rəngləri, fırça və üçasetat özüllərin xüsusiyyətlərini və təyinatını; multiplikasiya filmlərin istehsalı texnologiyasının əsaslarını.

İşin xüsusiyyəti. Ümumi və orta tərtibatda orta mürəkkəbli formaca sadə və az saylı əşya və surətlərdən ibarət kontura alınmış rəsmlərin 5-dən 8-dək rəng çalarları ilə rənglənməsi üzrə işlərin yerinə yetirilməsi. Kadrın yarısına qədər sahəni tutan mürəkkəb konturlu iri kölgə və siluetlər təsvirinin rənglənməsi;

Bilməlidir: multiplikasiya filmləri istehsalı texnologiyasını; multiplikasiya rənglərinin rəng şkalasını.

İşin xüsusiyyəti. Ümumi tərtibatda forma və rənglərinə görə mürəkkəb olan təbiətin təsvirini əks etdirən, çoxsaylı əşya və surətlər qrupundan ibarət olan, kadrın bütün sahəsini tutan, tez hərəkətli və mürəkkəb rakurslarda kontura alınmış rəsmlərin 9-dan 15-dək rəng çalarları ilə rənglənməsi üzrə işlərin, yerinə yetirilməsi. Titr və kasetlərin rənglənməsi.

Bilməlidir: rənglənmiş rəsmlərdə qüsurların düzəldilməsi, rənglənmiş şəkilin yuyulması və onun yenidən rənglənməsi üsullarını; rəsmin kontur tərəfdən rənglənməsi üsullarını; düz səthə rənglərin çəkilməsi ardıcıllığını.

İşin xüsusiyyəti. Kadrın bütün sahəsini əhatə edən, müxtəlif ölçü və formalı sahələri olan, qabaqcadan rəng və stekloqrafla emal edilmiş, 15-dən artıq rəng çalarları olan daha mürəkkəb konturlarının rənglənməsi üzrə işlərin yerinə yetirilməsi. Təmizləmə mərhələsindən sonra ştiftlər üzrə kontursuz rəsmlərin rənglənməsi. Geniş ekranlı filmlərin modellərinin (etalon şəkillərin) və mənzərələrin rənglənməsi. Şəkillərin rəssamlıq və həcm effekti ilə rənglənməsi.

Bilməlidir: şəkillərin quruluşunu, surətlərin və onların ayrı-ayrı detallarının hərəkət texnikasını; kontura alınmış şəkillərin texniki işlənilmə üsullarını; rənglərin üçasetat özüllə kimyəvi əlaqəsini, müxtəlif rənglərin qarşılıqlı təsirini.

İşin xüsusiyyəti. Yuxarı ixtisaslı qrimçi-pastijorun rəhbərliyi altında kütləvi və qrup formalı uzaq və orta planlı səhnələrin iştirakçıları üçün qrimlərin yerinə yetirilməsi. Pastijor məmulatlarının düzəldilməsi üçün saçın hazırlanması: seçilməsi, yuyulması, daranması və dartılması. Saplardan və süni saçlardan hörüklərin, tellərin, qadın pariklərinin düzəldilməsi. Çəkiliş və teleproqramlarda növbətçilik.

Bilməlidir: qrim və pastijor işinin əsaslarını; pastijor işinin yerinə yetirilməsi üçün istifadə edilən material və boyaqların xüsusiyyətlərini.

İşin xüsusiyyəti. Rəssam-qrimçinin rəhbərliyi altında eskizlər üzrə kütləvi və qrup formalı birinci planlı səhnə iştirakçıları və epizodik rol aktyorları üçün qrimlərin yerinə yetirilməsi. Bığ, qaş, kirpik və bu kimi digər xırda hissələrin yapışdırılmaq üçün hazırlanması. Təbii saçlardan hörük və qadın pariklərinin hazırlanması. Saçların, pariklərin burulması, tellərin ayrılması. İkidən az olmayaraq tam-metrajlı şərti filmlərin aparılması.

Bilməlidir: pastijor məmulatlarının hazırlanma texnologiyasını; saç və yunların xüsusiyyətlərini; qrim və pariklərin hazırlanması üçün material sərfi normalarını; saç və yunların boyanması üçün boyaqların seçilmə qaydasını; müxtəlif boyaqların dəriyə təsirini; üz sümüyünün quruluşunu.

İşin xüsusiyyəti. Rəssam-qrimçinin rəhbərliyi altında sadə və çox da mürəkkəb olmayan personaj və milli qrimlərin yerinə yetirilməsi. Bədii saç formalarının düzəldilməsi. Pariklərin kütləvi və qrup səhnə iştirakçıları üçün kəsilməsi. Yapışdırılan saqqal, bakenbard, alın və gicgah hissələrinin, kontranyurların hazırlanması. Tresdən pariklərin hazırlanması. Aparıcı rəssam-qrimçinin rəhbərliyi altında eskizlərə əsasən tambur formalı pariklərin hazırlanması. Üçdən az olmayaraq tam metrajlı şərti filmlərin aparılması.

Bilməlidir: Müxtəlif dövrlərin saç düzümü formalarını; müxtəlif növ lentlərdə rənglərin fotogenikliyini; mimikanı; plastik və dekorativ kosmetikanı; qrim texnikasını; pastijor məmulatının hazırlanma texnologiyasını; pastijor məmulatlarının hazırlanmasında rənglərin tətbiqi qaydasını; saç formasının modellərini.

İşin xüsusiyyəti. Rəssam-qrimçinin eskizləri, təsvirləri və nümunələri əsasında mürəkkəb personaj və milli qrimlərin yarma heykəltəraş və plastik kütlələrdən istifadə edilməklə hazırlanması. Maskaların hazırlanması və aktyorun başından çıxarılması. Personaj və portret pariklərinin, kombinə edilmiş pariklərin hazırlanması. Personajların saç və pariklərinin kəsilməsi. Üçdən az olmayaraq tammetrajlı şərti filmlərin aparılması.

Bilməlidir: maskaların hazırlanma texnologiyasını; maskaların üzdən çıxarılması üçün materialların hazırlanma qaydası və üsulunu; plastik detalların tətbiqi üsullarını; müxtəlif rəngli saçların qarışdırılmasını.

İşin xüsusiyyəti. Rəssam-qrimçinin eskiz və təsvirləri əsasında portret və xarakter qrimlərin, mürəkkəb heykəltəraşlıq işlərinin yerinə yetirilməsi; üz detallarının, baş formasının dəyişdirilməsi üçün pambıqdan, plastikdən, mantardan xüsusi yapışdırmaların hazırlanması. Alnı açıq və saç ayrımı olan pariklərin hazırlanması. Xüsusi pariklərin hazırlanması. Tryuk çəkilişlər üçün xüsusi pariklərin hazırlanması. Saçların, sapların, dağ keçisi yununun, dəvə yununun, anqara keçisi yununun boyanması. Beşdən az olmayaraq tammetrajlı şərti filmlərin çəkilməsi.

Bilməlidir: personajların xarici görünüşünün sxeminin tərtib edilməsini; qrimlərin, boyaqların istehsal texnologiyasını; işıqlandırmanın əsaslarını; bədii işıqlandırma prinsipini; işıq süzgəclərinin, qrimdə istifadə olunan nazik təbəqələrin təyinatını; plastik detalların hazırlanmasında istifadə olunan materialların xüsusiyyətlərini; xüsusi pariklərin hazırlanması üsullarını.

Xüsusi orta təhsil tələb olunur.

İşin xüsusiyyəti. Yazılma və yenidən yazılmanın aparılması. Qulaq asmaq üçün yazıların səsləndirilməsi. Hazır yazıların efirə buraxılmaq üçün təkrarlanması. Avadanlığın işə hazırlanması. Fonoqram və təmiz maqnit lentlərinin alınması, qaydaya salınması. Redaktorla birlikdə materialın efirdən keçməsi qaydasının yoxlanılması. Veriliş siqnalı səviyyəsinin müəyyənləşdirilməsi. Maqnit lentlərin və rakordların yapışdırılması. Yazıların fonotekaya təhvil verilməsi üçün tərtibi.

Bilməlidir: elektrotexnika və radiotexnika üzrə elementar məlumatları; aparat kommutasiya sistemini; maqnitofon və veriliş pultlarından istifadə qaydalarını; aparatların istismarı üzrə texnoloji təlimatları; texniki vasitələrin istismarı üzrə istismar sənədlərinin aparılması qaydalarını; aparatlara xidmət qaydalarını.

İşin xüsusiyyəti. Çoxkanallı yazıların yerinə yetirilməsi. Yazıların montajı. Müxtəlif məqsədlər üçün hazır yazıların təkrar səsləndirilməsi. Yüksək ixtisaslı operatorun rəhbərliyi altında ayrı-ayrı tezliklər üzrə ölçmə lentlərinin hazırlanması. Proqramın aparılması-təkrar səsləndirilmə səviyyəsinin tənzimlənməsi, tənzimləmə işləri, dinamik diapazonun diktor traktlarında sıxılma dərəcəsinin qurulması və ona nəzarət.

Bilməlidir: elektrotexnika və radiotexnikanın əsaslarını; maqnit yazısı səviyyəsinin standartlarını; avadanlığın elektroakustik parametrlərini; maqnitofonların, mikrofonların və akustik aqreqatların, ayrı-ayrı birləşmələrin və veriliş pultu bloklarının quruluşunu və təyinatını; səs siqnalının emalı üsullarını; hazır yazıların tərtibi və təhvili qaydalarını; fonoqrama və ölçü lentlərinin texniki şərtlərini; efir materialları və proqram verilişlərinin yoxlanılması qaydasını.

İşin xüsusiyyəti. Stereofonik yazıların aparılması. Üzərinə yazma və elektron montajı üsulu ilə yazılarm montaj edilməsi. Müxtəlif səs daşıyıcılarından maqnit lentə köçürmələrin aparılması. Səs yazıcı və veriliş aparatlarının texniki nəzarətinin həyata keçirilməsi. Bütün proqramların aparılması. Bədii yazıların montajı.

Bilməlidir: texnoloji aparatların və avadanlıqlarının növlərini, quruluşunu, iş prinsipini və əsas parametrlərini; stereofonik siqnallar, stereoqoniometr qurğuları və onlarla iş barədə əsas anlayışı; brakın düzəldilməsi üsullarını; birbaşa yayımların aparılması qaydasını; avtotənzimləyicinin işini; avtomatikanın əsaslarını.

İşin xüsusiyyəti. Süni reverberasiyanın tətbiqi ilə yazıların aparılması. Üzərinə yazma üsulu ilə mürəkkəb montajların istehsalı. Yazıların bərpa edilməsi üzrə işlərin aparılması. Səs yazan aparatların cari təmirində iştirak etmək. Maqnit yazısı aparatlarının elektrik və mexaniki tənzimlənməsi.

Bilməlidir: maqnit və val reverberatorlarının tezlik korrektorlarının quruluşunu, təyinatını və istifadə qaydalarını; musiqi savadı üzrə elementar məlumatları; maqnit yazısı aparatlarının tənzimlənməsi qayda və üsullarını.

7-ci dərəcə: elektron montajından istifadə etməklə videoyazılışlar aparıldıqda;

8-ci dərəcə: elektron montajı zamanı yüksək montaj sürətinə malik olduqda və aparatların təmirində iştirak etdikdə.

İşin xüsusiyyəti. Yeni daxil olan üçasetat özüllərin rənginə və ölçülərinə görə çeşidlənməsi. Şəkil və konturun rəng dəymiş hissələrinin yuyulub təmizlənməsi. İstehsalı qurtarmış film üzrə çəkilmiş materialın qəbulu və baxılması. Təkrar istifadə üçün üçasetat özüllərin yuyulması, qurudulması və çeşidlənməsi. Çəkiliş qabağı kontura alınmış və rənglənmiş şəkillərin silinməsi. Xüsusi deşici dəzgahlarda kağızlarda və üçasetat özüllərdə ştiftlər üçün deşiklərin açılması. Kontura alınmış və rənglənmiş rəsmlərin cilalayıcı qurğularda cilalanması.

Bilməlidir: üçasetat özüllərin xüsusiyyətlərini və onlara olan tələbləri; üçasetat özüllərin yuyulması və silinməsi üçün qarışıqların reseptini; silinmədən sonra kontura alınmış və rənglənmiş rəsmlərə olan tələbləri; deşici və cilalayıcı qurğuların quruluşunu və iş qaydasını.

İşin xüsusiyyəti. Kontratiplərin, aralıq pozitivlərin, neqativ fonoqramların yapışdırılması. Saynekslərin çapı üçün lentin, diyircəklərin hazırlanması və lentin yapışdırılması. Neqativ təsvirlərinə, fonoqram neqativlərinə, aralıq pozitivlərinə, kontratiplərə müdafiə rakordlarının yapışdırılması.

Bilməlidir: lentlərlə rəftar qaydasını; lentlərin yapışdırılması texnikasını; montaj avadanlığı — montaj stolu, sinxronizator, yapışdırıcı yarımavtomatlar ilə iş qaydasını; texniki təhlükəsizlik və yanğından mühafizə qaydalarını.

İşin xüsusiyyəti. Daha yüksək ixtisaslı montajçının rəhbərliyi altında neqativ təsvirlərin və reklam çarxlarının montajı. Neqativ təsvirlərin, neqativ fonoqramların, aralıq pozitivin və kontratiplərin çıxarışa hazırlanması. Neqativ materialının hazırlanması və jurnalda qeyd edilməsi.

Bilməlidir: neqativ materiallarla işləmə qaydasını; lentlərin emalı texnologiyasının əsaslarını; neqativ materialın montajı texnikasının əsaslarını.

İşin xüsusiyyəti. Neqativ təsvirlərin və reklam çarxlarının montajı və yenidən quraşdırılması. Neqativ dublların seçilməsi və sistemləşdirilməsi. Yenidən yazılış fonoqramının bir lentə çıxarışı üçün hazırlanması. Neqativ təsvirlərin, neqativ fonoqramların və kontratiplərin standart rakordlarla tərtib edilməsi. Təsvirin neqativ bərpaya hazırlanması. İlkin materiallarla iş ikidən az olmayaraq tammetrajlı şərti filmlərin aparılması.

Bilməlidir: neqativ materialların montaj texnikasını; çəkiliş prosesinin texnologiyasını; montajda istifadə olunan bütün normativ-texniki sənədləri.

İşin xüsusiyyəti. Aralıq pozitivlərin, dublyaj edilən filmlərin montajı və yenidən montajı. Aralıq pozitivlərin çıxarışı və kombinə edilmiş kadrların çəkilməsi və aralıq pozitivlərin montajı üçün neqativlərin seçilməsi və montajı. Subtitrlərin yazılması üçün filmə ilkin məlumatların seçilməsi. İlkin məlumatların kütləvi çıxarış üçün hazırlanması. İlkin film materiallarının rakordlarla tərtib edilməsi. Üçdən az olmayaraq tammetrajlı şərti filmlərin aparılması.

Bilməlidir: lentlərin növ və çeşidlərini; filmlərin dublyaj edilməsi texnologiyasının əsaslarını.

İşin xüsusiyyəti. 16 mm-li pozitiv lentlərə adi və genişekranlı kinofilmlərin və təsvirlərin, ağ-qara və rəngli neqativlərin montajı. Çarxların montajı. Dörddən az olmayaraq tammetrajlı şərti filmlərin aparılması.

Bilməlidir: lentlərin emalı texnikasının əsaslarını; film istehsalı texnologiyasının əsaslarını.

İşin xüsusiyyəti. 16 mm-li neqativ lentə çəkilmiş geniş formatlı, stereoskopik kinofilmlərin təsvirlərinin, ağ-qara və rəngli neqativlərin və videoyazı üçün 16 mm-li lentə çəkilmiş pozitiv təsvirlərin montajı. Beşdən az olmayaraq tammetrajlı şərti filmlərin aparılması.

Bilməlidir: 16 mm-li neqativ və dövri işlədilən lentlərə çəkilmiş genişformatlı, stereoskopik filmlərin və təsvirlərin montaj texnikasını.

İşin xüsusiyyəti. Pozitivin montajı üzrə hazırlıq işlərinin aparılması. Ssenari nömrələri üzrə maqnit fonoqramlarının və pozitiv təsvirlərin işlənib hazırlanması. Dublların və ton verici işlər üçün halqaların seçilməsi üçün işçi materialın yapışdırılması. Danışıq, küy və musiqi səsləndirmələrin növbəliliyinə xidmət: sənədləşdirmənin aparılması, lentlərin yapışdırılması, lent doldurulmuş qutuların baxış zalına və ton atelyesinə aparılması.

Bilməlidir: lent ilə rəftar qaydalarını; lentlərin yapışdırılması texnikasını; montaj və səs montajı stollarında, rakord sinxronizatorlarında, yapışdırıcı presdə, şifrləşdiricidə iş qaydalarını; standart rakordların təyinatını; alətin maqnitləşdirilməsi qaydasını; təhlükəsizlik texnikası və yanğından mühafizə qaydalarını.

İşin xüsusiyyəti. Pozitivin montajı üçün dublların seçilməsi. Pozitiv təsvirlərin və maqnit fonoqramların sinxronlaşdırılması. Ssenari nömrələri üzrə işçi materialların qeyd edilməsi. Neqativin montajı üçün pasportların tərtib edilməsi. Dubl və hissələrin seçilməsi və sistemləşdirilməsi. İkidən az olmayaraq tammetrajlı şərti filmlərin aparılması.

Bilməlidir: filmin montaj texnikasını; rejissor ssenarisini, montaj kartlarını; montaj zamanı işçi materialın aparılması qaydasını; kinomaterialın redaktor baxışına, trakt məşqlərinə, videomaqnitofon yazılışına, efirə hazırlanma qaydasını; sənədləşdirmənin tərtibi qaydalarını.

İşin xüsusiyyəti. Sinxron süjetlərin, proqram və oçerklərin montajı. İşçi materialların tonverməyə (nitq, səs-küy və musiqi səslənməsinə) hazırlanması. İlkin replika fonoqramlarının və sinxron səs-küylərin səs montajı stolunda sinxronlaşdırılması. Materialların bərpaya verilmək üçün hazırlanması. Hissələrin metraj edilməsi, montaj lövhələrinin hazırlanması, tonvermənin dəyişilməsində növbətçilik. Üçdən az olmayan tammetrajlı filmlərin aparılması.

Bilməlidir: kino istehsalı texnologiyasının əsaslarını. Paralel montaj texnikasını; oçerk, süjet və proqramların texnologiyasını; sinxron kinoçəkilişinin texnikasını; səs montaj edən avadanlıqların istismar qaydalarını; montaj zamanı istifadə edilən əsas normativ-texniki sənədləşdirməni.

İşin xüsusiyyəti. Sənədli xronikal telefilmlərin və fond tamaşalarının nitq və səs-küylə səsləndirilməsinin montajı. Təsvir üzrə nitqin səsləndirilməsinin sinxronlaşdırılması. Filmlərin dublyajı zamanı lazımi işlərin yerinə yetirilməsi. Kombinə edilmiş çəkilişlər üçün kino-materialların hazırlanması. Materialların səsləndirilməyə hazırlanması. Dörd-beşdən az olmayaraq tammetrajlı şərti filmlərin aparılması.

Bilməlidir: səslərin yazılış və səsləndirilməsi texnologiyasını; sənədli-xronikal filmlərin və fond tamaşalarının montaj texnologiyasını; kombinə edilmiş çəkilişlərin, filmlərin dublyaj texnikasını; səs-montaj aparatlarının prinsipial quruluşunu; lentlərin emalı texnikasını.

İşin xüsusiyyəti. Kinorejissorun rəhbərliyi altında tammetrajlı filmlərə reklam çarxlarının, adi və stereofonik filmlər və teleproqramlar üçün səs-küy və musiqi fonoqramlarının montajı. Aktyor kino nümunəsinin montajı. Materialların filmotekaya və fonotekaya təhvil verilməsi üçün seçilməsi. Altı-yeddi filmdən az olmayaraq tammetrajlı şərti filmlərin aparılması.

Bilməlidir: filmlərin montajı zamanı texnoloji avadanlığı; çoxkameralı çəkiliş metodunu.

İşin xüsusiyyəti. Rejissor və ya montajçının rəhbərliyi altında qısametrajlı, eləcə də tammetrajlı filmlərin ayrı-ayrı epizodlarının montajı. Dublyaj edilən filmlərin yenidən montajı üzrə işlərin aparılması. Səkkizdən az olmayan tammetrajlı şərti filmlərin aparılması.

Bilməlidir: genişformatlı, stereoskopik, yarımekranlı və digər filmlərin montajı texnologiyasını.

7-ci dərəcə: pozitivlərin montajı videoyazıdan istifadə edilməklə aparıldıqda.

İşin xüsusiyyəti. Pirotexniki məmulatların hazırlanması üzrə hazırlıq işlərinin yerinə yetirilməsi. Kağız və kartonun kəsilməsi, kimyəvi materialların xırdalanması və ələnməsi, dairələrin kəsilməsi. Tüstü şaşkalarının preslənməsi və məşəllərin hazırlanması üzrə köməkçi işlərin yerinə yetirilməsi.

Bilməlidir: odlu və soyuq silahların quruluşunu, təmizlənməsini və onlarla rəftar qaydalarını; tezalışan və partlayan maddələrin kimyəvi xassələrini; əməyin mühafizəsi, təhlükəsizlik texnikası və yanğından mühafizə qaydalarını.

İşin xüsusiyyəti. Kağız gilizlərinin bütün növlərinin dəzgahlarda hazırlanması. Pirotexniki məmulatlar üçün materialın hazırlanması: kimyəvi maddələrin çəkilməsi, onların mexaniki qarışdırılması, mexaniki preslənməsi. Pirotexniki məmulatların ayrılması, nişanlanması və qablaşdırılması. Orta mürəkkəbli silah sisteminin sökülməsi, təmizlənməsi, yağlanması və yığılması.

Bilməlidir: çilingər və dülgər işinin əsaslarını; kimyəvi maddələrin xassələrini, onların qarışdırılması qaydalarını və onlarla təhlükəsiz iş metodunu; pirotexniki məmulatların qablaşdırılması qaydalarını.

İşin xüsusiyyəti. Pirotexniki məmulatların dəzgahlarda hazırlanması. Daha yüksək ixtisaslı pirotexnikin rəhbərliyi altında pirotexnik effektli çəkilişlərin tərtibatı — bütün rənglərdə və sıxlıqlarda tüstü buraxılışı. Çəkiliş üçün silahın seçilməsi. Sadə və orta mürəkkəbli silahların seçilməsi və işlək vəziyyətə gətirilməsi. Təhlükəsizlik texnikası qaydalarına müvafiq olaraq silah və pirotexniki vasitələrin saxlanılması və nəql etdirilməsi.

Bilməlidir: pirotexniki məmulatların və bütün sistemdən olan silahların nəql etdirilməsi, saxlanılması və tətbiqi qaydalarını; silahın doldurulması və boş güllələrin atılmağa hazırlanması.

İşin xüsusiyyəti. Daha yüksək ixtisaslı pirotexnikin rəhbərliyi altında pirotexnik effektli çox mürəkkəb olmayan çəkilişlərin tərtibatı — hər cür süni partlayışların yaradılması. Mürəkkəb sistemli silahların yığılması və hərəkətə gətirilməsi.

Bilməlidir: partlayıcı maddələrin daşınması, saxlanılması və tətbiqi qaydalarını; bütün sistemdən olan silahların quruluşunu və istismar qaydalarını.

İşin xüsusiyyəti. Bütün növ pirotexniki effektlərlə çəkilişlərin tərtibatı, kütləvi döyüş səhnələrində geniş miqdarda partlayışlardan istifadə edilməsi və çəkiliş iştirakçılarının bilavasitə yanında pirotexniki effektlərdən istifadə edilməklə çəkilişlərin aparılması. Pirotexniki işlər planının işlənib hazırlanması. Smetaların, çəkilişlərə xidmət üzrə pirotexniki xüsusiyyətlərin tərtib edilməsi. Bütün növ çəkilişlərə bütün sistemlərdən olan soyuq və odlu silahların hazırlanması və çəkiliş zamanı onların istismarı. Studiya fondundan və digər təşkilatlardan silahın seçilməsi. Aşağı ixtisaslı pirotexniklərin işinə rəhbərlik etmək.

Bilməlidir: pirotexniki emalatxana şəraitində və naturada çəkiliş zamanı pirotexniki tərkiblərin iş prinsipini; teleproqram və filmlərin rejissor ssenarilərini.

İşin xüsusiyyəti. Yüksək ixtisaslı rekvizitorun rəhbərliyi altında çəkiliş, teleproqram və məşqlərə mebel, rekvizit və drapirovka əşyaları ilə xidmət edilməsi. Rəssam tərəfindən seçilmiş mebelin, rekvizit və drapirovka əşyalarının anbardan alınması, qablaşdırılması və yerləşdirilməsi, onların çəkiliş və məşqlər zamanı xırda təmiri. Mebelin, rekvizit və drapirovka əşyalarının daşınması və nəql etdirilməsi. Rekvizitlərin qorunub saxlanılması və sanitariya vəziyyətinin təmin edilməsi. Çəkiliş və məşqlərdə növbətçilik.

Bilməlidir: mövcud mebel, rekvizit və drapirovka əşyaları fondunu; sadə tikiş, yapışdırma və yuma texnikasını; yapışqan, lak və qatranın hazırlanması və tətbiqi qaydalarını; mebel və rekvizit əşyalarının daşınması və nəql etdirilməsi qaydalarını; maddi məsuliyyətin qaydasını.

İşin xüsusiyyəti. Müasir mövzuda sadə rekvizitli çəkiliş, teleproqram və məşqlərə xidmət edilməsi. Rəssamın göstərişi üzrə studiya fondundan alınan lazımi mebel, rekvizit və drapirovka əşyalarının komplektləşdirilməsi. Rəssamın eskizləri və göstərişi üzrə sadə dekorasiyaların mebel, rekvizit və drapirovka əşyaları ilə təmin edilməsi. Pavilyon çəkilişlərində filmin rekvizitinin sistemləşdirilməsi. Qiymətli mebel və rekvizitin qablaşdırılması, yerləşdirilməsi və nəql etdirilməsi. Bilavasitə çəkiliş və məşqlərdə mebel, rekvizit və drapirovka əşyalarının sadə təmiri. Üçdən az olmayaraq tammetrajlı şərti filmlərin aparılması.

Bilməlidir: çəkiliş obyektində rekvizitin detallar üzrə yerləşməsini; mebelin, rekvizit və drapirovka əşyalarının təyinatını; təmir texnikasını; mebel, rekvizit və drapirovka əşyalarının saxlanılması və qablaşdırılması qaydalarını; sanitariya profilaktikası üsullarını.

İşin xüsusiyyəti. Orta mürəkkəbli rekviziti olan tarixi, fantastik və nağıl mövzuda çəkiliş, teleproqram və məşqlərə xidmət edilməsi.

Ekspedisiya şəraitində çəkilən filmlərin mebel, rekvizit və drapirovka əşyalarının sistemləşdirilməsi. Rəssamın göstərişinə əsasən digər təşkilatların fondlarından alınan mebelin, rekvizit və drapirovka əşyalarının komplektləşdirilməsi. Rəssamın eskizləri və göstərişinə əsasən orta mürəkkəbli dekorasiyaların mebel, rekvizit və drapirovka əşyaları ilə tərtib edilməsi. İşlədilən rekvizitlərin alınması və yoxlanılması. Rekvizitin tələb olunan fakturasının yaradılması. Beşdən az olmayaraq tammetrajlı şərti filmlərin aparılması.

Bilməlidir: mebel, rekvizit və drapirovkanın əsas üslublarını; rənglərin təyinatını və tətbiqini; butafor, üzçəkmə-drapirovka və xarrat işlərinin əsas elementlərini; işlədilən materialların təyinatını, filmlərin və hazırlanan proqramların rejissor ssenarilərini.

İşin xüsusiyyəti. Hərbi və tarixi-inqilabi mövzuda mürəkkəb rekvizitli, iri masştablı çəkiliş, teleproqram və məşqlərə xidmət edilməsi. Rəssamın eskizi və göstərişinə əsasən mürəkkəb dekorasiyaların mebel, rekvizit və drapirovka əşyaları ilə tərtib edilməsi. İri ölçülü mebellərin hissələrə ayrılması və onların quraşdırılması. Studiya fondunun lazımi mebel, rekvizit əşyası və drapirovka ilə komplektləşdirilməsi. Dekorasiyaların mebel, rekvizit və drapirovka ilə tərtib edilməsi üçün cizgi, sxem və tərtibatların işlənib hazırlanmasında iştirak etmək. Yeddidən az olmayaraq tammetrajlı şərti filmlərin çəkilməsi. Aşağı ixtisaslı rekvizitorların işinə rəhbərlik.

Bilməlidir: rekvizitin yerləşdirilməsi üzrə cizgi və sxemləri; üzçəkmə-drapirovka, xarrat və butafor işlərinin əsasını; müxtəlif üslubda və dövrlərin rekvizit və drapirovkasını.

İşin xüsusiyyəti. Müxtəlif mövzuda mürəkkəb rekvizitli çəkiliş, teleproqram və məşqlərə xidmət edilməsi. Studiya fondundan və digər təşkilatlardan alınan mebel, rekvizit və drapirovkanın rəssamın təsvirinə əsasən komplektləşdirilməsi. Ondan az olmayaraq tammetrajlı şərti filmlərin aparılması.

Bilməlidir: bütün mebel üslublarını; bütün üslubda və müxtəlif dövrlərin rekvizit və drapirovkasını; butaforiya və üzçəkmə drapirovka işlərini.

7-ci dərəcə: rekvizit tərtibatında rəssamla birlikdə iştirak etdikdə və rekvizitorların işinə rəhbərlik etdikdə.

İşin xüsusiyyəti. Subtitrlərin xəttatlıqla sink lövhələrə köçürülməsi. 35 mm-li film surətlərinin subtitrləri üçün lövhələrin zolaqlara və klişelərə bölünməsi. Xəttatlıqla işlənilmiş klişelərin komplektləşdirilməsi.

Bilməlidir: müxtəlif markalı sink lövhələrin xüsusiyyətini; kəsici dəzgahların quruluşunu; 35 mm-li film surətlərinin subtitrləri üçün lazım olan klişenin həndəsi ölçülərini; mətnin klişedə yerləşdirilməsi qaydasını; zay məhsulun əmələ gəlməsi səbəblərinin öyrənilməsi və onun xəbərdarlıq edilməsi tədbirlərini.

Subtitrləri hazırlayan

İşin xüsusiyyəti. 16 və 70 mm-li film surətlərinin subtitrlənməsi üçün klişelərin oyulması və müxtəlif sistemli kəsici alətlərdə ikiqat subtitrli film surətlərinin hazırlanması üzrə işlərin yerinə yetirilməsi. Klişenin hissələr üzrə yerləşdirilməsi.

Bilməlidir: müxtəlif sistemli kəsici alətlərin quruluşunu və iş prinsipini; 16 və 70 mm-li film surətlərinin subtitrlənməsi və ikiqat subtitrli film surətlərinin klişelərinin həndəsi ölçülərini; müxtəlif metalların xüsusiyyətini.

İşin xüsusiyyəti. 35 mm-li film surətlərinin subtitrlənməsi üçün istifadə edilən klişenin hazırlanması üçün subtitr orijinallarının neqativdən metal üzərinə köçürülməsi. Subtitr orijinallarının və onların fotoçəkilişlərinin neqativ hazırlanması üçün montaj edilməsi. Çəkiliş və surətçıxarmanın düzgün rejiminin seçilməsi. Lövhələrin işığa həssas qatla örtülməyə hazırlanması. Lövhələrin hazırlanması. Emalın hazırlanması və lövhələrin üzərinə çəkilməsi. Neqativin tuşla düzəldilməsi. Elektrolitin tərtib edilməsi və vannaların doldurulması.

Bilməlidir: subtitrlərin surətinin müxtəlif metallara çıxarılması texnologiyasını; fotosurətlər çıxaran müxtəlif sistemli avadanlıqların quruluşunu və iş prinsipini; müxtəlif metalların xüsusiyyətini; işığın qurulması prinsipini və fotoçəkiliş və surətçıxarma rejimlərinin müəyyənləşdirilməsini; elektrolit vannalarının quruluşunu; elektrolitin tərkibini və reseptini.

İşin xüsusiyyəti. 16 və 70 mm-li film surətlərinin və ikiqat subtitrli film surətlərinin subtitrlənməsi üçün istifadə olunan klişelərin hazırlanması üçün subtitr orijinallarının neqativdən metala köçürülməsi. Metal lövhələrin kimyəvi üsulla təmizlənməsi.

Bilməlidir: kimyəvi təmizləmə avadanlıqlarının quruluşunu və iş prinsipini; təmizləmə üçün istifadə olunan qarışıqların tərkibini və reseptini; müxtəlif ölçülü klişelərə nəzarət metodunu.

İşin xüsusiyyəti. Texniki retuş və səhvlərin düzəldilməsi vərəqindəki qeydlərə uyğun olaraq latın, rus və milli dillərdə 35 və 16 mm-li film surətləri üçün subtitr basmalarının düzəldilməsi.

Bilməlidir: subtitr basmalarının düzəldilməsi prinsiplərini; retuş üsullarını və retuş üçün istifadə edilən latın və milli əlifbanı; şrift standartlarını; səhvlərin düzəlişi üzrə işarələrin standartını.

İşin xüsusiyyəti. Texniki retuş və səhvlərin düzəldilməsi vərəqindəki qeydlərə uyğun olaraq latın, rus və milli dillərdə ikili subtitr basmalarının düzəldilməsi. Subtitr basmalarının tərtib edilməsi. 35 və 16 mm-li film surətləri üçün subtitr basmalarına nəzarət.

Bilməlidir: orijinal mövzuların qeyd edilməsinin texniki qaydalarını; subtitrlərin yığılma qaydasını.

İşin xüsusiyyəti. Şərq və az rast gəlinən digər dillərdə 35, 16, 70 mm-li film surətləri və stereofilm surətlərinin retuşu və subtitr basmalarının düzəldilməsi. Reproduksiyalar üçün neqativ və diapozitivlərin retuş edilməsi.

Bilməlidir: müxtəlif qarnitur şriftlərin yazılmasını; şərq və az rast gəlinən digər dillərin əlifbasını; şrift fotoqrafiyasının əsaslarını; subtitrli film surətlərinin çıxarılmasına qoyulan texniki şərtləri; ədəbiyyat və lüğətlərdən istifadə qaydalarını.

İşin xüsusiyyəti. Daha yüksək ixtisaslı mexanikin rəhbərliyi altında səs aparatlarının, birləşdirici xətlərin quraşdırılması və təmiri üzrə işlərin yerinə yetirilməsi. Daha yüksək ixtisaslı mexanikin rəhbərliyi altında səs aparatları və köməkçi texnikanın hazırlanması və kommutasiyası. Çəkiliş və səs yazılışı zamanı köməkçi işlərin yerinə yetirilməsi, səs kabellərinin dolanması və kommutasiyası, aparatlardan kabellərin söndürülməsi. Səs aparaturası və köməkçi texnikanın çəkiliş və yazılış yerinə gətirilməsi. Səs aparaturasının sökülməsi və saxlanılma yerinə gətirilməsi.

Bilməlidir: səs yazılışı üçün lazım olan komplektin tərkibi barədə ümumi məlumatı; səs traktının ayrı-ayrı elementlərinin təyinatını; səs yazan texnikanın kommutasiyasını; elektrotexnika və radiotexnika üzrə ümumi məlumatları; səs yazan və səs gücləndirən qurğuların növlərini; birləşdirici kabellərin təyinatını; elektrik quraşdırma və təmir işlərində istifadə edilən alətləri; səs aparatlarının təmiri və montajında istifadə edilən radiotexniki material və detalları.

İşin xüsusiyyəti. Səs aparatlarının birləşdirici xətlərinin quraşdırılması və təmiri üzrə işlərin yerinə yetirilməsi. Səs avadanlıqlarının çəkilişə və yazılışa, televiziya və radio proqramları aparat-studiya blokunun televiziya və radio proqramlarının istehsalına hazırlanması. Mikrofon avadanlığının qurulması. Mikrofonların qidalandırıcı mənbəyinin işə salınması. Çəkiliş və yazılış zamanı köməkçi mikrofonlarla iş. Sadə panoramlaşdırma — bir mikrofonla iri planlı çəkiliş zamanı iş. Kabel birləşmələrinin yerinə yetirilməsi. Transformatorların təmiri və sarılması. Səsyazma və səsötürücü aparatlarda düzləndirici qurğuların təmiri. Avadanlıqların tənzimlənməsi. Elektroakustik ölçmələrinin aparılmasında iştirak etmək. Kabellərin təmiri.

Bilməlidir: elektrotexnikanın və radiotexnikanın əsaslarını; səsyazma və səsötürücü aparatların sadə sxemini; rejissor pultunun təyinatını; mikrofonların tiplərini, onların işə salınmasını; birləşdirici kabelləri; səs texnikası avadanlığının texniki istismar, saxlanılma və nəql etdirilmə qaydalarını; istifadə olunan ölçü cihazlarının təyinatını və istifadə qaydalarını.

İşin xüsusiyyəti. Səsyazma və səsötürücü aparatların prinsipial sxeminin quraşdırılması üzrə işlərin yerinə yetirilməsi. Xidmət edilən avadanlığa texniki baxış, avadanlığın sökülməsi, yığılması, nasazlıq və zədələnmələrinin aşkar edilməsi, detalların və birləşmələrin dəyişdirilməsi, müəyyən olunmuş texniki iş rejiminin təmin edilməsi. Böyük olmayan dekorasiyalarda çəkiliş zamanı müxtəlif növ mikrofonlarla panoramlaşdırma. Mürəkkəb olmayan stereofonik çəkilişlərə və yazılışlara xidmət edilməsi. Stereofonik filmlərin səsləndirilməsi. Studiyanın pavilyonunda radioəlaqələrin işə salınması və onlara xidmət. Film və fonoqramların köçürülməsində istifadə edilən aparatlara xidmət. Səs aparatlarının pavilyonda və ekspedisiya zamanı nəql etdirilməsi.

Bilməlidir: səs texnikası, kinotexnika, maqnit yazılışının əsaslarını; səsyazma və səs-ötürücü aparatların növlərini; xidmət edilən avadanlıqların prinsipial və quraşdırılma sxemlərini; səs siqnallarının ötürülməsi blokunun sxemini; radioəlaqə aparatlarının quruluşunu; səsin ötürülməsində ayrı-ayrı birləşmələrin təyinatını; səs yazılışı üçün kino və maqnit lentlərinin növ və xüsusiyyətlərini; çəkiliş kameralarının və səs aparatları komplektlərinin sinxron işinin təmin edilməsi üzrə ümumi məlumatı.

İşin xüsusiyyəti. Səsyazma və səsötürücü aparatlarda gücləndirici və düzləndirici qurğuların təmiri və quraşdırılması üzrə işlərin yerinə yetirilməsi. Səs avadanlıqlarının işə hazırlanması və qurulması işlərinin aparılması. Çəkiliş zamanı orta tərtibatlı böyük dekorasiyalarda mikrofonla və ya mikrofonlar sistemi ilə panoramlaşdırma. Böyük heyəti olmayan orkestrlərin yazılışı zamanı mikrofonların qurulması və onlara xidmət. Səs operatorunun rəhbərliyi altında yazılış və yazılışın canlandırılması zamanı sinxronlaşdırma növünün seçilməsi. Natura çəkilişlərində böyük obyektlərin radiofikasiyası üçün bir neçə səsucaldan cihazın qurulması ilə radioəlaqələrə xidmət. Transformatorların yenidən sarğılarının yığılması. Səs və radio aparatlarının sazlanması və tənzimlənməsi. Səs avadanlığı və müxtəlif ləvazimatlara profilaktik xidmət. Daha aşağı ixtisaslı mexanikin işinə rəhbərlik.

Bilməlidir: səsyazma texnologiyasının əsaslarını; elektroakustika nəzəriyyəsinin elementlərini; xidmət edilən avadanlığa texniki xidməti; kinoçəkiliş optikasını; çəkiliş kameralarının növlərini; müxtəlif çəkiliş kameralarını və maqnitofonların sinxronlaşdırma metodlarını; əsas nəzarət-ölçü cihazlarından istifadə qaydalarını; kommutasiya qaydalarını; stereofonik yazılış zamanı mikrofonların kadrlar üzrə yerləşdirilməsini.

İşin xüsusiyyəti. Səs aparatlarının yeni növlərinin quraşdırılması üzrə işlərin yerinə yetirilməsi. Stereofonik səsli geniş formatlı filmlərin çəkilişi üçün aparatların quraşdırılması və sazlanması. Stereofonik filmlərin çəkilişi zamanı kütləvi səhnə və stereofonik səs yazılışları zamanı mürəkkəb panoramlaşdırma — 5-10 mikrofondan istifadə etməklə, səs avadanlığına istismar-texniki xidmət. Böyük heyətli orkestrlərin yazılışı zamanı mikrofonların qurulması və onlara xidmət. Səs operatoru ilə birlikdə yazılışların aparılması. Səsyazma aparatları və canlandırma işlərinin sinxronluğuna nəzarət. Ekspedisiya şəraitində səyyar və səsyazma aparatlarına profilaktik təmir edilməklə xidmət edilməsi. Müxtəlif (çoxkanallı maqnitofonlar, avtotənzimləyicilər, reverberatorlar, yubadıcı xətlər və möhkəmləndirici aparatlar və s.) radio proqramları və səsyazma aparatların, radio proqramları və televiziya aparatlarının təmiri və sınağı. Texnoloji proseslərin avtomatlaşdırılması üzrə hazırlıq işlərinin və quraşdırıcı işlərin aparılması.

Bilməlidir: elektronikanın, televiziya, elektroakustika, stereofonun əsaslarını; səs avadanlığı kompleksinin quruluşunu; video-maqnitofonların səs kanallarının quruluşunu; səs avadanlıqlarının prinsipial sxemini; səsin xarici mənbələrinin kommutasiyasını; ölçü cihazlarının quruluşunu və texniki imkanlarını; səyyar elektrostansiya, generator və dəyişdiricilərin iş rejimini.

7-ci dərəcə: rəqəm texnologiyası prinsipli səs texnikasının istismarı zamanı;

8-ci dərəcə: rəqəm texnologiyası prinsipli səs texnikasının istismarı, sınağı və təmiri zamanı.

İşin xüsusiyyəti. Cizgi və eskizlərin əsasında çəkiliş üçün sadə maketlərin hazırlanması. Sadə və çox mürəkkəb olmayan maketlər üçün siluet və qəliblərin hazırlanması. Materialların seçilməsi və hazırlanması.

Bilməlidir: bənna və suvaqçı işlərinin əsaslarını, mişarlama və ştamplama işlərini, boyaların fotogenikliyini; istifadə olunan materialların xüsusiyyətlərini; cizgilərin oxunma qaydasını.

1. Maket detalların — darvaza, qala, pəncərə, qapı, soba, boru, hovuz və s. hazırlanması.

2. Səhra mənzərələrinin, düzlərin təsvirinin hazırlanması.

3. Sadə arxitektura binalarının — ev, anbar, qaraj və s. maketlərin hazırlanması.

İşin xüsusiyyəti. Ümumi tərtibat çəkilişi üçün cizgi və eskizlər üzrə çox mürəkkəb olmayan maketlərin ağac, karton, dəmir, sellüloid, plastik, papye-maşe və s. materiallardan hazırlanmaqla xarrat işlərinin aparılması. Mürəkkəb maketlərin detallarının hazırlanması. Bəzək-naxış işlərinin yerinə yetirilməsi.

Bilməlidir: ağac emalı və xarrat dəzgahlarında hər cür materialların hazırlanması texnologiyasını; maketlərin müxtəlif fakturalara əsasən hazırlanma üsulunu; metal, mərmər, kərpic, daş, köhnə ağac və s. məmulatlardan bəzək tərtibatının hazırlanması üsullarını, cizginin oxunması qaydasını.

1. Köhnə evlərin üz tərəfinin görünüş detallarının hazırlanması.

2. Dəmiryolu körpülərinin, müxtəlif formada hasarların, qala qapılarının, dağ mənzərələrinin hazırlanması.

3. Yük avtomobili, zirehli maşın, traktor və s. modellərin hazırlanması.

İşin xüsusiyyəti. Orta tərtibat çəkilişi üçün müxtəlif materiallardan cizgi və eskizlər üzrə mürəkkəb maketlərin, eləcə də çox mürəkkəb olmayan modellərin superdekorasiyası üçün armaturların hazırlanması. Xüsusən mürəkkəb maketlərin şablonlarının hazırlanması.

Bilməlidir: şablonların lazımi ölçülərdə hazırlanması metodlarının; ağacın, metalın, pleksiqlasın, üzvi şüşənin mexaniki emalı üsullarını; lövhə səthinin hamarlanma texnologiyasını; lampa işlərinin texnologiyasını; yapma işlərinin texnologiyasını; bəzək-naxış üçün tərkiblərin hazırlanma üsullarını.

1. Təyyarə, lokomotiv, sualtı qayıq, gəmi və s. modellərin superdekorasiyası üçün armaturun hazırlanması.

2. Evlərin, çin darvazalarının, alaqapıların, qədim qalaların, köşklərin maketlərinin hazırlanması.

3. Minik avtomobillərinin, sərnişin vaqonlarının, tramvayların, trolleybusların, avtobusların, yelkənlərin modellərinin hazırlanması.

İşin xüsusiyyəti. Rəssamın göstərişi və cizgilər əsasında çəkilişin ön tərtibat üçün ən əsas maketlərin və hərəkətli mürəkkəb modellərin, müxtəlif detal və fakturalar əsasında naxışların hazırlanması. Zərləmə işlərinin yerinə yetirilməsi, üz qatın fanerlənməsi, pardaqlanması və naxışlanması. Rəssamın cizgilərinə əsasən ağac fiqurların deşilməsi. Eskizlərə əsasən cizgilərin hazırlanması. Şablon və ləvazimatların hazırlanması.

Bilməlidir: tərsimi həndəsənin əsaslarını; mürəkkəb şablonların hazırlanma və qurulma üsullarını; mürəkkəb keçidlərlə ən mürəkkəb həndəsi fiqurların nişanlanma üsullarını; fanerləmənin texnologiyasını; məmulatlara naxış və bəzək vurulması üsullarını; ağacın yonulması üsullarını; mis, tunc, qaralmış gümüşdən olan məmulatların emal texnologiyasını; pleksiqlasın, üzvi şüşənin cilalanması texnologiyasını.

1. Sarayın üz tərəfinin, pavilyonun iç görünüşünün maketinin hazırlanması.

2. Hündür binaların, göydələnlərin, məscid və kilsələrin, yer kürəsi relyefinin maketlərinin hazırlanması.

3. Parovoz, təyyarə, planetlərarası stansiya, sualtı qayıq, yerin süni peyklərinin, mürəkkəb görünüşlü qədim çilçıraqların və s. modellərin hazırlanması.

4. Bədii, naxışla bəzədilmiş qədim silahların (qılınc, qalxan, alovsaçan, xəncər və s.) maketlərinin hazırlanması.

İşin xüsusiyyəti. Aparat-studiya blokunun avadanlıqlarına texniki-istismar xidməti üzrə sadə işlərin yerinə yetirilməsi. Aparat-studiya blokuna malik olan avadanlığın hazırlanması və işinə nəzarətin həyata keçirilməsi. Kameraların, videonəzarət qurğularının və digər avadanlıqların gətirilməsi və qurulması. Köməkçi texnoloji avadanlığın qoşulması və söndürülməsi. Əlaqələrin yoxlanılması. Televiziya kamerası və kanalların sazlanmasında iştirak etmək. Sadə elektrik və mexaniki tənzimləmə işlərinin aparılması. Blokların və ayrı-ayrı radio komponentlərinin dəyişdirilməsi. Sadə profilaktik və təmir işlərinin aparılması. Televiziya kamerası və kanallarının sazlanmasında iştirak etmək. Elektrik ölçmələrinin aparılması işində iştirak etmək. Proqramların yazılışına qədər kabellərin açılıb çəkilməsi. Məşqlər və proqram zamanı kabellərin gətirilməsi.

Bilməlidir: elektrotexnika, radiotexnika və televiziya üzrə elementar məlumatlar; siqnalların keçməsinin blok sxemini və televiziya kameralarının tənzimləyici orqanlarının və birləşmələrinin təyinatını və onlardan istifadə qaydalarını; ştativlərin, operator kranlarının və televiziya kamerasının mexaniki birləşmələrinin quruluşunu; nəzarət-ölçü cihazları və alətlərinin təyinatını, iş prinsipini və istifadə qaydasını; televiziya avadanlığının sazlanması üçün sınaq cədvəlinin təyinatını.

İşin xüsusiyyəti. Aparat-studiya bloku avadanlığına texniki-istismar xidməti üzrə çox mürəkkəb olmayan işlərin yerinə yetirilməsi. Aparat-studiya bloku avadanlıqlarına təyin edilmiş texniki iş rejiminin təmin edilməsi və onun iş rejiminə nəzarət. Təhkim olunmuş avadanlığın elektrik və mexaniki tənzimlənməsi üzrə çox mürəkkəb olmayan işlərin yerinə yetirilməsi. Sadə profilaktika və təmir işlərinin yerinə yetirilməsi. Elektrik ölçmələrinin aparılması. Studiyanın işıqlandırılması rejiminə nəzarət üzrə işlərdə iştirak etmək.

Bilməlidir: elektrotexnikanın, radiotexnikanın və televiziyanın əsaslarını; səs və videosiqnalların keçməsinin blok-sxemini və xidmət olunan avadanlıqlarda blokların təyinatını; müxtəlif sahə avadanlıqlarının iş prinsipini və təyinatını.

İşin xüsusiyyəti. Aparat-studiya bloku avadanlığına texniki-istismar xidməti üzrə mürəkkəb işlərin yerinə yetirilməsi. Avadanlıqların işə salınması. Avadanlıqların mürəkkəb elektrik və mexaniki tənzimlənməsi, sökülməsi, yığılması və təmir edilməsi. Mürəkkəb profilaktika və təmir işlərinin aparılması. Televiziya avadanlıqlarının keyfiyyət parametrlərinin ölçülməsi işlərində iştirak etmək. Siqnalverənə və əlaqə dövrəsində olan nasazlıqların aşkar edilməsi və onların aradan qaldırılması. Avadanlıqların quraşdırılması və modernləşdirilməsi işlərində iştirak etmək. Texniki sənədləşdirmənin aparılması.

Bilməlidir: xidmət olunan avadanlığın texniki xüsusiyyətlərini; bütün kompleks avadanlığın səs və videosiqnallarının birləşmə blok-sxemini; xidməti əlaqələrin kommutasiya sxemini; televiziya və səs avadanlığının quraşdırılma sxemini; avadanlıqların sazlanması zamanı sınaq cədvəlindən istifadə qaydalarını.

İşin xüsusiyyəti. Aparat-studiya bloku avadanlığına texniki-istismar xidməti üzrə daha mürəkkəb işlərin yerinə yetirilməsi. Hazırlıq, quraşdırılma işlərinin və televiziya avadanlıqlarının bütün parametrlərinin ölçülməsi üzrə işlərin aparılması. Avadanlıqların nasazlıqlarının müəyyənləşdirilməsi və aradan qaldırılması, onların müəyyən olunmuş texniki göstəricilərinin saxlanılması. Yeni televiziya avadanlıqlarının mənimsənilməsi, avtomatlaşdırma və modernləşdirmə işlərində iştirak etmək.

Bilməlidir: televiziya avadanlığının quraşdırılmasının nəzəri əsasını və prinsipini; elektrik və radio ölçmələrinin, maqnit yazılarının əsasını; televiziya avadanlıqlarının prinsipial və quraşdırılma sxemlərini; ölçü aparatlarının təyinatını və quruluşunu; avadanlıqların parametrlərinin ölçülməsi zamanı onlardan düzgün istifadə qaydalarını.

Xüsusi orta ixtisas təhsili tələb olunur.

7-ci dərəcə: mürəkkəb idarəetmə sistemi olan rəqəm texnologiyası prinsipli televiziya avadanlıqlarının istismarı zamanı.

8-ci dərəcə: mürəkkəb idarə sistemi olan rəqəm texnologiyası prinsipli televiziya avadanlıqlarının istismarı və müstəqil təmiri zamanı.

İşin xüsusiyyəti. Üzərində televiziya və radio avadanlığı quraşdırılmış müxtəlif təyinatlı avtomobillərin yol hərəkəti qaydalarına riayət edilməklə idarə edilməsi. Avtomobilin yanacaqla, sürtgü materialları və və soyuducu mayelərlə doldurulması. Avtomobilin texniki vəziyyətinin yoxlanılması və xəttə çıxmazdan əvvəl qəbulu, xətdən qayıtdıqdan sonra avtomobilin təhvil verilməsi və avtomobilin müəyyən edilmiş yerdə saxlanılması. Avtomobilin hərəkətə gətirməzdən əvvəl onun üzərində quraşdırılmış televiziya və radio avadanlığının müəyyən olunmuş qaydada bağlanılmasına nəzarət. İş zamanı xətdə olan xırda nasazlıqların aradan qaldırılması. Yol sənədlərinin müəyyən olunmuş qaydada rəsmiləşdirilməsi.

Bilməlidir: avtomobillərin yol hərəkəti və texniki istismar qaydasını; hərəkətin təhlükəsizliyinin əsaslarını; avtomobilin istismarı prosesində yaranan nasazlıqların əlamətlərini, səbəblərini və təhlükəli nəticələrini, onların aşkar edilib aradan qaldırılması üsullarını; texniki xidmətin aparılması qaydasını və avtomobillərin qarajda və açıq dayanacaqlarda təhlükəsiz saxlanılmasını; akkumulyator batareyasının və avtomobil şinlərinin istismar qaydasını; avtomobilin üzərində quraşdırılmış xüsusi təyinatlı avadanlığın hərəkət zamanı bərkidilmə qaydasını və avadanlığın avtomobilin hərəkətinə təsirini; iş şəraitində texniki yardım olmadıqda müəyyən nizamlama işlərinin yerinə yetirilməsini; avtomobilin işinin uçotu üzrə ilk sənədlərin doldurulma qaydasını.

6-cı dərəcə: üzərində televiziya və radio texnoloji avadanlıqları qurulmuş minik avtomobillərini idarə etdikdə;

7-ci dərəcə: üzərində səyyar videoyazı stansiyaları və ya orta güclü radioyayım avadanlığı quraşdırılmış, baza yükgötürmə qabiliyyəti 6 tonadək olan xüsusi televiziya və radio avtomobillərini, eləcə də böyük həcmli səyyar televiziya stansiyalarının köməkçi avtomobillərini idarə etdikdə;

8-ci dərəcə: üzərində mürəkkəb texnoloji avadanlıq və ya üç kameralı səyyar telestansiya, radioyayım və elektrostansiya quraşdırılmış, baza yükgötürmə qabiliyyəti 6 tondan 10 tonadək olan xüsusi televiziya və radio avtomobillərini idarə etdikdə;

9-cu dərəcə: üzərində 4-5 kameralı iri həcmli telestansiya qurulmuş, baza yükgötürmə qabiliyyəti 10 tondan çox olan xüsusi televiziya və radio avtomobillərini idarə etdikdə.

İşin xüsusiyyəti. Yüksək ixtisaslı üzçəkənin rəhbərliyi altında üzlük çəkilməsi üçün hazırlıq işlərinin aparılması. Düzxətli sipərlərin çəkilməsi. Üzlüklərə halqaların, düymələrin, iplərin tikilməsi. Sipərlərin çəkilməsi üçün kətan və gişlərin tikilməsi.

Bilməlidir: üzlüklərin çəkilməsi üçün hazırlıq işlərinin görülməsini.

İşin xüsusiyyəti. Üzlüyün hazırlanması üçün hazırlıq işlərinin aparılması və sadə bəzək işlərinin yerinə yetirilməsi. Düzxətli üzlüklərin çəkilməsi. Sadə üzlüklərin və pərdələrin təmiri.

Bilməlidir: üzçəkmə bəzək işlərinin sadə həllini; üzlük materiallarının növünü və təyinatını; üzlük parçaların tikiş texnikasını.

1. Saçaq və naxışların vurulması.

2. İlmələrin sarılması.

3. Düzxətli divarlara və çərçivə altına naxışsız materiallardan üzlüklərin çəkilməsi.

4. Yumşaq pərdələrin ütülənməsi.

İşin xüsusiyyəti. Eskiz və şəkillər üzrə çox mürəkkəb olmayan bəzək-üzləmə işlərinin aparılması. Üzlük materiallarının tikilməsi, pərdələrin təmiri.

Bilməlidir: çox mürəkkəb olmayan bəzəkli üzlüklərin hazırlanması yollarını; parçaların biçilmə texnologiyasını; bəzək üçün ayrılan parça növlərinin xüsusiyyətlərini; tikiş maşınlarının növlərini və onlardan istifadə qaydalarını.

1. Alaqapılara, qüvvələrə saya üzlüklərin çəkilməsi.

2. Qırçın və büzmələrin hazırlanması və tikilməsi.

3. Astarsız saya pərdələrin kəsilməsi və tikilməsi.

4. Divarlarda, hamar lövhələrdə şəkillərə üz çəkilməsi.

İşin xüsusiyyəti. Mürəkkəb üzləmə-bəzək və ya təmir işlərinin eskiz və rəsm əsasında yerinə yetirilməsi.

Bilməlidir: mürəkkəb üzləmə-bəzək işlərinin yerinə yetirilmə qaydasını; mürəkkəb üzlük və pərdələrin kəsilmə və tikilmə texnologiyasını. Haşiyələyici materialların növlərini.

1. Mebel materiallarına naxış vurulması.

2. Yumşaq və astarlı pərdələrin, örtüklərin biçilməsi və tikilməsi.

3. Divarlara naxış vurulması.

4. Mebel üzlüklərinin biçilməsi və tikilməsi.

İşin xüsusiyyəti. Eskiz və şəkillər əsasında daha mürəkkəb üzləmə-bəzək işlərinin yerinə yetirilməsi. Materialların mürəkkəb biçimi, mürəkkəb üzlüklərin və pərdələrin təmiri. Aşağı dərəcəli üzlük çəkənlərin işinə rəhbərlik.

Bilməlidir: ən mürəkkəb üzləmə-bəzək işlərinin yerinə yetirilməsi qaydalarını; köhnə və yeni növlü mebellərin üzlənmə texnologiyasını; bütün növdən olan bəzək işlərinin aparılması qaydasını.

1. Astarlı səhnə pərdələri, fransız pəncərə pərdələrinin hazırlanması və montajı.

2. Tirlərə söykənən tavanların naxışlı üzlənməsi və bəzənməsi.

3. Tavan və divarlara, kürə şəkilli lövhələrə şüa şəkilli üzlüklərin çəkilməsi.

İşin xüsusiyyəti. Videofonoqramların və təmiz videorulonların qəbulu, sistemləşdirilməsi, saxlanılması, uçotu və buraxılması. Videofonoqramların seçilməsi, hazırlanması və texniki şöbəyə baxış, televiziya proqramlarının hazırlanması və televiziya proqramına əsasən efirə buraxılmaq üçün verilməsi. Yazılış üçün videorulonların təmiz lentlə hazırlanması. İstifadədə olan videolentlər, onların videoyazılış və canlandırılma proseslərində yerdəyişməsi üzrə müəyyən edilmiş formada texniki sənədləşdirmənin aparılması. Videorulonlar yazılış üçün seçilərkən texniki sənədlər üzrə keyfiyyətinin yoxlanılması. Videolentlərin və videofonoqramların aparat şöbəsinə gətirilməsi, istifadə üçün saxlanılması və videotekaya qaytarılması.

Bilməlidir: televiziya proqramları istehsalının təşkilinin əsaslarını; videoteka materialının sistemləşdirilməsi prinsipini; videolentlə davranış və videoteka fondunun saxlanılması qaydalarını; videoteka materialının müəyyən olunmuş qeydiyyat və hərəkətinin uçot formalarını; videolentlərin yapışdırılması qaydalarını; rulonların silinməsi və məhv edilməsi, zay lentlərin qeydiyyatı və geri qaytarılması qaydalarını; təhlükəsizlik texnikası və yanğından mühafizə qaydalarını.

İşin xüsusiyyəti. Operativ tənzimləmə orqanlarının köməyi ilə videomaqnitofon işinin idarə edilməsi. Lentin yapışdırılması. Rakordların yapışdırılması. Videomaqnitofonun lazımi iş rejiminin qurulması. Hazır yazıların baxış üçün təkrarlanması.

Bilməlidir: elektronika, radiotexnika üzrə elementar məlumatları; maqnit yazılışının prinsipini; videomaqnitofonda və pultda əsas idarə və tənzimləmə qollarının təyinatını; video və səs siqnalarının struktur sxemini; aparatlara xidmət qaydasını; maqnit lentinin saxlanılma qaydasını; yazılışların tərtibi qaydalarını; təhlükəsizlik texnikası və yanğından mühafizə qaydalarını.

İşin xüsusiyyəti. Xarici siqnal mənbələrinin yazılışı, videofonoqramların səsləndirilməsi, həmçinin müvəqqəti-ünvanlı kodların yazılması, tirajı və baxışı zamanı operativ tənzimlənmə orqanlarının köməyi ilə videomaqnitofonun işinin idarə edilməsi. Lent çəkici mexanizmlərin təmizlənməsi, silinməsi və maqnitsizləşdirilməsi. Gündəlik tənzimləmə təlimatlara uyğun olaraq videomaqnitofonların tənzimlənməsi. Ölçü lentləri (testləri) üzrə videomaqnitofonların yoxlanılması. Daha yüksək ixtisaslı operatorun rəhbərliyi altında videomaqnitofonların parametrlərinin ölçülməsi və profilaktik işlərin yerinə yetirilməsi. Texniki işçi sənədlərin aparılması.

Bilməlidir: elektrotexnikanın, radiotexnikanın əsaslarını; televiziya və səs siqnallarının maqnit yazılışı üzrə elementar məlumatları; videoyazılış aparatlarının quruluşunun funksional prinsiplərini; videomaqnitofonların əsas sistem və birləşmələrini; videomaqnitofonların istismarı üzrə təlimatları; nəzarət-ölçü cihazlarından istifadə qaydalarını, onların təyinatını və iş prinsipini; maqnit lentindən istifadə qaydalarını; texniki televiziya vasitələrinin istismar qaydalarını; texniki sənədləşdirmənin aparılması qaydasını.

İşin xüsusiyyəti. Çıxış siqnallarının tənzimlənməsi və onların efirdə səsləndirilməsindən əvvəl müvafiq aparata verilməsi. Videomaqnitofonların bütün iş rejimində siqnalların keyfiyyət göstəricilərinin operativ tənzimlənmələrin köməyi ilə saxlanılması. Videomaqnitofon aparatlarının texniki vasitələr kompleksinin (videomaqnitofonun, kommutasiya pultunun və montajın) işə hazırlanması. Siqnal mənbələrinin lazımi kommutasiyasının təmin edilməsi. Müvafiq reqlamentə əsasən yazılış qabağı mənbədən daxil olan siqnalların qəbulu və yoxlanılması. Profilaktika və təmir işlərinin, eləcə də videomaqnitofon parametrlərinin ölçülməsi işinin aparılması.

Bilməlidir: maqnit yazılışının, televiziyanın, elektrik və radio ölçmələrinin əsaslarını; videofonoqramlara olan dövlət standartını; videomaqnitofonların qurulmasının funksional prinsipini, onun əsas sisteminin və elektron blokunun təyinatını; texniki vasitələrin ümumi kommutasiya sxemini və video və səs siqnallarının ötürülmə sxemini; videomaqnitofonlara və aparatlara daxil olan və onlardan çıxan siqnalların əsas parametrlərinin ölçülmə metodikasını.

İşin xüsusiyyəti. Montaj vərəqi üzrə videofonoqramların elektron montajının və montaj stolunda montaj impulsu siqnalından istifadə edilməklə videofonoqramların mexaniki montajının aparılması. Videomaqnitofon aparatlarının texniki vasitələr kompleksinin tənzimlənməsi və qurulması. Aparatların bütün iş rejimlərində keyfiyyət göstəricilərinin saxlanılması. Maqnit lentinin işə hazırlanması və onun keyfiyyətinin müəyyənləşdirilməsi. Avadanlıqların normal iş rejiminin pozulması səbəblərinin təyin edilməsi və aradan qaldırılması. Aparatlara video və səs siqnallarının ötürülməsi traktının parametrlərinin kompleks ölçülməsi. Yeni videomaqnitofon texnikasının quraşdırılması və sazlanmasında iştirak etmək. Xarici videoyazılış texnikasının istismarı. Aparatların texniki sənədləşdirməsinin aparılması. Daha aşağı ixtisaslı operatorların işinə rəhbərlik.

Bilməlidir: televiziya sistemini; televiziya siqnallarının dövlət standartlarını; video-maqnitofon sisteminin və blokunun, blokların elektrik sxeminin quruluşunu və iş prinsipini; videomaqnitofonların pultlarının, videoyazılış aparatlarının istismarı üzrə təlimatları; təsvirin subyektiv qiymətləndirilməsi metodikasını; profilaktika və təmir-bərpa işlərində tapşırıqların aparılması qaydasını, ölçü protokollarının tərtibini.

7-ci dərəcə: mürəkkəb idarə sistemli rəqəm texnologiyası prinsipli aparatlarda iş zamanı.

8-ci dərəcə: xüsusi əhəmiyyətli proqramların yüksək montaj sürəti ilə yerinə yetirilməsi zamanı.

1. 28 sentyabr 2023-cü il tarixli 3-17/3-5-27/2023 nömrəli Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202309283527, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 10 oktyabr 2023-cü il)

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver