Qanunvericilik › Tənzimlənən qiymətlər haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 2

Maddə 2. Əsas anlayışlar

Tənzimlənən qiymətlər haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

2.1. Bu qanunda istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir:

2.1.1. Qiymət – məhsulun (malın, işin, xidmətin) pulla ifadə olunan dəyəridir;

2.1.2. Qiymətlərin dövlət tənzimlənməsi – qiymətlərin əmələ gəlməsi və tətbiqi prosesinə qanunvericilik, inzibati və maliyyə-büdcə tədbirləri vasitəsilə təsir etməklə qiymətlərin müəyyən edilməsidir;

2.1.3. Qiymətin əmələ gəlməsi – müvafiq normativ hüquqi sənədlər, tələb-təklif və qiymətə təsir göstərə bilən amillər əsasında qiymətlərin formalaşmasıdır;

2.1.4. Tənzimlənən qiymət – səviyyəsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilən qiymətdir;

2.1.5. Bazar qiyməti – tələb və təklif əsasında tərəflərin qarşılıqlı razılığı ilə müəyyən olunan qiymətdir.

2.1.6. Tənzimləyici orqan – qiymətlərin dövlət tənzimlənməsini həyata keçirən müvafiq icra hakimiyyəti orqanı.

2.2. Bu qanunda istifadə edilən mülki, iqtisadi və digər qanunvericilik sahələrinə aid anlayışlar müvafiq qanunvericilik aktlarında istifadə edilən mənalarda tətbiq olunurlar.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver