Qanunvericilik › Texniki təhlükəsizlik ekspertizası və rəylərinin təsdiq edilməsi Qaydası (Fövqəladə Hallar Nazirliyi, 21.06.2002) › Tam mətn

Texniki təhlükəsizlik ekspertizası və rəylərinin təsdiq edilməsi Qaydası (Fövqəladə Hallar Nazirliyi, 21.06.2002)

Texniki təhlükəsizlik ekspertizası və rəylərinin təsdiq edilməsi Qaydası (Fövqəladə Hallar Nazirliyi, 21.06.2002) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

“Dövlət qeydiyyatına alınmışdır”

Azərbaycan Respublikası

___________________F.F.Məmmədov

Azərbaycan Respublikası

Dövlətdağmədəntexnəzarət

Komitəsinin əmri “17”

__________________T.M.Əliyev

1.1. Bu Qayda Azərbaycan Respublikasının “Texniki təhlükəsizlik haqqında” 2 noyabr 1999-cu il tarixli 733-IQ nömrəli Qanununun, eləcə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 mart 2001-ci il tarixli 67 nömrəli Qərarını təsdiq edilmiş “Texniki təhlükəsizlik ekspertizasının keçirilməsi Qaydaları”nın tələbləri nəzərə alınmaqla işlənib hazırlanmışdır.

1.2. Bu sənəddə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 mart 2001-ci II 67 nömrəli Qərarı ilə təsdiq edilmiş “Texniki təhlükəsizlik ekspertizasının keçirilməsi qaydaları”nda qəbul edilmiş terminlərdən istifadə edilir.

1.3. Əsasnamə Texniki təhlükəsizliyə dair ekspertiza rəylərinin (sonrakı mətndə — ekspertiza rəyləri) baxılması və təsdiq edilməsi sahəsində Dövlət-dağmədəntexnəzarət Komitəsinin mərkəzi aparatının və Komitənin sənaye və ərazi sahələri üzrə müfəttişliklərinin mütəxəssisləri üçün yerinə yetirilməsi məcburi olan qaydalarını müəyyənləşdirir.

1.4. Ekspertiza rəyinin təsdiq edilməsi, texniki təhlükəsizlik ekspertizasının keçirilməsi sahəsində tələblərə riayət olunmasını təmin etmək məqsədilə həyata keçirilir.

1.5. Ekspertiza rəylərinin baxılması və təsdiq edilməsi, bir qayda olaraq, Azərbaycan Respublikası Dövlətdağmədəntexnəzarət Komitəsi tərəfindən həyata keçirilir.

Ekspertiza rəylərinin baxılması və təsdiq edilməsi barədə məlumat bankının aparılmasını Dövlətdağmədəntexnəzarət Komitəsi həyata keçirir.

2.1. Ekspertiza rəyi təsdiq edilmək üçün Azərbaycan Respublikasının Dövlətdağmədəntexnəzarət Komitəsinə, ekspert təşkilatının rəhbəri tərəfindən imzalanır və 5 gün müddətində sifarişçi təşkilat tərəfindən təqdim edilir.

2.2. Təsdiq edilmək üçün təqdim edilmiş ekspertiza rəyləri qüvvədə olan kargüzarlıq qaydalarına müvafiq olaraq qəbul edilir və qeydiyyata alınır.

2.3. Cavabdeh bölmə və ya əməkdaş ekspertiza rəyini bu Qaydaya 1 nömrəli Əlavədə göstərilən forma üzrə xüsusi jurnalda qeydiyyata alır. Qeydiyyat nömrəsi 2 nömrəli Əlavədə göstərilən formaya uyğun olaraq ekspertiza rəyinin titul vərəqində qeyd edilir.

2.4. Qeydiyyat nömrəsi bir—birindən tire (defis) işarəsi ilə ayrılan, XX-XX-XXXXX-XXXX şəklində dörd qrup işarədən ibarətdir.

İşarələrin birinci qrupu (XX) Azərbaycan Respublikasın Dövlətdağmədəntexnəzarət Komitəsinin müəyyən etdiyi təsnifata müvafiq olaraq, qeydiyyat orqanını identifikasiya edir.

İşarələrin ikinci qrupu (XX) ekspertiza obyektini identifikasiya edir. Ekspertiza obyektinin şərti işarələrinin göstəriciləri aşağıdakı kimi ota bilər:

a) LS — təhlükəli istehsal obyektinin tikintisi, genişləndirilməsi, yenidən qurulması, texniki təchizatının yeniləşdirilməsi, konservasiyası və ləğv edilməsi üçün layihə sənədləri;

b) BT — təhlükəli istehsal obyektindəki binalar və tikililər;

c) TQ — təhlükəli istehsal obyektində tətbiq edilən texniki qurğular;

ç) TB — texniki təhtükəsizlik bəyannamələri və təhlükəli istehsal obyektinin istismarı ilə bağlı digər sənədlər.

İşarələrin üçüncü qrupu rəqəmlərdən ibarət olub, 00001-dən 99999-dək qiymət ala bilər. Bu ədəd — ekspertiza rəyinin funksional bölməyə daxil olması ardıcıllığında onun sıra sayını göstərir.

İşarələrin dördüncü qrupu rəqəmlərdən ibarət olub, ekspertiza rəyinin təsdiq olunmaq üçün təqdim edildiyi ili göstərir.

3.1. Ekspertiza rəyinin təsdiq edilməsi (yaxud onun təsdiq edilməsindən imtina barədə qərarın qəbul edilməsi) müddəti ekspertiza rəyinin daxil olması günündən etibarən 30 gündən çox olmamalıdır.

Məsələnin əlavə öyrənilməsinə, yaxud əlavə informasiya almağa ehtiyac olduqda bu müddət, komitə rəhbərliyinin qərarına əsasən, 30 gündən çox olmamaqla artırıla bilər.

3.2. Ekspertiza rəyinə baxılması ekspertiza obyektinin spesifikasıyasına uyğun olaraq həyata keçirilir və bu zaman:

a) ekspertiza rəyinin, onun tərtib edilməsinə dair tələblərə müvafiqliyi;

b) ekspertizanın keçirilməsinin, ekspert təşkilatına Azərbaycan Respublikasının Dövlətdağmədəntexnəzarət Komitəsi tərəfindən verilmiş lisenziyanın şərtlərinə müvafiqliyi;

c) texniki təhlükəsizlik ekspertizalarının keçirilməsi üzrə tələblərə riayət olunması;

ç) ekspertiza zamanı Azərbaycan Respublikası Dövlətdağmədəntexnəzarət Komitəsi tərəfindən təsdiq edilmiş, yaxud onunla razılaşdırılmış normativ sənədlərdən istifadə edilməsi;

d) ekspertizadan keçirilməsi zəruri olan və istifadəsinə icazə verilmiş nəzarət, sınaq, diaqnostika avadanlıqlarından və ölçmə vasitələrindən istifadə olması yoxlanılır.

3.3. Ekspertiza rəyinə baxılması gedişində həm sifarişçidən, həm də ekspertiza rəyini hazırlamış ekspert təşkilatından, keçirilmiş ekspertizanın mahiyyətindən asılı olaraq əlavə informasiya tələb edilə bilər.

3.4. Ekspertiza rəyinə baxılmasının nəticələrinə əsasən, ekspertiza rəyinin təsdiq edilməsinin mümkünlüyü, yaxud onun təsdiq edilməsindən imtina barədə təklif və ekspertiza rəyini təqdim etmiş təşkilata, göndəriləcək müvafiq məktubun layihəsi hazırlanır.

Ekspertiza rəyinin təsdiq edilməsindən imtina olunduğu halda imtinanın səbəbi “Texniki təhlükəsizlik ekspertizasının keçirilməsi” Qaydasına müvafiq olaraq arqumentlərə istinad etməklə əsaslandırılmalıdır.

3.5. Ekspertiza rəyinin təsdiq edilməsi, yaxud onun təsdiq edilməsindən imtina barədə son qərarı, Dövlətdağmədəntexnəzarət Komitəsinin daimi fəaliyyət göstərən ekspert komissiyası tərəfindən təqdim olunmuş təklif əsasında Komitənin rəhbərliyi qəbul edir.

3.6. Ekspertiza rəyinin təsdiq edilməsi barədə qərarın (3 nömrəli Əlavədə göstərilən forma üzrə), və yaxud onun təsdiq edilməsindən imtina barədə qərarın (4 nömrəli Əlavədə göstərilən forma üzrə) əlavə edildiyi məktub Komitənin rəhbərliyi tərəfindən imzalanır və ekspertiza rəyini təqdim etmiş sifarişçi təşkilata, surəti isə ekspert təşkilatına göndərilir.

3.7. Ekspertiza rəyinin təsdiq edilməsindən imtina edilməsi ilə əlaqədar mübahisə yaranarsa sifarişçi qanunvericiliklə müəyyən olunmuş qaydada şikayət edə bilər.

Texniki təhlükəsizlik ekspertizası

rəylərinin təsdiq edilməsi

Texniki təhlükəsizlik ekspertizası

Texniki təhlükəsizliyə dair ekspertiza

rəyinin titul vərəqinin nümunəsi

____________________________________________________________

təşkilatın (hüquqi və yaxud fiziki şəxsin) (baş idarənin) adı

_____________________________________________________

Ekspert təşkilatının rəhbəri

imza________ S.A.A.__________

Texniki təhlükəsizliyə dair ekspertiza rəyinin

təsdiq edilməsi barədə qərarın nümunəsi

(Azərbaycan Respublikası Dövlətmədəntex-

nəzarət Komitəsinin blankında doldurulur)

Azərbaycan Respublikası Dövlət Sənayedə İşlərin Təhlükəsiz Görülməsinə Nəzarət və Dağ-Mədən Nəzarəti Komitəsi _____________________________________________________________

____________________________________________________________________________ üçün

texniki təhlükəsizliyə dair __________________________________________________________

tərəfindən verilmiş ________________________________________________________________

__________________________________________________________________ tərəfindən

təqdim edilmiş ekspertiza rəyinə baxmış və onu XX-XX-XXXXX-XXXX nömrə ilə qeydiyyata almışdır.

Ekspertiza rəyinə baxılmasının nəticələrinə əsasən, texniki təhlükəsizliyə dair ekspertiza rəyinin texniki təhlükəsizlik tələblərinə uyğun olması və ekspertiza rəyinin təsdiq edilməsi barədə müvafiq qərar qəbul edilmişdir.

______________ ___________________ __________________________

(vəzifəsi) (imzası) (S.A.A.a.)

Texniki təhlükəsizliyə dair ekspertiza rəyinin

təsdiq edilməməsi barədə qərarın nümunəsi

(Azərbaycan Respublikası Dövlətmədəntex-

nəzarət Komitəsinin blankında doldurulur)

Azərbaycan Respublikası Dövlət Sənayedə İşlərin Təhlükəsiz Görülməsinə Nəzarət və Dağ-Mədən Nəzarəti Komitəsi______________________________________________________________

_____________________________________________________ üçün texniki təhlükəsizliyə dair

(ekspert təşkilatının adı)

________________________tərəfindən verilmiş, ______________________________

________________________________ tərəfindən təqdim edilmiş ekspertiza rəyinə

sifarişçi təşkilatın adı)

baxmış və onu XX-XX-XXXXX-XXXX № ilə qeydiyyata almışdır.

Ekspertiza rəyinə baxılarkən, texniki təhlükəsizliyə dair ekspertiza rəyində texniki təhlükəsizlik üzrə qanunvericilik aktlarının, norma və Qaydaların aşağıdakı tələblərinin pozulduğu müəyyən edilmişdir (lazım olanları seçməli):

— ekspertiza rəyinin sənədləşdirilməsinə dair tələblər;

— ekspertizanın, ekspert təşkilatına Azərbaycan Respublikası Dövlətdağmədəntexnəzarət Komitəsi tərəfindən verilmiş lisenziyanın şərtlərinə müvafiq qaydada keçirilməsinə dair tələblər;

— ekspertizanın keçirilməsində iştirak etmiş ekspertlərin müəyyən olunmuş qaydada attestasiyadan keçməsinə dair tələblər;

— texniki təhlükəsizlik ekspertizalarının keçirilməsinə verilən tələblərə riayət edilməsinə dair tələblər;

— ekspertiza zamanı Azərbaycan Respublikası Dövlətdağmədəntexnəzarət Komitəsi tərəfindən təsdiq edilmiş, yaxud onunla razılaşdırılmış normativ sənədlərdən, üsullardan və başqa sənədlərdən istifadə edilməsinə dair tələblər;

— ekspertiza üçün zəruri və istifadəsinə icazə verilmiş nəzarət, sınaq, diaqnostika avadanlıqlarından və ölçmə vasitələrindən istifadə edilməsinə dair tələblər.

Ekspertiza rəyinə baxılmasının nəticələrinə əsasən, texniki təhlükəsizliyə dair ekspertiza rəyinin texniki təhlükəsizliyin tələblərinə uyğun olmaması və ekspertiza rəyinin təsdiq edilməsindən imtina edilməsi barədə qərar qəbul edilmişdir.

______________ ______________ _________________

(vəzifəsi) (imzası) (S.A.A.a.)

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver