Qanunvericilik › Texniki təhlükəsizlik haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 14

Maddə 14. Texniki təhlükəsizlik ekspertizası

Texniki təhlükəsizlik haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

1. Texniki təhlükəsizlik ekspertizası aşağıdakılara şamil olunur:

təhlükə potensiallı obyektin tikintisi, genişləndirilməsi, yenidən qurulması, texniki cəhətdən yeniləşməsi, konservasiyası və ləğvinə dair layihə sənədlərinə;

təhlükə potensiallı obyektdə istifadə olunan avadanlıq və texniki qurğulara;

təhlükə potensiallı obyektdəki bina və tikililərə;

texniki təhlükəsizlik bəyannaməsi və təhlükə potensiallı obyektin istismarı ilə bağlı olan digər sənədlərə.

2. Texniki təhlükəsizlik ekspertizası obyekti istismar edən hüquqi və ya fiziki şəxsin hesabına (“Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 26-cı maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla) həyata keçirilir.

3. Texniki təhlükəsizlik ekspertizasını həyata keçirən təşkilat ekspertizanın nəticəsi barədə rəy verir.

4. Müvafiq icra hakimiyyəti orqanına təqdim edilmiş rəy həmin orqan tərəfindən müəyyən edilmiş qaydada nəzərdən keçirilir və təsdiq edilir.

5. Texniki təhlükəsizlik ekspertizası, digər ekspertizaların həyata keçirilməsi ilə eyni vaxtda həyata keçirilə bilər.

6. Texniki təhlükəsizlik ekspertizasının keçirilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver