1. Təhlükə potensiallı obyektlərdə istehsal və istifadə olunan texniki qurğular, maşın və mexanizmlər müvafiq standartda, texniki reqlamentdə və digər normativ hüquqi aktda müəyyən olunmuş tələblərə uyğunluğu baxımından Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilmiş qaydada sertifikatlaşdırılır. Təhlükə potensiallı obyektlərdə istifadə olunan və sertifikatlaşdırılmış texniki qurğuların siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunur.
2. Təhlükə potensiallı obyektlərdə istehsal və istifadə olunan texniki qurğuların sertifikatlaşdırılması müvafiq icra hakimiyyəti orqanının akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurumu və ya akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurumlar tərəfindən aparılır. Bu uyğunluğu qiymətləndirən qurumların akkreditasiyası “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş qaydada həyata keçirilir.
3. Sertifikatın verilmə qaydaları qanunvericiliyə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilir.
4. Təhlükə potensiallı obyektlərdə avadanlıq və texniki qurğulardan istehsalın və istifadənin ümumi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilir.
5. Təhlükə potensiallı obyektlərdə istehsal və istifadə olunan avadanlıq və texniki qurğular istismar prosesində müəyyən edilmiş qaydada texniki təhlükəsizlik ekspertizasından keçirilir.