Qanunvericilik › “Texnoloji nəqliyyаt vаsitələrinin və siyahısı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilən digər mехаniki nəqliyyаt vаsitələrinin (qоşqulаrının), dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması ilə bağlı kargüzarlıq işinin təşkili, qeydiyyat şəhadətnaməsinin, dövlət qeydiyyat nişanlarının və digər xüsusi məhsulların hazırlanması, sərfi, saxlanılması və onlara nəzarətin təmin olunmasına dair Təlimat”ın təsdiq edilməsi barədə (Fövqəladə Hallar Nazirliyi, 23.02.2018) › Tam mətn

“Texnoloji nəqliyyаt vаsitələrinin və siyahısı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilən digər mехаniki nəqliyyаt vаsitələrinin (qоşqulаrının), dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması ilə bağlı kargüzarlıq işinin təşkili, qeydiyyat şəhadətnaməsinin, dövlət qeydiyyat nişanlarının və digər xüsusi məhsulların hazırlanması, sərfi, saxlanılması və onlara nəzarətin təmin olunmasına dair Təlimat”ın təsdiq edilməsi barədə (Fövqəladə Hallar Nazirliyi, 23.02.2018)

“Texnoloji nəqliyyаt vаsitələrinin və siyahısı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilən digər mехаniki nəqliyyаt vаsitələrinin (qоşqulаrının), dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması ilə bağlı kargüzarlıq işinin təşkili, qeydiyyat şəhadətnaməsinin, dövlət qeydiyyat nişanlarının və digər xüsusi məhsulların hazırlanması, sərfi, saxlanılması və onlara nəzarətin təmin olunmasına dair Təlimat”ın təsdiq edilməsi barədə (Fövqəladə Hallar Nazirliyi, 23.02.2018) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

“Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinə, Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 28 dekabr tarixli 695 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi haqqında Əsasnamə”nin 9.11-ci bəndinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 15 mart tarixli 39 nömrəli Qərarı ilə təsdiq edilmiş “Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında Əsasnamə”nin 12-ci bəndinin ikinci abzasına uyğun olaraq və Azərbaycan Respublikası Prezidentinin 19 aprel 2006-cı il tarixli 394 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi haqqında Əsasnamə”nin 8.2.1-ci və 10.10.4-cü yarımbəndlərini rəhbər tutaraq,

1. “Texnoloji nəqliyyаt vаsitələrinin və siyahısı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilən digər mехаniki nəqliyyаt vаsitələrinin (qоşqulаrının), dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması ilə bağlı kargüzarlıq işinin təşkili, qeydiyyat şəhadətnaməsinin, dövlət qeydiyyat nişanlarının və digər xüsusi məhsulların hazırlanması, sərfi, saxlanılması və onlara nəzarətin təmin olunmasına dair Təlimat” təsdiq edilsin (əlavə olunur).

2. Hüquq idarəsinə tapşırılsın ki, Qərar qəbul edildiyi gündən 3 gün müddətində Azərbaycan Respublikası Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə göndərilsin.

3. Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş idarəsi (Mehriban Səadətxan) qərarın surətinin nazirliyin Aparatının müvafiq struktur bölmələrinə və qurumlarına çatdırılmasını təmin etsin.

1.1. Bu Təlimat “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinə, Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 28 dekabr tarixli 695 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi haqqında Əsasnamə”nin 9.11-ci bəndinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 15 mart tarixli 39 nömrəli qərarı ilə təsdiq edilmiş “Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında Əsasnamə”nin müddəalarına uyğun olaraq hazırlanmışdır.

1.2. Bu Təlimat Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyində (bundan sonra – Dövlət Agentliyi) nəqliyyat vasitələrinin və onların qoşqularının dövlət qeydiyyatı, təkrar qeydiyyatı, uçota alınması və uçotdan çıxarılması, nəqliyyat vasitəsinin texniki-uçot göstəricilərinin dəyişdirilməsi və bu sahədə kargüzarlıq işinin təşkili, habelə qeydiyyat şəhadətnaməsinin, dövlət qeydiyyat nişanlarının və xüsusi məhsulların hazırlanması, sərfi, saxlanması və onlara nəzarətin həyata keçirilməsi ilə bağlı məsələləri nizamlayır.

1.3. Texnoloji nəqliyyat vasitələrinin, Аzərbаycаn Rеspublikаsı Nаzirlər Kаbinеtinin 2008-ci il 14 avqust tаriхli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən dövlət qeydiyyatı aparılan nəqliyyat vasitələrinin Siyahısı” ilə müəyyən edilən digər mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının (bundan sonra-nəqliyyat vasitəsi) dövlət qeydiyyatından keçirilməsi, uçota alınması və onlara qeydiyyat şəhadətnaməsinin və dövlət qeydiyyat nişanının verilməsi Dövlət Agentliyi tərəfindən həyata keçirilir.

1.4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 15 mart tarixli 39 nömrəli qərarı ilə təsdiq edilmiş “Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında Əsasnamə”nin 1.3-cü bəndinin ikinci abzasına əsasən nəqliyyat vasitəsinin qeydiyyatı sahibinin (hüquqi və ya fiziki şəxslərin) adına, kollektiv mülkiyyətdə olan nəqliyyat vasitələri isə yalnız bir şəxsin adına aparılır. Qeydiyyat üzrə daimi uçota alınan nəqliyyat vasitəsinin dövlət qeydiyyat şəhadətnaməsi və dövlət qeydiyyat nişanları verilir.

1.5. Hüquqi və ya fiziki şəxslər nəqliyyat vasitəsinin əldə edildiyi, fiziki şəxsin yaşayış yeri və hüquqi şəxsin olduğu yer dəyişildiyi, nəqliyyat vasitəsinin ipoteka müqaviləsinin bağlandığı, xarici dövlətlərdən gətirildikdə gömrük rəsmiləşdirilməsi keçdiyi vaxtdan, nəqliyyat vasitəsinin mühərrik, ban, şassi nömrələrinin, habelə rənginin dəyişdirildiyi və ya qeydiyyat məlumatlarının dəyişdirilməsini tələb edən digər halların yarandığı vaxtdan on gün ərzində onlara məxsus olan nəqliyyat vasitəsini Dövlət Agentliyində qeydiyyata aldırmalıdırlar.

1.6. Nəqliyyat vasitələrinin dövlət qeydiyyatı üzrə uçota alınması işi ilə bağlı Dövlət Agentliyi aşağıdakıları həyata keçirir:

1.6.1. nəqliyyat vasitələrinin qeydiyyat şəhadətnaməsinin, dövlət qeydiyyat nişanlarının və digər xüsusi məhsul və avadanlıqların istehsal və ya sifariş edilməsini;

1.6.2. nəqliyyat vasitələrinin qeydiyyatını, özgəninkiləşdirilməsinin sənədləşdirilməsini, nəqliyyat vasitəsinin ipotekası haqqında müqavilənin və sonrakı ipoteka haqqında müqavilənin dövlət qeydiyyatının, habelə qanunla müəyyən edilmiş hallarda ipotekanın əlavə dövlət qeydiyyatının aparılmasını, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və dövlət qeydiyyat nişanlarının verilməsini;

1.6.3. qeydiyyata alınmış nəqliyyat vasitələrinin regionlar üzrə və mərkəzləşdirilmiş uçotunun aparılmasını və bunun təşkili üçün lazımi məlumatların hazırlanmasını;

1.6.4. qeydiyyata alınmış nəqliyyat vasitələrinin mərkəzləşdirilmiş uçotunun aparılmasını və bunun təşkili üçün lazımi məlumatların hazırlanmasını;

1.6.5. məxaric olunmuş nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı, qeydiyyat şəhadətnaməsi və digər xüsusi məhsulların sərfinə nəzarətin həyata keçirilməsini və onların vaxtaşırı təftiş edilməsini;

1.6.6. nəqliyyat vasitələrinin dövlət qeydiyyatının və daimi uçota alınmasının, qeydiyyat şəhadətnaməsi və dövlət qeydiyyat nişanının verilməsinin “bir pəncərə” prinsipi əsasında təşkil edilməsini.

1.7. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 15 mart tarixli 39 nömrəli qərarı ilə təsdiq edilmiş “Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında Əsasnamə”nin 1.8-ci bəndinə müvafiq olaraq Azərbaycan Respublikasının ərazisində dövlət qeydiyyatından keçməyən və yaxud nəqliyyat vasitəsinin geri qaytarılması barədə gömrük öhdəçiliyi olmayan, bu Təlimatın 1.8-ci bəndində nəzərdə tutulan nəqliyyat vasitələri istisna olmaqla, dövlət qeydiyyat nişanı və ya onlardan biri yerində olmayan, eləcə də saxta və ya başqa nəqliyyat vasitələrinə verilmiş və ya dövlət standartına uyğun olmayan dövlət qeydiyyat nişanları ilə nəqliyyat vasitələrinin idarə edilməsi qəti qadağandır.

1.8 Ölçülərinin kiçikliyinə görə üzərinə dövlət qeydiyyat nişanının vurulması nəzərdə tutulmayan nəqliyyat vasitələrinə Dövlət Agentliyi tərəfindən yalnız qeydiyyat şəhadətnaməsi verilir.

1.9. Bu Təlimatda nəzərdə tutulmuş dövlət rüsumu, habelə nəqliyyat vasitəsinin sahibi və ya sərəncam vermək hüququ olan digər şəxs barəsində qanuni qüvvəyə minmiş və icrası təxirə salınmamış və ya icrasına möhlət verilməmiş yol hərəkəti, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xəta haqqında iş üzrə tətbiq edilən cərimə yalnız bank, poçt, plastik kart, elektron ödəmə sistemləri və ya internet vasitəsilə ödənilə bilər.

1.9-1. Nəqliyyat vasitəsinin dövlət qeydiyyatının aparılması və daimi uçota alınması, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və dövlət qeydiyyat nişanının verilməsi zamanı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 57.1-57.4-cü və 97.4-cü maddələrində nəzərdə tutulmuş qaydada çatdırılması mümkün olmayan yol hərəkəti, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalar haqqında işlər üzrə sənədlərin çatdırılması təmin edilməlidir.

1.10. Bu Təlimatda nəzərdə tutulmayan məsələlər “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununa, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 15 mart tarixli 39 nömrəli qərarı ilə təsdiq edilmiş “Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında Əsasnamə”yə və “Nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsi və girov qoyulması Qaydası”na uyğun olaraq tənzimlənir.

2.1. Nəqliyyat vasitələri 18 yaşına çatmış fiziki şəxslərin (vərəsəlik üzrə alınan nəqliyyat vasitələrinin qeydiyyatı istisna olmaqla) adına Dövlət Agentliyi tərəfindən dövlət qeydiyyatına alınır.

2.2. Nəqliyyat vasitəsi yetkinlik yaşına çatmamış vərəsənin adına qeydiyyata alınarkən, qeydiyyat sənədində onun valideyninin, övladlığa götürənin və himayəçinin soyadı, adı, atasının adı göstərilir və belə nəqliyyat vasitəsinin qəyyumluq və himayəçilik orqanının icazəsi olmadan qeydiyyatdan çıxarılması qadağan olunur.

Nəqliyyat vasitəsinin qeydiyyatdan çıxarılmasına icazə verilməsi ilə əlaqədar qəyyumluq və himayəçilik orqanlarının qərarları bir iş günü ərzində himayədar ailəyə verilmiş uşaqlara, habelə Azərbaycan Respublikasının Ailə Məcəlləsinə uyğun olaraq yerləşdirilənədək – valideyn himayəsindən məhrum olmuş uşaqlara münasibətdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminə, digər hallarda isə Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin “Rəqəmsal İcra Hakimiyyəti” portalına daxil edilir.

2.2-1. Bu Təlimatın 2.2-ci bəndində nəzərdə tutulmuş sənədlərin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar ərizəçidən tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir.

2.3. Fiziki şəxslərin nəqliyyat vasitələri onların daimi, yaxud müvəqqəti (daimi qeydiyyat olmadıqda) yaşayış yeri üzrə qeydiyyata alınır.

2.4. Hüquqi şəxslərin nəqliyyat vasitələri onların yerləşdiyi ərazi üzrə Dövlət Agentliyi tərəfindən dövlət qeydiyyatına alınır. İdarə, müəssisə və təşkilatların hüquqi şəxs olmayan filiallarının (bölmələrinin) istifadəsində olan nəqliyyat vasitələrinin qeydiyyatı onların yerləşdikləri ərazilər üzrə aparılır və nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsində hüquqi şəxsin – mülkiyyətçinin adı, ünvanı ilə bərabər nəqliyyat vasitəsini istifadə edən filialın (bölmənin) ünvanı da göstərilir.

2.5. Dövlət Agentliyi nəqliyyat vasitəsinin sahibi və ya sərəncam vermək hüququ olan digər şəxs tərəfindən müvafiq sənədlər verildiyi (bu Təlimatın 2.11-1-ci bəndinin tələbləri nəzərə alınmaqla), onun barəsində qanuni qüvvəyə minmiş və icrası təxirə salınmamış və ya icrasına möhlət verilməmiş yol hərəkəti, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xəta haqqında iş üzrə tətbiq edilən cərimə ödənildiyi və nəqliyyat vasitəsinin mühərrik, ban və şassi nömrələri, habelə rəngini tutuşdurmaq məqsədilə müayinəyə təqdim edildiyi vaxtdan 30 dəqiqə, sənədlərin həqiqiliyinin şübhə doğurduğu müstəsna hallarda bir gün ərzində nəqliyyat vasitəsinin dövlət qeydiyyatının aparılmasını və onun daimi uçota alınmasını, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və dövlət qeydiyyat nişanının verilməsini həyata keçirirlər.

2.6. Təqdim olunmuş sənədlərdə (bu Təlimatın 2.11-1-ci bəndinin tələbləri nəzərə alınmaqla) çatışmazlıqlar aşkar edildikdə ərizəçiyə məlumat verilir və bunlar aradan qaldırıldıqdan sonra nəqliyyat vasitəsinin dövlət qeydiyyatı aparılır.

2.7. Nəqliyyat vasitəsi dövlət qeydiyyatından keçirilməsi və daimi uçota alınması üçün mühərrik, ban və şassi nömrələrini, habelə rəngini tutuşdurmaq məqsədi ilə müayinə edildikdən sonra texniki baxışdan keçirilir.

2.8. Aşağıdakı hallarda dövlət qeydiyyatının aparılması və daimi uçota alınması ilə əlaqədar nəqliyyat vasitəsi texniki baxışdan keçirilmir:

2.8.1. Azərbaycan Respublikasında ilk dəfə dövlət qeydiyyatına alınan nəqliyyat vasitəsinin istehsal olunduğu vaxtdan “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 30-cu maddəsinin VI-II hissəsinin 1-ci bəndində nəzərdə tutulmuş müddət keçməmişdirsə;

2.8.2. Azərbaycan Respublikası ərazisində dövlət qeydiyyatına alınmış nəqliyyat vasitəsi “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 30-cu maddəsinin VI hissəsində nəzərdə tutulmuş müddətdə texniki baxışdan keçirilmişdirsə.

2.9. Texniki baxış zamanı nəqliyyat vasitəsinin “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununa 1 saylı Əlavənin I və II hissələrində göstərilən nasazlıqlar aşkar edildikdə, ərizəçiyə məlumat verilir və bunlar aradan qaldırıldıqdan sonra nəqliyyat vasitəsi dövlət qeydiyyatından keçirilir və daimi uçota alınır.

2.10. Qeydiyyat hərəkətlərinin aparılması üçün nəqliyyat vasitəsinin təqdim edilməsi texniki nasazlıq və digər səbəblərdən mümkün olmadıqda, nəqliyyat vasitəsinin sahibi ərizədə həmin səbəbləri qeyd edir və Dövlət Agentliyi tərəfindən ona göstəriləcək xidmət üçün əlavə rüsum ödəyir. Rüsumun ödənilməsi barədə sənəd təqdim edildikdən sonra beş gün ərzində Dövlət Agentliyinin müfəttişləri nasaz nəqliyyat vasitəsini olduğu yer üzrə onun mühərrik, ban və şassi nömrələrini, habelə rəngini tutuşdurmaq məqsədi ilə müayinədən keçirirlər.

2.11. Nəqliyyat vasitəsinin dövlət qeydiyyatının aparılması və daimi uçota alınması, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və dövlət qeydiyyat nişanının verilməsi və digər qeydiyyat hərəkətlərinin aparılması üçün nəqliyyat vasitəsinin sahibi və ya sərəncam vermək hüququ olan digər şəxs Dövlət Agentliyinə bu Təlimatın 1.5-ci bəndində müəyyən edilmiş müddətdə müvafiq olaraq aşağıdakı sənədləri təqdim edir:

2.11.2. Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi (müvafiq olaraq Azərbaycan Respublikasının ərazisində əcnəbinin şəxsiyyətini təsdiq edən sənəd və ya Azərbaycan Respublikasının hüdudlarında istifadə edilməsi üçün vətəndaşlığı olmayan şəxsin şəxsiyyət vəsiqəsi);

2.11.3. hüquqi şəxslərin dövlət reyestrindən çıxarışın surəti;

2.11.4. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada onun sahibliyini təsdiq edən müvafiq sənəd və ya məhkəmənin qərarı;

2.11.5. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən dövlət rüsumunun (nəqliyyat vasitələrinin təkrar qeydiyyatı istisna olmaqla) ödənilməsi barədə sənəd;

2.11.6. Xarici dövlətlərdən alınaraq Azərbaycan Respublikasının ərazisinə hüquqi və fiziki şəxslər tərəfindən gətirilmiş nəqliyyat vasitəsi üçün gömrük orqanlarının verdiyi icazə sənədi, nəqliyyat vasitəsinin əvvəl qeydə alındığı dövlətin daimi qeydiyyatından çıxarıldığına dair sənədi, onun qeydiyyat və ya tranzit nişanlarını.

2.11-1. Bu Təlimatın 2.11-ci bəndində nəzərdə tutulmuş sənədlərin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar ərizəçidən tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir.

2.12. Nəqliyyat vasitəsinin sahibi və ya ona sərəncam vermək hüququ olan digər şəxs nəqliyyat vasitəsinin dövlət qeydiyyatı və daimi uçota alınması, qeydiyyat şəhadətnaməsinin və dövlət qeydiyyat nişanının alınması ilə bağlı Dövlət Agentliyinə internet vasitəsilə elektron formada müraciət edə bilər. Dövlət Agentliyinə müraciət etmiş şəxslərin qəbul edilməsi ardıcıllığının tənzimlənməsi üçün “Elektron növbə” idarəetmə sistemi vasitəsilə həmin şəxslərin növbəsi müəyyən edilir və bu barədə (tarix və vaxt göstərilməklə) onlara eyni qaydada məlumat verilir.

2.13. Dövlət Agentliyinin rəsmi internet informasiya ehtiyatında yaradılmış elektron xidmət bölməsində dövlət qeydiyyatının həyata keçirilməsi üçün tələb olunan sənədlərin dəqiq siyahısının və müvafiq sənədlərin (ərizə və digər) elektron formasının yerləşdirilməsi, habelə sənədlərin elektron formada qəbul edilməsi təmin edilir.

2.14. Nəqliyyat vasitələrinə sahiblik, nömrəli aqreqatların alınması və əldə edilməsinin qanuniliyi aşağıdakı sənədlərlə təsdiq edilir:

2.14.1. istehsalçı zavodun, yaxud nəqliyyat vasitəsinə xüsusi avadanlıq quraşdırmış zavodun təhvil-təslim aktı və nəqliyyat vasitəsinin satılması barədə istehsalçı müəssisənin verdiyi arayış-hesab. Təhvil-təslim aktı itirildikdə aşağıda sadalanan sənədlərdən biri təqdim edilə bilər (bu Təlimatın 2.11-1-ci bəndinin tələbləri nəzərə alınmaqla);

2.14.2. nəqliyyat vasitəsinin həmin müəssisəyə daşınması barədə dəmir yolunun verdiyi qaimə, istehsalçı zavod tərəfindən verilmiş (nəqliyyat vasitəsinin şassisinin, banının nömrələri yazılmış) arayış, pasport, istehsalçı zavodun sertifikatı;

2.14.3. komisyon və ticarət təşkilatlarının verdiyi arayış-hesab;

2.14.4. qanunvericiliklə müəyyən olunmuş qaydada təsdiq edilmiş bağışlama və ya ləğv etmə müqaviləsi, yaxud nəqliyyat vasitəsinə mülkiyyət və vərəsəlik hüququ verilməsi barədə şəhadətnamələr;

2.14.5. nəqliyyat vasitəsinin mülkiyyətçisi və alıcı arasında yazılı şəkildə tərtib edilmiş və Dövlət Agentliyində təsdiq olunmuş alqı-satqı (bu Təlimata 5 nömrəli əlavə), yaxud dəyişdirilmə (bu Təlimata 6 nömrəli əlavə) müqaviləsi. Bağlanmış müqavilənin doğruluğunun təkzibedilməz şərti Dövlət Agentliyində satıcı və alıcının (onların vəkil etdikləri şəxslərin) iştirakıdır. Hüquqi şəxslərin nəqliyyat vasitələri satılıb-alındıqda əlavə olaraq təhvil-təslim aktı və nəqliyyat vasitəsinin dəyərinin ödənilməsi haqqında sənəd və ya onun surəti tələb edilir;

2.14.6. müvafiq qanunvericiliklə nəzərdə tutulmuş digər sənədlər.

2.15. İstehsalçı müəssisənin və təmir zavodlarının texniki şərtlərinə müvafiq olaraq nəzarət sınağı keçən nəqliyyat vasitələrinə bir ildən çox olmayan müddətə üzərində “Sınaq” işarəsi yazılmış qeydiyyat şəhadətnaməsi və dövlət qeydiyyat nişanı verilir.

2.16. Əvvəllər qeydiyyata alındığı dövlətin daimi uçotundan çıxarılmadan Azərbaycan Respublikasına gətirilmiş nəqliyyat vasitəsi gömrük orqanlarının verdiyi icazə sənədi əsasında sahibinin adına müvəqqəti qeydiyyata alınaraq, qeydiyyat şəhadətnaməsi və nişanları ilə təmin olunur.

2.17. Azərbaycan Respublikasının ərazisində müvəqqəti və daimi yaşayan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, habelə xarici hüquqi şəxslərin nümayəndəlik və filiallarının nəqliyyat vasitələri ümumi əsaslarla qeydiyyata alınır.

2.18. Nəqliyyat vasitələri aşağıdakı hallarda təkrar qeydiyyata alınır:

2.18.1. fiziki şəxsin yaşayış yeri və ya hüquqi şəxsin olduğu yer dəyişildikdə;

2.18.2. nəqliyyat vasitəsinin sahibi dəyişildikdə;

2.18.3. sahibinin soyadı, adı, atasının adı dəyişildikdə;

2.18.4. avadanlıqla təchiz edilib yenidən yığılmasına və aqreqatların dəyişdirilməsinə görə nəqliyyat vasitəsinin tipi və yaxud modeli dəyişdirildikdə.

2.19. Fiziki şəxsin yaşayış yeri və ya hüquqi şəxsin olduğu yer dəyişdiyi hallarda nəqliyyat vasitələrinin təkrar qeydiyyatı sahibinin ərizəsi əsasında Təlimatın 2.11-ci bəndində (bu Təlimatın 2.11-1-ci bəndinin tələbləri nəzərə alınmaqla) göstərilən qaydada aparılır.

2.20. Azərbaycan Respublikası ərazisində dövlət qeydiyyatına alınmış nəqliyyat vasitəsini başqa regionda təkrar dövlət qeydiyyatından keçirmək üçün müraciət edildikdə, nəqliyyat vasitəsinin yeni regionda qeydiyyata alınması əvvəlki region üzrə dövlət qeydiyyatını ləğv edir.

2.21. Nəqliyyat vasitəsinin sahibi dəyişdikdə təkrar qeydiyyat mülkiyyətçinin ərizəsi və bu Təlimatın 2.14-cü bəndində sadalanan müvafiq sənədlərdən birinin əsasında 2.11-ci bəndinə (bu Təlimatın 2.11-1-ci bəndinin tələbləri nəzərə alınmaqla) müvafiq qaydada aparılır.

2.22. Nəqliyyat vasitəsinin mülkiyyətçisi öldükdə, əgər onun adından verilmiş bağışlama müqaviləsi notarius tərəfindən təsdiq edilmişdirsə, nəqliyyat vasitəsinin yeni mülkiyyətçisinin adına qeydiyyata alınması bağışlama müqaviləsi, əvvəlki mülkiyyətçinin ölümü haqqında şəhadətnamə, yaxud şəhadətnamənin notariat qaydada təsdiq edilmiş surəti təqdim edilməklə həll olunur.

2.23. Avadanlıqla təchiz edilmiş, yenidən yığılmış və yaxud aqreqatları dəyişdirilmiş nəqliyyat vasitələrinin təkrar qeydiyyata alınması aşağıdakı əsaslarla aparılır:

2.23.1. avadanlıqla təchiz edilməsi və yenidən yığılması haqqında Dövlət Agentliyinin verdiyi icazə;

2.23.2. təmir zavodunda (müəssisədə) avadanlıqla təchiz edilməsi və yenidən yığılması barədə müvafiq qeyd aparılmış texniki pasport, qeydiyyat şəhadətnaməsi (yenidən quraşdırmanın tarixi, qoyulmuş banın, şassinin, mühərrikin nömrələri göstərilir);

2.23.3. nəqliyyat vasitəsinin avadanlıqla təchiz edilib yenidən yığılması və qəbulu haqqında təhvil-təslim aktı;

2.23.4. nəqliyyat vasitəsinin avadanlıqla təchiz edilməsi və yenidən yığılmasının yerinə yetirilməsini təsdiq edən sənəd və görülmüş işin ödənilmə qaiməsi;

2.23.5. bu Təlimatın 2.11-ci bəndində göstərilmiş digər tələb olunan sənədlər.

2.23-1. Bu Təlimatın 2.23-cü bəndində nəzərdə tutulmuş sənədlərin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar ərizəçidən tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir.

2.24. Nəqliyyat vasitələrinin avadanlıqla təchiz edilib yenidən yığılması və aqreqatların dəyişdirilməsinin xüsusiyyətləri:

2.24.1. nəqliyyat vasitəsinin markasının dəyişdirilməsi ilə nəticələnən avadanlıqla təchiz edilməsi və yenidən yığılması qadağandır;

2.24.2. bir markadan olan nəqliyyat vasitələrinin başqa modelə avadanlıqla təchiz edilib yenidən yığılması nəqliyyat vasitəsinin təmiri ilə məşğul olan müəssisələrdə həyata keçirilir;

2.24.3. bu Təlimatın 2.24.2-ci yarımbəndində göstərilmiş müəssisələr və nəqliyyat vasitəsinin mülkiyyətçisi tərəfindən eyni modeldən olan nəqliyyat vasitələrinin banı və aqreqatları dəyişdirilə bilər;

2.24.4. eyni markadan olan nəqliyyat vasitələrinin mühərrikini və çərçivəsini texniki şərtlər daxilində sərbəst qoymağa icazə verilir, digər hallarda isə dəyişdirilmə istehsalçı zavodun məsləhəti əsasında həyata keçirilir;

2.24.5. Avadanlıqla təchiz edilmə və yenidən yığılma, yaxud təmir vaxtı nəqliyyat vasitələrinin azad olmuş aqreqatları (banı, mühərriki, çərçivəsi, mühərrikin bloku) mülkiyyətçilərinin sərəncamında qalır və onlardan istədikləri kimi istifadə edə bilərlər. Nəqliyyat vasitəsinin sahibi həmin aqreqatları, Dövlət Agentliyinin müvafiq arayışı əsasında komisyon ticarət mağazası vasitəsi ilə başqa şəxsə və ya texniki xidmət stansiyasına sata, notarial qaydada bağışlaya bilər.

2.25. Nəqliyyat vasitəsi avadanlıqla təchiz edilib yenidən yığıldıqda yeni model, şassi, çərçivə, ban və mühərrikin nömrəsi göstərilməklə onun mülkiyyətçisinə yeni qeydiyyat şəhadətnaməsi verilir. “Qeydiyyat üçün əsas” bölməsində əvvəlki modeldən (köhnənin adı yazılır) avadanlıqla təchiz edilib yenidən yığılması, həmçinin əvvəlki qeydiyyat sənədinin nömrəsi və seriyası göstərilir. Qeydiyyat şəhadətnaməsinin “Buraxılış ili” bölməsində nəqliyyat vasitəsinin avadanlıqla təchiz edilib yenidən yığılması ili yazılır.

2.26. Nəqliyyat vasitəsi modeli, yaxud modifikasiyası dəyişmədən banı, mühərriki və çərçivəsi dəyişdirilərkən, onların qeydiyyat əlamətləri yeni qeydiyyat şəhadətnaməsi verilməklə uçot göstəricilərində əks etdirilir, dəyişmənin tarixi, zavod markalanması və yaxud sənədlərlə təsdiq olunarsa, aqreqatın buraxılış ili göstərilir.

2.27. Maye qazla işləmək üçün dəyişiklik edilmiş nəqliyyat vasitələri mülkiyyətçinin, nəqliyyat vasitəsinin texniki şərtlərə uyğun olması barədə təqdim etdiyi akt və bu Təlimatda nəzərdə tutulmuş digər sənədlər (bu Təlimatın 2.11-1-ci və 2.23-1-ci bəndlərinin tələbləri nəzərə alınmaqla) əsasında təkrar qeydiyyata alınır.

2.28. Mülkiyyətçisi dəyişən və Dövlət Agentliyinin xidmət ərazisindən çıxarılıb kənara aparılan nəqliyyat vasitələri təkrar qeydiyyata yeni uçot sahəsində alınır.

2.29. Əgər bağışlama müqaviləsində, yaxud vərəsəlik hüququ şəhadətnaməsində bir neçə şəxs göstərilmişdirsə, bağışlanmış, yaxud vərəsəliyə görə alınmış nəqliyyat vasitəsi mülkiyyətçilərin hamısının yazılı razılığı ilə onlardan birinin adına qeydə alınır.

2.30. Ər və arvad arasında nəqliyyat vasitələrinin birinin adından çıxarılıb digərinin adına keçirilməsinə, onların birgə ərizələri və ümumi mülk qisminə mülkiyyət hüququ verən notariat kontorunun şəhadətnaməsi əsasında icazə verilir.

2.31. Nəqliyyat vasitəsi sahibinin soyadı, adı, atasının adı dəyişdirildikdə, ona verilmiş nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi itdikdə və ya yararsız hala düşdükdə, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 28-ci maddəsinin III hissəsində nəzərdə tutulmuş qaydada onlara verilmiş nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi dəyişdirilir. Qeydiyyat şəhadətnaməsinin dublikatını almaq üçün, onun sahibi və ya sərəncam vermək hüququ olan digər şəxs əvvəlki şəhadətnamənin itirilməsi barədə Dövlət Agentliyinə müraciət edir.

2.32. Nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı yararsız hala düşdükdə nəqliyyat vasitəsinin sahibi və ya sərəncam vermək hüququ olan digər şəxs nəqliyyat vasitəsinin həmin dövlət qeydiyyat nişanının yenisi ilə (rəqəmlərin və hərflərin kombinasiyası saxlanılmaqla) əvəz edilməsi barədə Dövlət Agentliyinə müraciət edir. Həmin dövlət qeydiyyat nişanının yenisi ilə əvəz edilməsi “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 29-cu maddəsinin II hissəsində nəzərdə tutulmuş qaydada həyata keçirilir.

2.33. Dövlət qeydiyyat nişanı itdikdə və ya oğurlandıqda, dövlət qeydiyyat nişanı itmiş və ya oğurlanmış nəqliyyat vasitəsinin sahibi və ya sərəncam vermək hüququ olan digər şəxs nəqliyyat vasitəsinə yeni dövlət qeydiyyat nişanının alınması üçün “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 29-cu maddəsinin II hissəsində nəzərdə tutulmuş qaydada Dövlət Agentliyinə müraciət edir. İtmiş və ya oğurlanmış dövlət qeydiyyat nişanı tapıldıqda, həmin dövlət qeydiyyat nişanı ilk olaraq onun sonuncu sahibinə və ya sərəncam vermək hüququ olan digər şəxsə təklif edilir.

2.34. Yararsız hala düşmüş qeydiyyat şəhadətnaməsi və dövlət qeydiyyat nişanı Dövlət Agentliyinin aparatı tərəfindən tərtib edilmiş akta əsasən balansdan silinir.

2.35. Nəqliyyat vasitəsi dövlət qeydiyyatı üzrə daimi uçotdan aşağıdakı hallarda çıxarılır:

2.35.1. nəqliyyat vasitəsi sahibinin yaşayış yeri dəyişdikdə və onun yeni yaşayış yeri nəqliyyat vasitəsini qeydiyyata almış Dövlət Agentliyinin fəaliyyət göstərdiyi ərazinin hüdudlarından kənarda olduqda, habelə qeydiyyat yerinin dəyişməsi ilə bağlı olan digər hallarda;

2.35.2. nəqliyyat vasitəsinə mülkiyyət hüququ xitam edildikdə və ya nəqliyyat vasitəsi başqasına verildikdə;

2.35.3. nəqliyyat vasitələri çıxdaş edildikdə.

2.35-1. “Tullantılar haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyənləşdirilmiş qaydada utilizasiyaya verilməzdən əvvəl nəqliyyat vasitəsi dövlət qeydiyyatı üzrə daimi uçotdan çıxarılmalıdır. Bu məqsədlə nəqliyyat vasitəsinin sahibi və ya sərəncam vermək hüququ olan digər şəxs tərəfindən Dövlət Agentliyinə müraciət edilir. Müraciət qəbul edildikdən sonra 3 (üç) iş günü müddətində Dövlət Agentliyi tərəfindən araşdırma aparılaraq nəqliyyat vasitəsinin dövlət qeydiyyatı üzrə daimi uçotdan çıxarılması və ya aşağıdakı hallardan hər hansı biri mövcud olduqda səbəbləri göstərilməklə dövlət qeydiyyatı üzrə daimi uçotdan çıxarılmasından imtina barədə qərar qəbul edilir və müraciət edən şəxsə bu barədə yazılı məlumat verilir:

1) nəqliyyat vasitəsinin inzibati tənbeh etmə qismində müsadirə edilməsi və ya cinayət-hüquqi tədbir qismində xüsusi müsadirə edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı olduqda;

2) nəqliyyat vasitəsinin sahibi və ya sərəncam vermək hüququ olan digər şəxs barəsində icrası təxirə salınmamış və ya icrasına möhlət verilməmiş yol hərəkəti, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalar haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) və ya məhkəmənin qanuni qüvvəyə minmiş və icra edilməmiş yekun qərarı olduqda;

3) nəqliyyat vasitəsinin sahibi və ya sərəncam vermək hüququ olan digər şəxs barəsində hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər üzrə cəza və ya digər cinayət-hüquqi tədbirlər qismində cərimənin tətbiq edilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş və icra edilməmiş yekun qərarı olduqda;

4) nəqliyyat vasitəsi üzərində həbs və ya yüklülük olduqda;

5) dövlət müəssisə, idarə və təşkilatlarına, habelə nizamnamə kapitalında dövlətin payı olan hüquqi şəxslərə məxsus olan nəqliyyat vasitələrinin silinməsinə dair normativ hüquqi aktlarla müəyyən edilmiş hallarda və qaydada rəy verilmədikdə.

2.35-2. Nəqliyyat vasitələri utilizasiyaya “Tullantılar haqqında” Azərbaycan Respublikası Qanununun 14-7-ci maddəsinin birinci hissəsinin üçüncü abzasına uyğun olaraq dövlət qeydiyyatını həyata keçirən orqan tərəfindən verildikdə, bu Təlimatın 35-1-ci bəndinin 1-ci, 4-cü və 5-ci yarımbəndlərinin tələblərinə əməl olunmaqla, həmin dövlət qeydiyyat orqanının qərarı ilə dövlət qeydiyyatı üzrə daimi uçotdan çıxarılır. Bu zaman Təlimatın 35-1-ci bəndinin 2-ci və 3-cü yarımbəndlərində nəzərdə tutulan ödənilməmiş cərimələrin olması nəqliyyat vasitəsinin dövlət qeydiyyatı üzrə daimi uçotdan çıxarılmasına mane olmur.

2.36. Dövlət qeydiyyat nişanının təhvil verilməsi, uçotdan çıxmanın səbəbi və “tranzit” nişanlarının verilməsinə (2.35.3-cü yarımbənddə göstərilən hal istisna olmaqla) dair nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsində və “Nəqliyyat vasitəsi üzərində hüquqların qeydiyyatına dair reyestr kitabı”nda (bundan sonra-Reyestr kitabı) (2 nömrəli Əlavə) müvafiq qeydlər aparılır.

2.37. Nəqliyyat vasitələri çıxdaş edilməklə əlaqədar uçotdan çıxarıldıqda qeydiyyat şəhadətnaməsi və dövlət qeydiyyat nişanları Dövlət Agentliyinə təhvil verilir.

2.38. Nəqliyyat vasitələri məhkəmələrin, yaxud mövcud qanunvericilik aktlarına müvafiq olaraq digər səlahiyyətli dövlət orqanlarının vəzifəli şəxslərinin cinayət, yaxud başqa qanun pozuntusu törədilməsinə görə qəbul etdiyi qərar əsasında uçotdan çıxarıla bilər. Nəqliyyat vasitələrinin uçotdan çıxarılmasına, nəqliyyat vasitəsinə mülkiyyət hüququnun dəyişdirilməsinə müvəqqəti məhdudiyyətlər göstərilən orqanların vəzifəli şəxslərinin qərarı ilə qoyula bilər.

2.39. Nəqliyyat vasitələri texniki xidmət stansiyalarına və nəqliyyat vasitələrinin təmiri ilə məşğul olan digər müəssisələrə verilməsinə görə uçotdan çıxarıldıqda dövlət qeydiyyat nişanı və qeydiyyat şəhadətnaməsi Dövlət Agentliyinə təhvil verilir, mülkiyyətçiyə isə Dövlət Agentliyi tərəfindən arayış verilir.

2.40. Mülkiyyətçinin dəyişməsi ilə əlaqədar nəqliyyat vasitəsi uçotdan çıxarıldıqda, qeydiyyat şəhadətnaməsində onun getdiyi yer, yeni mülkiyyətçinin soyadı, adı, atasının adı göstərilir.

2.41. Dövlət qeydiyyatına alınmış nəqliyyat vasitələrinin reyestri kağız və elektron daşıyıcılar üzərində aparılır. Reyestrin kağız üzərində və elektron daşıyıcısındakı yazılar bir-birinə uyğun gəlmədikdə, kağız üzərindəki məlumata üstünlük verilir. Reyestrdəki yazılarla hüquqların qeydiyyatı üçün əsas olan sənədlər arasında uyğunsuzluq olduqda sənədlərə üstünlük verilir.

2.42. Reyestr kitabı möhkəm üz səhifəsi ilə əhatələnmiş (tikilmiş) vərəqlərdən ibarət olan (vərəqlərinin yalnız cırmaq və ya kəsmək yolu ilə çıxarılması mümkün olan) cildlərdən təşkil edilir. Reyestr kitabının hər bir cildinin üzərinə həmin cildə daxil olan ilk və sonuncu bölmələrin və vərəqlərin nömrələri əks etdirilir.

2.43. Hər bir cildə daxil olan bölmələrin və vərəqlərin sayı özlərindən əvvəl gələn cildə daxil olan bölmələrin və vərəqlərin sayını davam etdirir.

2.44. Reyestr kitabına daxil edilmiş məlumatlarda yol verilən dəyişikliklərin və düzəlişlərin edildiyi vərəqlər bu dəyişikliklərin və düzəlişlərin aid olduğu məlumatların əks etdirildiyi vərəqlərdən sonra gəlir. Dəyişikliklərin və düzəlişlərin edildiyi vərəqlər onların aid olduğu vərəqlərin nömrəsi ilə nömrələnir.

2.45. Dəyişikliyin və ya düzəlişin aid olduğu məlumatın əks etdirildiyi vərəqdə “Xüsusi qeydlər” qrafasına dəyişikliyin və ya düzəlişin edilməsi barədə forması Dövlət Agentliyi tərəfindən müəyyən edilən xüsusi ştamp (3 nömrəli Əlavə) vurulur. Ştampda dəyişikliyin və ya düzəlişin edilmə tarixi, Dövlət Agentliyinin müvafiq vəzifəli şəxsinin adı və soyadı, vəzifəsi göstərilir və imzası qoyulur. Bu qayda yeni dəyişiklik və ya düzəliş edilməsi hallarına da şamil olunur.

2.46. Nəqliyyat vasitəsinin qeydiyyatının aparılması ilə bağlı Reyestr kitabında verilən qeydiyyat nömrəsi (bundan sonra – qeydiyyat nömrəsi) hüquqların dövlət qeydiyyatı üçün verilmiş ərizənin Dövlət Agentliyinə daxil olma nömrəsi əsasında formalaşdırılır.

2.47. Nəqliyyat vasitəsinin sahibi və ya sərəncam vermək hüququ olan digər şəxs tərəfindən təqdim edilmiş ərizə “Hüquqların qeydiyyatı üzrə ərizə jurnalı”nda (1 nömrəli Əlavə) qeydiyyata alınır və ərizənin aşağı sağ küncündə ştamp vurularaq qeydəalınma nömrəsi və tarixi göstərilir. Hüquqların qeydiyyatı ərizələrin qəbul edilmə ardıcıllığı ilə aparılır.

2.48. Nəqliyyat vasitəsi uçota alınarkən Dövlət Agentliyində nəqliyyat vasitələrinin texniki göstəriciləri və nəqliyyat vasitələrinin sahibi və ya sərəncam vermək hüququ olan digər şəxslərə dair məlumatlar Reyestr kitabına daxil edilir.

2.49. “Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və dövlət qeydiyyat nişanının nəqliyyat vasitəsinin sahibinə və ya sərəncam vermək hüququ olan digər şəxsə verilməsinə dair qeydiyyat kitabı”nda (4 nömrəli Əlavə) qeydiyyat aparıldıqdan sonra nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi və dövlət qeydiyyat nişanı nəqliyyat vasitəsinin sahibinə və ya sərəncam vermək hüququ olan digər şəxsə təqdim edilir.

2.50. Reyestr kitabı, qeydiyyat jurnalları (kitabları) və nəqliyyat vasitəsinin qeydiyyatı haqqında elektron (elektron daşıyıcılarda) məlumat bazası daimi, qeydiyyat hərəkətlərinin aparılması üçün əsas olan arxiv sənədlər isə beş il müddətində Dövlət Agentliyində mühafizə edilir. Bu müddət bitdikdə Dövlət Agentliyi həmin sənədlər barədə “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq tədbirlər həyata keçirir.

3.1. Nəqliyyat vasitələrinin özgəninkiləşdirilməsi və girov qoyulmasına dair əqdlər Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə uyğun olaraq bağlanır.

3.2. Nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsi və girov qoyulması Dövlət Agentliyində nəqliyyat vasitəsinin müayinədən keçirilməsi haqqında arayış (7 nömrəli Əlavə) təqdim edildikdən sonra həyata keçirilir.

3.3. Arayış Dövlət Agentliyinin məsul şəxsi tərəfindən imzalanır və möhürlə təsdiq edilərək qeydiyyata alınır.

3.4. Nəqliyyat vasitələrinin müayinədən keçirilməsi onların axtarışda olub-olmaması faktının, məhkəmə orqanları, yaxud digər səlahiyyətli dövlət orqanları, vəzifəli şəxslər tərəfindən mövcud qanunvericilik aktlarına müvafiq olaraq cinayət, yaxud başqa qanun pozuntusu törədilməsinə görə nəqliyyat vasitələrinin özgəninkiləşdirilməsinə və girov saxlanmasına müvəqqəti məhdudiyyətlərin qoyulmasının mövcudluğunun yoxlanılması, həmçinin cinayətkarlığa və digər hüquqpozmalara qarşı mübarizə aparılması və insan hüquqlarının təmin edilməsi məqsədilə həyata keçirilir.

3.5. Nəqliyyat vasitəsinin ipotekasının dövlət qeydiyyatına alınması üçün rəsmi reyestrə ərizə ilə birlikdə təqdim edilən ipoteka müqaviləsinin notariat qaydasında təsdiq edilmiş surəti və qeydiyyat üçün dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əsasında ipoteka müqaviləsinin dövlət qeydiyyatına alınması ilə əlaqədar Dövlət Agentliyi tərəfindən daşınar əmlakın rəsmi reyestrindən (bundan sonra – Reyestr) çıxarış verilir (8 nömrəli əlavə).

3.5-1. Nəqliyyat vasitəsinin ipotekasının dövlət qeydiyyatına alınması üçün zəruri olan sənədlərin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər ərizəçidən tələb edilmir. Belə sənədlərin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir.

3.6. İpoteka ilə yüklü olan nəqliyyat vasitəsi haqqında Reyestrdə (kağız üzərində və elektron sistemdə qeydiyyat aparılır) və qeydiyyat şəhadətnaməsində onun yüklü olmasına dair məlumatlar göstərilir.

3.7. Reyestrdən çıxarış Dövlət Agentliyi tərəfindən hazırlanaraq məsul şəxsin möhür və imzası ilə təsdiq edilir və ipoteka saxlayana təqdim olunur.

3.8. Qeydiyyat üçün təqdim edilən sənədlər tam olmadıqda (bu Təlimatın 3.5-1-ci bəndinin tələbləri nəzərə alınmaqla), habelə ipoteka qoyan şəxs həmin əşyaya sərəncam vermək səlahiyyətinə malik olmadıqda və ya bu hüquq qanunvericiliyə müvafiq qaydada məhdudlaşdırıldıqda nəqliyyat vasitəsinin ipotekasının dövlət qeydiyyatına alınmasından imtina edilir.

3.9. “Daşınar əmlakın reyestrindən çıxarışların verilməsinə dair qeydiyyat kitabı”nda (9 nömrəli Əlavə) aşağıdakı məlumatlar göstərilir:

3.9.2. nəqliyyat vasitəsinin ipotekası haqqında müqavilə üzrə ipoteka qoyan şəxsin tam adı və ünvanı;

3.9.3. nəqliyyat vasitəsinin markası, dövlət qeydiyyat nişanı, yerləşdiyi inzibati ərazi vahidinin adı;

3.9.4. nəqliyyat vasitəsinin ipotekası haqqında müqavilə üzrə ipoteka saxlayan şəxsin tam adı və ünvanı;

3.9.5. nəqliyyat vasitəsinin ipotekası haqqında bağlanmış müqavilənin nömrəsi, tarixi və yeri;

3.9.6. ipoteka haqqında müqavilənin qüvvədə olma müddəti;

3.9.7. Reyestrdən verilən çıxarışın nömrəsi və tarixi, Reyestr kitabının cildinin və vərəqinin nömrəsi;

3.9.8. Reyestrdən çıxarışı təqdim edilən fiziki şəxsin adı, soyadı, atasının adı, FİN-i, hüquqi şəxsin adı, VÖEN-i, (etibarnamənin №-si və tarixi), imza və tarix.

4.1. Nəqliyyat vasitələrinə verilən qeydiyyat şəhadətnaməsi, dövlət qeydiyyat nişanı və digər xüsusi məhsullar “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq Dövlət Agentliyinin sifarişi əsasında hazırlanır.

4.2 Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi nəqliyyat vasitəsi və onun sahibi haqqında məlumatları təsdiq edən vahid sənəddir. Qeydiyyat şəhadətnaməsi üz tərəfi açıq sarı və çəhrayı rəngin qarışığı olmaqla üzərində Azərbaycan Respublikasının xəritəsi və ekskavatorun təsviri, holoqram olan, arxa hissəsi isə açıq yaşıl-mavi fonda olmaqla Azərbaycan Respublikasının gerbinin təsviri olan qiloş (qoruyucu tor) şəbəkəsindən ibarət ölçüləri 101x76 mm olan plastik kart formasında hazırlanır (10 nömrəli Əlavə). Ellips işarəsi daxilində Azərbaycan Respublikasının beynəlxalq yol hərəkətində fərqlənmə nişanı – “AZ”, bu sənədi verən orqanın adı, onun verilmə tarixi və aşağıdakı məlumatlar göstərilir:

4.2.1 nəqliyyat vasitəsinin qeydiyyat nömrəsi;

4.2.2. nəqliyyat vasitəsinin buraxılış ili və ya ilk qeydiyyatının tarixi;

4.2.3. nəqliyyat vasitəsi sahibinin soyadı, adı, atasının adı və yaşayış yeri, hüquqi şəxsin adı;

4.2.4. nəqliyyat vasitəsi istehsalçısının adı və ya markası;

4.2.5. nəqliyyat vasitəsinin mühərrik, ban və şassi nömrələri, rəngi;

4.2.6. nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin etibarlılıq müddəti və seriya nömrəsi;

4.2.7. məsul şəxsin imzası;

4.2.8. xüsusi qeydlər.

4.3. Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindəki yazılarda dəqiqsizliyə yol verilmişdirsə, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi nəqliyyat vasitəsinin sahibindən dövlət rüsumu alınmadan Dövlət Agentliyinin hesabına dəyişdirilir.

4.4. Dövlət Agentliyi nəqliyyat vasitələrinə verilmiş qeydiyyat şəhadətnamələrindəki məlumatların mərkəzləşdirilmiş uçotunun aparılmasını təmin edir.

4.5. Dövlət qeydiyyat nişanı Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin 2015-ci il 27 oktyabr tarixli 150111500009 nömrəli qərarı ilə təsdiq edilmiş “Nəqliyyat vasitələri və onların qoşqularının dövlət qeydiyyat nişanları. Tipləri və əsas ölçüləri. Texniki tələblər”ə dair AZS 599-2015 Azərbaycan Respublikasının Dövlət Standartının tələblərinə uyğun olaraq hazırlanır.

4.6. Dövlət Agentliyində nəqliyyat vasitələrinin dövlət qeydiyyat nişanının saxlanılmasının uçotu və inventarizasiyası başqa qiymətli materiallar üçün müəyyən olunmuş qaydada aparılır. Hər hesabat ilinin dekabr ayının 15-dək yeni hesabat ili üçün tələb olunan xüsusi məhsullara dair sifariş, növbəti ilin yanvar ayının 15-dək nəqliyyat vasitələrinin dövlət qeydiyyat şəhadətnaməsinin, qeydiyyat nişanının mədaxili və məxarici haqqında məlumatlar illik hesabatla birlikdə müvafiq müfəttişlik tərəfindən hazırlanaraq Dövlət Agentliyinin rəhbərliyinə təqdim olunur.

4.7. Nəqliyyat vasitəsinə dair qeydiyyat hərəkətlərinin aparılması prosesində xarab olmuş blanklar növbəti inventarizasiya vaxtı onların təkrar istifadə edilməsinin mümkünlüyünü aradan qaldıran vasitələr və üsullarla ləğv edilir və bu barədə müvafiq akt tərtib edilir.

4.8. Dövlət Agentliyinə daxil olmuş xüsusi məhsulların uçotu – dövlət qeydiyyat nişanlarının (11 nömrəli Əlavə), qeydiyyat şəhadətnamələrinin blanklarının (12 nömrəli Əlavə), nəqliyyat vasitələrinin yüklülüyünə dair reyestrdən çıxarış blanklarının (13 nömrəli Əlavə), inzibati xəta haqqında protokol və qərar blanklarının (14 nömrəli Əlavə) və nəqliyyat vasitələrini idarə etmək üçün verilən sürücülük vəsiqəsinin blanklarının (15 nömrəli Əlavə) məxaric kitablarında aparılır.

4.9. Dövlət Agentliyindən məxaric edilən xüsusi məhsulların uçotu – “Nəqliyyat vasitələrinin dövlət qeydiyyat nişanlarının, qeydiyyat şəhadətnamələrinin, nəqliyyat vasitələrinin yüklülüyünə dair reyestrdən çıxarış, inzibati xəta haqqında protokol və qərar, nəqliyyat vasitələrini idarə etmək üçün verilən sürücülük vəsiqəsinin blanklarının mədaxil uçotu kitabı”nda (17 nömrəli Əlavə) onların seriya və nömrələrinin artan ardıcıllığı ilə qeydiyyatı aparılır.

4.10. Nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı, qeydiyyat şəhadətnaməsi, nəqliyyat vasitəsinin yüklülüyünə dair reyestrdən çıxarış, inzibati xəta haqqında protokol və qərar, nəqliyyat vasitələrini idarə etmək üçün verilən sürücülük vəsiqəsi blankları ciddi hesabat sənədləri hesab edilir və seyflərdə saxlanılır.

4.11. Nəqliyyat vasitələrinə dövlət qeydiyyat nişanının verilməsi, onların aqreqatlarının dəyişdirilməsi, qeydiyyata alınması və uçotdan çıxarılması, eləcə də ciddi hesabat blanklarının mədaxili, məxarici və uçot kitabları daimi saxlanılır.

Texnoloji nəqliyyаt vаsitələrinin və siyahısı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilən digər mехаniki nəqliyyаt vаsitələrinin (qоşqulаrının), dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması ilə bağlı kargüzarlıq işinin təşkili, qeydiyyat şəhadətnaməsinin, dövlət qeydiyyat nişanlarının və digər xüsusi məhsulların hazırlanması, sərfi, saxlanılması və onlara nəzarətin təmin olunmasına dair Təlimat”a 1 nömrəli Əlavə

Ərizə jurnalında “___” _________ 20___ il

tarixdən “___” _________20___ il tarixədək qeydiyyat aparılmışdır

Texnoloji nəqliyyаt vаsitələrinin və siyahısı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilən digər mехаniki nəqliyyаt vаsitələrinin (qоşqulаrının), dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması ilə bağlı kargüzarlıq işinin təşkili, qeydiyyat şəhadətnaməsinin, dövlət qeydiyyat nişanlarının və digər xüsusi məhsulların hazırlanması, sərfi, saxlanılması və onlara nəzarətin təmin olunmasına dair Təlimat”a 2 nömrəli Əlavə

Vərəqlərin №-si “____” dən “_____”dək

Başlanma tarixi: “___” _________20___ il

“___” №-li cildə keçid tarixi:

“____” ____________20___il

1. Bölmənin nömrəsi ----------------------- Qeydiyyat nömrəsi, tarixi ----------------------

2. Nəqliyyat vasitəsinin adı, növü və onun (tərkib hissələrinin) fərdi nömrəsi (nömrələri):

Nəqliyyat vasitəsinin adı:

Mühərrikin markası, modeli:

Nəqliyyat vasitəsinin növü:

Mühərrikin gücü (kvt):

Zavod (şassi) nömrəsi:

Texnoloji nəqliyyаt vаsitələrinin və siyahısı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilən digər mехаniki nəqliyyаt vаsitələrinin (qоşqulаrının), dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması ilə bağlı kargüzarlıq işinin təşkili, qeydiyyat şəhadətnaməsinin, dövlət qeydiyyat nişanlarının və digər xüsusi məhsulların hazırlanması, sərfi, saxlanılması və onlara nəzarətin təmin olunmasına dair Təlimat”a 3 nömrəli Əlavə

Dəyişikliyin və ya düzəlişin edilmə tarixi “_” “___”20-il

Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin vəzifəli şəxsi

Texnoloji nəqliyyаt vаsitələrinin və siyahısı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilən digər mехаniki nəqliyyаt vаsitələrinin (qоşqulаrının), dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması ilə bağlı kargüzarlıq işinin təşkili, qeydiyyat şəhadətnaməsinin, dövlət qeydiyyat nişanlarının və digər xüsusi məhsulların hazırlanması, sərfi, saxlanılması və onlara nəzarətin təmin olunmasına dair Təlimat”a 4 nömrəli Əlavə

Bu kitabda “___”_________20___ il tarixdən

“___”______20___il tarixədək qeydiyyat

Texnoloji nəqliyyаt vаsitələrinin və siyahısı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilən digər mехаniki nəqliyyаt vаsitələrinin (qоşqulаrının), dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması ilə bağlı kargüzarlıq işinin təşkili, qeydiyyat şəhadətnaməsinin, dövlət qeydiyyat nişanlarının və digər xüsusi məhsulların hazırlanması, sərfi, saxlanılması və onlara nəzarətin təmin olunmasına dair Təlimat”a 5 nömrəli Əlavə

Satıcı___________________________________________________________________________

________________________________________________________________________________

________________________________________________________________________________

Alıcı____________________________________________________________________________

________________________________________________________________________________

aşağıda göstərilən müqaviləni bağladıq:

1. “Satıcı” özünə məxsus olan nəqliyyat vasitəsini satır: markası________________________ dövlət qeydiyyat nişanı ___________buraxılış ili________________mühərrik N-si __________

şassi N-si________________________Ban N-si______________________________________

“___”_____20___ildə___________________________________________ tərəfindən verilmiş

(qeydiyyat şəhadətnaməsini vermiş qurumun adı)

_______seriyalı___________________ №-li qeydiyyat şəhadətnaməsi

2. Nəqliyyat vasitəsi _____________manatla satılıb və bu məbləği satıcı alıcıdan alıb.

3. Bu müqavilənin bir nüsxəsi Dövlət Agentliyinin _______________________ saxlanılır və

digər nüsxələri isə satıcı və alıcının istəyindən asılı olaraq onlara verilir.

_________________________________ _______________________________

4. Müqavilədə göstərilənlər Dövlət Agentliyinin _______________________

əməkdaşı ________________________tərəfindən yoxlanıldı və təqdim edilmiş sənədlərə

5. Nəqliyyat vasitəsinin dövlət qeydiyyatı üçün rüsum “_____”_________20__il tarixli

________N-li sənədlə və ya elektron ödəmə sistemləri, o cümlədən internet vasitəsilə ödənildikdə, müvafiq ödəmə sistemindən çıxarışla __________məbləğində ödənilib.

Dövlət Agentliyinin____________________ rəhbəri

_______________________

“___”___________20____il

Texnoloji nəqliyyаt vаsitələrinin və siyahısı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilən digər mехаniki nəqliyyаt vаsitələrinin (qоşqulаrının), dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması ilə bağlı kargüzarlıq işinin təşkili, qeydiyyat şəhadətnaməsinin, dövlət qeydiyyat nişanlarının və digər xüsusi məhsulların hazırlanması, sərfi, saxlanılması və onlara nəzarətin təmin olunmasına dair Təlimat”a 6 nömrəli Əlavə

__________şəhəri “__”____________20__il

Biz_____________________________________________________________________________

aşağıda göstərilən müqaviləni bağladıq:

1. _______________________________özünə məxsus olan markalı________________________

(fiziki və ya hüquqi şəxsin adı)

dövlət qeydiyyat nişanlı___________ buraxılış ili ______mühərrik N-si ________şassi N-si

________Ban N-si ______“___”_____20___ ildə___ ____________tərəfindən verilmiş______

(qeydiyyat şəhadətnaməsinin vermiş qurumun adı)

seriyalı ____________N-li qeydiyyat şəhadətnaməsi dəyəri ____________________manat olan nəqliyyat vasitəsini ______________________________________məxsus olan

(fiziki və ya hüquqi şəxsin adı)

markası_________dövlət qeydiyyat nişanlı__________buraxılış ili______________________

mühərrik N-si _________________şassi N-si____________________Ban N-si___________

“__”__________20___ildə____ ___________________________ tərəfindən verilmiş_________

(qeydiyyat şəhadətnaməsinin vermiş qurumun adı)

_____seriyalı______________N–li qeydiyyat şəhadətnaməsi dəyəri____________manat olan

nəqliyyat vasitəsi ilə dəyişdirir.

2. Bu müqavilənin bir nüsxəsi Dövlət Agentliyinin ______________________ saxlanılır və

Dəyişən tərəflər də istəyindən asılı olaraq hərəsi bir nüsxə alır.

______________________________________ ______________________________________

3. Müqavilədə göstərilənlər Dövlət Agentliyinin ___________________________________

əməkdaşı ________________________ tərəfindən yoxlanıldı və təqdim edilmiş sənədlərə

4. Nəqliyyat vasitəsinin dövlət qeydiyyatı üçün rüsum “_____”_________20__il tarixli

________N-li sənədlə və ya elektron ödəmə sistemləri, o cümlədən internet vasitəsilə ödənildikdə, müvafiq ödəmə sistemindən çıxarışla__________ məbləğində ödənilib.

Dövlət Agentliyinin ________________ rəhbəri

M.Y_____________________________

“___”___________20____il

Texnoloji nəqliyyаt vаsitələrinin və siyahısı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilən digər mехаniki nəqliyyаt vаsitələrinin (qоşqulаrının), dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması ilə bağlı kargüzarlıq işinin təşkili, qeydiyyat şəhadətnaməsinin, dövlət qeydiyyat nişanlarının və digər xüsusi məhsulların hazırlanması, sərfi, saxlanılması və onlara nəzarətin təmin olunmasına dair Təlimat”a 7 nömrəli Əlavə

(arayışın qeydiyyat nömrəsi, verilmə tarixi)

Verilir__________________________________________________________________________

________________________________________________________________________________

________________________________________________________________________________

________________________________________________________________________________

________________________________________________________________________________

________________________________________________________________________________

________________________________________________________________________________

Arayış on gün müddətinə verilir və müddəti bitmiş arayış etibarsız sayılır.

___________________________________________

(Məsul şəxsin imzası, adı və soyadı)

Texnoloji nəqliyyаt vаsitələrinin və siyahısı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilən digər mехаniki nəqliyyаt vаsitələrinin (qоşqulаrının), dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması ilə bağlı kargüzarlıq işinin təşkili, qeydiyyat şəhadətnaməsinin, dövlət qeydiyyat nişanlarının və digər xüsusi məhsulların hazırlanması, sərfi, saxlanılması və onlara nəzarətin təmin olunmasına dair Təlimat”a 8 nömrəli Əlavə

Nəqliyyat vasitəsinin ipotekası haqqında müqavilə üzrə ipoteka qoyan şəxs

_____________________________________________________________________________

_____________________________________________________________________________

_____________________________________________________________________________

Nəqliyyat vasitəsinin markası, dövlət qeydiyyat nişanı, yerləşdiyi inzibati ərazi

___________________________________________________________________________

Nəqliyyat vasitəsinin ipotekası haqqında müqavilə üzrə ipoteka saxlayan şəxs

_____________________________________________________________________________

_____________________________________________________________________________

Nəqliyyat vasitəsinin ipotekası haqqında bağlanmış müqavilənin nömrəsi, tarixi və yeri

___________________________________________________________________________

___________________________________________________________________________

İpoteka haqqında müqavilənin qüvvədə olma müddəti

“____” _________ 20___ ildən “____” _________ 20_____ ilədək

İpoteka müqaviləsinin dövlət qeydiyyatını aparan orqanın adı, qeydiyyatın yeri, vaxtı (tarixi və saatı) və qeydiyyat nömrəsi ____________________________________________

___________________________________________________________________________

___________________________________________________________________________

___________________________________________________________________________

___________________________________________________________________________

Çıxarışı təqdim edən orqan

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi

Rəis _______________________________________ __________

(vəzifəli şəxsin adı, soyadı) (imza)

Texnoloji nəqliyyаt vаsitələrinin və siyahısı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilən digər mехаniki nəqliyyаt vаsitələrinin (qоşqulаrının), dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması ilə bağlı kargüzarlıq işinin təşkili, qeydiyyat şəhadətnaməsinin, dövlət qeydiyyat nişanlarının və digər xüsusi məhsulların hazırlanması, sərfi, saxlanılması və onlara nəzarətin təmin olunmasına dair Təlimat”a 9 nömrəli Əlavə

Qeydiyyat kitabında “___” _________ 20___ il

tarixdən “___” _________ 20___ il tarixədək

qeydiyyat aparılmışdır

Texnoloji nəqliyyаt vаsitələrinin və siyahısı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilən digər mехаniki nəqliyyаt vаsitələrinin (qоşqulаrının), dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması ilə bağlı kargüzarlıq işinin təşkili, qeydiyyat şəhadətnaməsinin, dövlət qeydiyyat nişanlarının və digər xüsusi məhsulların hazırlanması, sərfi, saxlanılması və onlara nəzarətin təmin olunmasına dair Təlimat”a 10 nömrəli Əlavə

Texnoloji nəqliyyаt vаsitələrinin və siyahısı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilən digər mехаniki nəqliyyаt vаsitələrinin (qоşqulаrının), dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması ilə bağlı kargüzarlıq işinin təşkili, qeydiyyat şəhadətnaməsinin, dövlət qeydiyyat nişanlarının və digər xüsusi məhsulların hazırlanması, sərfi, saxlanılması və onlara nəzarətin təmin olunmasına dair Təlimat”a 11 nömrəli Əlavə

Başlanıb: “__”________20__- il

Qurtarıb: “__”________20__- il

Texnoloji nəqliyyаt vаsitələrinin və siyahısı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilən digər mехаniki nəqliyyаt vаsitələrinin (qоşqulаrının), dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması ilə bağlı kargüzarlıq işinin təşkili, qeydiyyat şəhadətnaməsinin, dövlət qeydiyyat nişanlarının və digər xüsusi məhsulların hazırlanması, sərfi, saxlanılması və onlara nəzarətin təmin olunmasına dair Təlimat”a 12 nömrəli Əlavə

Texnoloji nəqliyyаt vаsitələrinin və siyahısı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilən digər mехаniki nəqliyyаt vаsitələrinin (qоşqulаrının), dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması ilə bağlı kargüzarlıq işinin təşkili, qeydiyyat şəhadətnaməsinin, dövlət qeydiyyat nişanlarının və digər xüsusi məhsulların hazırlanması, sərfi, saxlanılması və onlara nəzarətin təmin olunmasına dair Təlimat”a 13 nömrəli Əlavə

Başlanıb: “__”________20__- il

Qurtarıb: “__”________20__- il

Texnoloji nəqliyyаt vаsitələrinin və siyahısı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilən digər mехаniki nəqliyyаt vаsitələrinin (qоşqulаrının), dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması ilə bağlı kargüzarlıq işinin təşkili, qeydiyyat şəhadətnaməsinin, dövlət qeydiyyat nişanlarının və digər xüsusi məhsulların hazırlanması, sərfi, saxlanılması və onlara nəzarətin təmin olunmasına dair Təlimat”a 14 nömrəli Əlavə

Başlanıb: “__”________20__- il

Qurtarıb: “__”________20__- il

Texnoloji nəqliyyаt vаsitələrinin və siyahısı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilən digər mехаniki nəqliyyаt vаsitələrinin (qоşqulаrının), dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması ilə bağlı kargüzarlıq işinin təşkili, qeydiyyat şəhadətnaməsinin, dövlət qeydiyyat nişanlarının və digər xüsusi məhsulların hazırlanması, sərfi, saxlanılması və onlara nəzarətin təmin olunmasına dair Təlimat”a 15 nömrəli Əlavə

Başlanıb: “__”________20__- il

Qurtarıb: “__”________20__- il

Texnoloji nəqliyyаt vаsitələrinin və siyahısı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilən digər mехаniki nəqliyyаt vаsitələrinin (qоşqulаrının), dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması ilə bağlı kargüzarlıq işinin təşkili, qeydiyyat şəhadətnaməsinin, dövlət qeydiyyat nişanlarının və digər xüsusi məhsulların hazırlanması, sərfi, saxlanılması və onlara nəzarətin təmin olunmasına dair Təlimat”a 17 nömrəli Əlavə

Başlanıb: “__”________20__- il

Qurtarıb: “__”________20__- il

1. 22 iyun 2018-ci il tarixli 20/01-007 nömrəli Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201806221007, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 5 iyul 2018-ci il)

2. 11 fevral 2019-cu il tarixli 20/01-001 nömrəli Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201902111001, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 21 fevral 2019-cu il)

3. 15 sentyabr 2021-ci il tarixli 20/01-004 nömrəli Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202109151004, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 29 sentyabr 2021-ci il)

4. 29 mart 2023-cü il tarixli 20/01-016 nömrəli Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202303291016, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 6 aprel 2023-cü il)

5. 17 may 2023-cü il tarixli 20/01-025 nömrəli Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202305171025, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 22 may 2023-cü il)

6. 16 noyabr 2023-cü il tarixli 20/01-037 nömrəli Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202311161037, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 24 noyabr 2023-cü il)

7. 13 dekabr 2023-cü il tarixli 20/01-038 nömrəli Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202312131038, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 20 dekabr 2023-cü il)

8. 26 dekabr 2024-cü il tarixli 20/01-017 nömrəli Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202412261017, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 8 yanvar 2025-ci il)

9. 25 may 2026-cı il tarixli 3-18/Q-4/2026 nömrəli Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202605253184, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 12 iyun 2026-cı il)

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver