1.1. Bu Qaydalar Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Azərbaycan Respublikasının büdcədən maliyyələşdirilən səhiyyə işçilərinin əməyinin ödənilməsi sisteminin, növlərinin və məbləğinin təsdiq edilməsi haqqında" 09.01.2004-cü il tarixli 2 nömrəli qərarına uyğun olaraq hazırlanmış, büdcədən maliyyələşdirilən səhiyyə müəssisə, idarə və təşkilatlarında tibbi xidmət sahəsində yüksək iş təcrübəsi ilə fərqlənən rəhbər (həkim, provizor və digər tibb ixtisası tələb olunan), həkim, provizor və orta tibb heyəti vəzifələrində çalışan səhiyyə işçilərinə (bundan sonra ismin müvafiq halında "tibb işçiləri" adlandırılacaq) ixtisas dərəcəsinin verilməsi qaydalarını müəyyən edir.
1.2. Tibbi xidmət sahəsində yüksək iş təcrübəsi, peşəkarlıq səviyyəsi ilə fərqlənən tibb işçilərinə ali, birinci və ikinci ixtisas dərəcəsi verilir. Tibb işçilərinə ixtisas dərəcəsinin verilməsi praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin (işçilərin) sertifikasiyasının nəticələrinə uyğun olaraq müəyyən edilir.
2.1 Səhiyyə müəssisələrində çalışan və ixtisası üzrə əmək stajı beş ildən az olmayan ali və orta təhsilli tibb işçiləri ardıcıllıqla (ikinci, birinci, ali) ixtisas dərəcəsini almaq hüququna malikdirlər.
2.2 İxtisas dərəcəsini almaq üçün tibb işçiləri sertifikasiyaya təqdim etdikləri sənədlər ilə yanaşı müəssisənin möhürü və rəhbərin imzası ilə təsdiq edilmiş ixtisası üzrə 5 illik fəaliyyəti haqqında hesabatı və xasiyyətnaməni təqdim etməlidirlər.
2.3. Tibb işçilərinə ixtisas dərəcəsinin verilməsi haqqında qərar Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi (bundan sonra “Nazirlik”) tərəfindən tibb işçilərinin sertifikasiyasının müsahibəsini aparan İxtisas Komissiyalarının rəyi əsasında qəbul edilir.
2.4. İxtisas Komissiyanın üzvləri tərəfindən praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olmaq üçün sertifikasiyadan keçən tibb işçilərinə ixtisas dərəcəsinin verilməsi məqsədi ilə səhiyyə mütəxəssisinin beş il ərzində ixtisası üzrə fəaliyyəti barədə hesabatı ilə tanış olaraq, onların ixtisasına aid praktiki bilik səviyyəsini və peşə vərdişlərini müəyyən edən suallar verilir.
2.5. Tibb işçilərinə ixtisas dərəcəsinin verilməsi barədə İxtisas Komissiyası tərəfindən rəy hazırlanarkən onların mövcud ixtisas dərəcəsinin təsdiq və ya dəyişdirilməsi barədə Nazirlik qarşısında vəsatət qaldırılır.
2.6. İxtisas dərəcələrin verilməsi aşağıda qeyd olunan meyarlara əsasən müəyyən edilir:
- II dərəcə: ixtisası üzrə 5 il stajı olan, tutduğu vəzifədə ixtisası üzrə sərbəst fəaliyyət göstərən, mütəxəssis kimi iş yerindən müsbət xarakterizə olunan;
- I dərəcə: ixtisası üzrə 10 ildən artıq stajı olan, ixtisası üzrə sərbəst fəaliyyət göstərən, ixtisasına aid müxtəlif tədbirlərdə iştirak edən, mütəxəssis kimi iş yerindən müsbət xarakterizə olunan;
- ali dərəcə: ixtisası üzrə 15 ildən artıq stajı olan, ixtisasına uyğun yüksək ixtisaslaşdırılmış tibbi xidmət göstərməyə bacarığı olan, elmi-praktiki konfranslarda iştirak edən, mütəxəssis kimi iş yerindən müsbət xarakterizə olunan. İxtisas komissiyası tərəfindən namizədin tibb fəlsəfə doktoru və ya tibb elmlər doktoru elmi dərəcəsinin olması, rezidenturanı bitirilməsi, elmi məqalələrin dərc edilməsi nəzərə alınır.
2.7. İxtisas Komissiyaları tərəfindən verilən rəy müvafiq formada (əlavə 1) hazırlanır və komissiyanın sədri, katibi və üzvləri tərəfindən imzalanır və təsdiq üçün Nazirliyə təqdim olunur. Nazirliyin əmri ilə bir həftə ərzində tibb işçisinə müvafiq formada ixtisas dərəcəsi barədə Şəhadətnamə (əlavə 2) verilir.
2.8. Tibb işçilərinə ixtisas dərəcəsi beş il müddətinə verilir.
3.1. İxtisas dərəcəsi olan tibb işçisinə hər ay aşağıdakı miqdarda əlavə haqq ödənilir:
- ali ixtisas dərəcəsinə görə - vəzifə maaşının 25 faizi miqdarında;
- birinci ixtisas dərəcəsinə görə - vəzifə maaşının 15 faizi miqdarında;
- ikinci ixtisas dərəcəsinə görə - vəzifə maaşının 10 faizi miqdarında.
3.2. İxtisas dərəcəsinə görə əlavə haqq ixtisas dərəcəsinin hansı ixtisasa görə verilməsindən asılı olmayaraq ixtisas dərəcəsinin qüvvədə olduğu müddətdə (sonuncu ay tam nəzərə alınmaqla) ixtisas dərəcəsinin alındığı növbəti aydan başlayaraq ödənilir.
3.3. İş yerini dəyişən tibb işçisinin ixtisas dərəcəsi saxlanılır.
4.1. İxtisas dərəcəsinin verilməsi ilə əlaqədar mübahisəli məsələlərə qanunvericiliyə müvafiq qaydada məhkəmədə baxılır.
“Tibb işçilərinə ixtisas dərəcəsinin
verilməsi Qaydaları”na əlavə 1
Tibb işçisi ____________________________________________________________
________________________________________________________________________
İş yeri________________________________________________________________
Vəzifəsi______________________________________________________________
İxtisası_______________________________________________________________
İxtisas dərəcəsi (mövcud və ya əvvəllər verilmiş)__________________________
Elmi dərəcəsi _________________________________________________________
Rezidentura və ya klinik ordinaturada hazırlıq ____________________________
_________________________________________________________________________
Test imtahanının nəticəsi___________________
Komissiya üzvlərinin sualları:
Sual:__________________________________________________________________
______________________________________________________________________
______________________________________________________________________
Cavab:________________________________________________________________
______________________________________________________________________
______________________________________________________________________
Verilən cavaba komissiya üzvlərinin rəyi:
/uyğun gələninin altından xətt çəkməli/
a) cavab əhatə olunub
b) cavab əhatə olunmayıb
İxtisas komissiya üzvlərinin tibb işçisi ilə müsahibənin nəticəsi barədə açıq səsverməsi:
cəmi___nəfər, əleyhinə_____nəfər, leyhinə____nəfər.
İxtisas dərəcəsinin verilməsi barədə İxtisas komissiyasının rəyi:______________
“Tibb işçilərinə ixtisas dərəcəsinin
verilməsi Qaydaları”na əlavə 2
İxtisas Komissiyasının “___”_____20 -ci il tarixli ___№-li
Protokoluna əsasən Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin “___”_____20 -ci il tarixli _______________№-li əmri ilə
_____________________________________________________________________________
verilmişdir. _________________________________________
Şəhadətnamə “_____”_________20 -ci tarixinədək etibarlıdır.
Azərbaycan Respublikasının
Səhiyyə Naziri _________________________________