15-21.1. İcbari tibbi sığortanın maliyyə mənbələri icbari tibbi sığorta fondunda cəmləşdirilir və aşağıdakı məqsədlər üçün istifadə edilir:
15-21.1.1. icbari tibbi sığorta ödənişlərinə;
15-21.1.2. sığorta ehtiyatlarının yaradılmasına;
15-21.1.3. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) idarəetmə və fəaliyyət xərclərinin (o cümlədən, saxlanma xərclərinin və işçilərin əməkhaqlarının) maliyyələşdirilməsinə (icbari tibbi sığorta fondunun gəlirlərinin 2 faizindən artıq olmamaqla);
15-21.1.3-1. siyahısı və illik xərci müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilən səhiyyə sahəsində dövlət proqramlarına və tədbirlərə;
15-21.1.4. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunan digər məqsədlərə.
15-21.1-1. Bu Qanunun 15-21.1-ci maddəsində nəzərdə tutulan icbari tibbi sığorta fondunun büdcəsi hər il üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq olunur.
15-21.3. İcbari tibbi sığorta fondunun sərbəst vəsaitləri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən yerli maliyyə bazarında investisiyaya yönəldilə bilər. İcbari tibbi sığorta fondunun vəsaitlərinin sərbəst vəsaitlərə aid edilməsi və həmin vəsaitlərlə investisiya əməliyyatlarının aparılması qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilir.
15-21.4. İlin sonuna icbari tibbi sığorta fondunun istifadə olunmamış vəsaitləri sığorta ehtiyatlarına yönəldilir. Bu vəsait xərclərin maliyyələşdirilməsinə yönəldilə bilər.
15-21.5. Bu Qanunun 15-21.1.2-ci maddəsində nəzərdə tutulan sığorta ehtiyatlarının yaradılması və onlardan istifadə qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.