Qanunvericilik › Tibbi sığorta haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 16-4

Maddə 16-4. Keçid müddəaları

Tibbi sığorta haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

16-4.1. İcbari tibbi sığorta ölkənin inzibati ərazi vahidləri üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş ardıcıllıq nəzərə alınmaqla, 2021-ci ildə tamamlanmaq şərtilə mərhələli şəkildə tətbiq olunur.

16-4.2. Bu Qanunun 16-4.1-ci maddəsinə əsasən müəyyən edilmiş mərhələlərə uyğun olaraq, bu Qanunun 15-10.1.1-ci maddəsində nəzərdə tutulan sığorta haqqının ödənilməsi qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.

16-4.3. Bu Qanunun 15-10.1.2-ci maddəsində nəzərdə tutulan əməkhaqqının 8000 manatadək hissəsindən ödənilən sığorta haqqının məbləğinə neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən sahələr üzrə 2022-ci il yanvarın 1-dək 50 faiz güzəşt tətbiq edilir. Bu maddənin məqsədləri üçün neft-qaz sahəsində fəaliyyətin və qeyri-dövlət sektorunun meyarları Azərbaycan Respublikasının Vergi Məcəlləsinə və “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada müəyyən edilir.

16-4.4. Bu Qanunun 15-9.1.6-cı, 15-10.1.2-ci, 15-10.1.3-cü, 15-10.1.4-cü, 15-17.2.3-cü, 15-18-ci maddələri 2021-ci il yanvarın 1-dən qüvvəyə minir.

16-4.4-1. Bu Qanunun müştərək maliyyələşmə məbləğinə aid hissələrində 15-28.3-cü maddəsi 2027-ci il yanvarın 1-dən qüvvəyə minir.

16-4.5. Bu Qanunun 15-10.1.5-ci maddəsi 2026-cı il yanvarın 1-dən qüvvəyə minir.

16-4.6. Bu Qanun (16-4.4-cü, 16-4.4-1-ci və 16-4.5-ci maddələrdə nəzərdə tutulan maddələr istisna olmaqla) 2020-ci il yanvarın 1-dən qüvvəyə minir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver