QanunvericilikAzərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsi › Maddə 105

Maddə 105. Göyərtə yükü

Azərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsi · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 20.08.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

105.1. Daşıyıcı yükü göyərtədə yalnız daşıyıcı ilə yükgöndərən arasında razılaşmaya əsasən daşıya bilər.

105.2. Yükün göyərtədə daşınması barədə daşıyıcı və yükgöndərən arasında razılaşma olduqda, daşıyıcı bu barədə konosamentdə və ya dənizlə yük daşınması müqaviləsinin olmasını təsdiq edən digər sənəddə qeyd aparmalıdır. Belə qeyd olmadıqda daşıyıcı yükün göyərtədə daşınması barədə yükgöndərənlə razılaşmaya gəldiklərini sübut etməlidir. Lakin daşıyıcı konosamenti vicdanla əldə edən şəxsə, o cümlədən yükalana münasibətdə belə üçüncü şəxsə münasibətdə razılaşmaya istinad edə bilməz.

105.3. Yükün göyərtədə daşınması bu Məcəllənin 105.1-ci maddəsində müəyyən edilmiş qaydaların pozulması ilə həyata keçirildikdə və ya bu Məcəllənin 105.2-ci maddəsinə müvafiq olaraq daşıyıcı yükün göyərtədə daşınması barədə razılaşmaya istinad edə bilmədikdə, daşıyıcı bu Məcəllənin 130-cu maddəsində müəyyənləşdirilmiş qaydalara baxmayaraq, yükün yalnız göyərtədə daşınması nəticəsində yükün itirilməsinə, zədələnməsinə və ya onun çatdırılmasının gecikdirilməsinə görə məsuliyyət daşıyır. Daşıyıcının məsuliyyətinin hüdudları, şəraitdən asılı olaraq, bu Məcəllənin 132-ci və ya 134-cü maddələrində nəzərdə tutulmuş qaydalara müvafiq müəyyənləşdirilir.

105.4. Yükün anbarda daşınması barədə razılaşma olduqda, yükün göyərtədə daşınması daşıyıcının bu Məcəllənin 134-cü maddəsinə uyğun olaraq məsuliyyətinin məhdudlaşdırılması hüququnun itirilməsinə gətirib çıxaran daşıyıcının hərəkət və Maddə 105. Göyərtə yükü … aşıyıcının bu Məcəllənin 134-cü maddəsinə uyğun olaraq məsuliyyətinin məhdudlaşdırılması hüququnun itirilməsinə gətirib çıxaran daşıyıcının hərəkət və ya hərəkətsizliyi kimi qiymətləndirilir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver