QanunvericilikAzərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsi › Maddə 132

Maddə 132. Daşıyıcının məsuliyyətinin məhdudlaşdırılması

Azərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsi · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 20.08.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

132.1. Yükün növü və çeşidi, habelə dəyəri yükgöndərən tərəfindən yük vurulanadək elan edilmədikdə və konosamentə daxil edilmədikdə, daşınma üçün qəbul edilmiş yükün itirilməsinə və ya zədələnməsinə görə daşıyıcının məsuliyyəti, bir yerə və ya göndərilmənin digər vahidinə görə 666,67 hesablaşma vahidindən və ya itirilmiş və ya zədələnmiş yükün brutto çəkisinin bir kiloqramına görə iki hesablaşma vahidindən çox olmamaqla hansı məbləğin çox olmasından asılı olaraq qəbul olunur.

132.2. Daşınma üçün qəbul edilmiş yükün çatdırılmasının gecikdirilməsinə görə daşıyıcının məsuliyyəti dənizlə yük daşınması müqaviləsində ödənilməsi nəzərdə tutulmuş fraxtın məbləğindən çox ola bilməz.

132.3. Bu Məcəllənin 132.1 və 132.2-ci maddələrinə əsasən daşıyıcı tərəfindən ödəniləsi ümumi məbləğ bu Məcəllənin 132.1-ci maddəsinə müvafiq olaraq yükün tam itirilməsinə görə müəyyən edilə biləcək məsuliyyətin həddindən artıq ola bilməz.

132.4. Əgər yükün daşınması üçün konteyner, altlıq və ya digər qurğu istifadə edilirsə, konosamentdə sadalanan belə qurğuda bu kimi daşınan yerlərin miqdarı və ya göndərilmə vahidləri bu Məcəllənin 132-ci maddəsinin məqsədləri üçün yerlərin miqdarı və ya göndərilmənin vahidləri hesab edilir. Göstərilən hal istisna olmaqla, belə qurğu yük yeri və ya vahidi hesab edilir.

132.5. Dənizlə yük daşınması müqaviləsinin tərəfləri öz razılaşmaları əsasında bu Məcəllənin 132.1-132.3-cü maddələrində nəzərdə tutulanlardan daha Maddə 132. Daşıyıcının ….

132.5. Dənizlə yük daşınması müqaviləsinin tərəfləri öz razılaşmaları əsasında bu Məcəllənin 132.1-132.3-cü maddələrində nəzərdə tutulanlardan daha artıq məsuliyyət həddi müəyyən edə bilərlər.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver