QanunvericilikAzərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsi › Maddə 142

Maddə 142. Sərnişinin dənizlə sərnişin daşınması müqaviləsindən imtina etməsi

Azərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsi · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 20.08.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

142.1. Sərnişinin gəmi yola düşənədək, habelə səfər başlandıqdan sonra sərnişinlərin minməsi və ya düşməsi üçün gəminin daxil olduğu hər hansı bir məntəqədə dənizlə sərnişin daşınması müqaviləsindən imtina etmək hüququ vardır.

142.2. Əgər sərnişin dənizlə sərnişin daşınması müqaviləsindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilmiş dənizlə sərnişin daşınması qaydaları ilə müəyyən edilmiş müddətdən gec olmayaraq imtina edibsə və ya gəmi səfərə çıxanadək xəstəlik nəticəsində gəmiyə gəlməyibsə, yaxud gəmi səfərə çıxanadək xəstəlik nəticəsində və ya daşıyıcıdan asılı olan səbəblərə görə dənizlə sərnişin daşınması müqaviləsindən imtina edibsə, sərnişinə gediş və baqajının daşınması üçün ödədiyi haqq tam həcmdə qaytarılır.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver