151.1. Aşağıda göstərilən hallarda sərnişin daşıyıcıya və ya onun agentinə yazılı bildiriş verməlidir:
151.1.1. kayut baqajının zədələnməsi aşkar göründükdə — sərnişin gəmidən düşməzdən əvvəl və ya düşdüyü anda;
151.1.2. digər baqajın zədələnməsi aşkar göründükdə — baqaj verilməzdən əvvəl və ya verildiyi anda;
151.1.3. baqajın itirilməsi və ya zədələnməsi aşkar görünmədikdə — sərnişinin gəmidən düşdüyü gündən və ya baqajın verildiyi gündən, yaxud baqajın təhvil verilməli olduğu andan etibarən 15 gün ərzində.
151.2. Baqaj alınan anda onun vəziyyəti daşıyıcı ilə birlikdə müayinə edildikdə və ya yoxlandıqda yazılı bildirişin verilməsi tələb olunmur.
151.3. Sərnişin bu Məcəllənin 151.1-ci maddəsində nəzərdə tutulmuş tələbi yerinə yetirmədikdə hesab olunur ki, əks hal sübuta yetirilməyibsə, sərnişin baqajını zədələnməmiş alıb. X fəsil Gəmini müəyyən müddətə fraxtetmə müqaviləsi (taym-çarter)