QanunvericilikAzərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsi › Maddə 173

Maddə 173. Gəminin fraxtedənin mülkiyyətinə keçməsi şərti ilə berbout-çarter

Azərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsi · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 20.08.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

173.1. Gəminin fraxtedənin mülkiyyətinə keçməsi şərti ilə bağlanmış berbout-çarterin qüvvədəolma müddəti bitdikdə, əgər fraxtedən berbout-çarterdə nəzərdə tutulmuş vəzifələrini yerinə yetiribsə, gəmi fraxtedənin mülkiyyətinə keçir.

173.2. Bu Məcəllənin 173.1-ci maddəsinə müvafiq olaraq gəminin fraxtedənin mülkiyyətinə keçməsi şərti ilə bağlanmış berbout-çarter üzrə fraxtın ödənilməsi on dörd təqvim günündən artıq gecikdirildikdə, əgər gecikdirilmə fraxtedəndən asılı olmayan hallardan irəli gəlirsə, gəmi sahibi gəmini geri ala bilməz, lakin onun fraxtedəndən gecikdirilmə nəticəsində vurulan zərərin əvəzini almaq hüququ vardır. XII fəsil Yedəkləmə müqaviləsi

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver