QanunvericilikAzərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsi › Maddə 18

Maddə 18. Əsas gəmi sənədləri

Azərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsi · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 20.08.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

18.1. Gəminin aşağıda göstərilən əsas gəmi sənədləri olmalıdır:

18.1.1. Azərbaycan Respublikasının Dövlət bayrağı altında üzmək hüququ haqqında şəhadətnamə;

18.1.2. gəmiyə mülkiyyət hüququ haqqında şəhadətnamə;

18.1.4. sərnişin gəmisinin təhlükəsizlik üzrə şəhadətnaməsi;

18.1.5. ölçü şəhadətnaməsi;

18.1.6. yük nişanı haqqında şəhadətnamə;

18.1.7. minimum heyət tərkibi haqqında şəhadətnamə;

18.1.8. neftlə çirkləndirmədən vurulan zərərə görə mülki məsuliyyətin sığortalanması və ya “Neftlə çirkləndirmədən vurulan zərərə görə mülki məsuliyyət haqqında” 1969-cu il tarixli Beynəlxalq Konvensiyaya uyğun digər maliyyə təminatı haqqında şəhadətnamə;

18.1.9. çirkab sularla çirkləndirmənin qarşısının alınması haqqında şəhadətnamə;

18.1.11. gəmi radiostansiyasının fəaliyyəti üçün xüsusi icazə və radiojurnal (gəminin radiostansiyası olduqda);

18.1.12. gəmi heyəti üzvlərinin siyahısı;

18.1.13. gəmi jurnalı;

18.1.14. maşın jurnalı (mexaniki mühərrikli gəmilər üçün);

18.1.15. çirkab sularla əməliyyatlar jurnalı;

18.1.16. zibillə əməliyyatlar jurnalı;

18.1.17. neft tankerləri olmayan gəmilər üçün neft əməliyyatları jurnalı;

18.1.18. neft tankerləri üçün neft əməliyyatları jurnalı;

18.1.19. sanitar jurnalı;

18.1.20. səfərə çıxmaq hüququ haqqında gəmi sanitar şəhadətnaməsi;

18.1.21. sərnişinlərin siyahısı (sərnişin gəmisi üçün); 18.1.21-1. Gəminin “Gəmi və Liman vasitələrinin Mühafizəsi haqqında beynəlxalq Məcəllə”nin tələblərinə uyğu Maddə 18. Əsas gəmi sənədləri … işinlərin siyahısı (sərnişin gəmisi üçün); 18.1.21-1. Gəminin “Gəmi və Liman vasitələrinin Mühafizəsi haqqında beynəlxalq Məcəllə”nin tələblərinə uyğun olması haqqında Şəhadətnamə; 18.1.21-2. Gəminin “Əmniyyətli İdarəetmə haqqında beynəlxalq Məcəllə”nin tələblərinə uyğun olması haqqında Şəhadətnamə; 18.1.21-3. Gəmi tarixinin fasiləsiz qeydlər sənədi; 18.1.21-4. Bunker yanacağı ilə çirklənmə nəticəsində vurulan zərərə görə mülki məsuliyyətlə bağlı sığorta və ya digər maliyyə təminatı haqqında Sertifikat;

18.1.22. beynəlxalq dəniz təşkilatının tələblərinə uyğun digər sənədlər.

18.2. Gəmi heyəti üzvlərinin siyahısı, sərnişinlərin siyahısı, gəmi, radio və maşın jurnalları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada aparılır.

18.3. Sanitar jurnalı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada aparılır.

18.4. Sanitar, karantin nəzarəti və digər nəzarət üçün istifadə edilən gəmilərdə ölçü və yük nişanı haqqında şəhadətnamələr tələb edilməyə bilər. Belə gəmilərə müvafiq şəhadətnamə verilməklə, sadələşdirilmiş üsulla onun tutumu müəyyənləşdirilə bilər.

18.5. Texniki nəzarəti həyata keçirən orqan tərəfindən başqa qayda müəyyən edilmədikdə, sahilboyu səfərə çıxan gəmilərdə maşın, radio, gəmi və sanitar jurnalları tələb edilmir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver