QanunvericilikAzərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsi › Maddə 205

Maddə 205. Sığorta məbləği

Azərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsi · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 20.08.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

205.1. Müqavilə bağlanarkən sığortalı sığorta etdiyi müvafiq marağın məbləğini (sığorta məbləğini) elan etməyə borcludur.

205.2. Gəmi, yük və ya başqa əmlak sığortalanarkən sığorta məbləği müqavilə bağlandığı ana onların həqiqi dəyərindən (sığorta dəyəri) artıq ola bilməz.

205.3. Müqavilədə sığorta məbləği əmlakın sığorta dəyərindən artıq göstərildikdə, müqavilə məbləğin artıq olan hissəsinə münasibətdə etibarsızdır.

205.4. Sığorta məbləği sığortalanan əmlakın sığorta dəyərindən aşağı elan edildikdə, sığorta ödənişinin miqdarı sığorta məbləğinin sığorta dəyərinə olan nisbətinə mütənasib olaraq azaldılır.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver