QanunvericilikAzərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsi › Maddə 209

Maddə 209. Yüklər haqqında məlumat

Azərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsi · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 20.08.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

209.1. Sığortalı baş sığorta şəhadətnaməsinin təsiri altına düşən yükün hər bir göndərilməsi ilə əlaqədar olan bütün zəruri məlumatları alan kimi, xüsusilə yükün daşındığı gəminin adı, yükün daşındığı yol və sığorta dəyəri, dərhal sığortaçıya bildirməyə borcludur.

209.2. Sığortalı kobud ehtiyatsızlıq üzündən yüklərin ayrı-ayrı göndərilməsi ilə bağlı olan zəruri məlumatların sığortaçıya vermədikdə və ya vaxtında vermədikdə, sığortaçı yüklərin belə göndərilməsinə münasibətdə zərərin əvəzini ödəməkdən imtina edə bilər. Bununla belə, sığortaçı məlumatların vaxtında və tam şəkildə veriləcəyi təqdirdə ona çatacaq bütün sığorta haqqına olan hüququnu saxlayır.

209.3. Sığortalı qəsdən yüklərin ayrı-ayrı göndərilməsi barədə zəruri məlumatları vermədikdə və ya vaxtında vermədikdə, yaxud yükün növünü və ya onun sığorta məbləğini düzgün göstərmədikdə, sığortaçının baş sığorta şəhadətnaməsi üzrə sığortalamadan imtina etmək hüququ vardır. Bununla belə, sığortaçı sığortalının müqaviləni vicdanla icra edəcəyi təqdirdə ala biləcəyi sığorta haqqına olan hüququnu saxlayır.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver