QanunvericilikAzərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsi › Maddə 213

Maddə 213. Sığorta riskinin dəyişməsinin nəticələri

Azərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsi · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 20.08.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

213.1. Sığortalı və ya faydalanan şəxs sığorta obyektində və ya sığorta obyektinə münasibətdə baş verən hər hansı bir ciddi dəyişiklik (normadan artıq yükləmə, daşınma üsulunun və boşaldılma limanının dəyişdirilməsi, şərtləşdirilmiş və ya həmişəki yoldan kənara çıxma və s.) haqqında məlumatı olan kimi sığortaçıya dərhal bu barədə xəbər verməlidir.

213.2. Riski artıran hər hansı bir dəyişiklik, əgər bu, insanların, gəmilərin və ya yüklərin xilas edilməsi, yaxud səfərin təhlükəsiz davam etdirilməsi ilə əlaqədar deyildirsə, sığortaçıya dəniz sığorta müqaviləsinin şərtlərinə yenidən baxmaq və ya əlavə sığorta haqqının verilməsini tələb etmək hüququ verir.

213.3. Sığortalı və ya faydalanan şəxs bu Məcəllənin 213.1-ci maddəsində müəyyən edilmiş vəzifəni icra etmədikdə, sığortaçı ciddi dəyişikliklərin baş verdiyi andan dəniz sığorta müqaviləsinin icrasından azad edilir. Sığortalı və ya faydalanan şəxs göstərilən vəzifəsini icra etməməkdə təqsiri olmadığını sübuta yetirə bilməsə, bütün sığorta haqqı sığortaçıya qalır.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver