22.1. Azərbaycan Respublikasının Dövlət bayrağı altında üzmək hüququ haqqında və gəmiyə mülkiyyət hüququ haqqında şəhadətnamələr gəmini qeydiyyata alan orqan tərəfindən verilir.
22.2. Ölçü şəhadətnaməsini, sərnişin gəmisinin təhlükəsizlik üzrə şəhadətnaməsini, yük nişanı haqqında şəhadətnaməni, neftlə çirkləndirmənin qarşısının alınması haqqında şəhadətnaməni, çirkab suları ilə çirkləndirmənin qarşısının alınması haqqında şəhadətnaməni, Beynəlxalq Dəniz Təşkilatının tələblərinə uyğun gəmi sənədlərini təsnifat cəmiyyəti verir. Gəmilərin bəzi kateqoriyalarından ölçü şəhadətnaməsi və ya yük nişanı haqqında şəhadətnamələr gəmini qeydiyyata alan orqanın icazəsi ilə tələb edilmir.
22.3. Uzaq səfərə çıxan gəmilərə Azərbaycan Respublikasının beynəlxalq müqavilələri ilə nəzərdə tutulmuş sənədlər təsnifat cəmiyyəti tərəfindən verilir.
22.4. Gəmi radiostansiyasının fəaliyyəti üçün xüsusi icazə müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilir.
22.5. Səfərə çıxmaq hüququ haqqında gəmi sanitar şəhadətnaməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilir.
22.6. Bu Məcəllənin 6-1.1.8-ci və 6-1.1.10-cu maddələrində nəzərdə tutulan şəhadətnamələr müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən verilir və həmin şəhadətnamələrin forması və verilmə qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.
22.7. Bu Məcəllənin 6-1.1.3–6-1. Maddə 22. Gəmi sənədlərini verən … sı və verilmə qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.
22.7. Bu Məcəllənin 6-1.1.3–6-1.1.5-ci, 6-1.1.7–6-1.1.10-cu, 6-1.1.21–6-1.1.24-cü maddələrində nəzərdə tutulan sənədlər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən aşağıdakı müddətlərə verilir:
22.7.1. bu Məcəllənin 6-1.1.3-cü maddəsində nəzərdə tutulmuş şəhadətnamə və 6-1.1.23-cü maddəsində nəzərdə tutulmuş sənəd müddətsiz;
22.7.2. bu Məcəllənin 6-1.1.4-cü maddəsində nəzərdə tutulmuş şəhadətnamə Dövlət Gəmi Reyestrində qeydiyyata alınmış gəmiyə beş il müddətinə, berbout-çarter reyestrində qeydiyyata alınmış gəmiyə bir il müddətinə;
22.7.3. bu Məcəllənin 6-1.1.5-ci və 6-1.1.21-ci maddələrində nəzərdə tutulan sənədlər məsuliyyətin sığorta və ya “Neftlə çirkləndirmədən vurulan zərərə görə mülki məsuliyyət haqqında” 1969-cu il tarixli Beynəlxalq Konvensiyaya uyğun digər maliyyə təminatının müddətinə;
22.7.4. bu Məcəllənin 6-1.1.7–6-1.1.10-cu maddələrində nəzərdə tutulan şəhadətnamələr və 6-1.1.22-ci maddəsində nəzərdə tutulmuş sertifikat beş il müddətinə;
22.7.5. bu Məcəllənin 6-1.1.24-cü maddəsində nəzərdə tutulmuş şəhadətnamə bir il müddətinə.
22.8. Gəmi sahibinin və ya təsnifat cəmiyyətinin müraciəti əsasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) razılığı ilə təsnifat cəmiyyəti tərəfindən bu Məcəllənin 18.1-ci və 19-cu maddələrində qeyd edilmiş sənədlərdən əlavə olaraq Beynəlxalq Dəniz Təşkilatı Maddə 22. Gəmi sənədlərini verən … azılığı ilə təsnifat cəmiyyəti tərəfindən bu Məcəllənin 18.1-ci və 19-cu maddələrində qeyd edilmiş sənədlərdən əlavə olaraq Beynəlxalq Dəniz Təşkilatının tələblərinə uyğun digər gəmi sənədləri də verilir.