220.1. Əmlak məhvolmaya qarşı sığorta edildikdə, sığortalı və ya faydalanan şəxs aşağıdakı hallarda sığortalanmış əmlaka olan hüquqlarından imtina etdiyi barədə sığortaçıya bəyanat (abandon) verə və tam sığorta məbləğini ala bilər:
220.1.1. gəmi xəbərsiz itkin düşdükdə;
220.1.2. gəmi və (və ya) yük məhv olduqda;
220.1.3. sığortalanmış gəminin bərpası və ya təmiri iqtisadi cəhətdən məqsədəuyğun olmadıqda (gəminin konstruksiya cəhətdən istismara yararsız hala düşməsi );
220.1.4. gəminin zədələrinin aradan qaldırılması və ya yükün təyinat limanına çatdırılması iqtisadi cəhətdən məqsədəuyğun olmadıqda;
220.1.5. ələ keçirilmə təhlükəsindən sığortalanan gəmi və ya yük ələ keçirildikdə və belə ələ keçirilmə altı aydan artıq davam etdikdə.
220.2. Bu Məcəllənin 220.1-ci maddəsində göstərilən hallarda sığortaçıya aşağıdakı hüquqlar keçir:
220.2.1. əmlak tam dəyərində sığortalandıqda sığortalanmış əmlaka dair bütün hüquqlar;
220.2.2. əmlak tam olmayan dəyərində sığortalandıqda sığorta məbləğinin sığorta dəyərinə nisbətinə mütənasib olaraq sığortalanmış əmlakın hissəsinə dair hüquqlar.
220.3. Sığortaçıya abandon haqqında bildiriş bu Məcəllənin 219 və 220.1-ci maddələrində göstərilən müddətin bitdiyi və ya hadisələr başlandığı andan altı ay ərzində verilməlidir. Altı ay qurtardıqdan sonra sığortalı və ya faydalanan şəxs abandona olan hüququnu itirir və ümumi əsaslarla zərərin əvəzinin ödənilməsini tələb edə bilər.
220.4. Abandon haqqında bildiriş şərtsiz olmalıdır Maddə 220. Abandon … əxs abandona olan hüququnu itirir və ümumi əsaslarla zərərin əvəzinin ödənilməsini tələb edə bilər.
220.4. Abandon haqqında bildiriş şərtsiz olmalıdır və sığortalı və ya faydalanan şəxs tərəfindən geri götürülə bilməz.
220.5. Tərəflərin bu Məcəllənin 220.1-220.4-cü maddələrində müəyyən edilmiş qaydalara zidd olan razılaşmaları əhəmiyyətsizdir.