222.1. Sığorta ödənişini vermiş sığortaçıya ödədiyi məbləğ həddində sığortalının və ya faydalanan şəxsin vurulan zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı olan tələbetmə hüququ keçir. Sığortaçının belə hüququ sığorta ödənişini almış şəxs üçün müəyyən edilmiş qaydaya riayət etməklə həyata keçirilir.
222.2. Sığortalı və ya faydalanan şəxs vurulan zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı öz tələbetmə hüququndan imtina etdikdə, yaxud sığortalının və ya faydalanan şəxsin təqsiri nəticəsində belə hüququn həyata keçirilməsi mümkün olmadıqda, sığortaçı sığorta ödənişini tam həcmdə və ya müvafiq hissədə verməkdən azad edilir. XVI fəsil ÜMUMİ QƏZA