QanunvericilikAzərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsi › Maddə 229

Maddə 229. Gəminin səfərə yararsız hesab edilməsinin və ya gəminin səfəri davam etdirməkdən imtinasının nəticələri Gəmi səfərə yararsız hesab

Azərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsi · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 20.08.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

edildikdə və ya gəmi səfəri davam etdirməkdən imtina etdikdə bu Məcəllənin 226.3 və 228.1-ci maddələrində göstərilən saxlamaya, sığortaya, gəmi heyətinin əmək haqqına və təminatına, yanacağa, təchizat predmetlərinə və liman yığımlarına çəkilən xərclərdən ümumi qəzaya yalnız gəmi səfərə yararsız hesab edilənədək və ya gəminin səfəri davam etdirməkdən imtinasınadək, yaxud yükün boşaldılması qurtaranadək, yükün boşaldılması bu ana kimi başa çatdırılmayıbsa, çəkilən xərclər aid edilir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver