QanunvericilikAzərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsi › Maddə 237

Maddə 237. «Köhnənin əvəzinə təzəsi» üçün güzəştlər

Azərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsi · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 20.08.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

237.1. Yaşı on beş ildən çox olmayan gəmidə təmir zamanı köhnə materiallar və ya hissələr təzələri ilə əvəz edildikdə, bu Məcəllənin 236-cı maddəsinə uyğun olaraq ümumi qəzaya aid edilən təmir xərci, bu Məcəllənin 237.2-237.4 maddələrində göstərilən hallar istisna olmaqla, təmir xərcinin üçdə bir hissəsi qədər azaldılır.

237.2. «Köhnənin əvəzinə təzəsi» üçün güzəştlər gəminin bu Məcəllənin 236-cı maddəsinə müvafiq olaraq ümumi qəza hesab edilən müvəqqəti təmirinin xərclərinə, habelə qidanın, təchizat predmetlərinin, lövbər və lövbər zəncirlərinin xərclərinə tətbiq edilmir.

237.3. Gəminin təmir olunması ehtiyacından yaranan quru dok, stapel və gəminin yerdəyişməsinə çəkilən xərclər tam həcmdə ümumi qəzaya aid edilir.

237.4. Gəmi gövdəsinin təmizlənməsi, astarlanması və rənglənməsi üçün xərclər, əgər gəmi gövdəsinin sonuncu təmizlənməsi, astarlanması və rənglənməsi ümumi qəza hadisəsinin baş verməsinə qədər son 12 ay ərzində həyata keçirilibsə, 50 faiz miqdarında ümumi qəzaya aid edilir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver