QanunvericilikAzərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsi › Maddə 245

Maddə 245. Dispaşada düzəlişlərin aparılması və dispaşanın mübahisə edilməsi

Azərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsi · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 20.08.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

245.1. Dispaşa reyestrində dispaşa qeydiyyatdan keçdikdən sonra hesablaşmalarda aşkar edilən səhvlər dispaşerin öz təşəbbüsü ilə və ya aralarında ümumi qəzanı bölüşdürən şəxslərin ərizəsinə əsasən dispaşa əlavənin (addendumun) tərtib edilməsi vasitəsi ilə düzəldilə bilər. Belə əlavə dispaşanın tərkib hissəsi hesab edilir.

245.2. Maraqlı şəxslər dispaşanı və ya onun əlavəsini aldıqları gündən altı ay ərzində, iddia ərizəsinin surətini dispaşerə göndərib onu mütləq xəbərdar etməklə, dispaşanı məhkəmə yolu ilə mübahisə edə bilərlər.

245.3. Dispaşerin dispaşa barədə mübahisənin məhkəmə baxışında iştirak etmək və işin mahiyyəti üzrə izahatlar vermək hüququ var, zəruri olan hallarda isə bu onun borcudur. XVII fəsil Gəmilərin toqquşmasından vurulan zərərin əvəzinin ödənilməsi

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver